24 in 11:59olke

“Baş məşqçisi olduğum komanda avrokuboklara vəsiqə qazanmalıydı”


Sabir Əliyev gecikmiş uğur haqda danışdı
Müstəqillik illərində şəhərin təmsilçiləri müxtəlif adlar altında çempionatlarda iştirak etsələr də, nə “Xəzər”, nə “Gənclərbirliyi”, nə də “Kimyaçı” bu uğura imza ata bilmişdi. Söhbət ölkəyə çoxlu istedadlı futbolçu bəxş edən Sumqayıtdan gedir. Doğum tarixi kimi 2010-cu il göstərilən “Sumqayıt”, nəhayət, “gənclik şəhəri”nin azarkeşlərini sevindirməyi bacardı və ilk dəfə qitəmiqyaslı turnirə vəsiqə qazandı. Əslində sumqayıtlılar bu sevinci hələ uzun illər öncə, 1992 və 1993 mövsümündə yaşaya bilərdilər. Həmin vaxt Sabir Əliyevin çalışdırdığı “Xəzər” iki il ardıcıl çempionatın gümüş medalçısı olmuşdu. Təəssüf ki, müstəqilliyin ilk illərində Azərbaycan UEFA-ya üzv olmadığından klublarımızın beynəlxalq arenaya yolu bağlı idi.
Sabir bəylə söhbətimizdə həmin illəri yada salıb, bugünkü “Sumqayıt”ın tarixi uğurundan söhbət açdıq: “1989-cu ildə “Xəzər”in “sükanı arxasına” keçdiyim ilk vaxtda rəhmətlik Əhməd Ələsgərovun yanına getdim. Əhməd müəllim çox güclü məşqçi olmaqla yanaşı, eyni zamanda güclü psixoloq idi. Onunla çox şey barədə söhbətimiz olub, mənə çox incəlikləri başa salıb. Onun əsas devizi isə bu idi: “çalış həmişə istedadlı gənclərlə təcrübəli futbolçuların vəhdətindən ibarət komanda formalaşdır. Bunu bacara bilsən, uzağı iki-üç ilə istədiyinə nail ola biləcəksən”. Baş məşqçi olduğum dönəmdə daim onun dediklərinə əməl etmişəm. Məhz mənim baş məşqçi olduğum dönəmdə “Xəzər”də sonradan bütün Azərbaycanın tanıdığı futbolçular - Kamal Quliyev, Aqil Məmmədov, Mübariz Orucov, İsmayıl Məmmədov əsas komandada debüt etmək imkanı qazandılar. Onların davamçılarını da hamınız yaxşı tanıyırsız. Sözümün canı odu ki, gənclərlə işləmək həm baş məşqçidən hünər tələb edir, həm də yüksək futbol biliyi. Bu gün Avropa Liqasına vəsiqə qazanan “Sumqayıt”ın da heyətində xeyli gənc oyunçu var ki, bu da məni sevindirməyə bilməz. Dəfələrlə Ayxan Abbasovla bu haqda söhbətimiz olub, bəzi məsələləri müzakirə etmişik. Çox sevinirəm ki, ölkə futboluna bu qədər tanınmış futbolçu bəxş etmiş Sumqayıtın təmsilçisi də Lənkəran, Masallı, Şəmkir, Tovuz, Zaqatala, Gəncə, Qəbələ komandalarından sonra qitəmiqyaslı turnirdə çıxış etmək hüququ qazanıb. Çox maraqlıdı ki, adını çəkdiyim bölgə klublarının hər birində sumqayıtlı futbolçular aparıcı mövqedə olublar. Ancaq onlara beynəlxalq arenada öz şəhəri adından çıxış etmək qismət olmayıb. Bu münasibətlə həm klub rəhbərliyini, həm azarkeşləri, həm də şəhər ictimaiyyətini təbrik edirəm”.
