26 in 11:57olke

“Sumqayıt”a “green card” verilmədi ki...”


Vüqar Mustafayev Zaqatalada dincəlir
Cari mövsümdə “Sumqayıt”ın uğurlu çıxışında Vüqar Mustafayevin də rolu az olmadı. Dayaq yarımmüdafiəçi oyun ərzində meydanda ən çox qaçanlardan, mübarizə aparanlardan biri kimi yadda qalıb. “İnStat”ın göstəricilərinə görə Vüqar meydana çıxdığı matçlarda minimum 12-13 kilometr qət edib ki, bu da Çempionlar Liqasında top qovan futbolçuların göstəriciləri ilə eynilik təşkil edir. Zaqatala futbol məktəbinin yetirməsi hazırda doğma rayonda istirahətdədi. Buna baxmayaraq, özünün dediyinə görə, formasını qorumaq üçün gündəlik məşqlərdən də qalmır.
- İstirahət neçə keçir?
- Hər şey normaldı. Əslində məlum səbəbdən bu il əvvəlki mövsümlərdən fərqli daha çox istirahət etməli olduq. Martdan bu yana, demək olar ki, kollektiv məşqlərdən uzaq düşmüşük. Düzdü, arada təxminən 10 gün komanda ilə hazırlıq keçdik. Ancaq ümumi planda 2019/20 mövsümü bir qədər qəribə alındı. Martda da Zaqatalada idim. İndi də istirahət üçün bura gəlmişəm.
- Boş vaxtlarını rayonda neçə keçirirsən?
- Mən bir az qapalı insanam. Çox gəzməyi, ictimaiyyət arasında olmağı xoşlamıram. Çölə-bayıra çıxanda qohum-qardaşa baş çəkirəm, arada dostlarla görüşürəm. Çox vaxt həyət-bacada bəzi işlərdə evdəkilərə kömək etməyə çalışıram. Mənim də istirahətim belə keçir.
- Səncə, niyə “Sumqayıt”ın Avropa Liqsına yollanması ictimaiyyət arasında birmənalı qarşılanmır?
- Bir neçə gün öncə bununla bağlı açıqlama vermişdim. Yenidən təkrarçılığa yol vermək istəmirəm. Ancaq yenə deyirəm, biz vəsiqəni hansısa güzəşt sayəsində yox, idman mübarizəsi şəraitində qazanmışıq. “Sumqayıt”a “green card” verilmədi ki... PFL-in Əsasnaməsinə uyğun olaraq, premyer-liqanın dördüncüsü kimi Avroliqada çıxış etmək hüququ qazanmışıq. Kim nə deyir, nə düşünür, mənim üçün maraqlı deyil. Mən bilirəm ki, bu vəsiqəni əldə etmək üçün nə qədər əziyyət çəkmişik. Mövsümboyu məşqçilər korpusu bizi inandırırdı ki, komanda olaraq buna nail ola bilərik. Ayxan Abbasov hər dəfə “siz Avropada oynamağa layiqsiz” deyib bizləri motivasiya edirdi. Hər oyuna da sonuncu matç kimi çıxırdıq. Ola bilsin, ayrı-ayrılıqda hansısa görüşdə zəif təsir bağışlamışıq, oyunumuz alınmayıb, azarkeşlərimizi məyus etmişik. Ancaq ümumilikdə marta kimi uğurlu oyunlarımızın sayı çox olub.
- Mövsümboyu belə söz-söhbət gəzirdi ki, mövsümün sonunda başqa kluba üz tutacaqsan. Səninlə bir neçə klubun maraqlandığı deyilirdi. Bəs özün nə düşünürsən? Şəhriyar Əliyev, Əmir Ağayev kimi sən də “Sumqayıt”ı tərk edəcəksən, yoxsa komandada qalmaq fikrin var?
- Çempionatın gedişində bu haqda heç düşünmədim. “Sumqayıt”a uğur qazanmaq üçün gəlmişdim və inanırdım ki, istəyimə çatacam. Ötən il kubokun finalında məğlub olandan sonra jurnalistlər məndən əsas istəyimin nə olduğunu soruşdular. Onlara “mən də istəyirəm ki, titul qazanım, avrokuboklarda iştirak edim” cavabını vermişdim. Ondan sonra bəzi saytlarda mənim “Sumqayıt”dan ayrılmaq haqda düşündüyümü yazdılar. Halbuki o fikri səsləndirərkən, heç də klubdan ayrılmaq niyyətimin olduğunu deməmişdim. Şükür Allaha, ötən il bacarmadığımızı bu mövsüm etdik. Titul qazanmasaq da, qitəmiqyaslı turnirə vəsiqə əldə etdik. Mənim üçün çox xoş oldu. Hətta deyərdim ki, sürpriz oldu. Bir də ona sevinirəm ki, Sumqayıtın futbol tarixinə adını yazdıran komandanın üzvləri arasında mənim də adım var. Onu da deyim ki, mənimlə maraqlanan, heyətində görmək istəyən komanda olsaydı, heç olmasa, özümlə əlaqə saxlayardılar. Ancaq belə bir şey olmadığından yalandan deyə bilmərəm ki, bir neçə klub xidmətimdə maraqlıdı. Sizə bir söz də deyim ki, mənim üçün maliyyə heç də birinci pillədə deyil. Yüksək maaş almaq yaxşıdı, ancaq mən elə adamam ki, ilk növbədə yaxşı, dürüst insanların yer aldığı kollektivdə olmaq istəyirəm. Haqq-ədalət olsun, rəhbərlik, məşqçilər korpusu heç kimin haqqını yeməsin – mənim üçün bunlar vacibdi.
