29 in 12:02olke

Mircavadovla Qasımov məsləhətçi rolunda


“Avqustun ilk həftəsində çempionat başlamalı, komandalarımız avrokuboklara qədər ilk turları oynamalıdı”
Mövsümün ləğvinin ardından klublarımızın avrokubok görüşlərinə hazırlığı başlamalıdı. Amma məlum səbəbdən bunun başqa illərlə müqayisədə çətin olacağı dəqiqdi. Vaxtın azlığı, ölkələrarası sərhədlərin açılmaması və başqa səbəblər komandaların lazımınca hazırlaşmasına mane olacaq. Bu il klubların Türkiyə toplanışları belə sual altındadı. Bununla yanaşı, transfer məsələsi də xeyli çətinləşəcək. Onsuz da premyer-liqada səviyyəli legionerlərin sayı çox olmur. İndi isə oyunçu gətirmək, yoxlamaq mümkün olmayacaq. Bir müddət də sərhədlər bağlı qalsa, ümumiyyətlə, legioner futbolçuların bu il ölkəmizə gəlməsi inandırıcı görünmür. Üstəlik, bu mövsüm təsnifat mərhələlərinin 1 oyundan ibarət olacağı açıqlanıb.
Əlbəttə, mövcud qayda klubların işini daha da çətinləşdirib. Çünki ilk mərhələ həmişə çətin olur. Buna səbəb heyətə cəlb edilən oyunçuların uyğunlaşmaması, oyun əskikliyi və rəqibi tam ciddiyə almamaqdı. Hətta böyük komandalar belə, bu mərhələdə çox “ilişib”. Bu baxımından təmsilçilərimizin cari mövsüm avrokubok görüşləri heç də asan keçməyəcək. Hazırkı vəziyyət ölkə futbolunun ötən əsrin 90-cı illərinin əvvəlindəki durumunu xatırladır. Düzdü, həmin vaxt hansısa xəstəlik yox idi, sadəcə, pulsuzluq idi. Klublarımızın toplanış üçün xaricə getməyə, səviyyəli futbolçular almağa imkanı olmurdu. İndi isə maddi vəziyyət düzəlsə də, durum eynidi. Bu səbəbdən də həmin illərdə çətinliklərinin öhdəsindən gəlməyə çalışan təcrübəli mütəxəssislərdən klublarımıza məsləhətlər vermələrini istədik.
Ağasəlim Mircavadov: “Oyunçu transferləri çətin olacaq. İstədiyin futbolçunu almaq üçün dəqiq çalışmaq lazımdı. Doğru məlumat almalısan ki, aldanmayasan. Bunun üçün planlı şəkildə işləmək lazımdı. Çağırdığın oyunçunun baxışa, yoxsa transferə gələcəyini özün təyin etməlisən. Bu da bir problem olacaq. Ancaq vəziyyətdən çıxmaq lazımdı. Ümumiyyətlə, məşqçilər oyunçulara fərdi hazırlıq planları tətbiq etməlidilər. Məşqsiz dayanmaq olmaz. Onsuz da bu qədər fasilə oldu. İndi hazırlığa sıfırdan başlaya bilməzlər. Legioner oyunçuların komandaya gəlməsi necə olacaq, bilmirəm. Çünki yollar bağlıdı. Amma yerlilər heç olmasa, hazırlığa davam etsinlər. Toplanış məsələsinə gəlincə, biz o vaxt öz komandalarımızla yoxlama görüşləri keçirirdik. 1990-cı illərdə mən Ağdamda idim. Toplanışı Bakıda keçirirdik. Burda həm məşq edir, həm də matçlar oynayırdıq. Bəzən də Mingəçevir, Gəncə komandaları ilə görüşlərimiz olurdu. Futbolçular fiziki durumlarını qorumalıdı. Ən əsası budu. Onlar heç olmasa, 40 faiz hazır olmalı, qalanı isə məşqdə bərpa edilməlidi. Bunun altında olsalar, o zaman çox çətin olacaq. Bizdə karantin iyulun 5-nə qədərdi. Belə düşünürəm ki, bu axırıncı olacaq. Avqustun ilk həftəsində çempionat başlamalı, komandalarımız avrokuboklara qədər ilk turları oynamalıdı. Həm təcrübə, həm də hazırlıq üçün bu vacibdi. Təsnifat mərhələsinin bir oyundan ibarət olması isə artıq “lotereya”dı. Hələ bilinmir kiminlə düşəcəksən. Ancaq yenə də bədbinliyə qapılmaq olmaz, planlı şəkildə çalışıb vəzifənin öhdəsindən gəlmək lazımdı”.
