20 in 15:07olke

Kamran Ağayev Elxan Məmmədovla bir daha üz-üzə gəlmək istəmir


“AFFA-nın binasında assosiasiyada işləyən veteran futbolçu görənə mükafat düşür”
Bir ilə yaxın, bəlkə də daha artıq müddətdə ondan səs-soraq yoxdu. Sonuncu dəfə mətbuata, səhv etmirəmsə, 2019-cu ilin aprelində açıqlama vermişdi. Geridə qalan aylar ərzində idman mətbuatının nümayəndələri onunla danışmaq üçün çox cəhd göstərsə də, hamıya eyni cavabı verib: açıqlama vermək istəmirəm. Söhbət kimdən gedir? Sizləri çox intizarda saxlamayaraq adını deyirəm: Kamran Ağayev. O Kamran ki, uzun illər ölkənin “1 nömrə”si olub, O qokiper ki, 11 il Azərbaycanın əsas komandasının son ümidi olub. O Ağayev ki, uğurlu karyera qurmasına rəğmən, futboldan səssiz-küysüz uzaqlaşıb. Açığı, mən də dəfələrlə qapıçı ilə telefonla danışmaq istəmişəm. Ancaq həmkarlarıma söylədiyini mənə də deyib. Bugünlərdə “Neftçi”nin Azadlıq prospektindəki köhnə bazasında üz-üzə gələndə, “saqqızını oğurlaya”, danışmağa razı sala bildim. Düzdü, yenə də danışmaq istəmirdi. Ancaq necə deyərlər, üz-üzdən utanır. İllərə söykənən münasibətimizi nəzərə alan Ağayev bir neçə sualıma cavab verə biləcəyini dedi.
- Uzun müddətdi səni tapmaq olmur. Hardasan, nə işlə məşğulsan?
- Harda olacam, Azərbaycanda, Bakıda, evimdə-eşiyimdə.
- Niyə mətbuatdan uzaq qaçırsan?
- Özün də bilirsən ki, sənin kimi çoxları müsahibə götürmək üçün müraciət edib. Birinə müsbət, birinə mənfi cavab versəm, yaxşı çıxmaz. Ona görə də qərara gəldim ki, ümumiyyətlə, heç kimə müsahibə, açıqlama verməyim. İstəmirəm ki, mənim söyləyəcəklərimi sonradan kimlərsə şouya çevirsin, bunun üzərindən özünə reytinq yığsın. Karyeram boyunca dəfələrlə bunun şahidi olmuşam. Çox vaxt mənim dediklərimi bilərəkdən konteksdən çıxarıb ictimaiyyətə başqa cür təqdim ediblər.
- Yaxşı, sualı belə verim, niyə futboldan uzaq düşmüsən?
- Bu məndən asılı olan şey deyil axı, deyim bu səbəbdən futboldan uzaqlaşdım. Ötən mövsümün sonuna 5 tur qalmış əlim sındı. Bir var sınmaq, bir də var əcaib vəziyyətə düşmək. Sümük sınıb üzə çıxmışdı. Həmin vaxt şərəfini qoruduğum klub məni xəstəxanaya çatdırdı. Və bununla da hər şey bitdi. Ondan sonra heç kim durumumla maraqlanmadı ki, vəziyyət necədi. Gips 40 gün qalmalıydı, ancaq sümük əyri bitmişdi deyə, yenidən sındırıb gipsə qoydular. Fürsətdən istifadə edib gənc futbolçulara üzümü tutub demək istəyirəm: nə qədər ki, futbol oynayırsız, sizə maraq var, müqavilə təklif edirlər, heç kimi və heç nəyi nəzərə almadan özünüzü düşünün, gələcəyinizi fikirləşin. Bu yaxşı qardaşdı, bu klub rəsmisi ürəkdi, filankəs canlara dəyən oğlandı, ona görə nədəsə güzəştə gedim, nəyisə bağışlayım deməyin. Sırf özünüzün gələcəyinizi nəzərə alıb, şərtlərinizi diqtə edin. Çünki mən öz timsalımda son bir ildə çox şeyləri gördüm. Fiziki zərbə öz yerində, futbolda zədə qaçılmazdı, mənəvi cəhətdən ağır zərbələr aldım. Vaxtilə mənə qardaş deyənlərin, zədəli olan vaxt qapıma dərman gətirənlərin, “sənsiz bizim bir günümüz olmasın” söyləyənlərin maskaları cırıldı, əsl simaları göründü. Kimin kim olduğunu bu arada gördüm.
