24 in 12:04olke

Lisenziya ala bilməyələr AFFA-da günah görmür


Rüstəm Məmmədov: “Nəyə görə “Zaqatala”nın adı heç çəkilmir, ancaq Gəncə və Tovuz deyilir?”
Növbəti dəfə bölgə klubları premyer-liqaya buraxılmadı. Bütün mövsümü “Kəpəz” və “Turan Tovuz”un əsas çempionata gələcəyi iddiası ilə keçirsək də, bu dəfə də alınmadı. AFFA Lisenziya Komissiyasından verilən açıqlamada divizion təmsilçilərinin premyer-liqaya uyğun görülmədiyi bildirildi. Artıq birinci dəstənin formal olaraq keçirildiyi dəqiqdi. Barı ölkədə iki liqa olsun deyib, divizionu saxlayıblar. Onsuz da nə onunla maraqlanan, nə də ciddiyə alan var. Neçə ildi çempion komanda premyer-liqaya gələ bilmir. Hər dəfə də eyni problem: maliyyə. Əslində problem heç vaxt həll edilməyəcək qədər böyükdü. Çünki federasiya oturub bölgə klublarının yaxşı sponsor tapmasını gözləyir. Bu isə heç vaxt baş verməyəcək. Çünki Azərbaycanda futbola yatırım etmək pulundan bezmək deməkdi. Bir qəpik belə gəlir yeri olmayan sahəyə kimsə milyonlar ayırmaz. AFFA da bunu yaxşı bilir. Özləri də bu komandaların əsas liqaya gətirilməsinə meyilli olmadıqları üçün divizion təmsilçilərinə premyer-liqa yolu açılmamaq üzrə bağlanıb. Sadəcə, ara-sıra gündəm dəyişilir, bu komandalardan istifadə edilir. Necə ki, bütün mövsümü “Kəpəz”lə “Turan Tovuz”un premyer-liqaya gələcəyi ilə keçirmişiksə, bundan sonra da eynilə o cür olacaq. Hərçənd hazırda federasiyaya bağlı iki komandanın elitaya gətirilməsi ölkə futbolu adına heç nəyi dəyişməyəcək. Ancaq ən azı bir az rəng qatılardı, divizionda çalışanların, oynayanların əməyi boşuna getməzdi… Hazırda ölkə futbolu “ağa deyir sür dərəyə, sür dərəyə” prinsipi ilə idarə olunur. Biz dəfələrlə buna etiraz edib, təpki göstərmişik. Ən yüngül formada idman prinsiplərinin pozulması kimi şərh etmişik. Ancaq faydası yoxdu. Yenə köhnə hamam, köhnə tas.
Maraqlıdı, divizionda mübarizə aparan bölgə klubları bu haqda nə düşünür? Liqanı çempion kimi tamamlayan “Turan Tovuz”, üçüncü “Zaqatala” və Ramin Musayevin premyer-liqaya gətiriləcəyini xüsusi vurğuladığı “Kəpəz”. Hər üç klubun məsələ ilə bağlı fikirlərini öyrəndik.
Oqtay Abdullayev (Turan Tovuz): “Bu qərarı heç cür gözləmirdik. Hamı bunu xəstəliklə əlaqələndirir. Bu səbəbdən buraxılmadığımız deyilir. Mən hamıdan çox istəyirdim premyer-liqaya gəlməyi. Bu gün bunun üçün dava da edirəm, sözümü də deyirəm. Pul olsaydı, bizə kömək edilsəydi, işimiz alına bilərdi. Çünki bizdə problem yalnız maliyyədi. Təəssüf ki, belə qərarlar komandaya təsir edir. Bu gün biz çempion olub premyer-liqaya gəlmiriksə, hamı məyus olur. Futbolçular, azarkeşlər üçün bu, çox pis haldı. Sanki çempionluq bir növ mənasız olur. Oyunçularda inam itir. Elə təkcə Tovuzdan götürək, iş adamları istəsə, canları yansa, problem həllini tapar. Bu şəhərdə stadion, yaxşı komanda var. Əslində burda AFFA nə etsin? Ramin Musayev nə deyirsə, özü cavabdehdi. Xəstəlik olmasaydı, AFFA-nın İcraiyyə Komitəsi gələn ildən çempionatda 10 komandanın olmasını planlaşdırırdı. Ancaq xəstəlik oldu və neftin qiyməti aşağı düşdü. Bu səbəbdən də alınmadı. Bunlar baş verməsəydi, federasiyanı qınaya bilərdik. Yaxşı olar ki, bizim də “Qarabağ”, “Qəbələ” kimi sponsorumuz olaydı. O zaman bütün problemlər həll olunardı. O vaxt sponsorlar yaxşı pullar qoysa da, xeyri olmadı. İş adamları da istəyir ki, qazanc bir yana, heç olmasa, qoyduqları pulu götürə bilsinlər”.
