26 in 12:03olke

“Sumqayıt” Almaniya firmasına sadiq qaldı


Rəhbərlik maaş və mükafat paylayıb
Tarixində ilk dəfə Avropa Liqasına vəsiqə qazanan “Sumqayıt”ın əksər futbolçularının müqavilə müddətinin başa çatdığını ötən saylarımızın birində xəbər vermişdik. “Kimyaçılar”ın beynəlxalq arenaya vəsiqə qazanması həmin oyunçuların klubda qalacağına ümid yaratsa da, görünür, heç də belə deyilmiş. Əldə etdiyimiz məlumata əsasən, “ağ-göylər”in uğurunda xidməti olan Əmir Ağayevin və müdafiə xəttinin əsas simalarından sayılan Şəhriyar Əliyevin düşərgədən ayrıldığı artıq dəqiqləşib. Əmirin İsrail klublarının biri ilə artıq ortaq məxrəcə gəldiyi deyilirsə, Şəhriyar “Keşlə” ilə anlaşıb. Aleksey İsayevin “gənclik şəhəri” təmsilçisinə geri dönməyəcəyi də gəzən söz-söhbətlər arasındadı.
Söylənilənlərə aydınlıq gətirmək üçün komandanın baş məşqçisi Ayxan Abbasovla danışmaq istəsək də, o, zənglərimizə cavab vermədi. Belədə klubun mətbuat katibi Rəşad Məmmədovla əlaqə saxladıq: “Mövsümün sonunda əksər futbolçuların anlaşmasının müddəti başa çatıb. Rəhbərlik onlarla yenidən danışıq masası arxasına oturmağa hazırlaşır. Həmin futbolçular klubun təklif etdiyi şərtlərlə razılaşacağı halda onlarla yeni müqavilə imzalanacaq. Şəhriyarla Əmirin artıq özünə klub tapmasına gəlincə, bu haqda məndə heç bir məlumat yoxdu. Komanda hazırda istirahətdədi və gələn ay bir araya gəlməyi planlaşdırır”.
Mətbuatda “kimyaçılar”ın iyulda Qəbələdə toplanış keçəcəyi ilə bağlı xəbərlər yayılıb. Ancaq Məmmədov bizimlə söhbətdə hələ heç nəyin məlum olmadığını bildirdi: “İlkin plana əsasən komanda iyulun 10-da Sumqayıtda bir araya gələcək. Komandanın Qəbələdə toplanış keçəcəyi ilə bağlı mətbuatda yayılan xəbərlərin hardan qaynaqlandığını deyə bilmərəm. Hələ ki bu məsələ ilə bağlı heç nə dəqiqləşməyib”.
“Sumqayıt”ın mətbuat katibi sonda komandanın ötən il olduğu kimi, yeni mövsümdə də “Jako” firmasının istehsal etdiyi idman geyimlərindən istifadə edəcəyini bildirdi: “Almaniya firmasının istehsal etdiyi geyim dəstləri çox keyfiyyətlidi. Bu üzdən qərara alındı ki, yeni mövsümdə də “Sumqayıt” “Jako” geyinsin”.
Sonda onu da bildirək ki, klub rəhbərliyi “ağ-göylər”i sevindirib. Belə ki, komanda üzvləri və məşqçilər korpusu mayın maaşını almaqla yanaşı, ölkə kubokunda “Neftçi” səddini adladığı üçün vəd olunan mükafata da qovuşub.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 11:45 Rəhbərlik “Şahdağ”ın futbolçularının maaşını vermir Dünən, 11:41 “Keşlə”nin Ruslan Qurbanova borcu yoxdu Dünən, 11:40 Klublar Bakını tərk edəcəklər Dünən, 11:38 Avrokuboka qatılanlar avqustda hazır olmalıdı Dünən, 11:36 Avrokubok iştirakçıları önündə “yaşıl işıq yandırıldı” Dünən, 11:34 Tural Bayramlı “Keşlə”dən pula görə ayrılıb Dünən, 11:28 Prosineçkinin uğur formulu Dünən, 11:27 Mahir uçacaq? Ay uçdu a... Dünən, 11:24 Qəbələ avrokubok təmsilçilərini qarşılamağa hazırdı Dünən, 11:21 “Sumqayıt”ın ispan məşqçisi vətəninə getmək istəməyib Dünən, 11:19 “Zirə” gözləmə mövqeyindədi Dünən, 11:17 