10 iy 14:51olke

Böhranın BOS-a aidiyyatı yoxdu


Cavid Qarayev: “Əsas çətinliyimiz tərəfdaşlar, yəni ərazidəki obyektlər ilə bağlıdı”
Koronavirus pandemiyasının ölkə iqtisadiyyatına, dolayısıyla büdcəsinə vurduğu ziyan bir çox sahələr kimi, idmandan da yan keçməyəcək. Artıq indidən böhran simptomları görünməkdədi. Premyer-liqa təmsilçilərinin büdcəsindəki azalma bunun bariz nümunəsidi. Hətta ötən ay jurnalistlərə müsahibə verən “Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl rəhbərlik etdiyi klubun büdcəsində də azalmanın olacağını gizlətməmişdi.
Bu halın idman qurğularına nə dərəcədə təsir etdiyi, yaxud edəcəyi də maraq doğurur. Bildiyiniz kimi, bu gün ölkənin bir nömrəli arenası Bakı Olimpiya Stadionudu. Fantastik məbləğ qarşılığında araya-ərsəyə gələn idman qurğusunun “ayaqda durması” üçün kifayət qədər xərc tələb olunur. Gələn ilə təxirə salınan Avropa çempionatının 4 oyunu BOS-da keçiriləcəkdi deyə, marta qədər stadiona xüsusi diqqət ayrılırdı. Lakin tarixlə bağlı “sürüşmə” qərarından sonra arenanın hansı durumda olduğunu, maliyyə baxımından korluq çəkib-çəkmədiyini bilmirik. Çünki orda söhbət təkcə qazonlara qulluqdan getmir. Stadionun nəzdində kifayət qədər obyektlər var ki, onların qulluğu və mühafizəsi işçi qüvvəsi tələb edir. Bu isə yetərincə maliyyə deməkdi.
BOS-un direktoru Cavid Qarayevlə əlaqə saxlamaqda məqsədimiz də rəhbərlik etdiyi idman qurğusunun son durumunu öyrənmək idi: “Maliyyə sarıdan problemin olmadığını deməliyəm. Bildiyiniz kimi, stadion SOCAR-ın balansındadı və birbaşa şirkətdən maliyyələşirik. Ona görə də maaş və ödənişlərlə bağlı hansısa çətinlik çəkdiyimizi deyə bilmərəm. Əsas çətinliyimiz tərəfdaşlar, yəni ərazidəki obyektlər ilə bağlıdı. Stadionun nəzdində trenajor zalı, kafe və ofislər fəaliyyət göstərir ki, pandemiyaya görə hamısı bağlıdı. Bu isə icarəhaqqı itkisi deməkdi. Hamıda necə, bizdə də elə”.
Cavid bəy qazonlarla bağlı da narahatlığın olmadığını diqqətə çatdırdı: “Stadionun əsas və yardımçı meydanlarına əməkdaşlarımız yox, əməkdaşlıq etdiyimiz şirkətin işçiləri nəzarət və qulluq edir. Müqavilə şətlərinə görə müəyyən öhdəlikləri var ki, ona uyğun hərəkət edirlər. Əminliklə deyə bilərəm ki, bu baxımdan heç bir problem yoxdu. BOS-la bağlı heç bir narahatlıq yoxdu, hər şey qaydasındadı”.
Xəbər verdiyimiz kimi, yığma sentyabrda Millətlər Liqasında mübarizəyə qoşulacaq. Və elə həmin ayın 5-də ilk rəqibi Lüksemburqu Bakıda qəbul edəcək. Düzdü, oyunun startına 2 aya yaxın vaxt var. Lakin matçın hansı stadionda keçiriləcəyi hələ dəqiqləşməyib. Fürsətdən istifadə edib Qarayevə bu mövzuda da sual ünvanladıq. Ki, AFFA-nın Lüksemburq – Azərbaycan qarşılaşmasını Olimpiya stadionuna təyin etməsi ağlabatandı? Belə bir ideya olarsa, arena hazır vəziyyətdə olacaq? Dinləyək: “Dediyim kimi, stadionla bağlı heç bir problem yoxdu. Amma matçın harda keçiriləcəyini deyə bilmərəm. Bu sualı AFFA rəsmilərinə versəz, daha dolğun cavab ala bilərsiz”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