Yaşar Vahabzadə (Kəpəz): “Əvvəldən bizə kim demişdi ki, “Kəpəz” premyer-liqaya gələcək? Bizə belə bir söz deyilməmişdi. Birincisi, biz bunun üçün uyğun yer tutmalıydıq. Premyer-liqaya gəlmək üçün üst sıralarda olmalısan. Düzdü, söz-söhbət var idi, yazırdılar, danışılırdı. Bir dəfə Ramin Musayev belə bir açıqlama vermişdi. O da sonradan bəlli oldu ki, anlaşılmazlıq olub. Əlbəttə, biz bütün gücümüzlə mübarizə aparırdıq. Hər komanda kimi, “Kəpəz” də əsas çempionatda olmaq istəyir. Xüsusən də Gəncə kimi yerdə. Buranın həmişə yaxşı komandası və azarkeşi olub. Gəncə futbolunun böyük tarixi var. Məndən bütün azarkeşlər soruşurdular ki “premyer-liqa olacaq?” Cavab verirdim ki, “axırını gözləyək, görək nə olur”. Axırı da oldu pandemiya. Ola bilər ki, lisenziya məsələsi buna mane olub, ola bilər, xəstəlik təsir edib. Martdan bu proses gedir. Bu gün hər yerdə iqtisadiyyat dayanıb, yenidən karantin rejimi elan olunub. Bunlar hamısı təsirini göstərdi. Qərarın futbolçulara çox da mənfi təsir edəcəyini düşünmürəm, yenə də oynayacaqlar. Bizdə 4 nəfərdən başqa, hamısı gənc futbolçulardı. Gələn il yenə də yəqin ki, divizionda olacağıq. Təki vəziyyət düzəlsin, məşqlərə başlayaq. Qoy heyətdəki gənclərimiz bir az da oynasınlar, təcrübə qazansınlar”.
Rüstəm Məmmədov (Zaqatala): “Biz artıq neçə ildi bunun şahidi oluruq. Onsuz da əvvəldən fikirləşirik ki, özümüzü yaxşı tərəfdən göstərsək, bəlkə sponsor tapıldı. Mövsümə başlamazdan əvvəl bizə şərtləri deyirlər: büdcə, sponsorlar və s. Biz futbolçuları belə motivasiya edirik ki, “siz yaxşı oynayın, premyer-liqada mübarizə aparan komandaya gedin”. Buna görə də motivasiya baxmından problem yaşamırıq. Ancaq biz məşqçilər üçün də maraqlıdı. Mən artıq iki ildi divizionda çalışıram. Nə qədər burda işləsək də, premyer-liqa başqadı. Əlbəttə, orda çalışmaq, özümüzü yoxlamaq istəyirik. “Zaqatala” hazırda 3-cü görünsə də, əslində ikinci pillədə olmalıyıq. Çünki bizdən yuxarıdakı “Səbail-2” bir oyun artıq keçirib. Həmin görüş də “Ağsu”ya qarşıdı. Bu komanda olmadığı üçün “Zaqatala”ya da 3 xal veriləcəkdi. Bu halda isə biz ikinci pilləyə yüksəlirik. Çempionata başlayandan məqsədimiz birinci yer olub. Yalnız çempion olandan sonra premyer-liqa barədə danışa bilərdik. Pandemiya dövründə isə, ümumiyyətlə, bununla bağlı danışmaq olmur. Açığı, məni narahat edən başqa məqam var. Bunu indiyə qədər heç vaxt deməmişəm, amma bu dəfə deyəcəm. Nəyə görə “Zaqatala”nın adı heç çəkilmir, ancaq Gəncə və Tovuz deyilir? Biz isə heç kimin ağlına gəlmirik. Burda hər cür şərait var: uşaq komandası, satdion və s. Ancaq