- Bəs AFFA rəhbərliyi? Hər halda, 11 il yığmanın əsas qapıçısı olmusan. Assosiasiyadan da səninlə maraqlanan olmadı?
- Bu gün səninlə “Neftçi baza”da görüşürük. Futbolsusz qaldığım vaxtda tez-tez bura gəlirəm, veteran futbolçularla görüşüb çay içirik, söhbət edirik. Futbol oynadığım dönəmdə belə şeylərə fikir vermirdim. Özün də görürsən ki, burda kimlər var. Bu adamlar, illərini futbola həsr edənlər işsiz qalıblarsa, mənə nə edəcəklər? Ola bilsin, bizim futbol oynamış, illərini bu sahəyə qurban etmiş veteranlarımız ingilis dilini bilmirlər. Ancaq onların təcrübəsindən yararlanmaq olar ki. Bu adamlar Xarici Dillər Universitetinə qəbul olunmaq istəmirlər, onlara iş lazımdı. Bizdə hər şey fərqlidi. Həyatında bir dəfə böyük futbol oynamayan, həyəcanın, stressin nə olduğunu bilməyənlər guya ölkə futbolunun inkişafına çalışırlar. Ay qardaş, siz bilmirsiz axı tərli mayka nədi, zədə necə olur, oyundan öncə futbolçu hansı hissləri keçirir, qələbə sevinci nə olan şeydi, məğlubiyyətin acısını necə çəkirsən... Adlı-sanlı veteranlarımıza diqqət ayırmayanlar mənə hansı diqqəti göstərəcək? Heç olmasa, Gürcüstana baxın. Federasiyanın binasına girəndə qarşına ancaq vaxtilə futbol oynamış şəxslər çıxır. Bizdə isə əksinədi, AFFA-nın binasında assosiasiyada işləyən veteran futbolçu görənə mükafat düşür. Olmaz belə, kadr seçimində bu qədər yanlışlıq olmaz.
- Ancaq sualıma dəqiq cavab vermədin...
- Son bir ildə iki dəfə Elxan Məmmədovla görüşmüşəm. Üçüncü dəfə isə belə görüş olmayacaq. Çünki özüm istəmərəm ki, onunla üz-üzə gəlim. Mən ondan pul, bəziləri kimi klub tapmasını istəmədim. Şükür Allaha, futbol oynadığım dönəmdə gələcəyim üçün nəsə etməyi bacarmışam, güzəranımdan şikayətçi deyiləm. Məmmədovdan yeganə xahişim məşq etmək üçün mənə müəyyən şəraitin yardılması idi. Ancaq... Bilirsən, çox şey danışmaq istəyirəm və danışacam da. Yaxın vaxtlarda mətbuat konfransı keçirməyi qərarlaşdırmışam. Ayrı-ayrılıqda jurnalistlərin suallarını cavablamaqdansa, düşünürəm ki, hamısını bir araya gətirib bütün suallara cavab verim. Orda hər şeyi açıb danışacam, son iki ildə başıma gələn oyunları ictimaiyyətə açıqlayacam. Orda deyəcəm ki, Portuqaliyaya necə getdim, mənim ora yollanmağım kimlərə dividend