29 in 11:59olke

“Sumqayıt”dan ayrılan Süleymanov özünü yeni çağırışa hazır sayır


“4-5 ildən sonra millidə “çərçivə”ni kim qoruyacaq?”
Mövsümlərarası fasilədə “Sumqayıt”ı daha bir futbolçu tərk edib. Söhbət əvəzedicilərdən ibarət komandanın qolkiperi Süleyman Süleymanovdan gedir. 22 yaşlı qapıçı üç il “kimyaçılar”ın şərəfini qoruduqdan sonra düşərgədən ayrılmaq qərarına gəlib. Süleymanla söhbətdə klubdan ayrılmasının səbəbini öyrənməklə yanaşı, gələcək planları ilə də maraqlandıq.
- 10 yaşından “Qəbələ” Futbol Akademiyasına cəlb olundum. 7 il, U-17-yə qədər bütün yaş qruplarını keçdim. Ondan sonra isə əsas komandaya cəlb olundum. Həmin vaxt komandanı Roman Qriqorçuk çalışdırırdı. Məhz onun istəyi ilə əsas komandanın məşqlərinə qatıldım. İki il əsas komandada oldum. 19 yaşımda “Qəbələ” ilə müqaviləmin müddəti bitmişdi. Həmin vaxt “Sumqayıt”dan təklif gəldi. Çox düşünmədən, özümü göstərmək, daha da inkişaf etmək üçün Sumqayıt klubunun təklifini qəbul etdim. Həmin vaxt onu da nəzərə aldım ki, heyətdə əsasən gənclər çıxış edir və mənim kimi gənclər “Sumqayıt”da çıxış etdikdən sonra daha iddialı klublara transfer olunurlar. Yeni çağırış mənə maraqlı gəldiyindən “kimyaçılar”a üz tutdum. Bu il mayın 31-də isə klubla anlaşmanın müddəti bitdi. Belə qərara gəldim ki, artıq ayrılmağın vaxtıdı. Özümü yeni çağırışa hazır sayıram.
- Səhv etmirəmsə, həm də aşağı yaş qrupları üzrə bütün yığmaların şərəfini qorumusan...
- U-15-dən tutmuş U-21-ə qədər bütün yaş qrupu üzrə millilərə dəvət almışam. Nazim Süleymanovun rəhbərliyi altında U-19-la birlikdə Avropa çempionatının elit mərhələsində də iştirak etmişəm. Özüm 1998-ci ildə dünyaya gəlsəm də, Rəşad Sadıqovun dönəmində 1997 doğumlulardan formalaşan futbolçularla birgə U-21-in heyətində təsnifat mərhələsində də qapını qorumuşam.
- Fiziki göstəricilərin göz oxşayır, qapıçıya lazım olan bütün keyfiyyətlərə maliksən. Ancaq nədənsə “Sumqayıt”da əsas komandanın məşqçilərinin diqqətini cəlb edə bilmədin. Kənarda qalmağının səbəbini deyə bilərsən?
- Əslində “Qəbələ”dən ayrılıb “Sumqayıt”la müqavilə bağlayanda, anlaşmada əsas komandaya dəvət olunmağımla bağlı bənd var idi. Həmin dönəmdə komandanı Samir Abasov çalışdırırdı. Qapıçılar üzrə məşqçi isə Etibar Tarverdiyev idi. Məni də ən çox komandada görmək istəyən Etibar müəllim idi. Onu da xüsusi vurğulayım ki, qapıçı kimi yetişməyimdə ən çox əziyyəti olanlardan biri də məhz Tarverdiyevdi. Abasovdan sonra “sükan arxasına” Nazim Süleymanov keçdi. Onun da vaxtında hər şey yaxşı idi. Əsas kollektivlə birgə məşqlərə qatılırdım, çempionat oyunlarında adım sifariş ərizəsinə daxil edilirdi. Həmin ərəfədə U-21-in də əsas qokiperi idim. Sonradan klubda baş məşqçi dəyişikliyi oldu, Ayxan Abbasov dəvət olundu. Ondan sonra birdəfəlik əvəzedici heyətə göndərildim. Buna görə Ayxan müəllimdən incikliyim yoxdu. Hər işdə bir xeyir var. Ancaq özümü əsas kollektivdə oynamağa hazır hesab edirdim. Hər şeyə görə “Sumqayıt” rəhbərliyinə, məşqçilər korpusuna təşəkkür edirəm. Azarkeşlərə də xüsusi “çox sağ ol” demək istəyirəm. Ancaq hər bir son yeni başlanğıc deməkdi. Artıq 22 yaşım var və özümə güvənirəm. Əminliklə deyə bilərəm ki, premyer-liqada oynamağa hazıram.
