19 apr 20:13olke

HAKİMLƏRİN MÜHAKİMƏSİ

HAKİMLƏRİN MÜHAKİMƏSİ
Hakimlər mövsümün sonunda ayılıb
İnsafən, son turlarda hakim səhvləri azalıb. Daha doğrusu, nəticəyə təsir edən səhvlər yoxdu. Bunu son turda Gəncədə məğlub olmaqla çempionluq şansını birdəfəlik itirən “Qəbələ”nin baş məşqçi Roman Qriqorçuk da etiraf edib. Bununla belə, turda bir neçə mübahisəli qərara rast gəldik. Halbuki iş başında ölkənin üzdə olan gənc referiləriydi.
Orxan Məmmədov, Neftçi - AZAL
Belə oyuna təyinat almaq hər hakimin arzusudu. Elitanı sonuncu pillədə başa vuracağı dəqiqələşən AZAL-la həvəsdən düşən "Neftçi"nin oyununda gərginliyin olmayacağı əvvəlcədən bilinirdi. Odu ki, Orxanın işinə "asan gəzinti" adını veririk. Şübhəli məqam meydan sahiblərinin qapısına təyin etdiyi penaltı sayıla bilər ki, təkrara baxanda baş hakimin qərarında haqlı olduğu görünür. Məmmədovun həmişəki nöqsanı futbolçularla dialoq zamanı xarakter nümayiş etdirə bilməməsidi. Bu matçda da bir neçə dəfə hakimə etiraz edən oyunçular oldu. 62-ci dəqiqədə Aqil Məmmədov cərimə zərbəsindən sonra topu cərimə meydançasında dayanan Kamil Hüseynova ötürdü ki, referi "yenidən" dedi. Bunu görən Aqil isə sərbəst yox, cərimə zərbəsinin olduğunu deməklə təkrar vuruşun yerinə yetirilməsinə kəskin etiraz etdi.
Əliyar Ağayev, Sumqayıt – Zirə
Əliyar üçün bu matçı yola vermək çətin olmamalıydı, olmadı da. İdarəçilik normal idi. FİFA referisinin penalti qərarını mübahisə etməyə dəyməz. Ayaz Mehdiyevin Təmkin Xəlilzadəylə mübarizədə təhlükəli “sürüşmə” fəndi etməsiylə yanaşı, ayağa toxunuş da var idi. Əliyar Ağayev bir epizodda cəsarətsizlik nümayiş etdirdi. O, ikinci hissədə Fərhad Qıstarova ikinci sarı vərəqəni verib, meydandan qovmalıydı. Ancaq nədənsə FİFA referisi həmin epizodda humanistlik nümayiş etdirdi.
Ömər Paşayev, Kəpəz – Qəbələ
Ömərin idarəçiliyinə birmənalı qiymət vermək olmur. Məsələn, 31-ci dəqiqəyə təsadüf edən epizodda o, “Qəbələ”nin iki futbolçusuna – Rikardinyo ilə Rəşad Sadiqova sarı vərəqə göstərməliydi. Xüsusilə də birinciyə. Braziliyalı rəqibin çiyninə basdı. Ancaq Paşayev “sarı” vermədi. 51-ci dəqiqədə isə top Dabodan meydanı tərk etsə də, hakim əks tərəfə aut verdi. Bununla belə, “Kəpəz”in vurduğu ilk qolda mübahisəli vəziyyəti düzgün qiymətləndirən hakimlər briqadasına, əsasən də laysman Elman Musayevə alqış düşür. Qonaq komanda Orxan Əliyevin ötürməsini qola çevirən Jülyen Ebahın ofsayddan fərqləndiyini iddia edib hay-küy salsa da, videotəkrardan yan xətt hakiminin doğru qərar verdiyi anlaşılır. Top Orxanın ayağından çıxarkən Ebahın əli Rasim Ramaldanovdan irəlidəydi ki, bu da oyundankənar vəziyyət sayılmır.