qazandırdı. Çoxları məni Portuqaliyada qalmadığıma görə qınayır. Ancaq heç kim bilmir ki, “Boavişta”da aldığım maaş yarımaylıq xərclərimi qarşılayırdı. Heç kim bilmir ki, mən orda hansı şəraitdə qalırdım. Mənə deyirdilər ki, səbirli ol, növbəti ildə daha yaxşı kluba gedəcəksən, hər şey daha yaxşı olacaq. Ancaq bütün bunların hamısı boş söz-söhbət idi. AFFA-da oturanlara o lazım idi ki, kimin və ya kimlərinsə qarşısında hesabat verərkən “Kamran Portuqaliyada çıxış edir, filankəs digər Avropa ölkəsində oynayır” desinlər. Bizim, mənim üzərimdən özlərinə gün ağlayırdılar. Həmin vaxt mətbuata nəsə açıqlama verən kimi də “belə açıqlama vermə” deyirdilər. Mənə “xasiyyəti pisdi, çox danışır” deyirlər. Bəli, heç vaxt haqqı nahaqqın ayağına verməmişəm. Buna görə də həmişə pis olmuşam. Mən futbolun o üzünü də görmüşəm, “gül vaxtını” da. Şlanqdan gələn su ilə çimib, “peraşki” yediyimiz vaxt da olub, yaxşı pul qazandığımız dönəm də. Ancaq hər iki dönəmdə düz danışmağı sevmişəm. Elə olub ki, şərəfini qoruduğum klublarda öz maaşımdan əməkhaqqı az olan oyunçularımıza yardım etmişəm ki, futboldan küsməsinlər. İndi həmin adamlar da mənimlə əlaqə saxlamırlar. Əslində buna ehtiyacım da yoxdu. Ancaq onların keçmişlərini belə tez unutmaları mənə yer edir. Karyeramın zirvə vaxtında hər kəs deyirdi ki, Kamran mənim yetirməmdi, onu Azərbaycan futboluna mən bəxş etmişəm. İndi hardadı həmin dırnaqarası mütəxəssislər? Niyə biri zəng vurub maraqlanmır ki, yetirməm dediyi oğlan hardadı, nə iş görür? Mən futbola pula görə gəlməmişdim. Bizim vaxtımızda heç belə şeylərə diqqət verən də yox idi. Bizimki topa, bu oyuna olan sevgi idi. Və indiyə qədər də bu sevgi davam edir, belə başa düşürəm ki, heç vaxtda bitməyəcək. Mən futbol oynamışam, futbolla oynamamışam. Ancaq görürəm ki, AFFA-da oturanların çoxu məhz futbolla oynamaq üçün bu sahəyə üz tutublar. Bu qədər adlı-sanlı veteranlarımızın işsiz qaldığı vaxtda futboldan bixəbərlərin ora yığışması, görünür, kimlərəsə sərf edir. Buna görə də futbolumuz nəinki inkişaf edir, heç yerimizdə də saymırıq. Hər gün böyük addımlarla geriyə qayıdırıq.
- Sözlərindən belə başa düşdüm ki, vaxtilə çiyin-çiyinə oynadığın, kömək etdiklərinin heç biri səninlə maraqlanmayıblar.