Təcrübəli mütəxəssis son günlər mətbuatda yer alan yazılarla bağlı fikirlərini bölüşməyi də lazım bildi: “Gündəlik mətbuatı yaxından izləyirəm. Həm sizin qəzetdə gedən məqalələri, həm də saytlarda yazılanları oxuyuram. Bəzi jurnalistlər “Sumqayıt”ın uğuruna pandemiya adı ilə kölgə salmaq istəyirlər. Bunu niyə etdiklərinin isə səbəbini başa düşmürəm. Bəyəm bu komanda kiminsə yerinə Avropaya yollanır? Həmin məntiqlə, eyni sözləri “Qarabağ”, “Neftçi” və “Keşlə” haqda da demək olar. Ayxan Abbasovun komandası 4-cü pillədə olduğu üçün bu hüquqa yiyələnib. Eyni xala malik “Zirə”, 2 xal geridə olan “Sabah” mövsümboyu qeyr-sabit çıxış etdiyi halda, bizimkilər düz xətt üzrə hərəkət etdilər və sonda istədiklərinə nail oldular. Dində də deyilir ki, hər günü sonuncu gün kimi yaşa. Yəni bu günün işini sabaha qoyma. “Bu tur əldən getdi, növbəti həftədə boşa verdiyimiz xalın əvəzini çıxa bilərik” kimi söhbətlərə artıq futbolda da yer yoxdu. Hər matçın öz hekayəsi, öz məsuliyyəti var. Odu ki, heç kim “Sumqayıt”dan yazanda “havayı vəsiqə qazandılar” fikrini səsləndirməsin. Yenə deyirəm, Sumqayıt klubu bu hüququ hələ 1992, 1993-də əldə etmişdi. Baş məşqçisi olduğum komanda avrokuboklara vəsiqə qazanmalıydı. Sabah bu komandanın Avropa Liqasında nə edəcəyini heç kim indidən deyə bilməz. Hər şey püşkdən asılıdı. Ancaq mən inanıram ki, Abbasovun çalışdırdığı kollektiv bizləri sevindirməyi bacaracaq. Ayxan müəllim gənc olsa da, artıq beynəlxalq təcrübəsi var. Onun rəhbərliyi altında “Zirə” Avropa Liqasında mərhələ adlayıb. Yəqin ki, eyni sevinci “Sumqayıt”la da bizlərə yaşatmağı bacaracaq”.
Əlyev sonda “Sumqayıt”a qoyulan legioner qadağasına da münasibət bildirdi: “Riad Rəfiyev gənc prezident olsa da, artıq müəyyən təcrübəyə malikdi. Bilirəm ki, legioner məsələsinə həssas yanaşır. Ancaq komandaya əcnəbi də dəvət edəndə eləsini gətirməlisən ki, yerli futbolçudan ən azı bir baş üstün olsun. Sadəcə, legioner adı xatirinə düşərgəyə legioner dəvət etmək düzgün deyil. Ondansa, gənc yerli oyunçulara güvənmək daha məqsədəuyğun olar. Bir var premyer-liqada eyni komanda ilə mövsüm ərzində 4 dəfə üz-üzə gəlmək, bir də var beynəlxalq arena. Süleyman, Səbuhi, Rüfət, Xəyal belə oyunlarda “bişməlidilər” ki, növbəti mövsümlərdə komandanın aparıcı üzvlərinə çevrilsinlər. Ancaq normal, bizimkilərin nəsə öyrənə biləcəyi legioner olarsa, mən də buna narazılıq etmərəm. Azərbaycan futbolunun gələcəyi özümüzkülərdi, kənardan gələnlər yox”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
4-07-2020, 12:32 Ramiz Mirzəzadə "İdman TV"ni "CBC Sport"a dəyişdi 4-07-2020, 12:24 “Azərbaycanda futbol öldü, qızım” 4-07-2020, 12:18 Məşqçilər Komitəsi Kinin namizədliyindən xəbərsizdi 4-07-2020, 12:14 “Keşlə”nin adı gələndə tüklərim biz-biz olur” 4-07-2020, 12:07 “Çempionatdakı nəticələr və Avroliqaya vəsiqə qazana bilməməyimiz qərarda rol oynamadı” 4-07-2020, 12:03 Miçel və Romero qardaşları İspaniyaya uçdu 4-07-2020, 09:23 “Sumqayıt” gərək “çox sağ ol, koronavirus” desin” 4-07-2020, 09:18 PFL təqvimin bir neçə variantı üzərində işləyir 4-07-2020, 08:55 “Futbol+”in “rəmzi