19 apr 20:08olke

“İnter”də maaş problemi davam edir

“İnter”də maaş problemi davam edir
Rəhbərlik müqaviləsinin müddəti bitən futbolçularla görüşəcək

Mövsümü 3-cü pillədə başa vuracağı dəqiqləşən “İnter”də maaş probleminin yaşandığını ötən saylarımızın birində xəbər vermişdik. Onu da bildirmişdik ki, 2016/17 mövsümünün bürünc mükafatçıları fevral və mart ayının əməkhaqqını ala bilməyiblər. Ötən həftə məsələ ilə bağlı qəzetimizə açıqlama verən “ağ-göylər”in AFFA tərəfindən təyin olunmuş səlahiyyətli nümayəndəsi Rəmiş Malıyev “Qarabağ”la oyuna qədər problemin həll olunacağını bildirmişdi. Artıq Ağdam təmsilçisi ilə oyun arxada qalıb. Görəsən, vaxtilə pula pul deməyən, uzun illər “bankirlər” ləqəbi daşıyıb, hazırda dilənçi gününə düşən klubda vəziyyət düzəlibmi? Futbolçular həsrətlə gözlədikləri maaşlarına qovuşa biliblər?
Dünən əlaqə saxladığımız “İnter”in mövsüm ərzində üçüncü başqanı maaşların hələ verilmədiyini bildirdi. Rəmiş bəy indi də bu həftəni nişan verdi: “Yəqin ki, əməkhaqqının müəyyən hissəsi bu həftə veriləcək. Borcu tam bağlamaq mümkün deyil. Məbləğ bir-iki manat deyil ki, hamısını birdən verək. Mövsümün sonuna kimi bu problemi həll edəcəyik”.
Son günlər futbol ictimaiyyətinin ən çox müzakirə etdiyi məsələ maliyyə problemləri içində boğulan “İnter”in bu yay avrokuboklara yollanıb-yollanmayacağıdı. Malıyev bu gün üçün bu yöndə heç bir maneənin olmadığını bildirdi: “Mən də mətbuatda gedən yazıları oxuyuram. Bir çoxları artıq indidən deyir ki, “İnter” Avroliqaya yollanmayacaq. Bu məlumatı nəyə əsasən yazırlar, başa düşmürəm. Bəli, müəyyən problemlər var. Ancaq bu o demək deyil ki, “İnter” qitəmiqyaslı turnirlərdən kəınarda qalacaq. Bu gün üçün belə deməyə, bu cür fikir səsləndirməyə heç bir əsas yoxdu”.
Mövsümün başa çatmasına sayılı günlər qalmasına baxmayaraq, artıq “İnter”in bəzi futbolçularının adı müxtəlif klublarla yanaşı hallanır. Səlahət Ağayevlə Nizamı Hacıyevin “Neftçi”nin maraq dairəsində olduğunu ötən saylarımızın birində xəbər vermişdik. Abbas Hüseynovun isə “Qarabağ”la ortaq məxrəcə gəldiyi bildirilir. Rəmiş bəylə söhbətdə bu məsələyə də toxunduq: “Mən də Abbasın “Qarabağ”la anlaşdığını mətbuatdan oxudum. Hələ ki ortada konkret heç nə yoxdu. Hüseynovun klubla müqaviləsinin müddəti bu yay başa çatır. Yaxın günlərdə müqavilə müddəti bitən oyunçularla görüşüb müzakirələr aparacağıq. Ancaq ondan sonra kimin qalıb, kimin gedəcəyini konkret demək mümkündü”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:16 AÇ üçün heyət açıqlandı Dünən, 23:15 Ölkə çempionatı başa çatdı Dünən, 23:14 Ukrayna ilə bacarmadıq Dünən, 23:13 Nağı Səfərova yenə etimad göstərildi Dünən, 23:12 Bakıda “Red Bull”dan əzələ nümayişi Dünən, 23:10 Kamran Şahsuvarlı finalda Dünən, 23:08 Əliyar Ağayev “Rusenborq”un oyununa təyinat aldı Dünən, 23:07 UEFA-nın MDB üzrə əlaqələndiricisi “Futbol+”ə danışdı Dünən, 23:05 “Zirə”nin oyununda