Messi, “Real”, Nicat və ...acgöz bizimkilər 7-07-2020, 21:20 “Zirə” Turalla Şəhriyarı istəyir 7-07-2020, 21:18 “Qarabağ” rəhbərliyi ispanlara yardım əlini uzadıb 7-07-2020, 21:17 Bu gedişlə yığmanı yerli mütəxəssis çalışdıracaq 7-07-2020, 21:16 KİVDF-nin qərarı narazılıq doğurdu 7-07-2020, 20:53 “Təslim olsaq, bizim üçün faciə yaşanacaq” 7-07-2020, 20:50 “Sabah” Sopiçi yola saldı 7-07-2020, 20:49 İsayevə ən çox pul təklif edən “Sabah”dı 7-07-2020, 20:48 Zaur Həşimovun gedişi Məqsədi pis vəziyyətdə qoyub 7-07-2020, 20:46 “Keşlə” Ruslan Qurbanova çatacaq pulu vermir 7-07-2020, 20:44 Elmar Baxşıyev büdcənin təsdiqlənməsini gözləyir 7-07-2020, 20:41 Nicat ikinci qolunu vurdu 7-07-2020, 20:40 Şəmkirdə “Kəpəz”in futbolçularına yuxu dərmanı veriblər 7-07-2020, 20:37 AFFA və PFL əməkdaşları işə çıxa bilmirlər 4-07-2020, 12:32 Ramiz Mirzəzadə "İdman TV"ni "CBC Sport"a dəyişdi 4-07-2020, 12:24 “Azərbaycanda futbol öldü, qızım” 4-07-2020, 12:18 Məşqçilər Komitəsi Kinin namizədliyindən xəbərsizdi 4-07-2020, 12:14 “Keşlə”nin adı gələndə tüklərim biz-biz olur” 4-07-2020, 12:07 “Çempionatdakı nəticələr və Avroliqaya vəsiqə qazana bilməməyimiz qərarda rol oynamadı” 4-07-2020, 12:03 Miçel və Romero qardaşları İspaniyaya uçdu 4-07-2020, 09:23 “Sumqayıt” gərək “çox sağ ol, koronavirus” desin” 4-07-2020, 09:18 PFL təqvimin bir neçə variantı üzərində işləyir 4-07-2020, 08:55 “Futbol+”in “rəmzi yığma”sına 105 futbolçu düşüb 4-07-2020, 08:48 “Sumqayıt” Türkiyədən maska sifariş edəcək 4-07-2020, 08:45 “Forza Neftçi” Geryeyə ismarıc göndərdi 4-07-2020, 08:40 “Qarabağ”la anlaşan Gerye azarkeşlərə səsləndi 4-07-2020, 08:37 “Vəziyyət belə davam etsə, avrokuboklarda bizi son 10 ildə görmədiymiz uğursuzluq gözləyir” 4-07-2020, 08:28 1 manata nə düşür ki?! 3-07-2020, 12:31 FIDE sentyabra kimi onlayn turnirlərlə kifayətlənəcək 3-07-2020, 12:30 “Azərikimya” rəhbərliyi Riad Rəfiyevi məyus yola salıb 3-07-2020, 12:27 FİFA “Sumqayıt” Futbol Akademiyasını nəzarətə götürüb 3-07-2020, 12:25 Avrokubok iştirakçıları ölkəni tərk etməyəcək 3-07-2020, 12:11 “Zirə” Zaur Həşimovla yolları ayırdı 3-07-2020, 12:09 AFFA “Lernayin Artsax” mövzusunda gözləmə mövqeyi tutur 3-07-2020, 12:07 Dabo Azərbaycana təşəkkür etdi 3-07-2020, 12:05 Cavid “Keşlə”yə havayı başa gəlib? 3-07-2020, 12:04 Tərlan Əhmədovu gizlənməyə vadar edən nədi? 3-07-2020, 12:03 “Demək olar ki, Tərlan Əhmədovun əlində böyümüşəm, məni “Neftçi”dən tanıyır” 3-07-2020, 12:01 “Səbail”də büdcəni müəyyənləşdirməkdə çətinlik çəkirlər 3-07-2020, 11:58 Kin AFFA-dan yüksək maaş istəməyib 3-07-2020, 11:57 “Turun sitatı”nda Qurban Qurbanov hamını qabaqlayıb 3-07-2020, 11:54 “Narva Trans”ın baş məşqçisi Nurlan Novruzovu danlayıb 3-07-2020, 11:50 “Ertsgebirge”nin prezidenti Nazarovu fərqləndirdi 30-06-2020, 22:52 Rövşən Əhmədov fəhlə işlədiyi məktəbdə müəllimlik edəcək 30-06-2020, 22:49 Yığmanın Millətlər Liqasında oyun günləri müəyyənləşdi 30-06-2020, 22:47 PFL rəsmiləri Tovuza getməyi düşünmür Bütün xəbərlər
Ən çox oxunanlar