30 in 21:30olke

Bordin Füzuli Məmmədovu təbrik etməyib


“Avroliqada “Keşlə”yə qarşı oynamayacaqsan axı”
Çempionatın başa çatması ilə bağlı verilən qərardan sonra diqqət ölkəmizi avrokuboklarda təmsil edəcək komandalara yönəlib. Onlardan biri və beynəlxalq arenalardakı çıxışı böyük ümidlərlə gözlənilən “Neftçi”di.
Həmin “Neftçi” ki, mövsümü “Qarabağ”dan 8 xal geri qalmaqla ikinci pillədə başa vurdu və artıq “təmizlik” əməliyyatına start verib. Bugünə qədər “ağ-qaralar”ı 5 futbolçu – Vild-Donald Gerye, Baqali Dabo, Soni Mustivar, Vangelis Platellas və Tural Axundov tərk edib. Bu qədər itkinin qarşılığında isə yalnız Cabir Əmirli ilə müqavilə imzalanıb. Deyək ki, transferlərlə bağlı boşlulqarı aradan qaldırmaq üçün yetərincə vaxt var. Bəs bu cür qeyri-müəyyən şəraitdə hazırlıq mərhələsi necə olacaq? “Neftçi” Avroliqa ərəfəsində təlim-məşq toplanışını harda keçəcək? Bu və başqa sualların cavabı, təbii ki, baş məşqçi Füzuli Məmmədovdadı. Buna görə də 43 yaşlı mütəxəssislə əlaqə saxladıq.
- Mövsümü “gümüş”lə başa vurduz. Bu mükafatı məntiqəuyğun saymaq olar?
- Əvvəldən də demişdik ki, hədəfimiz çempion olmaqdı. Lakin iş elə gətirdi ki, 20 turdan sonra “Qarabağ”dan 8 xal geri düşdük və mövsümün başa çatdırılması ilə bağlı qərar veriləndə ikinci pillədəydik. İndiki vəziyyətlə barışmalıyıq. Ona görə də 2-ci yeri tutmağı da məqsədəuyğun sayıram.
- “Neftçi”ylə müqaviləni yeniləmisiz?
- Xeyr.
- Müqaviləsiz işləyirsiz?
- Elə bildim növbəti mövsümü nəzərdə tutub soruşursuz. Əlbəttə, hazırda “Neftçi”ylə anlaşmam var. Çempionatın bərpası ilə bağlı qərar veriləndə bir çoxları kimi mən də 2 aylıq yeni müqavilə bağladım. Yaxın günlərdə yeni müqavilə imzalanacaq.
- Yerinizə başqa məşqçi gətirərlər a...
- Xeyr, elə şey olmaz. İnanırsız, başımız o qədər qarışıqdı ki. Həm də karantin dövrünə düşdü, bazada heç kim yoxdu, hamı evdədi. İşə çıxandan sonra sənədə qol çəkərəm. Onsuz da evdə oturub bütün gün klubun işləri ilə məşğul oluram. Necə dəyərlər, baş qaşımağa vaxt olmur.
- Roberto Bordinlə danışırsız?
- Arada əlaqə qururam.
- Gümüş medallara, Avroliqaya vəsiqəyə görə təbrik etdi?
- Hələ etməyib, yəqin ki, edər. Bordinlə sonuncu dəfə mövsümün başa çatmasına dair qərar verilməmişdən əvvəl danışmışdım. Ümid edirəm ki, zəng vurub təbrik edəcək.
- “Gümüş”ə görə Bordin sizə təşəkkür etməlidi, yoxsa siz ona?
- Mübarizənin böyük hissəsi onun adı ilə bağlı olub. Ona görə də əsas təşəkkür ona düşür. Məncə, başda Bordin olmaqla məşqçilər heyətində yer alan hər kəsə təşəkkür düşür.
- Kim kimi təbrik etməlidi? Siz onu, o sizi?
- İkimiz bir-birimizi.
- Gələcəklə bağlı planlar necədi?