2-08-2020, 11:54 “Federasiya pandemiya olmayanda heç bir iş görmürdü, o ki qalıb indi” 2-08-2020, 11:47 Dörd kluba ümumilikdə 2 milyon 500 min manat ayrıldı 2-08-2020, 11:39 Əmir Ağayev “Sumqayıt”a mesaj göndərdi 2-08-2020, 11:36 UEFA klublarımızı xəbərdar edib 2-08-2020, 11:32 “Energetik”in prezidenti İlham Əliyevə məktub yazıb 2-08-2020, 11:27 Kənar qüvvələr “Şahdağ”ı parçalayır 2-08-2020, 10:56 “Hər bir futbolçunun xarakteristikasını yazıb baş məşqçiyə göndərdim” 2-08-2020, 10:25 “Qarabağ”ın azarkeşləri Matiçi qınayanlarla razı deyil 2-08-2020, 10:23 Yağış imkan vermədi... 2-08-2020, 10:20 “Kəpəz”in 17 yaşlı qapıçısı karyerasını bitirdi 2-08-2020, 10:17 “Gözümü yumdum, açdım ağzımı, ermənilərə döşədim” 31-07-2020, 12:29 Zaur Həşimov Rəşad Sadıqovun təyinatını gözləyirmiş 31-07-2020, 12:24 Ramil Şeydayev “Sabah”da qaldı 31-07-2020, 12:23 Hakimlərin toplanışı olacaqmı? 31-07-2020, 12:18 Yeni mövsüm üçün büdcəsi təsdiq olunmayan “Sumqayıt”... 31-07-2020, 12:16 “Neftçi”nin Türkiyəyə səfəri gözlənilir 31-07-2020, 12:14 Meza Kollinin “Keşlə”yə kömək edəcəyi inandırıcı görünmür 31-07-2020, 12:05 Əli Babayev İsrail çempionu olub 31-07-2020, 12:01 Şəhriyar Raufu yığmanın ən dəyərli oyunçusu sayır 31-07-2020, 11:55 Rauf Məmmədovun onlayn partiyalarının sayı milyona yaxınlaşır 31-07-2020, 11:36 “Sumqayıt”ın Azad dayısı dünyasını dəyişdi 31-07-2020, 11:35 Rafiq Mirzəyev Vaqif Cavadovun məktəbində işləyəcək 31-07-2020, 11:33 Sadıqov üçün serb müdafiəçi 31-07-2020, 11:31 Əvvəl start tarixi, sonra “transfer pəncərəsi”nin vaxtı müəyyənləşəcək 31-07-2020, 11:28 “Sumqayıt”ın bombardiri ilə maraqlanan yoxdu 31-07-2020, 11:24 31 iyul: Qəbələdə əzəli rəqiblərin dueli 31-07-2020, 11:22 “Neftçi” müqavilə yenilədi və azarkeşlərinə səsləndi 31-07-2020, 11:19 Yeni mövsüm avqustda başlayacaq: 14-ü, yoxsa 21-i? 31-07-2020, 11:17 Həm martda, həm də iyulda doğulan Əsgər... 29-07-2020, 22:06 Əsgər Abdullayev yubileyini Bakıda ailəsi ilə qeyd edib 29-07-2020, 22:04 “Keşlə” rəqibini “ASK Arena”da qəbul edə biləcək 29-07-2020, 22:03 AFFA-nın İşçi Qrupunda beş nəfər yer alıb 29-07-2020, 22:00 Əmrəliyə “Rapid”, “Levski” və “Ferentsvaroş”dan təkliflər olub 29-07-2020, 21:06 “Qəbələ” “Zirə” ilə qolsuz “sülh”ə razılaşdı 29-07-2020, 21:04 Əfran İsmayılov hələ də gözləyir 29-07-2020, 17:56 U-19-un üzvü 20 yaşında “xərçəng”dən dünyasını dəyişdi 29-07-2020, 17:54 Vidadi Rzayev futbolun durumundan yana-yana danışdı 28-07-2020, 15:07 “İdman TV”nin əməkdaşları evdə müalicə olunurlar 28-07-2020, 15:01 Mütəxəssislər “Hatayspor”un təklifini dəyərləndirdi 28-07-2020, 14:59 Vüqar Əsgərov “Dauqavpils”dən ayrıldı 28-07-2020, 14:56 Aftandil Hacıyev gələcəyə ümidlə baxır 28-07-2020, 14:52 “Ağsu Siti” divizionda oynamaq üçün Elxan Məmmədova müraciət edib 28-07-2020, 14:45 Şəhriyar “Zirə”ni Rəşad Sadıqova görə seçib 28-07-2020, 14:41 Meza Kolli iyulun sonunda gəlməlidi 28-07-2020, 13:59 Səhhəti Nazim Əliyevə məşqçi işləməyə imkan vermir 27-07-2020, 12:21 Essyen yenidən "Çelsi"də? - İDDİA 26-07-2020, 15:39 “Dedim, yox, iynə gücünə də olsa, meydana çıxacam” 26-07-2020, 15:37 Atanur Cəfərli Azərbaycan Azarkeşlər Birliyini yaratdı 26-07-2020, 15:35 Cavid Hüseynov “Qəbələ”yə döndü 26-07-2020, 14:34 “Öz səhvlərimizə görə Avroliqadan kənarda qaldıq” 26-07-2020, 14:30 “Qarabağ”ın potensial rəqibləri: 15-i bilinir, qaldı biri 26-07-2020, 14:27 “Keşlə” Bakıya qayıtdı… 26-07-2020, 14:24 “Səbail” Əmirquliyevi saxladı 26-07-2020, 14:18 AFFA yığmanın məşqçilərini Qəbələyə ezam etdi 26-07-2020, 14:16 “Neftçi TV” yeni layihələr təqdim edəcək 26-07-2020, 14:09 "Sumqayıt" “səpələnməmişlər” sırasında olacaq 26-07-2020, 13:59 “Bakı” Lənkərana bir avtobus mühafizəçi aparıb Bütün xəbərlər
Ən çox oxunanlar