- Kollektivdən söz düşmüşkən, səncə “Sumqayıt” indki heyətlə avrokuboklarda nəyə ümid edə bilər?
- Əslində elə də geniş heyətimiz yoxdu. Kollektivə 3-4 yeni, təcrübəli oyunçu dəvət etsək, ən azı bir mərhələ keçəcəyimizə inanıram. “Sumqayıt”ın avrokubok təcrübəsinin olmamasını da nəzərə almaq lazımdı. Bəzən deyirlər ki, neçə ildi premyer-liqada çıxış edirsən, təcrübəli oyunçu sayılırsan. Sən niyə təcrübəni xüsusi qabardırsan? Kim necə düşünür-düşünsün, beynəlxalq oyun təcrübəsi tam başqadı. Azarkeşlərimizi əmin edirəm ki, mərhələ keçməsək belə, sona qədər mübarizə aparıb, bütün gücümüzü ortaya qoyacağıq.
- Mövsümboyu yarımmüdafiənin mərkəzində səninlə yanaşı Rəhim Sadıxov, Xəyal Zeynalov, Aleksey İsayev, Səbuhi Abdullazadə kimi oyunçular çıxış etdi. Anlaşma baxımından sənə kiminlə oynamaq daha rahat idi?
- Adını çəkdiyiniz oyunçuların hərəsinin özünə görə özəliyi var. Mən meydanda daha çox dağıdıcı, “qara iş” gördüyümə görə oyun qurmaq baxımından Alekseylə çiyin-çiyinə oynamaq mənə daha rahat idi. Mən rəqibdən topu alıb İsyaevə verəndən sonra bilirdim ki, o nəsə edəcək. Xəyalla da bir-birimizi yaxşı başa düşürük. Səbuhi ilə yanaşı oynamaq xoşdu. Onda həm dağıdıcılıq, həm də yaradıcılıq qabiliyyəti var. Abdullazdə hələ gəncdi və inanıram ki, gələcəkdə uğurlu karyera qura biləcək. Onu həm insan, həm də futbolçu kimi çox bəyənirəm.
- Fiziki hazırlığın həmişə yüksək olub. Bu intensiv məşqlərin sayəsindədi, yoxsa Allah vergisidi?
- Əlbəttə, burda məşqin də, rejim gözləməyin də, işə yanaşmanın da təsiri var. Digər tərəfdən də insanda xarakterin olması çox vacibdi. Ola bilər, mən texniki cəhətdən güclü deyiləm, taktiki cəhətdən zəifəm. Ancaq meydana çıxanda çalışıram sona qədər vuruşum, son gücümü qoyub komandaya kömək edim. Hər xal üçün hər şey etməyə hazıram.
- Yığmadan dəvət gözləyirsən?
- Millidə oynamaq, ölkənin əsas komandasını şərəfini qorumaq hər bir futbolçunun arzusudu. Yığmada çıxış etmək şərəf məsələsidi. Bir futbolçu kimi mən də istəyirəm ki, millinin heyətində çıxış edim. Bilirsiz ki, çempionatın gedişində ağır zədə aldım. Zədələnənə qədər hardasa fikirləşirdim ki, toplanışların birinə dəvət edərlər, məni də sınaqdan keçirərlər. Ancaq bir müddət futbolsuz qaldım. Yenə ümid edirəm ki, gələcəkdə dəvət gələr. Qismət olsa, dəvət etsələr, özümü ən yaxşı tərəfdən göstərməyə çalışaram.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 11:45 Rəhbərlik “Şahdağ”ın futbolçularının maaşını vermir Dünən, 11:41 “Keşlə”nin Ruslan Qurbanova borcu yoxdu Dünən, 11:40 Klublar Bakını tərk edəcəklər Dünən, 11:38 Avrokuboka qatılanlar avqustda hazır olmalıdı Dünən, 11:36 Avrokubok iştirakçıları önündə “yaşıl işıq yandırıldı” Dünən, 11:34 Tural Bayramlı “Keşlə”dən pula görə ayrılıb Dünən, 11:28 Prosineçkinin uğur formulu Dünən, 11:27 Mahir uçacaq? Ay uçdu a... Dünən, 11:24 Qəbələ avrokubok təmsilçilərini qarşılamağa hazırdı Dünən, 11:21 “Sumqayıt”ın ispan məşqçisi vətəninə getmək istəməyib Dünən, 11:19 “Zirə” gözləmə mövqeyindədi Dünən, 11:17 