Rəhim Həsənov, İnter – Qarabağ
Rəhim Həsənov bəlkə də karyerasının ən asan oyunlarından birini idarə etdi. Baxmayaraq ki, meydanda iki iddialı, ilk “üçlük”də qərarlaşan komanda qarşılaşırdı. Həm “Qarabağ”, həm də “İnter” o qədər intizamlı oynadılar ki, hakimə problem yaranmadı. Düzdü, iki epizod ilk baxışdan şübhəli göründü. “İnter”in 30-cu dəqiqədə baş tutan hücumu zamanı Rəşad Sadıqov Rauf Əliyevin zərbəsinin qarşısını əvvəlcə diziylə kəsdi, sonra vurub uzaqlaşdırdı. Rauf isə topun Sadıqovun əlinə dəydiyini və buna görə hakimin penalti verməli olduğunu iddia etdi. Ancaq videotəkrardan da görünür ki, Rəhim Həsənov davam işarəsi verməkdə haqlı idi. İkinci mübahisəli vəziyyət də Rəşadla bağlıdı. Oyunun sonlarına yaxın hesabdan irəli gələn arxayınlıqla hücuma qoşulan “Qarabağ”ın kapitanı rəqibin cərimə meydanında ikili mübarizə zamanı yerdə qaldı. Azarkeşlər hay-küy salaraq penalti tələb etsələr də, Rəşad əl hərəkətiylə qayda pozuntusuna məruz qalmadığını büruzə verdi və bununla centlmenlik nümayiş etdirdi. Ümumiyyətlə, matç sülh şəraitində keçdi. Təsadüfi deyil ki, Həsənov yalnız bir epizodda əlini cibinə ataraq, sarı vərəqə çıxardı.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 18:06 “Rəvan” rəhbərliyi apellyasiyadan cavab gözləyir Dünən, 18:03 “İnter”lilər hələ də maaş gözləyir Dünən, 17:56 “Qəbələ” Macarıstanda oynayacaq Dünən, 17:52 “Son mövsümdə cəzalanmayan hakim olmadı” Dünən, 16:37 Almanları təəccübləndirməyə bir xal çatmadı Dünən, 16:31 Elxan Abdullayev: dili var, dilçəyi yoxdu! Dünən, 16:28 Qurban Qurbanov azarkeşlərlə futbol oynadı Dünən, 16:26 Yığma bolqarlara yenə uduzdu Dünən, 16:21 "Kəpəz"in növbəti transferi də diviziondandı Dünən, 16:16 “Sumqayıt” “Von Abant” otelini seçdi Dünən, 16:02 Dünən ad günü olan Ülfət Mədətov “Rimini turniri”ndən danışdı Dünən, 15:58 "Zirə" legionerləri saxladı Dünən, 15:51 Füzuli Məmmədov “İnter” rəhbərliyinin qərarına izah tapa bilmir Dünən, 15:28 Lafferti: “Azərbaycanı məğlub etsək...” Dünən, 15:22 Rüstəm Əfsərli “Neftçi”də! Dünən, 15:19 Derlis Meza Kolli indi də “Neftçi” yolundadı Dünən, 15:14 Elvin Səfərli Qəhrəman Əliyevi “naşükür” adlandırdı Dünən, 11:37 Rüstəm DÇ-yə qədər heç bir yarışda çıxış etməyəcək Dünən, 11:34 İkinci Avropa Oyunlarının proqramı və təqvimi müəyyənləşdi Dünən, 11:31 AÇ-dən iki “gümüş”lə Dünən, 11:29 Füzuli Musayevin məclisində bədbəxt hadisə Dünən, 11:25 Qadın şahmatçılarımız ilk dəfə dünya çempionatında iştirak edəcək Dünən, 11:22 Çempionlar Liqasında təmsilçimiz olmayacaq Dünən, 11:16 Maşallah Əhmədovun oğlu məhkəmənin ədalətinə inanır 26-05-2017, 18:26 Bilet satışından 3 milyon manat əldə olunub 26-05-2017, 18:23 Səmədağa Şıxlarov işdən çıxarılmasının səbəbini bilmir 26-05-2017, 18:19 Prosineçki yığma üzvlərinin U-23-ü canlı izləməsinə qadağa qoyubmuş... 26-05-2017, 18:08 Plan suya düşdü: yığma Avstriyada yoldaşlıq oyunu keçirməyəcək 26-05-2017, 15:41 Hakim Maşallah Əhmədova xəbərdarlıq etdi 26-05-2017, 15:38 “Elvin Səfərli futbol adamı deyil” 26-05-2017, 15:37 Naxçıvana yalnız MOİK öz hesabına yollanır 26-05-2017, 15:36 Premyer-liqa avqustun 12-13-də, birinci divizion sentyabrda başlayacaq 26-05-2017, 15:34 “Qəbələ” İtaliyadan qələbəsiz qayıdır 26-05-2017, 15:31 Divizionda çalışanlar Tərlan Əhmədovla razılaşmadı 26-05-2017, 15:29 Tərlan Əhmədov “Şüvəlan”a lazım olmadı 26-05-2017, 15:27 Nikayla Rəşad da “Qəbələ”dən ayrıldı 26-05-2017, 15:18 İslamiadada yer tutan idmançılara müraciәt! 26-05-2017, 15:17 Averin 15 aylıq cəzalandı 26-05-2017, 15:13 Polina Rəhimova “Fənərbaxça”da! 26-05-2017, 15:09 Türkiyə ilə bacarmadıq 26-05-2017, 15:07 Millimiz Bolqarıstana uduzdu 26-05-2017, 15:06 Medalsız qaldılar 26-05-2017, 15:05 Minskə beş qrossmeyster gedəcək 26-05-2017, 15:04 AÇ üçün hazırlıq başlayır 26-05-2017, 15:00 Antalyadan altı medalla 26-05-2017, 14:59 Füzuli və Xaqani Məmmədov qardaşları “İnter”dən göndərildi 26-05-2017, 14:26 Klublarımızın avrokuboklarda mərhələ və “səbət” müəmması 26-05-2017, 14:25 Elvin Məmmədov “Zirə”ni tərk etdi 26-05-2017, 14:07 Veteranlar Əli Rəhmanovu yad edəcək 26-05-2017, 14:04 “Qarabağ” İtaliyadan hücumçu gətirir? 26-05-2017, 14:03 “Rəmzi yığma”ya düşənlərin sayında azalma var 26-05-2017, 14:00 Rusiya yığmasının qapıçısı Şeydayevi xatırladı 26-05-2017, 13:58 “Baku Fayr”dan çətin qələbə 26-05-2017, 13:57 “Sumqayıt” – “Qəbələ” əməkdaşlığı davam edir 24-05-2017, 17:43 “Bakı müsəlman aləminin Las Veqasıdı” 24-05-2017, 17:39 Almeydanın “milliləşdirilməsi” ilə bağlı yenilik yoxdu 24-05-2017, 17:36 “Qəbələ” “qızıl” sayında hamını qabaqladı Bütün xəbərlər
Ən çox oxunanlar