10 iy 14:41olke

Kamal Quliyev onu futbola qaytaranlara təşəkkür etdi

Kamal Quliyev onu futbola qaytaranlara təşəkkür etdi
“İndiki şəraitdə azərbaycanlı mütəxəssisin təyinatı daha məqsədəuyğundu”
Uzun müddətdi futboldan kənarda qalan Kamal Quliyev məşqçi karyerasına “Keşlə”də davam edəcək. Təcrübəli mütəxəssis paytaxt klubunda baş məşqçi Tərlan Əhmədovun köməkçisi kimi fəaliyyət göstərəcək. Quliyevlə təyinatı, ölkə futbolunun durumu barədə danışdıq.
- “Keşlə”yə köməkçi-məşqçi təyin olunduz. Fikirlərinizi bilmək istəyirik.
- İlk növbədə sizin vasitənizlə “Keşlə” klubunun rəhbərliyinə, baş məşqçi Tərlan Əhmədova təşəkkürümü bildirirəm. Uzun çəkən fasilədən sonra, belə deyək, məni futbola qaytardılar. Baş məşqçi əlaqə saxladı, fikirlərini bildirdi, mən də sevə-sevə təklifi qəbul etdim. İnşallah, komandanın uğur qazanması üçün əlimizdən gələni edəcəyik. Həqiqətən də, bu, mənim üçün həm gözlənilməz təklif oldu, həm də şərəf verdi. Çiyin-çiyinə oynadığım, Azərbaycanın fenomenal futbolçularından biri olmuş, hazırda da məşqçi kimi sözünü deyən Tərlah Əhmədovla çalışmaq mənim üçün xoşdu. Əlimizdən gələni ortaya qoyub, komandanın uğur qazanması üçün çalışacağıq.
- Yəqin ki, komandanın heyətinə müəyyən qədər bələdsiz. Qarşıda “Keşlə”ni ciddi sınaq - Avropa Liqası gözləyir. Gözləntiləriniz nədi, nəyə ümid etmək olar?
- Bu barədə danışmaq mənim üçün tezdi, çünki komanda ilə bərabər olandan sonra daha yaxşı bələd olacam. Komanda avrokuboklara vəsiqə qazanıbsa, bu sınağın da öhdəsindən gələr. Sadəcə, dünyanı bürüyən pandemiya futboldan da yan keçmədi. Bildiyiniz kimi, uzun müddətdi futbolçuların məşq etməsinə, oyunların keçirilməsinə icazə verilmir. Bunların hamısı təsir edə bilər. Yəqin ki, baş məşqçimizin planı olacaq. Bu çətin şəraitdə istər klub rəhbərliyi, istər məşqçilər korpusu, istərsə də futbolçular qarşıya qoyulan hədəflərə nail olmaq üçün əllərindən gələni edəcəklər.
- Ölkə futbolu uzun müddətdi səssizdi, çempionat da erkən başa çatdırıldı. Vəziyyət bütün klublara böyük təsir edib və edir.
- Bu aksiomdu ki, futbolçu oyundan-oyuna “artırır”, formaya düşür. Nə qədər çox oynasa, futbolçu o qədər yaxşı, rahat olur meydanda. Hazırkı vəziyyətdə, sadəcə, məşq keçməklə kifayətlənmək olmur. Sizinlə razıyam ki, pandemiya futbolumuza böyük zərbə vurdu və toplarlanmaq üçün vaxt lazım olacaq. Avrokuboklar ərəfəsində çempionat dayandırıldı, oyunlar keçirilmədi. Əvvəlki sözümə qayıdıram, futbolçu oynadıqca inkişaf edir, təkmilləşir, formaya düşür. Yüz məşq bir oyunun ağırlığına dəymir. Bu baxımdan axsamalar olacaq, istər avrokuboklarda çıxış edən, istərsə də başqa klublar, rəhbərlik, azarkeşlər bu vəziyyəti normal qarşılamalıdı. Yəqin ki, bizdə də klub rəhbərliyi, baş məşqçi uğur üçün əlindən gələni əsirgəməyəcək. Komandanı ən qısa müddətdə toparlayıb, müəyyən uğura imza atmaq üçün çalışacağıq. Pandemiyanın, hazırkı vəziyyətin futbolumuza böyük zərər vuracağı göz qabağındadı.
- Uzun müddətdi futboldan kənarda idiz. 8 komandalı premyer-liqa necə təsir bağışladı? Ölkə futbolunun mənzərəsini necə dəyərləndirirsiz?