- Ruslan Əmircanovla dost olduğumu hamı bilir. O həmişə yanımda olub. Onunla ömrümün sonuna kimi bir yerdə olacam. Veteranlar İttifaqının rəhbəri Oqtay Abdullayev daim əlaqə saxlayıb, bu gün də məşq etməyim üçün rəhbəri olduğu idman kompleksində şərait yaradıb. Bir də Qurban Qurbanovun adını çəkərdim. Bunu bəlkə də çoxları bilmir, ancaq Qurban müəllim ötən il mənə zəng vurub görüşmək istədiyini söylədi. Özlüyümdə “nə deyəcək” fikirləşib, onunla görüşə yollandım. Açığı, ağlımdan başqa şeylər keçirdi. Ancaq həmin vaxt Qurban müəllim “Kamran, nə fikirləşirsən” dedi. Onda heç Asmir Beqoviçlə anlaşmamışdlar. Başa düşdüm ki, məni “Qarabağ”da görmək istəyir. Ancaq mən də kişiliymə sığışdırıb “gələrəm” demədim. Özünə də dedim ki, əlim hələ gipsdədi və gipsin açılması 5 ay çəkəcək. Ondan sonra optimal formaya düşmək üçün də minimum 3 ay lazımdı. Yalandan komandada yer almaq istəmədim. Qurbanov futbolun incəliklərindən xəbərdar olan biri kimi durumumu yaxşı başa düşürdü, buna baxmayaraq, mənə jest etdi. Söhbətimizin sonunda “nə kömək lazım olsa, de, çəkinmə” söyləyib ayrıldı. Həmin an az qala göz yaşlarıma sahib çıxa bilməyəcəkdim, çox dolmuşdum. Belə insanların qədrini bilmək, onlara yol açmaq lazımdı. Karyeram ərzində bir neçə dəfə “Qarabağ”da oynamaq şansım olub. Rəşad Sadıqov vasitəsi ilə mənə mesaj göndəriblər. Lakin hər dəfə də təklifləri geri çevirmişəm. Sonuncu dəfə Qurban müəllimin vəziyyətimi bilə-bilə, mənimlə söhbət etməsi bu insanın necə böyük ürəyə sahib olmasının göstəricisidi. Özüm-özümdən utandım ki, yaxşı vaxtlarımda imtina etmişəm, çətin anda yenə o yanımda oldu, mənə diqqət ayırdı.
- Gələcəklə bağlı nə düşünürsən? Tamam, yoxsa davam?
- Bu gün artıq çəkim olsa da, fərdi şəkildə məşqləri davam etdirirəm. Hələ ki gələcəklə bağlı son qərarımı verməmişəm. Ancaq karyeramı bitirməli olsam da, futbolda qalmağı düşünürəm. Çünki mən ruhən bu sahəyə bağlıyam. Gələcəyimi də ancaq futbolda görürəm.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 11:45 Rəhbərlik “Şahdağ”ın futbolçularının maaşını vermir Dünən, 11:41 “Keşlə”nin Ruslan Qurbanova borcu yoxdu Dünən, 11:40 Klublar Bakını tərk edəcəklər Dünən, 11:38 Avrokuboka qatılanlar avqustda hazır olmalıdı Dünən, 11:36 Avrokubok iştirakçıları önündə “yaşıl işıq yandırıldı” Dünən, 11:34 Tural Bayramlı “Keşlə”dən pula görə ayrılıb Dünən, 11:28 Prosineçkinin uğur formulu Dünən, 11:27 Mahir uçacaq? Ay uçdu a... Dünən, 11:24 Qəbələ avrokubok təmsilçilərini qarşılamağa hazırdı Dünən, 11:21 “Sumqayıt”ın ispan məşqçisi vətəninə getmək istəməyib Dünən, 11:19 “Zirə” gözləmə mövqeyindədi Dünən, 11:17 Messi, “Real”, Nicat və ...acgöz bizimkilər 7-07-2020, 21:20 “Zirə” Turalla Şəhriyarı istəyir 7-07-2020, 21:18 “Qarabağ” rəhbərliyi ispanlara yardım əlini uzadıb 7-07-2020, 21:17 Bu gedişlə yığmanı