yığma”sına 105 futbolçu düşüb 4-07-2020, 08:48 “Sumqayıt” Türkiyədən maska sifariş edəcək 4-07-2020, 08:45 “Forza Neftçi” Geryeyə ismarıc göndərdi 4-07-2020, 08:40 “Qarabağ”la anlaşan Gerye azarkeşlərə səsləndi 4-07-2020, 08:37 “Vəziyyət belə davam etsə, avrokuboklarda bizi son 10 ildə görmədiymiz uğursuzluq gözləyir” 4-07-2020, 08:28 1 manata nə düşür ki?! 3-07-2020, 12:31 FIDE sentyabra kimi onlayn turnirlərlə kifayətlənəcək 3-07-2020, 12:30 “Azərikimya” rəhbərliyi Riad Rəfiyevi məyus yola salıb 3-07-2020, 12:27 FİFA “Sumqayıt” Futbol Akademiyasını nəzarətə götürüb 3-07-2020, 12:25 Avrokubok iştirakçıları ölkəni tərk etməyəcək 3-07-2020, 12:11 “Zirə” Zaur Həşimovla yolları ayırdı 3-07-2020, 12:09 AFFA “Lernayin Artsax” mövzusunda gözləmə mövqeyi tutur 3-07-2020, 12:07 Dabo Azərbaycana təşəkkür etdi 3-07-2020, 12:05 Cavid “Keşlə”yə havayı başa gəlib? 3-07-2020, 12:04 Tərlan Əhmədovu gizlənməyə vadar edən nədi? 3-07-2020, 12:03 “Demək olar ki, Tərlan Əhmədovun əlində böyümüşəm, məni “Neftçi”dən tanıyır” 3-07-2020, 12:01 “Səbail”də büdcəni müəyyənləşdirməkdə çətinlik çəkirlər 3-07-2020, 11:58 Kin AFFA-dan yüksək maaş istəməyib 3-07-2020, 11:57 “Turun sitatı”nda Qurban Qurbanov hamını qabaqlayıb 3-07-2020, 11:54 “Narva Trans”ın baş məşqçisi Nurlan Novruzovu danlayıb 3-07-2020, 11:50 “Ertsgebirge”nin prezidenti Nazarovu fərqləndirdi 30-06-2020, 22:52 Rövşən Əhmədov fəhlə işlədiyi məktəbdə müəllimlik edəcək 30-06-2020, 22:49 Yığmanın Millətlər Liqasında oyun günləri müəyyənləşdi 30-06-2020, 22:47 PFL rəsmiləri Tovuza getməyi düşünmür 30-06-2020, 22:43 “Keşlə”nin Cavid İmamverdiyev sevdası 30-06-2020, 22:41 Dabonun vəkili “Neftçi”yə məktub yazıb 30-06-2020, 22:39 Stamenkoviç daha bir il “Sabah”da 30-06-2020, 22:35 Nurlan qol vurdu və qovuldu 30-06-2020, 22:33 UEFA ilə məsləhətləşmələr bitib 30-06-2020, 22:31 “Bu göstərici “Qəbələ”nin nə tarixinə, nə də ənənəsinə yaraşır” 30-06-2020, 22:28 Aftandil Hacıyev yeniyetmələri “kötəkləyən” “Soçi”ni qınadı 30-06-2020, 22:26 62 stadion, 4874 oyun - “Tofiq Bəhramov” liderdi 30-06-2020, 21:47 Amiti Moldovaya əcnəbi agent aparıb 30-06-2020, 21:42 “Qarabağ”: Araz gedir, Abbas qalır 30-06-2020, 21:41 "Keşlə" daha 5 futbolçu ilə vidalaşdı 30-06-2020, 21:38 Adil Ağayev dünyasını dəyişdi 30-06-2020, 21:30 Bordin Füzuli Məmmədovu təbrik etməyib 29-06-2020, 12:13 Teymur Rəcəbov “Chessable Masters”də iz qoyub 29-06-2020, 12:12 “Sumqayıt”ın rəsmi qəbulu hələ planda yoxdu 29-06-2020, 12:11 Ermənilər “Lernayin Artsax” kartından əl çəkmir 29-06-2020, 12:09 PFL “Qarabağ”a 45 medal verib 29-06-2020, 12:06 Slavik “Sabah”ı seçdi 29-06-2020, 12:04 Kərim Diniyev “Sabah”dan ayrılacağını bilirmiş 29-06-2020, 12:02 Mircavadovla Qasımov məsləhətçi rolunda 29-06-2020, 12:00 UEFA ilkin təsdiq cavabı göndərdi 29-06-2020, 11:59 “Sumqayıt”dan ayrılan Süleymanov özünü yeni çağırışa hazır sayır 29-06-2020, 11:57 Novruz Əzimov AFFA-nın əcnəbi sevgisini “qamçıladı” 29-06-2020, 11:54 Azarkeş sayındakı biabırçılıq: hər oyuna 1007 nəfər 29-06-2020, 11:53 Amit Quluzadə Moldovaya “köçdü” Bütün xəbərlər
Ən çox oxunanlar