- Komandaların sayı çox olsa, daha yaxşı olar. İndiki vəziyyətdə bu, maliyyədən də çox asılıdı. Bölgələrdə də vəziyyət əvvəlki kimi deyil. Mən də razıyam, klubların sayı daha çox olsa, həm milli komanda üçün futbolçu seçimi geniş olar, həm daha çox futbolçu özünü daha yüksək çempionatlarda sınaya bilər. Bu, bütün yaş qrupu üzrə yığmalarımıza xeyir verər. Amma vəziyət göründüyü qədər asan deyil. Hazırda bir kluba sahib olmaq, onu saxlamaq çətindi. Neçə aydı pandemiya ilə bağlı komandalarımız tab gətirməyi bacarır. Yəqin ki, futbol mütəxəssisləri, rəhbərlər komandaların sayının artırılması ilə bağlı düşünürlər. Gələcəkdə klubların sayı artırılsa, bizə bunun yalnız xeyri dəyə bilər. Ən azı müəyyən qədər futbolçunu üzə çıxara bilərik.
- Yerli futbolçuların üzə çıxarılmasına toxunduz. Yerli futbolçu məsələsi milli komandada əsas problemlərdən biridi. Həm yerli futbolçu tapılmır, həm də onların arasından seçim etmək çətindi. Belə deyək, səviyyə getdikcə aşağı düşür. Nə etmək lazımdı ki, yerli futbolçu yetişdirib, millidə oynada bilək?
- Böyük bir plan, proqram hazırlanmalıdı. Hazırda milli komandanın baş məşqçi postu boşdu. Yəqin ki, ora gələn mütəxəssis öz planını ortaya qoyacaq. Həm yerli futbolçuların milliyə çağırılması, istər fiziki, istərsə də psixoloji baxımdan hazır vəziyyətə gətirmək üçün. Razıyam ki, Azərbaycanda futbolçu qıtlığı var. Nəinki Azərbaycanda, Avropada da bu hal müşahidə olunur. Əvvəlki istedadlar tükənmək üzrədi. Hər bir işin arxasında bir plan, strategiya olmalıdı. Dediyim kimi, yəqin ki, gələn məşqçi öz strategiyasını, planını irəli sürəcək və biz onun nəticəsini gələcəkdə görəcəyik.
- Milliyə əsas namizədlərdən biri Roy Kindi. Lakin azərbaycanlı mütəxəssisin təyinatını istəyənlər də az deyil. Sizcə, əcnəbi, yoxsa yerli mütəxəssisin təyinatı daha yaxşı olar?
- Hamının fikrinə hörmətlə yanaşıram. Bu barədə qərar verəcək insalar daha yaxşı bilərlər. İstər milli komandada oynadığım vaxtlarda, istərsə də sonrakı dönəmdə həmişə yerli məşqçinin tərəfdarı olmuşam. İstəyərəm ki, yığmada yerli məşqçi çalışsın. İndiki şəraitdə azərbaycanlı mütəxəssisin təyinatı daha məqsədəuyğundu. Çünki bizi Avropada təmsil edən futbolçuların sayı çox deyil. Milli komandada Azərbaycanda çıxış edən futbolçuların çoxluq təşkil etdiyi bir zamanda yerli məşqçinin təyinatı daha yaxşı olar. Amma hər bir fikrə hörmətlə yanaşmaq lazımdı. Roy Kinin namizdəliyi barədə mətbuatda oxumuşam. Futbolçu karyerası möhtəşəm olub, məşqçi kimi işini görməmişik. İşini görmədiyimiz birinə əvvəldən qiymət vermək absurd olar. Hər bir insanın işinə baxıb, sonra qiymət vermək lazımdı.