- Hazırda azad agent statusuna maliksən. Səninlə maraqlanan, təklif göndərən klublar var?
- Bu işlərlə agentim məşğul olur. Bildiyim qədər 2-3 klubla danışıq aparıb. Ancaq hələ ki ortada real heç nə yoxdu. Pandemiya da futbol sahəsində qeyri-müəyyənlik yaradıb. Klublar transfer etməyə tələsmirlər. Bilirsiz, hərdən mənə elə gəlir ki, Azərbaycanda klub tapmaq üçün mütləq bir-iki aylıq da olsa, ölkə xaricinə çıxmalısan. Futbolunun səviyyəsi bizdən qat-qat aşağı ölkə də olsa, orda qısa müddət legioner həyatı yaşamaqla diqqət mərkəzinə düşürsən. Halbuki orda heç “artırmırsan”, yeni nəsə öyrənmirsən. Sadəcə, adın çəkiləndə deyirlər ki, filankəs legioner həyatı yaşayıb. Daha maraqlanan yoxdu ki, orda futbolun səviyyəsi necədi, həmin oyunçu hansı klubun şərəfini qoruyub, iddiası nə olub? Bir məsələ də var ki, onu da qeyd etməliyəm. Bizdə iddiasından asılı olmayaraq, əksər klublar nədənsə əcnəbi qapıçı gətirməkdə maraqlıdılar. Daha düşünən yoxdu ki, yerli qapıçılarımız var, onlara da güvənmək lazımdı. 4-5 ildən sonra millidə “çərçivə”ni kim qoruyacaq? Tutaq ki, bu gün üçün Emil Balayev, Səlahət Ağayev var. Onların biri Allah eləməsin, zədələnsə və ya cəzalansa, kimi dəvət edəcəklər? Kənardan gələn qokiperi millidə oynadacaqlar? Bizə də şans vermək, özünü göstərmək üçün imkan yaratmaq lazımdı. Tək özümü fikirləşmirəm, mənim kimi alt yapıdan çıxan qapıçılarımız var ki, diqqətsizlik səbəbindən kənarda qalıb.
- Legioner həyatından söz düşmüşkən, belə fikrin var?
- Ötən yay Türkiyənin birinci liqasında çıxış edən “Mənəmənspor”la danışıq aparmışdıq. Son anda razılıq əldə olunmadı. Həmin komandanın baş məşqçisi sonradan “Balıkəsirspor”a getdi. Ora keçən kimi məni də yanına dəvət etdi. Təəssüf ki, “Balıkəsirspor”a həmin vaxt transfer qadağası qoyuldu və belədə keçidim alınmadı. İndiki durumda pandemiya səbəbindən ölkə xaricinə çıxmaq istəmirəm. Koronavirus problemi aradan qalxandan sonra bu haqda düşünməyə dəyər.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 11:45 Rəhbərlik “Şahdağ”ın futbolçularının maaşını vermir Dünən, 11:41 “Keşlə”nin Ruslan Qurbanova borcu yoxdu Dünən, 11:40 Klublar Bakını tərk edəcəklər Dünən, 11:38 Avrokuboka qatılanlar avqustda hazır olmalıdı Dünən, 11:36 Avrokubok iştirakçıları önündə “yaşıl işıq yandırıldı” Dünən, 11:34 Tural Bayramlı “Keşlə”dən pula görə ayrılıb Dünən, 11:28 Prosineçkinin uğur formulu Dünən, 11:27 Mahir uçacaq? Ay uçdu a... Dünən, 11:24 Qəbələ avrokubok təmsilçilərini qarşılamağa hazırdı Dünən, 11:21 “Sumqayıt”ın ispan məşqçisi vətəninə getmək istəməyib Dünən, 11:19 “Zirə” gözləmə mövqeyindədi Dünən, 11:17 Messi, “Real”, Nicat və ...acgöz bizimkilər 7-07-2020, 21:20 “Zirə” Turalla Şəhriyarı istəyir 7-07-2020, 21:18 “Qarabağ” rəhbərliyi ispanlara yardım əlini uzadıb 7-07-2020, 21:17 Bu gedişlə yığmanı