10 iy 14:37olke

“Universitatya” Sezarın yolunu gözləmir


Rəşad Sadıqovun ölkə çempionatının son mövsümünün əsas ulduzu saydığı Sezar Meza Kollinin “Keşlə”yə dönüb-dönməyəcəyi hələ də bilinmir. Vətəni Paraqvayda olduğu deyilən futbolçunun 2018-in avqustunda üçillik müqavilə bağladığı Krayova “Universitatya”sına dönmək istəyi anlaşılandı. Axı “Keşlə” ilə icarə müqaviləsinin müddəti iyulun 22-də bitəcək (“vikipediya”da belə yazılıb) Sezar ilk növbədə məxsus olduğu klubun razılığını almalıdı ki, bu məqamda müəyyən suallar yaranır. Hər şeydən əvvəl “Universitatya”nın ona ehtiyac duyub-duymaması maraq doğurur. Bu komanda hazırda ÇFR ilə amansız çempionluq mübarizəsi aparır. Və belə məqamda baş məşqçi Kristiano Berqodinin “qalib heyəti dəyişməzlər” prinsipinə sadiq qalacağı şübhə doğurmur. Onu da xatırladaq ki, italyan mütəxəssis “Universitatya”nın “sükanı arxasına” mayın 8-də keçib, deməli, Sezarın futbolçu keyfiyyətlərinə də bələd deyil. Bələd olmadığı futbolçuya güvənmək isə ağıllı qərar sayılmaz.
Sezarı Rumıniyaya “çağıran” növbəti səbəb qardaşının varlığı ola bilər. Həqiqətən də böyük qardaş - Derlis “Neftçi” karyerasının ardından ötən ilin iyulundan bu ölkədə, daha doğrusu, aşağı dəstə komandası “Petrolul”da çıxış edir. Sezarın Avroliqada oynayacağı şübhə doğurmayan “Keşlə”ni atıb, “qardaşımla birgə oynayım” inadı ilə Ploeşti klubuna keçəcəyi ən azı qeyri-ciddi görünür. Yuxarıda vurğuladığım kimi, “Petrolul” 2-ci dəstədə oynayır, cari mövsümün sonunda elitaya yüksələcəyi də inandırıcı deyil.
Belə görünür ki, Sezar üçün ən münasib qərar 2013-dən bəri çıxış etdiyi (yalnız 2018/19 mövsümündə “Universitatya”da olub) ölkəmizin yolunu tutmaq olardı. Bu gün o, “Keşlə”nin və Azərbaycan çempionatının liderlərindən biri sayılırsa, Rumıniya, “Universitatya” və konkret Berqodi üçün heç kimdi. Krayova klubu bu gün 1 xal qabaqladığı ÇFR ilə mübarizədən qalib ayrılıb, çempionluğu bayram etsə belə, ÇL-də çıxış edəcək heyətdə Meza Kolliyə yer tapılacağı ən azı şübhə doğurur. Bütün belə vəziyyətlər üçün xarakterik olan bir atalar sözümüz də var: daş düşdüyü yerdə ağır olar! Düzdü, bu atalar sözünün paraqvaylıların 87 faizinin danışdığı quarani dilinə tərcüməsini bilmirəm. Amma əminəm ki, Zaur Axundov istəsə, nəinki quarani dilinə, hətta esperantoya da çevirtdirə bilər. Onun əlində belə işlər xırda-xuruş məsələdi. Axundov yolunu gözləyir, Sezar!
ORXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
2-08-2020, 11:54 “Federasiya pandemiya olmayanda heç bir iş görmürdü, o ki qalıb indi” 2-08-2020, 11:47 Dörd kluba ümumilikdə 2 milyon 500 min manat ayrıldı 2-08-2020, 11:39 Əmir Ağayev “Sumqayıt”a mesaj göndərdi 2-08-2020, 11:36 UEFA klublarımızı xəbərdar edib 2-08-2020, 11:32 “Energetik”in prezidenti İlham Əliyevə məktub yazıb 2-08-2020, 11:27 Kənar qüvvələr “Şahdağ”ı parçalayır 2-08-2020, 10:56 “Hər bir futbolçunun xarakteristikasını yazıb baş məşqçiyə göndərdim” 2-08-2020, 10:25 “Qarabağ”ın azarkeşləri Matiçi qınayanlarla razı deyil 2-08-2020, 10:23 Yağış imkan vermədi... 2-08-2020, 10:20 “Kəpəz”in 17 yaşlı qapıçısı karyerasını bitirdi 2-08-2020, 10:17 “Gözümü yumdum, açdım ağzımı, ermənilərə döşədim” 31-07-2020, 12:29 Zaur Həşimov Rəşad Sadıqovun təyinatını gözləyirmiş 31-07-2020, 12:24 Ramil Şeydayev “Sabah”da qaldı 31-07-2020, 12:23 Hakimlərin toplanışı olacaqmı? 31-07-2020, 12:18 Yeni mövsüm üçün büdcəsi təsdiq olunmayan “Sumqayıt”... 31-07-2020, 12:16 “Neftçi”nin Türkiyəyə səfəri gözlənilir 31-07-2020, 12:14 Meza Kollinin “Keşlə”yə kömək edəcəyi inandırıcı görünmür 31-07-2020, 12:05 Əli Babayev İsrail çempionu olub 31-07-2020, 12:01 Şəhriyar Raufu yığmanın ən dəyərli oyunçusu sayır 31-07-2020, 11:55 Rauf Məmmədovun onlayn partiyalarının sayı milyona yaxınlaşır 31-07-2020, 11:36 “Sumqayıt”ın Azad dayısı dünyasını dəyişdi 31-07-2020, 11:35 Rafiq Mirzəyev Vaqif Cavadovun məktəbində işləyəcək 31-07-2020, 11:33 Sadıqov üçün serb müdafiəçi 31-07-2020, 11:31 Əvvəl start tarixi, sonra “transfer pəncərəsi”nin vaxtı müəyyənləşəcək 31-07-2020, 11:28 “Sumqayıt”ın bombardiri ilə maraqlanan yoxdu 31-07-2020, 11:24 31 iyul: Qəbələdə əzəli rəqiblərin dueli 31-07-2020, 11:22 “Neftçi” müqavilə yenilədi və azarkeşlərinə səsləndi 31-07-2020, 11:19 Yeni mövsüm avqustda başlayacaq: 14-ü, yoxsa 21-i? 31-07-2020, 11:17 Həm martda, həm də iyulda doğulan Əsgər... 29-07-2020, 22:06 Əsgər Abdullayev yubileyini Bakıda ailəsi ilə qeyd edib 29-07-2020, 22:04 “Keşlə” rəqibini “ASK Arena”da qəbul edə biləcək 29-07-2020, 22:03 AFFA-nın İşçi Qrupunda beş nəfər yer alıb 29-07-2020, 22:00 Əmrəliyə “Rapid”, “Levski” və “Ferentsvaroş”dan təkliflər olub 29-07-2020, 21:06 “Qəbələ” “Zirə” ilə qolsuz “sülh”ə razılaşdı 29-07-2020, 21:04 Əfran İsmayılov hələ də gözləyir 29-07-2020, 17:56 U-19-un üzvü 20 yaşında “xərçəng”dən dünyasını dəyişdi 29-07-2020, 17:54 Vidadi Rzayev futbolun durumundan yana-yana danışdı 28-07-2020, 15:07 “İdman TV”nin əməkdaşları evdə müalicə olunurlar 28-07-2020, 15:01 Mütəxəssislər “Hatayspor”un təklifini dəyərləndirdi 28-07-2020, 14:59 Vüqar Əsgərov “Dauqavpils”dən ayrıldı 28-07-2020, 14:56 Aftandil Hacıyev gələcəyə ümidlə baxır 28-07-2020, 14:52 “Ağsu Siti” divizionda oynamaq üçün Elxan Məmmədova müraciət edib 28-07-2020, 14:45 Şəhriyar “Zirə”ni Rəşad Sadıqova görə seçib 28-07-2020, 14:41 Meza Kolli iyulun sonunda gəlməlidi 28-07-2020, 13:59 Səhhəti Nazim Əliyevə məşqçi işləməyə imkan vermir 27-07-2020, 12:21 Essyen yenidən "Çelsi"də? - İDDİA 26-07-2020, 15:39 “Dedim, yox, iynə gücünə də olsa, meydana çıxacam” 26-07-2020, 15:37 Atanur Cəfərli Azərbaycan Azarkeşlər Birliyini yaratdı 26-07-2020, 15:35 Cavid Hüseynov “Qəbələ”yə döndü 26-07-2020, 14:34 “Öz səhvlərimizə görə Avroliqadan kənarda qaldıq” 26-07-2020, 14:30 “Qarabağ”ın potensial rəqibləri: 15-i bilinir, qaldı biri 26-07-2020, 14:27 “Keşlə” Bakıya qayıtdı… 26-07-2020, 14:24 “Səbail” Əmirquliyevi saxladı 26-07-2020, 14:18 AFFA yığmanın məşqçilərini Qəbələyə ezam etdi 26-07-2020, 14:16 “Neftçi TV” yeni layihələr təqdim edəcək 26-07-2020, 14:09 "Sumqayıt" “səpələnməmişlər” sırasında olacaq 26-07-2020, 13:59 “Bakı” Lənkərana bir avtobus mühafizəçi aparıb Bütün xəbərlər
Ən çox oxunanlar