Zaqatalanın adı heç kimin ağlına gəlmir. Bizdən arxada olan Gəncə təmsilçisinin adı çəkilir, bizim isə yox. Sözsüz, bölgə klublarının premyer-liqada olmasının əleyhinə deyilik. Lakin bütün məsələlərdə Gəncə və Tovuzun adının çəkilməsi bizə də, oyunçulara da təsir edir. Belə çıxır ki, bura boş yerdi, biz də heç kimik? Çox şükür, bu günə qədər komandanın adı heç bir xoş olmayan olayda hallanmayıb. Hansısa danışılmış oyunla və bu kimi pis hallarla üzləşməmişik. Heyətə oyunçu cəlb edəndə ən xırda detalına kimi araşdırırıq. Ki, gələcəkdə bizə problem yaratmasın. Bilirsiz ki, danışılmış oyunlar divizionun bəlasıdı. Mən bu şeylərin çempionatda olmasına görə çox üzülürəm. İstəmərik ki, bizdə də belə hallar olsun. Bunun üçün maksimum səy göstəririk. Ancaq yenə də adımız heç yerdə yoxdu, çəkilmir. Təəssüf ki, Zaqatalda görülən işlər heç yerdə müzakirə olunmur. İstəyirik ki, “Zaqatala” yer tutubsa, adımız çəkilsin. Və kim haqq edirsə, o getsin premyer-liqaya. Çempionatdakı nəticlərimizə baxın, “Turan Tovuz”u 3:0, “Kəpəz”i 5:0 udmuşuq. Heç kimə yuxarıdan aşağı baxmırıq. Sözsüz, “Turan Tovuz” çempionluğu haqq edir. Amma orda olan söz-söhbətləri bilirsiz. Bizim üçün də təəccüblü oldu. Tanıdığımız uşaqlardan belə şeylər eşitdik. Mən istəmərəm ki, danışılmış oyunlar divizionun səviyyəsini aşağı salsın. Çünki burda çox istedadlı futbolçular var və əminəm ki, onlar yaxın gələcəkdə premyer-liqada olacaqlar”.
HƏSƏN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
4-07-2020, 12:32 Ramiz Mirzəzadə "İdman TV"ni "CBC Sport"a dəyişdi 4-07-2020, 12:24 “Azərbaycanda futbol öldü, qızım” 4-07-2020, 12:18 Məşqçilər Komitəsi Kinin namizədliyindən xəbərsizdi 4-07-2020, 12:14 “Keşlə”nin adı gələndə tüklərim biz-biz olur” 4-07-2020, 12:07 “Çempionatdakı nəticələr və Avroliqaya vəsiqə qazana bilməməyimiz qərarda rol oynamadı” 4-07-2020, 12:03 Miçel və Romero qardaşları İspaniyaya uçdu 4-07-2020, 09:23 “Sumqayıt” gərək “çox sağ ol, koronavirus” desin” 4-07-2020, 09:18 PFL təqvimin bir neçə variantı üzərində işləyir 4-07-2020, 08:55 “Futbol+”in “rəmzi yığma”sına 105 futbolçu düşüb 4-07-2020, 08:48 “Sumqayıt” Türkiyədən maska sifariş edəcək 4-07-2020, 08:45 “Forza Neftçi” Geryeyə ismarıc göndərdi 4-07-2020, 08:40 “Qarabağ”la anlaşan Gerye azarkeşlərə səsləndi 4-07-2020, 08:37 “Vəziyyət belə davam etsə, avrokuboklarda bizi son 10 ildə görmədiymiz uğursuzluq gözləyir” 4-07-2020, 08:28 1 manata nə düşür ki?! 3-07-2020, 12:31 FIDE sentyabra kimi onlayn turnirlərlə kifayətlənəcək 3-07-2020, 12:30 “Azərikimya” rəhbərliyi Riad Rəfiyevi məyus yola salıb 3-07-2020, 12:27 FİFA “Sumqayıt” Futbol Akademiyasını nəzarətə götürüb 3-07-2020, 12:25 Avrokubok iştirakçıları ölkəni tərk etməyəcək 3-07-2020, 12:11 “Zirə” Zaur Həşimovla yolları ayırdı 3-07-2020, 12:09 AFFA “Lernayin Artsax” mövzusunda gözləmə mövqeyi tutur 3-07-2020, 12:07 Dabo Azərbaycana təşəkkür etdi 3-07-2020, 12:05 Cavid “Keşlə”yə havayı başa gəlib? 