yerli mütəxəssis çalışdıracaq 7-07-2020, 21:16 KİVDF-nin qərarı narazılıq doğurdu 7-07-2020, 20:53 “Təslim olsaq, bizim üçün faciə yaşanacaq” 7-07-2020, 20:50 “Sabah” Sopiçi yola saldı 7-07-2020, 20:49 İsayevə ən çox pul təklif edən “Sabah”dı 7-07-2020, 20:48 Zaur Həşimovun gedişi Məqsədi pis vəziyyətdə qoyub 7-07-2020, 20:46 “Keşlə” Ruslan Qurbanova çatacaq pulu vermir 7-07-2020, 20:44 Elmar Baxşıyev büdcənin təsdiqlənməsini gözləyir 7-07-2020, 20:41 Nicat ikinci qolunu vurdu 7-07-2020, 20:40 Şəmkirdə “Kəpəz”in futbolçularına yuxu dərmanı veriblər 7-07-2020, 20:37 AFFA və PFL əməkdaşları işə çıxa bilmirlər 4-07-2020, 12:32 Ramiz Mirzəzadə "İdman TV"ni "CBC Sport"a dəyişdi 4-07-2020, 12:24 “Azərbaycanda futbol öldü, qızım” 4-07-2020, 12:18 Məşqçilər Komitəsi Kinin namizədliyindən xəbərsizdi 4-07-2020, 12:14 “Keşlə”nin adı gələndə tüklərim biz-biz olur” 4-07-2020, 12:07 “Çempionatdakı nəticələr və Avroliqaya vəsiqə qazana bilməməyimiz qərarda rol oynamadı” 4-07-2020, 12:03 Miçel və Romero qardaşları İspaniyaya uçdu 4-07-2020, 09:23 “Sumqayıt” gərək “çox sağ ol, koronavirus” desin” 4-07-2020, 09:18 PFL təqvimin bir neçə variantı üzərində işləyir 4-07-2020, 08:55 “Futbol+”in “rəmzi yığma”sına 105 futbolçu düşüb 4-07-2020, 08:48 “Sumqayıt” Türkiyədən maska sifariş edəcək 4-07-2020, 08:45 “Forza Neftçi” Geryeyə ismarıc göndərdi 4-07-2020, 08:40 “Qarabağ”la anlaşan Gerye azarkeşlərə səsləndi 4-07-2020, 08:37 “Vəziyyət belə davam etsə, avrokuboklarda bizi son 10 ildə görmədiymiz uğursuzluq gözləyir” 4-07-2020, 08:28 1 manata nə düşür ki?! 3-07-2020, 12:31 FIDE sentyabra kimi onlayn turnirlərlə kifayətlənəcək 3-07-2020, 12:30 “Azərikimya” rəhbərliyi Riad Rəfiyevi məyus yola salıb 3-07-2020, 12:27 FİFA “Sumqayıt” Futbol Akademiyasını nəzarətə götürüb 3-07-2020, 12:25 Avrokubok iştirakçıları ölkəni tərk etməyəcək 3-07-2020, 12:11 “Zirə” Zaur Həşimovla yolları ayırdı 3-07-2020, 12:09 AFFA “Lernayin Artsax” mövzusunda gözləmə mövqeyi tutur 3-07-2020, 12:07 Dabo Azərbaycana təşəkkür etdi 3-07-2020, 12:05 Cavid “Keşlə”yə havayı başa gəlib? 3-07-2020, 12:04 Tərlan Əhmədovu gizlənməyə vadar edən nədi? 3-07-2020, 12:03 “Demək olar ki, Tərlan Əhmədovun əlində böyümüşəm, məni “Neftçi”dən tanıyır” 3-07-2020, 12:01 “Səbail”də büdcəni müəyyənləşdirməkdə çətinlik çəkirlər 3-07-2020, 11:58 Kin AFFA-dan yüksək maaş istəməyib 3-07-2020, 11:57 “Turun sitatı”nda Qurban Qurbanov hamını qabaqlayıb 3-07-2020, 11:54 “Narva Trans”ın baş məşqçisi Nurlan Novruzovu danlayıb 3-07-2020, 11:50 “Ertsgebirge”nin prezidenti Nazarovu fərqləndirdi 30-06-2020, 22:52 Rövşən Əhmədov fəhlə işlədiyi məktəbdə müəllimlik edəcək 30-06-2020, 22:49 Yığmanın Millətlər Liqasında oyun günləri müəyyənləşdi 30-06-2020, 22:47 PFL rəsmiləri Tovuza getməyi düşünmür Bütün xəbərlər
Ən çox oxunanlar