- Bu dəqiqə onsuz da gələcəklə bağlı planlar üzərində çalışırıq. Müəyyən planlar qurmuşuq, onların nə dərəcədə həyata keçəcəyini gözləyirik. Bu gün ölkədə sərt karantin rejimi tətbiq olunub, ölkədən çıxışa qadağa qoyulub. Avrokuboklarda ölkəmiz adına uğur qazanmaq istəyiriksə, ilk növbədə qüvvəmizi yoldaşlıq görüşlərində sınamalıyıq. Ordakı rəqiblərimiz Avropa təmsilçiləri olacaq deyə, sınaq matçlarını xarici komandalara qarşı keçirməliyik. Ölkəni tərk etmək üçün klub rəhbərliyi bacardığını etməyə çalışır. Asılı olduğumuz qurumlar da, fikrimcə, bu mənada bizə hansısa kömək göstərməlidi.
Çempionatın bu yerdə başa çatdırılmasını doğru qərar hesab edirəm. Boris Xetaqurov kimi təcrübəli həkim də qərarın düzgün olduğunu deyir. Çempionat davam etsəydi, avrokuboklara qədər salamat futbolçumuz qalmayacaqdı. İki yoldaşlıq görüşü keçirdik, iki futbolçumuz sıradan çıxdı. Bura kimi yaxşı gəlmişik, bundan sonra elə etməliyik ki, komandalarımız avrokuboklarda uğurlu çıxış edə bilsin.
- Yəni əsas məqsədiniz toplanış üçün ölkə xaricinə yollanmaqdı.
- Mən bunu çox istəyirəm. Xaricə getməyimiz Avroliqada yaxşı nəticələr qazanmaq üçün tramplin rolunu oynaya bilər. Bir var, ölkədə qalasan, bir də var, hansısa ölkədə hazırlıq keçib sınaq matçlarında qüvvəni sınayasan. Rəqiblər güclü olanda səhvlər üzə çıxır. Səhvləri görmək isə məşqçilərin işini asanlaşdırır.
- Burda qalmaqla da boşluğu aradan qaldırmaq olar.
- Deyək ki, “Qarabağ”a qarşı oynadıq, bəs sonra? 4-5 dəfə oynamaq olmaz ki.
- “Keşlə” də var...
- Avroliqada “Keşlə”ya qarşı oynamayacaqsan axı. Ola bilsin, ilk mərhələdə nisbətən zəif rəqib düşdü. Növbəti mərhələlərdə rəqiblərin səviyyəsi üstün olur, bunu bilirsiz.
- Hazırlıq mərhələsində güclü rəqiblərlə oynaya biləcəyinizə əminsiz?
- Çexiya, Rumıniya, Polşa təmsilçiləri ilə qarşılaşmaq olar. Qışda Kiyev “Dinamo”suna, “Desna”ya qarşı mübarizə aparmışdıq. Həm də Azərbaycanda rəqiblərə qarşı necə oynamalı olduğumuzu əzbər bilirik. Futbolçu rəqibi yaxı tanıyanda səhv etmək ehtimalı da azalır. Səhvləri görməyimiz üçün rəqib tanımadığımız və nisbətən güclü olmalıdı.
- Vild-Donald Gerye ilə Baqali Dabonun durumu məlumdu, birmənalı getməliydilər. Soni Mustivarı da hardasa başa düşmək olar. Vangelis Platellas və Tural Axundovla müqavilənin yenilənməməsi təəccüblü göründü.
- İstər Tural olsun, istər Soni, istərsə də Vangelis – hər birinin xətri mənim üçün əzizdi. Onlara olan münasibətimi özləri də bilir. Sadəcə, bu gün nisbətən gənc və sürətli futbolçulara ehtiyac duyduğumuzdan onlarla yola davam etmədik.
- Gedənlərin sırasına yeni adlar qoşula bilər?
- İnanmıram. Müqavilə müddəti bitən futbolçularla yollarımızı ayırdıq. Qalanların hər birinin anlaşması davam edir.
- Dabonun “Qarabağ” forması geyməsini həzm etmədiz və əsas komandadan ayrılmasını istədiz. Sizə elə gəlmir ki, Baqalini indi yox, daha əvvəlki tərbiyəsizlikləri zamanı yola salmalıydız.
- Dabo yaxşı futbolçudu. Çalışqandı, əzmkardı, qol vurmağı bacarır. Bacardığıımız qədər müsbət keyfiyyətlərindən istifadə etməyə çalışırdıq. Lakin futbolçunu bir-iki hərəkətinə görə silib atmaq olmur. Bəzən səbr etməli, yaxşıya doğru dəyişəcəyinə ümid etməlisən. Hər səhvə görə futbolçunu yola salsaq, mövsümün sonunda heç kim qalmaz. Sadəcə, klubun gerbinə, adına hörmətsizlik qəbulolunmazdı. Dözürsən, səbr edirsən, lakin bir anda daha sərt qərar verməli olursan.
