25 in 13:35olke

Slavik Alxasov “Sabah”la “Neftçi” arasında seçim edir

Slavik Alxasov “Sabah”la “Neftçi” arasında seçim edir
“Maaşımda diqqətçəkən fərq olmasaydı, “Keşlə”dən ayrılmazdım”
Deyəsən, mövsümü bürünc medalla başa vurmağına baxmayaraq, “Keşlə”də vəziyyət heç də yaxşı deyil. Bu yay ölkəmizi Avropa Liqasında təmsil edəcək klub kapitanı ilə yolları ayırırsa, deməli, paytaxt klubunun düşərgəsində xoşagəlməz durum yaşanır.
Onsuz da neçə vaxtdı “ağ-qırmızılar” barədə mətbuatda xoşagəlməz məzmunda müxtəlif fikirlər yazılır. Bəzilərinin iddiasına görə klub prezidenti Zaur Axundovla baş məşqçi Tərlan Əhmədovun münasibəti pozulub. Əksər legionerlərin yeni müqaviləyə imza atmaq niyyətində olmadığı bildirilir. 4 il “Keşlə”nin şərəfini qoruduqdan sonra yeni kluba keçməyə hazırlaşan Slavik Alxasovla söhbətdə bizi maraqlandıran bəzi suallara cavab tapmağa çalışdıq.
- Son 4 ildə formasını geyndiyin, kapitanı olduğun klubdan ayrılmağın bir qədər gözlənilməz oldu. Təxminən 3 ay öncə qəzetimizə verdiyin müsahibədə “Keşlə”də xoşbəxt olduğunu bildirmişdin. Geridə qalan müddətdə nə dəyişdi ki, xoşbəxt olduğun yerdən ayrılmaq qərarına gəldin?
- Açığı, özüm üçün də “Keşlə”dən ayrılmaq gözlənilməz oldu. Səmimi deyirəm, gözləmirdim. Avrokuboklarla bağlı planlar qururdum. Düşünürdüm ki, bu dəfə daha yaxşı çıxış edəcəyik, bir neçə mərhələ keçib azarkeşlərimizi, xalqımızı sevindirəcəyik. Klubdan getməyimə gəlincə, məni çağırıb dedilər ki, yeni mövsüm üçün büdcə azalacaq. Buna uyğun da addım atacağıq. Dedilər ki, büdcədə olacaq dəyişikliyə əsasən sənin də maaşını azaltmaq istəyirik. Bundan yaxşı şərtlər altında sənə müqavilə təklif edən klub varsa, gedə bilərsən, yolun açıqdı. Bunu dedilər və mənimlə sağollaşdılar.
- Yəni komandanın aparıcı üzvünü bu qədər sadə şəkildə yola saldılar?
- Bəli.
- Bəlkə maaş məsələsi bəhanə olub, səninlə bizə demədiyin başqa səbəbdən vidalaşıblar?
- Hansı səbəb ola bilər? Mən “Keşlə”dən alnıaçıq, üzüağ ayrılmışam. Orda olduğum 4 ildə meydana çıxdığım bütün oyunlarda var qüvvəmlə mübarizə aparıb, komandaya faydalı olmağa çalışmışam. Mənə elə gəlir, bunu da bacarmışam.
- Yeni təklif olunan əməkhaqqı ilə əvvəlki maaş arasında fərq çox idi?
- Diqqətçəkən fərq olmasaydı, komandadan ayrılmazdım.
- Yayılan söz-söhbətlərə inanasaq, hazırda iki klub – “Neftçi” və “Sabah” xidmətində maraqlıdı. O da deyilir ki, “Sabah”la müqavilə bağlamağa yaxınsan...
- Sağ olsunlar, təklif göndəriblər. Ancaq hansı klubun təklifinə müsbət cavab verəcəyimi yaxın günlərdə biləcəksiz. Böyük ehtimalla həftəsonuna kimi yeni klubumla müqavilə bağlayacam və münasibətlər rəsmiləşəndən sonra onun adını ictimaiyyətə açıqlayacam.