Messi, “Real”, Nicat və ...acgöz bizimkilər 7-07-2020, 21:20 “Zirə” Turalla Şəhriyarı istəyir 7-07-2020, 21:18 “Qarabağ” rəhbərliyi ispanlara yardım əlini uzadıb 7-07-2020, 21:17 Bu gedişlə yığmanı yerli mütəxəssis çalışdıracaq 7-07-2020, 21:16 KİVDF-nin qərarı narazılıq doğurdu 7-07-2020, 20:53 “Təslim olsaq, bizim üçün faciə yaşanacaq” 7-07-2020, 20:50 “Sabah” Sopiçi yola saldı 7-07-2020, 20:49 İsayevə ən çox pul təklif edən “Sabah”dı 7-07-2020, 20:48 Zaur Həşimovun gedişi Məqsədi pis vəziyyətdə qoyub 7-07-2020, 20:46 “Keşlə” Ruslan Qurbanova çatacaq pulu vermir 7-07-2020, 20:44 Elmar Baxşıyev büdcənin təsdiqlənməsini gözləyir 7-07-2020, 20:41 Nicat ikinci qolunu vurdu 7-07-2020, 20:40 Şəmkirdə “Kəpəz”in futbolçularına yuxu dərmanı veriblər 7-07-2020, 20:37 AFFA və PFL əməkdaşları işə çıxa bilmirlər 4-07-2020, 12:32 Ramiz Mirzəzadə "İdman TV"ni "CBC Sport"a dəyişdi 4-07-2020, 12:24 “Azərbaycanda futbol öldü, qızım” 4-07-2020, 12:18 Məşqçilər Komitəsi Kinin namizədliyindən xəbərsizdi 4-07-2020, 12:14 “Keşlə”nin adı gələndə tüklərim biz-biz olur” 4-07-2020, 12:07 “Çempionatdakı nəticələr və Avroliqaya vəsiqə qazana bilməməyimiz qərarda rol oynamadı” 4-07-2020, 12:03 Miçel və Romero qardaşları İspaniyaya uçdu 4-07-2020, 09:23 “Sumqayıt” gərək “çox sağ ol, koronavirus” desin” 4-07-2020, 09:18 PFL təqvimin bir neçə variantı üzərində işləyir 4-07-2020, 08:55 “Futbol+”in “rəmzi yığma”sına 105 futbolçu düşüb 4-07-2020, 08:48 “Sumqayıt” Türkiyədən maska sifariş edəcək 4-07-2020, 08:45 “Forza Neftçi” Geryeyə ismarıc göndərdi 4-07-2020, 08:40 “Qarabağ”la anlaşan Gerye azarkeşlərə səsləndi 4-07-2020, 08:37 “Vəziyyət belə davam etsə, avrokuboklarda bizi son 10 ildə görmədiymiz uğursuzluq gözləyir” 4-07-2020, 08:28 1 manata nə düşür ki?! 3-07-2020, 12:31 FIDE sentyabra kimi onlayn turnirlərlə kifayətlənəcək 3-07-2020, 12:30 “Azərikimya” rəhbərliyi Riad Rəfiyevi məyus yola salıb 3-07-2020, 12:27 FİFA “Sumqayıt” Futbol Akademiyasını nəzarətə götürüb 3-07-2020, 12:25 Avrokubok iştirakçıları ölkəni tərk etməyəcək 3-07-2020, 12:11 “Zirə” Zaur Həşimovla yolları ayırdı 3-07-2020, 12:09 AFFA “Lernayin Artsax” mövzusunda gözləmə mövqeyi tutur 3-07-2020, 12:07 Dabo Azərbaycana təşəkkür etdi 3-07-2020, 12:05 Cavid “Keşlə”yə havayı başa gəlib? 3-07-2020, 12:04 Tərlan Əhmədovu gizlənməyə vadar edən nədi? 3-07-2020, 12:03 “Demək olar ki, Tərlan Əhmədovun əlində böyümüşəm, məni “Neftçi”dən tanıyır” 3-07-2020, 12:01 “Səbail”də büdcəni müəyyənləşdirməkdə çətinlik çəkirlər 3-07-2020, 11:58 Kin AFFA-dan yüksək maaş istəməyib 3-07-2020, 11:57 “Turun sitatı”nda Qurban Qurbanov hamını qabaqlayıb 3-07-2020, 11:54 “Narva Trans”ın baş məşqçisi Nurlan Novruzovu danlayıb 3-07-2020, 11:50 “Ertsgebirge”nin prezidenti Nazarovu fərqləndirdi 30-06-2020, 22:52 Rövşən Əhmədov fəhlə işlədiyi məktəbdə müəllimlik edəcək 30-06-2020, 22:49 Yığmanın Millətlər Liqasında oyun günləri müəyyənləşdi 30-06-2020, 22:47 PFL rəsmiləri Tovuza getməyi düşünmür Bütün xəbərlər
Ən çox oxunanlar