- Sizin istəyinizlə cəlb olunan Cabir Əmirli “Neftçi” səviyyəsində futbolçudu?
- Cabir gənc və perspektivli futbolçudu. Cabir “Neftçi”dəki güclü komanda yoldaşlarının yanında təcrübə toplayıb gələcəkdə əsas milliyə qədər yüksəlməlidi. Mən onda bu potensialı görürəm. Çünki əsl idmançı xarakterinə sahib biridi. Cabir kimi futbolçu yığmada oynamalıdı.
- Cabirdən sonra daha neçə nəfərin transferi gözlənilir?
- Bu dəqiqə konkret say deyə bilməyəcəm. Çünki maraq dairəmizdə olan futbolçularla danışıqlar davam edir. Gedən futbolçuların yerinə yenilər cəlb olunacaq. Müdafiənin cinahına, yarımmüdafiənin mərkəzinə və cinahına, hücum xəttinə, bir neçə mövqeyə futbolçu lazımdı. Avroliqa ərəfəsində yeni nəfəsə ehtiyac var. Ümid edirəm ki, gələnlər gedənlərdən üstün olacaq ki, zəif olmayacaq.
- Səhv etmirəmsə, PRO kateqoriyasına sahib deyilsiz.
- Mayda PRO kateqoriyası üzrə dərslər başlamalıydı. Mən də həmin dərslərin iştirakçısı olmalıydım, hətta bu barədə mənə məlumat verilmişdi. Sadəcə, pandemiyanın yaratdığı fəsadlar kursları təxirə saldı. Ona görə də hələ ki, PRO kateqoriyam yoxdu.
- Belə olduğu halda “Neftçi”ni Avroliqa oyunlarına kim çıxaracaq?
- Bununla bağlı AFFA-dan UEFA-ya müraciət olunacaq. Kursların ləğv olunması və bu gün PRO kateqoriyasına sahib olmamağım mənim günahım deyil. Məlum səbəblərdən oxuya, lisenziyanı ala bilmədim. UEFA-ya müraciətdə fors-major halın nəzərə alınması və məni PRO kateqoriyalı məşqçi kimi qəbul etmək xahiş olunacaq. Fikrimcə, problem olmayacaq. Pandemiya dövründə UEFA rəhbərliyi klubları, məşqçi və futbolçuları başa düşməyə çalışır.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 11:45 Rəhbərlik “Şahdağ”ın futbolçularının maaşını vermir Dünən, 11:41 “Keşlə”nin Ruslan Qurbanova borcu yoxdu Dünən, 11:40 Klublar Bakını tərk edəcəklər Dünən, 11:38 Avrokuboka qatılanlar avqustda hazır olmalıdı Dünən, 11:36 Avrokubok iştirakçıları önündə “yaşıl işıq yandırıldı” Dünən, 11:34 Tural Bayramlı “Keşlə”dən pula görə ayrılıb Dünən, 11:28 Prosineçkinin uğur formulu Dünən, 11:27 Mahir uçacaq? Ay uçdu a... Dünən, 11:24 Qəbələ avrokubok təmsilçilərini qarşılamağa hazırdı Dünən, 11:21 “Sumqayıt”ın ispan məşqçisi vətəninə getmək istəməyib Dünən, 11:19 “Zirə” gözləmə mövqeyindədi Dünən, 11:17 Messi, “Real”, Nicat və ...acgöz bizimkilər 7-07-2020, 21:20 “Zirə” Turalla Şəhriyarı istəyir 7-07-2020, 21:18 “Qarabağ” rəhbərliyi ispanlara yardım əlini uzadıb 7-07-2020, 21:17 Bu gedişlə yığmanı yerli mütəxəssis çalışdıracaq 7-07-2020, 21:16 KİVDF-nin qərarı narazılıq doğurdu 7-07-2020, 20:53 “Təslim olsaq, bizim üçün faciə yaşanacaq” 7-07-2020, 20:50 “Sabah” Sopiçi