- Ancaq bir məqam var ki, bunu xüsusi vurğulamaq istərdim. “Neftçi”dən fərqli “Sabah” bu yay avrokuboklardan kənarda qalıb...
- Gəlin tələsməyək. Həftəsonunu gözləmək məsləhətdi. Bu suala ancaq onda dəqiq cavab verə bilərəm.
- “Keşlə”də vəziyyət, deyəsən, yaxşı deyil. Düşərgədə ab-havanın pozulduğunu deyirlər. Əksər legionerlər qalmaq istəmir, klub prezidenti ilə baş məşqçi arasında soyuqluq yaşandığını söyləyirlər.
- Bu vaxta kimi “Keşlə”də heç bir problem olmayıb. Komandada hamı mehriban idi. Bizdə heç vaxt yerli, legioner söhbəti olmayıb. Məncə, indi də elədi, heç nə dəyişməyib. Avrokuboklarda sabiq komandama uğurlar arzulayıram.
- Bəs bu qədər söz-söhbət hardan çıxır? Atalar “od olmayan yerdən tüstü çıxmaz” deyib.
- Xahiş edirəm, mənə belə suallar verməyin. Bildiyimi və gördüyümü sizə dedim. Bundan sonra nə olacaqsa, olacaq. Mən artıq “Keşlə”nin futbolçusu deyiləm. Bir həftədən sonra mənə yeni komandamla bağlı suallar verərsiz, məmnuniyyətlə cavablayaram.
- Necə düşünürsən, Tərlan Əhmədov postunda qalacaq?
- Məntiqlə, komandasını mükafatçılar sırasına salan, “Keşlə”yə bürünc qazandıran məşqçi postunda qalıb işini davam etdirməlidi. Məncə, qalacaq. Ancaq futbol elə bir idman növüdü ki, hər an, hər saniyə nəsə ola bilər, yenilik, dəyişiklik futbolun ayrılmaz hissəsidi. Kim düşünərdi ki, Slavik bu komanda ilə vidalaşacaq. Ancaq futbolçu həyatı belədi. Bir gün burda, ertəsi başqa yerdə ola bilərsən.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
4-07-2020, 12:32 Ramiz Mirzəzadə "İdman TV"ni "CBC Sport"a dəyişdi 4-07-2020, 12:24 “Azərbaycanda futbol öldü, qızım” 4-07-2020, 12:18 Məşqçilər Komitəsi Kinin namizədliyindən xəbərsizdi 4-07-2020, 12:14 “Keşlə”nin adı gələndə tüklərim biz-biz olur” 4-07-2020, 12:07 “Çempionatdakı nəticələr və Avroliqaya vəsiqə qazana bilməməyimiz qərarda rol oynamadı” 4-07-2020, 12:03 Miçel və Romero qardaşları İspaniyaya uçdu 4-07-2020, 09:23 “Sumqayıt” gərək “çox sağ ol, koronavirus” desin” 4-07-2020, 09:18 PFL təqvimin bir neçə variantı üzərində işləyir 4-07-2020, 08:55 “Futbol+”in “rəmzi yığma”sına 105 futbolçu düşüb 4-07-2020, 08:48 “Sumqayıt” Türkiyədən maska sifariş edəcək 4-07-2020, 08:45 “Forza Neftçi” Geryeyə ismarıc göndərdi 4-07-2020, 08:40 “Qarabağ”la anlaşan Gerye azarkeşlərə səsləndi 4-07-2020, 08:37 “Vəziyyət belə davam etsə, avrokuboklarda bizi son 10 ildə görmədiymiz uğursuzluq gözləyir” 4-07-2020, 08:28 1 manata nə düşür ki?! 3-07-2020, 12:31 FIDE sentyabra kimi onlayn turnirlərlə kifayətlənəcək 3-07-2020, 12:30 “Azərikimya” rəhbərliyi Riad Rəfiyevi məyus yola salıb 3-07-2020, 12:27 FİFA “Sumqayıt” Futbol Akademiyasını nəzarətə götürüb 3-07-2020, 12:25 Avrokubok iştirakçıları ölkəni tərk etməyəcək 3-07-2020, 12:11 “Zirə” Zaur Həşimovla yolları ayırdı 3-07-2020, 12:09 AFFA “Lernayin Artsax” mövzusunda gözləmə mövqeyi tutur 3-07-2020, 12:07 Dabo Azərbaycana təşəkkür etdi 3-07-2020, 12:05 Cavid “Keşlə”yə havayı başa gəlib? 