yerli mütəxəssis çalışdıracaq 7-07-2020, 21:16 KİVDF-nin qərarı narazılıq doğurdu 7-07-2020, 20:53 “Təslim olsaq, bizim üçün faciə yaşanacaq” 7-07-2020, 20:50 “Sabah” Sopiçi yola saldı 7-07-2020, 20:49 İsayevə ən çox pul təklif edən “Sabah”dı 7-07-2020, 20:48 Zaur Həşimovun gedişi Məqsədi pis vəziyyətdə qoyub 7-07-2020, 20:46 “Keşlə” Ruslan Qurbanova çatacaq pulu vermir 7-07-2020, 20:44 Elmar Baxşıyev büdcənin təsdiqlənməsini gözləyir 7-07-2020, 20:41 Nicat ikinci qolunu vurdu 7-07-2020, 20:40 Şəmkirdə “Kəpəz”in futbolçularına yuxu dərmanı veriblər 7-07-2020, 20:37 AFFA və PFL əməkdaşları işə çıxa bilmirlər 4-07-2020, 12:32 Ramiz Mirzəzadə "İdman TV"ni "CBC Sport"a dəyişdi 4-07-2020, 12:24 “Azərbaycanda futbol öldü, qızım” 4-07-2020, 12:18 Məşqçilər Komitəsi Kinin namizədliyindən xəbərsizdi 4-07-2020, 12:14 “Keşlə”nin adı gələndə tüklərim biz-biz olur” 4-07-2020, 12:07 “Çempionatdakı nəticələr və Avroliqaya vəsiqə qazana bilməməyimiz qərarda rol oynamadı” 4-07-2020, 12:03 Miçel və Romero qardaşları İspaniyaya uçdu 4-07-2020, 09:23 “Sumqayıt” gərək “çox sağ ol, koronavirus” desin” 4-07-2020, 09:18 PFL təqvimin bir neçə variantı üzərində işləyir 4-07-2020, 08:55 “Futbol+”in “rəmzi yığma”sına 105 futbolçu düşüb 4-07-2020, 08:48 “Sumqayıt” Türkiyədən maska sifariş edəcək 4-07-2020, 08:45 “Forza Neftçi” Geryeyə ismarıc göndərdi 4-07-2020, 08:40 “Qarabağ”la anlaşan Gerye azarkeşlərə səsləndi 4-07-2020, 08:37 “Vəziyyət belə davam etsə, avrokuboklarda bizi son 10 ildə görmədiymiz uğursuzluq gözləyir” 4-07-2020, 08:28 1 manata nə düşür ki?! 3-07-2020, 12:31 FIDE sentyabra kimi onlayn turnirlərlə kifayətlənəcək 3-07-2020, 12:30 “Azərikimya” rəhbərliyi Riad Rəfiyevi məyus yola salıb 3-07-2020, 12:27 FİFA “Sumqayıt” Futbol Akademiyasını nəzarətə götürüb 3-07-2020, 12:25 Avrokubok iştirakçıları ölkəni tərk etməyəcək 3-07-2020, 12:11 “Zirə” Zaur Həşimovla yolları ayırdı 3-07-2020, 12:09 AFFA “Lernayin Artsax” mövzusunda gözləmə mövqeyi tutur 3-07-2020, 12:07 Dabo Azərbaycana təşəkkür etdi 3-07-2020, 12:05 Cavid “Keşlə”yə havayı başa gəlib? 3-07-2020, 12:04 Tərlan Əhmədovu gizlənməyə vadar edən nədi? 3-07-2020, 12:03 “Demək olar ki, Tərlan Əhmədovun əlində böyümüşəm, məni “Neftçi”dən tanıyır” 3-07-2020, 12:01 “Səbail”də büdcəni müəyyənləşdirməkdə çətinlik çəkirlər 3-07-2020, 11:58 Kin AFFA-dan yüksək maaş istəməyib 3-07-2020, 11:57 “Turun sitatı”nda Qurban Qurbanov hamını qabaqlayıb 3-07-2020, 11:54 “Narva Trans”ın baş məşqçisi Nurlan Novruzovu danlayıb 3-07-2020, 11:50 “Ertsgebirge”nin prezidenti Nazarovu fərqləndirdi 30-06-2020, 22:52 Rövşən Əhmədov fəhlə işlədiyi məktəbdə müəllimlik edəcək 30-06-2020, 22:49 Yığmanın Millətlər Liqasında oyun günləri müəyyənləşdi 30-06-2020, 22:47 PFL rəsmiləri Tovuza getməyi düşünmür Bütün xəbərlər
Ən çox oxunanlar