AYGÜL
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
2-08-2020, 11:54 “Federasiya pandemiya olmayanda heç bir iş görmürdü, o ki qalıb indi” 2-08-2020, 11:47 Dörd kluba ümumilikdə 2 milyon 500 min manat ayrıldı 2-08-2020, 11:39 Əmir Ağayev “Sumqayıt”a mesaj göndərdi 2-08-2020, 11:36 UEFA klublarımızı xəbərdar edib 2-08-2020, 11:32 “Energetik”in prezidenti İlham Əliyevə məktub yazıb 2-08-2020, 11:27 Kənar qüvvələr “Şahdağ”ı parçalayır 2-08-2020, 10:56 “Hər bir futbolçunun xarakteristikasını yazıb baş məşqçiyə göndərdim” 2-08-2020, 10:25 “Qarabağ”ın azarkeşləri Matiçi qınayanlarla razı deyil 2-08-2020, 10:23 Yağış imkan vermədi... 2-08-2020, 10:20 “Kəpəz”in 17 yaşlı qapıçısı karyerasını bitirdi 2-08-2020, 10:17 “Gözümü yumdum, açdım ağzımı, ermənilərə döşədim” 31-07-2020, 12:29 Zaur Həşimov Rəşad Sadıqovun təyinatını gözləyirmiş 31-07-2020, 12:24 Ramil Şeydayev “Sabah”da qaldı 31-07-2020, 12:23 Hakimlərin toplanışı olacaqmı? 31-07-2020, 12:18 Yeni mövsüm üçün büdcəsi təsdiq olunmayan “Sumqayıt”... 31-07-2020, 12:16 “Neftçi”nin Türkiyəyə səfəri gözlənilir 31-07-2020, 12:14 Meza Kollinin “Keşlə”yə kömək edəcəyi inandırıcı görünmür 31-07-2020, 12:05 Əli Babayev İsrail çempionu olub 31-07-2020, 12:01 Şəhriyar Raufu yığmanın ən dəyərli oyunçusu sayır 31-07-2020, 11:55 Rauf Məmmədovun onlayn partiyalarının sayı milyona yaxınlaşır 31-07-2020, 11:36 “Sumqayıt”ın Azad dayısı dünyasını dəyişdi 31-07-2020, 11:35 Rafiq Mirzəyev Vaqif Cavadovun məktəbində işləyəcək 31-07-2020, 11:33 Sadıqov üçün serb müdafiəçi 31-07-2020, 11:31 Əvvəl start tarixi, sonra “transfer pəncərəsi”nin vaxtı müəyyənləşəcək 31-07-2020, 11:28 “Sumqayıt”ın bombardiri ilə maraqlanan yoxdu 31-07-2020, 11:24 31 iyul: Qəbələdə əzəli rəqiblərin dueli 31-07-2020, 11:22 “Neftçi” müqavilə yenilədi və azarkeşlərinə səsləndi 31-07-2020, 11:19 Yeni mövsüm avqustda başlayacaq: 14-ü, yoxsa 21-i? 31-07-2020, 11:17 Həm martda, həm də iyulda doğulan Əsgər... 29-07-2020, 22:06 Əsgər Abdullayev yubileyini Bakıda ailəsi ilə qeyd edib 29-07-2020, 22:04 “Keşlə” rəqibini “ASK Arena”da qəbul edə biləcək 29-07-2020, 22:03 AFFA-nın İşçi Qrupunda beş nəfər yer alıb 29-07-2020, 22:00 Əmrəliyə “Rapid”, “Levski” və “Ferentsvaroş”dan təkliflər olub 29-07-2020, 21:06 “Qəbələ” “Zirə” ilə qolsuz “sülh”ə razılaşdı 29-07-2020, 21:04 Əfran İsmayılov hələ də gözləyir 29-07-2020, 17:56 U-19-un üzvü 20 yaşında “xərçəng”dən dünyasını dəyişdi 29-07-2020, 17:54 Vidadi Rzayev futbolun durumundan yana-yana danışdı 28-07-2020, 15:07 “İdman TV”nin əməkdaşları evdə müalicə olunurlar 28-07-2020, 15:01 Mütəxəssislər “Hatayspor”un təklifini dəyərləndirdi 28-07-2020, 14:59 Vüqar Əsgərov “Dauqavpils”dən ayrıldı 28-07-2020, 14:56 Aftandil Hacıyev gələcəyə ümidlə baxır 28-07-2020, 14:52 “Ağsu Siti” divizionda oynamaq üçün Elxan Məmmədova müraciət edib 28-07-2020, 14:45 Şəhriyar “Zirə”ni Rəşad Sadıqova görə seçib 28-07-2020, 14:41 Meza Kolli iyulun sonunda gəlməlidi 28-07-2020, 13:59 Səhhəti Nazim Əliyevə məşqçi işləməyə imkan vermir 27-07-2020, 12:21 Essyen yenidən "Çelsi"də? - İDDİA 26-07-2020, 15:39 “Dedim, yox, iynə gücünə də olsa, meydana çıxacam” 26-07-2020, 15:37 Atanur Cəfərli Azərbaycan Azarkeşlər Birliyini yaratdı 26-07-2020, 15:35 Cavid Hüseynov “Qəbələ”yə döndü 26-07-2020, 14:34 “Öz səhvlərimizə görə Avroliqadan kənarda qaldıq” 26-07-2020, 14:30 “Qarabağ”ın potensial rəqibləri: 15-i bilinir, qaldı biri 26-07-2020, 14:27 “Keşlə” Bakıya qayıtdı… 26-07-2020, 14:24 “Səbail” Əmirquliyevi saxladı 26-07-2020, 14:18 AFFA yığmanın məşqçilərini Qəbələyə ezam etdi 26-07-2020, 14:16 “Neftçi TV” yeni layihələr təqdim edəcək 26-07-2020, 14:09 "Sumqayıt" “səpələnməmişlər” sırasında olacaq 26-07-2020, 13:59 “Bakı” Lənkərana bir avtobus mühafizəçi aparıb Bütün xəbərlər
Ən çox oxunanlar