Nadir Qasımov: “Avrokuboklara vəsiqə qazanan klublarımızın bu gün maddi imkanları qaydasındadı. Onların həmin görüşlərə hazırlaşmaq üçün hər cür şəraiti var. Ancaq bu gün fərqli dönəmdi. Pandemiya ilə bağlı vəziyyət dəyişib. İstədiyin oyunçunu ölkəyə dəvət edə bilmirsən. Lazımi səviyyədə futbolçu almaq çətin olacaq. Məcbur olacağıq ki, öz komandalarımızın heyətindən kimisə tapıb transfer edək. İndiki vəziyyətdə bu daha faydalı olar. Yəqin ki, klub rəhbərləri bu barədə düşünürlər. Bu gün hamı eyni vəziyyətədi. Ona görə də kimisə günahlandırmaq düzgün olmaz. Hazırda toplanışın xaricdə olub-olmaması o qədər vacib deyil. Önəmli olan oyunlar keçirməkdi. Onu da öz klublarımızdan oynamaq olar. Düzdü, o qədər də effektli olmayacaq. Amma heç olmamasından bu yaxşıdı. Çünki hansısa xarici klubu ölkəyə dəvət etmək alınmaz. Təsnifat mərhələsinin bir görüşdən ibarət olması isə məsuliyyəti daha da artırır. Çalışıb təmsilçilərimizə şərait yaratmalıyıq ki, heç olmasa, burda olsun, yoxlama görüşləri keçirə bilsinlər”.
HƏSƏN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 11:45 Rəhbərlik “Şahdağ”ın futbolçularının maaşını vermir Dünən, 11:41 “Keşlə”nin Ruslan Qurbanova borcu yoxdu Dünən, 11:40 Klublar Bakını tərk edəcəklər Dünən, 11:38 Avrokuboka qatılanlar avqustda hazır olmalıdı Dünən, 11:36 Avrokubok iştirakçıları önündə “yaşıl işıq yandırıldı” Dünən, 11:34 Tural Bayramlı “Keşlə”dən pula görə ayrılıb Dünən, 11:28 Prosineçkinin uğur formulu Dünən, 11:27 Mahir uçacaq? Ay uçdu a... Dünən, 11:24 Qəbələ avrokubok təmsilçilərini qarşılamağa hazırdı Dünən, 11:21 “Sumqayıt”ın ispan məşqçisi vətəninə getmək istəməyib Dünən, 11:19 “Zirə” gözləmə mövqeyindədi Dünən, 11:17 Messi, “Real”, Nicat və ...acgöz bizimkilər 7-07-2020, 21:20 “Zirə” Turalla Şəhriyarı istəyir 7-07-2020, 21:18 “Qarabağ” rəhbərliyi ispanlara yardım əlini uzadıb 7-07-2020, 21:17 Bu gedişlə yığmanı yerli mütəxəssis çalışdıracaq 7-07-2020, 21:16 KİVDF-nin qərarı narazılıq doğurdu 7-07-2020, 20:53 “Təslim olsaq, bizim üçün faciə yaşanacaq” 7-07-2020, 20:50 “Sabah” Sopiçi yola saldı 7-07-2020, 20:49 İsayevə ən çox pul təklif edən “Sabah”dı 7-07-2020, 20:48 Zaur Həşimovun gedişi Məqsədi pis vəziyyətdə qoyub 7-07-2020, 20:46 “Keşlə” Ruslan Qurbanova çatacaq pulu vermir 7-07-2020, 20:44 Elmar Baxşıyev büdcənin təsdiqlənməsini gözləyir 7-07-2020, 20:41 