yola saldı 7-07-2020, 20:49 İsayevə ən çox pul təklif edən “Sabah”dı 7-07-2020, 20:48 Zaur Həşimovun gedişi Məqsədi pis vəziyyətdə qoyub 7-07-2020, 20:46 “Keşlə” Ruslan Qurbanova çatacaq pulu vermir 7-07-2020, 20:44 Elmar Baxşıyev büdcənin təsdiqlənməsini gözləyir 7-07-2020, 20:41 Nicat ikinci qolunu vurdu 7-07-2020, 20:40 Şəmkirdə “Kəpəz”in futbolçularına yuxu dərmanı veriblər 7-07-2020, 20:37 AFFA və PFL əməkdaşları işə çıxa bilmirlər 4-07-2020, 12:32 Ramiz Mirzəzadə "İdman TV"ni "CBC Sport"a dəyişdi 4-07-2020, 12:24 “Azərbaycanda futbol öldü, qızım” 4-07-2020, 12:18 Məşqçilər Komitəsi Kinin namizədliyindən xəbərsizdi 4-07-2020, 12:14 “Keşlə”nin adı gələndə tüklərim biz-biz olur” 4-07-2020, 12:07 “Çempionatdakı nəticələr və Avroliqaya vəsiqə qazana bilməməyimiz qərarda rol oynamadı” 4-07-2020, 12:03 Miçel və Romero qardaşları İspaniyaya uçdu 4-07-2020, 09:23 “Sumqayıt” gərək “çox sağ ol, koronavirus” desin” 4-07-2020, 09:18 PFL təqvimin bir neçə variantı üzərində işləyir 4-07-2020, 08:55 “Futbol+”in “rəmzi yığma”sına 105 futbolçu düşüb 4-07-2020, 08:48 “Sumqayıt” Türkiyədən maska sifariş edəcək 4-07-2020, 08:45 “Forza Neftçi” Geryeyə ismarıc göndərdi 4-07-2020, 08:40 “Qarabağ”la anlaşan Gerye azarkeşlərə səsləndi 4-07-2020, 08:37 “Vəziyyət belə davam etsə, avrokuboklarda bizi son 10 ildə görmədiymiz uğursuzluq gözləyir” 4-07-2020, 08:28 1 manata nə düşür ki?! 3-07-2020, 12:31 FIDE sentyabra kimi onlayn turnirlərlə kifayətlənəcək 3-07-2020, 12:30 “Azərikimya” rəhbərliyi Riad Rəfiyevi məyus yola salıb 3-07-2020, 12:27 FİFA “Sumqayıt” Futbol Akademiyasını nəzarətə götürüb 3-07-2020, 12:25 Avrokubok iştirakçıları ölkəni tərk etməyəcək 3-07-2020, 12:11 “Zirə” Zaur Həşimovla yolları ayırdı 3-07-2020, 12:09 AFFA “Lernayin Artsax” mövzusunda gözləmə mövqeyi tutur 3-07-2020, 12:07 Dabo Azərbaycana təşəkkür etdi 3-07-2020, 12:05 Cavid “Keşlə”yə havayı başa gəlib? 3-07-2020, 12:04 Tərlan Əhmədovu gizlənməyə vadar edən nədi? 3-07-2020, 12:03 “Demək olar ki, Tərlan Əhmədovun əlində böyümüşəm, məni “Neftçi”dən tanıyır” 3-07-2020, 12:01 “Səbail”də büdcəni müəyyənləşdirməkdə çətinlik çəkirlər 3-07-2020, 11:58 Kin AFFA-dan yüksək maaş istəməyib 3-07-2020, 11:57 “Turun sitatı”nda Qurban Qurbanov hamını qabaqlayıb 3-07-2020, 11:54 “Narva Trans”ın baş məşqçisi Nurlan Novruzovu danlayıb 3-07-2020, 11:50 “Ertsgebirge”nin prezidenti Nazarovu fərqləndirdi 30-06-2020, 22:52 Rövşən Əhmədov fəhlə işlədiyi məktəbdə müəllimlik edəcək 30-06-2020, 22:49 Yığmanın Millətlər Liqasında oyun günləri müəyyənləşdi 30-06-2020, 22:47 PFL rəsmiləri Tovuza getməyi düşünmür Bütün xəbərlər
Ən çox oxunanlar