10 iy 15:16olke

“Şahdağ”ın prezidentinin futboldan anlayışı yoxdu


Hafiz Seyidov: “Olar ki, mən sizin nömrənizi başqasına verim, o da bütün sualları cavablasın?”
Ötən sayımızda Region Liqasında çıxış edən Qusar “Şahdağ”ının şərəfini qoruyan Firudin Ağalarovun müsahibəsi dərc olunmuşdu. Redaksiyamızla əlaqə saxlayan futbolçu klub prezidenti Hafiz Seyidovdan narazılığını bildirməklə yanaşı, son iki aya görə almalı olduqları əməkhaqqının verilmədiyini söyləyib. Ağalarov Seyidovun futboldan anlayışı olmadığını, kənardakıların məsləhətləri əsasında klubu idarə etdiyini deyib: “May və iyun ayları üçün maaşlarımız verilməyib. Əvvəlki prezident Ərəstun Niftiyev idi. O, neçə illər uşaqların haqqını yedi. AZENCO şirkətinin rəhbəri Etibar Pirverdiyevin kluba ayırdığı pulları mənimsədi. Yanvarda Hafiz Seyidov gəldi, o da məvacibləri vermir, klubu dağıdır. Seyidov bizimlə bir dəfə görüşüb, o da yanvarda, kluba təzə gələndə. Həmin vaxtdan sonra ona zəng edərək görüşmək istədiyimizi bildirdik, imtina etdi. Bütün komanda üzvləri təsdiqləyər ki, bizim məvaciblər “yeyilir”. Kapitanımız prezidentə zəng edəndə bildirdi ki, komanda fəaliyyətini dayandırıb. Halbuki bizim bundan xəbərimiz olmayıb. Futbolçulara, komanda üzvlərinə bir söz demədən klub fəaliyyətini necə dayandıra bilər? Prezidentin futboldan anlayışı yoxdu, kənardan ona deyirlər, o da belə edir. Futbola uyğun iş görmür. Seyidova ondan şikayət edəcəyimizi də bildirmişik. O da “kimə istəyirsiz şikayət edin” cavabını verdi”.
Ağalarovun dediklərinə münasibət öyrənmək üçün qarşı tərəfə, daha dəqiq desək, “Şahdağ”ın prezidenti Hafiz Seyidova da fikirlərini bölüşmək imkanı yaratdıq. Bu məqsədlə yanvardan “Şahdağ”da “şahlıq tacı”nı başına qoyan prezidenti aradıq. Seyidovla aramızda yaşanan dialoqla sizləri də tanış edirik.
- Salam, Hafiz bəy, sizi “Futbol+” qəzetindən narahat edirik. Prezidenti olduğunuz “Şahdağ”ın futbolçusu Firudin Ağalarov dünən redaksiyamızla əlaqə saxlayaraq, maaşla bağlı problemlə üzləşdiklərini bildirib. Onun sözlərinə görə, ikiaylıq əməkhaqqını vermək istəmirsiz. “Şahdağ”da belə problem var?
- “Futbol+” qəzeti, Rəşad... Səhv etmədim ki...
- Xeyr.
- Rəşad müəllim, nə eşitmək istəyirsiz?
- Sizə yönələn ittihamlara cavab verməyinizi istəyirik. Futbolçular maaşlarını ala bilmədiklərinə görə sizi qınayır. Hətta deyib ki, klub prezidenti “kimə istəyirsiz şikayət edə bilərsiz” söyləyib. Bu məsələyə münasibət bildirməyinizi istəyirik.
- Hansı ayların maaşını almayıblar?
- Bunu siz daha yaxşı bilməlisiz. Firudin may və iyun aylarını deyib.
- Aydındı. Mən indi maraqlanaram nə məsələdi?
- Hafiz bəy məsələni biz sizə dedik. Futbolçuların narazılığı maaşlarının verilməməsi ilə bağlıdı. Ümumiyyətlə, “Şahdağ” fəaliyyətini dayandırıb?
- Əlbəttə. Futbol yoxdu. Klub fəaliyyətini çoxdan dayandırıb.
- Yəni demək istəyirsiz ki, artıq “Şahdağ” da tarixin yaddaşına köçən klublarımızın sırasına qatılıb?
- “Şahdağ” fəaliyyətini dayandırmayıb.
- Bəs deyirsiz ki, klub fəaliyyətini çoxdan dayandırıb...
- Yox, elə demək istəmədim. Yəni pandemiyaya görə çempionat yarımçıq qaldığından klub da yarışlardan kənarda qalıb. Sonuncu dəfə komanda üzvlərinə aprelin əməkhaqqı ödənilib. Həmin vaxt elan olundu ki, komanda bir də yeni mövsümün əvvəlində bir araya gələcək.
- Futbolçuların “Şahdağ”la müqaviləsi var idi?
- Heç bir şey yoxdu.
- Bunu boşuna soruşmadım. Futbolçunun mövsümün sonuna qədər klubla müqaviləsi varsa, rəhbərlik onu yerinə yetirməlidi.