təcrübəsiz qazax Dünən, 22:56 “Qarabağ” oyuna çıxır, “Samtredia” hücumçuyla gücləndi Dünən, 22:55 “Neftçi” rəsmisi gördüyü işdən danışmaq istəmədi Dünən, 22:44 “Zirə”də yayın məsələsində qeyri-müəyyənlikdi Dünən, 22:43 “Dalğa Arena” avrokubok oyunlarına hazırdı Dünən, 22:42 Patrik Klyuvert “Vətən”ə təşəkkür edib Dünən, 22:37 Sloveniyada AÇ-yə gerisayım başlayır Dünən, 22:36 Fransa millisinin sabiq yarımmüdafiəçisi “Qəbələ”də Dünən, 22:34 Futzal millimiz yenə braziliyalıya tapşırılacaq Dünən, 22:33 Yığmamız qrupda qaldı Dünən, 22:31 BOK prezidenti MOK-a məktub göndərdi Dünən, 22:30 Ayxan Abbasov “Zirə”ni Avroliqaya hazır sayır Dünən, 22:27 "Zirə" rumın müdafiəçi transfer etdi Dünən, 22:09 TRANSFER DOSYESİ Dünən, 22:07 Zirə azarkeşləri oyunun Mərdəkanda keçirilməsindən razıdı Dünən, 22:06 “Sumqayıt” jurnalistlər üçün iftar süfrəsi açdı Dünən, 22:03 “Zirə”nin legionerləri Türkiyədə ləngidi 23-06-2017, 20:23 Avropa Yay Olimpiya Festivalına lisenziya qazandılar 23-06-2017, 20:22 Otellərin sayı artsa, Bakıya daha çox “Formula-1” azarkeşi gələcək 23-06-2017, 20:20 Ronaldoya millinin forması hədiyyə olundu 23-06-2017, 20:17 Emil Balayev “Səbail”ə keçərkən Qurban Qurbanovla danışmayıb 23-06-2017, 20:14 “Zirə” biletlərin qiymətini açıqladı 23-06-2017, 20:12 Əliyar FİFA karyerasına sıfırdan başlayır... 23-06-2017, 20:09 “Samtredia” ilə ilk oyunun başlama vaxtı dəqiqləşdi 23-06-2017, 20:08 “İnter”in rəqibi son çempionu məğlub etdi 23-06-2017, 20:06 Avroliqanın debütantı mübarizəyə hazırdı 23-06-2017, 20:00 Sumqayıtda mükafatlandırma 23-06-2017, 19:56 Yığmanın baş məşqçisi Ermənistanla oyundan danışdı 23-06-2017, 19:55 Avroliqada ikinci dövrə başlayır 23-06-2017, 19:52 Divizionda çıxış edəcək “Binə”nin büdcəsi 150 min manatdı 23-06-2017, 19:47 Stamenkoviç “Mladost”un bəxtinin gətirmədiyini düşünür 23-06-2017, 19:44 Fanklub rəhbərləri “Milan” azarkeşlərinə haqq qazandırdı 23-06-2017, 19:42 “Fənərbaxça”nın baş məşqçisi Antalya kampından danışdı 23-06-2017, 19:40 Millinin heyəti açıqlandı 22-06-2017, 19:21 Subaşiç “Mladost” haqda gizli heç nə qoymadı 22-06-2017, 19:18 “İnter” “Mladost”u “Dalğa Arena”da sınağa çəkəcək 22-06-2017, 19:17 Zaur Axundov Azərbaycana söz verdi 22-06-2017, 19:15 “Axmat” “Qarabağ”ı da bir qolla üstələdi 22-06-2017, 19:13 “Zirə” vətənə məğlub döndü 22-06-2017, 19:11 “İnter” və “Zirə” siyahını açıqladı 22-06-2017, 19:10 Vyana “Qarabağ”ının Bakıda fanklubu olacaq 22-06-2017, 19:08 “Mladost”la oyunu böyük ümidlərlə gözləyirik” 22-06-2017, 19:06 “Bursa BB”də qaldı 22-06-2017, 19:05 Erməni baş məşqçidən etiraf 22-06-2017, 19:03 Əsgərlərə açıq məktub yazdılar 22-06-2017, 19:00 Çimərlik futbolu yığması Belarusa gedir 22-06-2017, 18:58 Hakimlərimizdən videotəkrara fərqli yanaşma 22-06-2017, 18:57 “Səbail” Emil Balayevi saxladı 22-06-2017, 18:55 Elnur Cəfərov da “Neftçi”ylə müqavilə bağladı Bütün xəbərlər
Ən çox oxunanlar