3-07-2020, 12:04 Tərlan Əhmədovu gizlənməyə vadar edən nədi? 3-07-2020, 12:03 “Demək olar ki, Tərlan Əhmədovun əlində böyümüşəm, məni “Neftçi”dən tanıyır” 3-07-2020, 12:01 “Səbail”də büdcəni müəyyənləşdirməkdə çətinlik çəkirlər 3-07-2020, 11:58 Kin AFFA-dan yüksək maaş istəməyib 3-07-2020, 11:57 “Turun sitatı”nda Qurban Qurbanov hamını qabaqlayıb 3-07-2020, 11:54 “Narva Trans”ın baş məşqçisi Nurlan Novruzovu danlayıb 3-07-2020, 11:50 “Ertsgebirge”nin prezidenti Nazarovu fərqləndirdi 30-06-2020, 22:52 Rövşən Əhmədov fəhlə işlədiyi məktəbdə müəllimlik edəcək 30-06-2020, 22:49 Yığmanın Millətlər Liqasında oyun günləri müəyyənləşdi 30-06-2020, 22:47 PFL rəsmiləri Tovuza getməyi düşünmür 30-06-2020, 22:43 “Keşlə”nin Cavid İmamverdiyev sevdası 30-06-2020, 22:41 Dabonun vəkili “Neftçi”yə məktub yazıb 30-06-2020, 22:39 Stamenkoviç daha bir il “Sabah”da 30-06-2020, 22:35 Nurlan qol vurdu və qovuldu 30-06-2020, 22:33 UEFA ilə məsləhətləşmələr bitib 30-06-2020, 22:31 “Bu göstərici “Qəbələ”nin nə tarixinə, nə də ənənəsinə yaraşır” 30-06-2020, 22:28 Aftandil Hacıyev yeniyetmələri “kötəkləyən” “Soçi”ni qınadı 30-06-2020, 22:26 62 stadion, 4874 oyun - “Tofiq Bəhramov” liderdi 30-06-2020, 21:47 Amiti Moldovaya əcnəbi agent aparıb 30-06-2020, 21:42 “Qarabağ”: Araz gedir, Abbas qalır 30-06-2020, 21:41 "Keşlə" daha 5 futbolçu ilə vidalaşdı 30-06-2020, 21:38 Adil Ağayev dünyasını dəyişdi 30-06-2020, 21:30 Bordin Füzuli Məmmədovu təbrik etməyib 29-06-2020, 12:13 Teymur Rəcəbov “Chessable Masters”də iz qoyub 29-06-2020, 12:12 “Sumqayıt”ın rəsmi qəbulu hələ planda yoxdu 29-06-2020, 12:11 Ermənilər “Lernayin Artsax” kartından əl çəkmir 29-06-2020, 12:09 PFL “Qarabağ”a 45 medal verib 29-06-2020, 12:06 Slavik “Sabah”ı seçdi 29-06-2020, 12:04 Kərim Diniyev “Sabah”dan ayrılacağını bilirmiş 29-06-2020, 12:02 Mircavadovla Qasımov məsləhətçi rolunda 29-06-2020, 12:00 UEFA ilkin təsdiq cavabı göndərdi 29-06-2020, 11:59 “Sumqayıt”dan ayrılan Süleymanov özünü yeni çağırışa hazır sayır 29-06-2020, 11:57 Novruz Əzimov AFFA-nın əcnəbi sevgisini “qamçıladı” 29-06-2020, 11:54 Azarkeş sayındakı biabırçılıq: hər oyuna 1007 nəfər 29-06-2020, 11:53 Amit Quluzadə Moldovaya “köçdü” Bütün xəbərlər
Ən çox oxunanlar