- Heç kimlə müqavilə imzlanmayıb.
- Müqaviləsiz futbolçuya əməkhaqqını necə ödəyirdiz? Kartla, yoxsa məvacibi ələ verirdiz. Bir də ortada hər hansı sənəd olmasa, oyunçular sizdən nəyə görə may və iyunun əməkhaqqını tələb edirlər?
- Bu sizə aid sual deyil axı. Siz niyə bu məsələ ilə maraqlanırsız?
- Sizin futbolçunuz redaksiyaya zəng vurub sizdən şikayət edir. Biz də media olaraq, bu məsələni araşdırmağa borcluyuq.
- Futbolçunun maaşı necə almasının sizə aidiyyatı var?
- Əlbəttə, var. Bilmək istəyirik, Region Liqasında çıxış edən Qusar “Şahdağ”ında şəffaf mühasibatlıqdı, yoxsa “qara”? Özünüz də bilirsiz ki, bütün ölkədə “qara mühasibatlıq”la mübarizə gedir, vergidən yayınanlara cinayət işi açırlar.
- Elədi, siz düz qeyd edirsiz. Bu Region Liqasıdı. Bəli, “Şahdağ”ın tarixi var, bu klub uzun illər elitada, birinci divizionda çıxış edib. Bugünkü vəziyyətlə bağlı sponsorun da durumunu başa düşmək lazımdı. Belə götürəndə sponsor özü fevralın maaşını verib (kimə verdiyini demədi), futbolçular isə aprelin məvacibini alıblar. Rəhbərlik tərəfindən komandaya böyük diqqət var. Həmişə komanda maydan buraxılıb və iyulun sonunda bir araya gəlib. Yeni mövsümün əvvəlində yeni müqavilələr imzalanır. Aprelin maaşını alanda onlara elan olundu ki, vəziyyətlə əlaqədar o biri ayların əməkhaqqı verilməyəcək.
- Mən sizdən soruşuram ki, futbolçuların klubla 2019/20 mövsümü üçün müqaviləsi var, deyirsiz yoxdu. İndi isə iyulun sonunda yeni müqavilələr imzalanacağını bildirirsiz...
- Bu vaxta kimi yox idi, bundan sonra bağlanacaq. Artıq yeni formada işləməyə başlayacağıq.
- Belə çıxır ki, bu günə kimi “Şahdağ”da sənədləşmə işləri düzgün aparılmayıb, futbolçular meydana müqaviləsiz çıxıblar.
- Bəli, elə də olub.
- Sizin sözlərinizdən belə qənaətə gəlmək olar ki, hansısa futbolçu meydanda yıxılıb ölsəydi, buna görə heç kim məsuliyyət daşımayacaqdı. Sizcə, belə şey ola bilər? Və yaxud siz nəyə əsaslanıb ilboyu futbolçuya maaş vermisiz?
- Olar ki, mən sizin nömrənizi başqasına verim, o da bütün sualları cavablasın? Mən bu sahədə yeni olduğum üçün tam məlumatlı deyiləm. Sizinlə əlaqə saxlayacaqlar.
Bu da Azərbaycan futbolunun acı reallığı. Elə bilirsiz, divizion və ya elita klublarında Hafiz Seyidov kimi futboldan anlayışı olan funksionerlər yoxdu? Var və sayları da çoxdu. Məhz belə naşı idarəçilik səbəbindən ölkə futbolu gündən-günə geri gedir. Adamın qohumu, dostu ona klub prezidenti olmağı təklif edə bilər. Ancaq həmin şəxsin də məsuliyyəti olmalıdı. 5-10 manat qazanca görə anlayışı olmayan sahəyə üz tutmamalıdı. Futbol bir oyundu, ancaq bu o demək deyil ki, onlarla insanın taleyi ilə də oynamaq mümkündü.