3-07-2020, 12:04 Tərlan Əhmədovu gizlənməyə vadar edən nədi? 3-07-2020, 12:03 “Demək olar ki, Tərlan Əhmədovun əlində böyümüşəm, məni “Neftçi”dən tanıyır” 3-07-2020, 12:01 “Səbail”də büdcəni müəyyənləşdirməkdə çətinlik çəkirlər 3-07-2020, 11:58 Kin AFFA-dan yüksək maaş istəməyib 3-07-2020, 11:57 “Turun sitatı”nda Qurban Qurbanov hamını qabaqlayıb 3-07-2020, 11:54 “Narva Trans”ın baş məşqçisi Nurlan Novruzovu danlayıb 3-07-2020, 11:50 “Ertsgebirge”nin prezidenti Nazarovu fərqləndirdi 30-06-2020, 22:52 Rövşən Əhmədov fəhlə işlədiyi məktəbdə müəllimlik edəcək 30-06-2020, 22:49 Yığmanın Millətlər Liqasında oyun günləri müəyyənləşdi 30-06-2020, 22:47 PFL rəsmiləri Tovuza getməyi düşünmür 30-06-2020, 22:43 “Keşlə”nin Cavid İmamverdiyev sevdası 30-06-2020, 22:41 Dabonun vəkili “Neftçi”yə məktub yazıb 30-06-2020, 22:39 Stamenkoviç daha bir il “Sabah”da 30-06-2020, 22:35 Nurlan qol vurdu və qovuldu 30-06-2020, 22:33 UEFA ilə məsləhətləşmələr bitib 30-06-2020, 22:31 “Bu göstərici “Qəbələ”nin nə tarixinə, nə də ənənəsinə yaraşır” 30-06-2020, 22:28 Aftandil Hacıyev yeniyetmələri “kötəkləyən” “Soçi”ni qınadı 30-06-2020, 22:26 62 stadion, 4874 oyun - “Tofiq Bəhramov” liderdi 30-06-2020, 21:47 Amiti Moldovaya əcnəbi agent aparıb 30-06-2020, 21:42 “Qarabağ”: Araz gedir, Abbas qalır 30-06-2020, 21:41 "Keşlə" daha 5 futbolçu ilə vidalaşdı 30-06-2020, 21:38 Adil Ağayev dünyasını dəyişdi 30-06-2020, 21:30 Bordin Füzuli Məmmədovu təbrik etməyib 29-06-2020, 12:13 Teymur Rəcəbov “Chessable Masters”də iz qoyub 29-06-2020, 12:12 “Sumqayıt”ın rəsmi qəbulu hələ planda yoxdu 29-06-2020, 12:11 Ermənilər “Lernayin Artsax” kartından əl çəkmir 29-06-2020, 12:09 PFL “Qarabağ”a 45 medal verib 29-06-2020, 12:06 Slavik “Sabah”ı seçdi 29-06-2020, 12:04 Kərim Diniyev “Sabah”dan ayrılacağını bilirmiş 29-06-2020, 12:02 Mircavadovla Qasımov məsləhətçi rolunda 29-06-2020, 12:00 UEFA ilkin təsdiq cavabı göndərdi 29-06-2020, 11:59 “Sumqayıt”dan ayrılan Süleymanov özünü yeni çağırışa hazır sayır 29-06-2020, 11:57 Novruz Əzimov AFFA-nın əcnəbi sevgisini “qamçıladı” 29-06-2020, 11:54 Azarkeş sayındakı biabırçılıq: hər oyuna 1007 nəfər 29-06-2020, 11:53 Amit Quluzadə Moldovaya “köçdü” Bütün xəbərlər
Ən çox oxunanlar