Nicat ikinci qolunu vurdu 7-07-2020, 20:40 Şəmkirdə “Kəpəz”in futbolçularına yuxu dərmanı veriblər 7-07-2020, 20:37 AFFA və PFL əməkdaşları işə çıxa bilmirlər 4-07-2020, 12:32 Ramiz Mirzəzadə "İdman TV"ni "CBC Sport"a dəyişdi 4-07-2020, 12:24 “Azərbaycanda futbol öldü, qızım” 4-07-2020, 12:18 Məşqçilər Komitəsi Kinin namizədliyindən xəbərsizdi 4-07-2020, 12:14 “Keşlə”nin adı gələndə tüklərim biz-biz olur” 4-07-2020, 12:07 “Çempionatdakı nəticələr və Avroliqaya vəsiqə qazana bilməməyimiz qərarda rol oynamadı” 4-07-2020, 12:03 Miçel və Romero qardaşları İspaniyaya uçdu 4-07-2020, 09:23 “Sumqayıt” gərək “çox sağ ol, koronavirus” desin” 4-07-2020, 09:18 PFL təqvimin bir neçə variantı üzərində işləyir 4-07-2020, 08:55 “Futbol+”in “rəmzi yığma”sına 105 futbolçu düşüb 4-07-2020, 08:48 “Sumqayıt” Türkiyədən maska sifariş edəcək 4-07-2020, 08:45 “Forza Neftçi” Geryeyə ismarıc göndərdi 4-07-2020, 08:40 “Qarabağ”la anlaşan Gerye azarkeşlərə səsləndi 4-07-2020, 08:37 “Vəziyyət belə davam etsə, avrokuboklarda bizi son 10 ildə görmədiymiz uğursuzluq gözləyir” 4-07-2020, 08:28 1 manata nə düşür ki?! 3-07-2020, 12:31 FIDE sentyabra kimi onlayn turnirlərlə kifayətlənəcək 3-07-2020, 12:30 “Azərikimya” rəhbərliyi Riad Rəfiyevi məyus yola salıb 3-07-2020, 12:27 FİFA “Sumqayıt” Futbol Akademiyasını nəzarətə götürüb 3-07-2020, 12:25 Avrokubok iştirakçıları ölkəni tərk etməyəcək 3-07-2020, 12:11 “Zirə” Zaur Həşimovla yolları ayırdı 3-07-2020, 12:09 AFFA “Lernayin Artsax” mövzusunda gözləmə mövqeyi tutur 3-07-2020, 12:07 Dabo Azərbaycana təşəkkür etdi 3-07-2020, 12:05 Cavid “Keşlə”yə havayı başa gəlib? 3-07-2020, 12:04 Tərlan Əhmədovu gizlənməyə vadar edən nədi? 3-07-2020, 12:03 “Demək olar ki, Tərlan Əhmədovun əlində böyümüşəm, məni “Neftçi”dən tanıyır” 3-07-2020, 12:01 “Səbail”də büdcəni müəyyənləşdirməkdə çətinlik çəkirlər 3-07-2020, 11:58 Kin AFFA-dan yüksək maaş istəməyib 3-07-2020, 11:57 “Turun sitatı”nda Qurban Qurbanov hamını qabaqlayıb 3-07-2020, 11:54 “Narva Trans”ın baş məşqçisi Nurlan Novruzovu danlayıb 3-07-2020, 11:50 “Ertsgebirge”nin prezidenti Nazarovu fərqləndirdi 30-06-2020, 22:52 Rövşən Əhmədov fəhlə işlədiyi məktəbdə müəllimlik edəcək 30-06-2020, 22:49 Yığmanın Millətlər Liqasında oyun günləri müəyyənləşdi 30-06-2020, 22:47 PFL rəsmiləri Tovuza getməyi düşünmür Bütün xəbərlər
Ən çox oxunanlar