RƏŞAD
P.S. Yeri gəlmişkən, günün sonuna kimi “Şahdağ”ın prezidenti adından heç kim redaksiya və ya bəndənizlə əlaqə saxlamadı, sualları cavablamadı.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
2-08-2020, 11:54 “Federasiya pandemiya olmayanda heç bir iş görmürdü, o ki qalıb indi” 2-08-2020, 11:47 Dörd kluba ümumilikdə 2 milyon 500 min manat ayrıldı 2-08-2020, 11:39 Əmir Ağayev “Sumqayıt”a mesaj göndərdi 2-08-2020, 11:36 UEFA klublarımızı xəbərdar edib 2-08-2020, 11:32 “Energetik”in prezidenti İlham Əliyevə məktub yazıb 2-08-2020, 11:27 Kənar qüvvələr “Şahdağ”ı parçalayır 2-08-2020, 10:56 “Hər bir futbolçunun xarakteristikasını yazıb baş məşqçiyə göndərdim” 2-08-2020, 10:25 “Qarabağ”ın azarkeşləri Matiçi qınayanlarla razı deyil 2-08-2020, 10:23 Yağış imkan vermədi... 2-08-2020, 10:20 “Kəpəz”in 17 yaşlı qapıçısı karyerasını bitirdi 2-08-2020, 10:17 “Gözümü yumdum, açdım ağzımı, ermənilərə döşədim” 31-07-2020, 12:29 Zaur Həşimov Rəşad Sadıqovun təyinatını gözləyirmiş 31-07-2020, 12:24 Ramil Şeydayev “Sabah”da qaldı 31-07-2020, 12:23 Hakimlərin toplanışı olacaqmı? 31-07-2020, 12:18 Yeni mövsüm üçün büdcəsi təsdiq olunmayan “Sumqayıt”... 31-07-2020, 12:16 “Neftçi”nin Türkiyəyə səfəri gözlənilir 31-07-2020, 12:14 Meza Kollinin “Keşlə”yə kömək edəcəyi inandırıcı görünmür 31-07-2020, 12:05 Əli Babayev İsrail çempionu olub 31-07-2020, 12:01 Şəhriyar Raufu yığmanın ən dəyərli oyunçusu sayır 31-07-2020, 11:55 Rauf Məmmədovun onlayn partiyalarının sayı milyona yaxınlaşır 31-07-2020, 11:36 “Sumqayıt”ın Azad dayısı dünyasını dəyişdi 31-07-2020, 11:35 Rafiq Mirzəyev Vaqif Cavadovun məktəbində işləyəcək 31-07-2020, 11:33 Sadıqov üçün serb müdafiəçi 31-07-2020, 11:31 Əvvəl start tarixi, sonra “transfer pəncərəsi”nin vaxtı müəyyənləşəcək 31-07-2020, 11:28 “Sumqayıt”ın bombardiri ilə maraqlanan yoxdu 31-07-2020, 11:24 31 iyul: Qəbələdə əzəli rəqiblərin dueli 31-07-2020, 11:22 “Neftçi” müqavilə yenilədi və azarkeşlərinə səsləndi 31-07-2020, 11:19 Yeni mövsüm avqustda başlayacaq: 14-ü, yoxsa 21-i? 31-07-2020, 11:17 Həm martda, həm də iyulda doğulan Əsgər... 29-07-2020, 22:06 Əsgər Abdullayev yubileyini Bakıda ailəsi ilə qeyd edib 29-07-2020, 22:04 “Keşlə” rəqibini “ASK Arena”da qəbul edə biləcək 29-07-2020, 22:03 AFFA-nın İşçi Qrupunda beş nəfər yer alıb 29-07-2020, 22:00 Əmrəliyə “Rapid”, “Levski” və “Ferentsvaroş”dan təkliflər olub 29-07-2020, 21:06 “Qəbələ” “Zirə” ilə qolsuz “sülh”ə razılaşdı 29-07-2020, 21:04 Əfran İsmayılov hələ də gözləyir 29-07-2020, 17:56 U-19-un üzvü 20 yaşında “xərçəng”dən dünyasını dəyişdi 29-07-2020, 17:54 Vidadi Rzayev futbolun durumundan yana-yana danışdı 28-07-2020, 15:07 “İdman TV”nin əməkdaşları evdə müalicə olunurlar 28-07-2020, 15:01 Mütəxəssislər “Hatayspor”un təklifini dəyərləndirdi 28-07-2020, 14:59 Vüqar Əsgərov “Dauqavpils”dən ayrıldı 28-07-2020, 14:56 Aftandil Hacıyev gələcəyə ümidlə baxır 28-07-2020, 14:52 “Ağsu Siti” divizionda oynamaq üçün Elxan Məmmədova müraciət edib 28-07-2020, 14:45 Şəhriyar “Zirə”ni Rəşad Sadıqova görə seçib 28-07-2020, 14:41 Meza Kolli iyulun sonunda gəlməlidi 28-07-2020, 13:59 Səhhəti Nazim Əliyevə məşqçi işləməyə imkan vermir 27-07-2020, 12:21 Essyen yenidən "Çelsi"də? - İDDİA 26-07-2020, 15:39 “Dedim, yox, iynə gücünə də olsa, meydana çıxacam” 26-07-2020, 15:37 Atanur Cəfərli Azərbaycan Azarkeşlər Birliyini yaratdı 26-07-2020, 15:35 Cavid Hüseynov “Qəbələ”yə döndü 26-07-2020, 14:34 “Öz səhvlərimizə görə Avroliqadan kənarda qaldıq” 26-07-2020, 14:30 “Qarabağ”ın potensial rəqibləri: 15-i bilinir, qaldı biri 26-07-2020, 14:27 “Keşlə” Bakıya qayıtdı… 26-07-2020, 14:24 “Səbail” Əmirquliyevi saxladı 26-07-2020, 14:18 AFFA yığmanın məşqçilərini Qəbələyə ezam etdi 26-07-2020, 14:16 “Neftçi TV” yeni layihələr təqdim edəcək 26-07-2020, 14:09 "Sumqayıt" “səpələnməmişlər” sırasında olacaq 26-07-2020, 13:59 “Bakı” Lənkərana bir avtobus mühafizəçi aparıb Bütün xəbərlər
Ən çox oxunanlar