19 apr 20:04olke

TURDAN MƏQAMLAR

TURDAN MƏQAMLAR
Turun...
...jesti...

“İnter”in “bürünc”ü təmin etməsində Ağabala Ramazanovla Ruslan Abışovun zəhməti az olmadı. Çempionatın ilk yarısında Zaur Svanadzenin daim güvəndiyi futbolçulardan olan Ağabala qış fasiləsində “İnter”i “Qarabağ”a dəyişdi. Bununla da karyerasında həm irəli addım atmış oldu, həm də ilk dəfə çempionluq sevinci yaşadı. Buna görə “ağ-göylər”ə borclu olması normaldı. Həmin “İnter”di ki, yayda Ramazanovu “Sumqayıt”dan heyətinə qatdı. Həmin “İnter”di ki, Ramazanova milli üzvləri ilə çiyin-çiyinə oynamaq, bununla da təcrübə qazanmaq imkanı yaratdı. Təbii, Ağabala da bu məqamların fərqindədi. “Qarabağ”ın “44 nömrə”si srağagün əvəzlənəndə birbaşa ağdamlıların ehtiyat oyunçular skamyasına üz tutmaq əvəzinə “İnter”in texniki zonasına tərəf yön alıb qarşısına çıxan hər kəslə əl sıxıb görüşdü, onlara təşəkkür etdi. Sözün əsl mənasında nümunəvi hərəkət idi. Maraqlıdı, Ramazanov belə addım atacağını əvvəldən dəqiqləşdirmişdi? Yaxud bu hərəkətinə görə Qurban Qurbanovdan sərt təpki görmədi ki? Özü ilə söhbətdə atdığı addıma münasibət bildirməyi xahiş etdik: “Düzü, sırf belə olacağını əvvəldən bilmirdim. Zaur Svanadze və “İnter”lilərlə görüşmək fikrim var idi. Amma bunu nə vaxt edəcəyimi bilmirdim. Sadəcə, həmin an elə vəziyyət yarandı. Meydanı tərk edəndə gözüm Svanadzeyə sataşdı və içimdən gələn səs ona yaxınlaşmalı olduğumu dedi. Çünki açıqlamalarının birində Zaur Svanadze mənə təşəkkür etmişdi. Mən də həmin açıqlamaya cavab vermək istədim. Çünki həm gürcü məşqçinin, həm də “İnter”in üzərimdə haqqı var. Orda olduğum müddətdə özümə xoş münasibət görmüşəm, ayrılanda da dostcasına ayrılmışıq. Yaxınlaşıb “bürünc”ə görə təbrik etdim, onlar da məni çempionluq münasibətiylə təbrik etdi. Qurban Qurbanov isə heç nə demədi. Orda futbolçu adına yaraşmayan hərəkət etməmişdim axı. “Qarabağ”lılar niyyətimi yaxşı başa düşdü”.
...mesajı...
Elxan Abdullayev “Neftçi”nin başına keçdiyi gündən adı dillər əzbəri olub. Komandasının uğurlu nəticələr qazanmasına görə yox. Sadəcə, bu adam prinsipiallığını qoruyub saxlamaqla hər imkanda haqlı olduğunu sübut etməyə çalışır. Gətirdiyi legionerlərlə uğursuzluğa düçar olmasının səbəblərini axtarmaq əvəzinə, bir gün azarkeşlərlə söz atır, ertəsi jurnalistlə “söz savaşına” çıxır, əli hər şeydən üzüləndə qaşınmayan yerdən qan çıxarır. Eynilə “Neftçi” – AZAL oyunundan sonra olduğu kimi. Mətbuat konfransına gələn baş məşqçinin gözü elə hey kimisə axtarırdı. Konfrans başa çatandan sonra həmin şəxsin kimliyi məlum oldu. Sən demə, qazanılan 4:0-lıq qələbə Abdullayevə o qədər xoş gəlib ki, çalışdırıcı bunu həmkarımız Amal Abuşova göstərərək mədəni formada “Neftçi”ni bəyənmirdin, gördün AZAL-ı nə günə saldıq” demək istəyib. Amalın konfransda iştirak etmədiyini görüncə həmkarımızı axtardığını dilə gətirdi. Yaşanan hadisəyə görə Abuşovun borclu qalmayacağı dəqiq idi. Təbii ki, deyəsi sözü var: “Ataların yaxşı məsəli var: borclu borclunun sağlığını istər. Söhbət qayıb yazmaqdan gedirsə, əvvəlki qayıb Elxan Abdullayevin özünə yazılıb. Bizi “Neftçi”nin düşmənləri saymaqla düşmənlərin sevinməyəcəyinə söz vermişdi. Kubokun yarımfinalında “Qarabağ”la “Neftçi”nin cavab oyununda ağdamlılar ikinci heyətlə də Abdullayevin rəhbərlik etdiyi komandaya heç bir şans vermədi. Bununla da Elxan Abdullayevlə bağladığımız “hər oyuna gələcəm müqaviləsi” qüvvədən düşdü. Tanıyanlar bilir, Elxan Abdullayev də bilmirdisə bilsin ki, atam rayonda tək yaşayır. Məcburiyyətdən həftədə bir-iki dəfə Salyana getməli oluram. “Neftçi” – AZAL oyunu baş tutan gün də rayondaydım. Bilsəydim ki, “Bakcell Arena”ya gəlməyimlə nəsə düzələcək, Elxan Abdullayevin gözünü yolda qoymazdım. Narahat olmasın, qarşıda daha iki oyun var. Gələrəm, görüşərik, danışarıq”.
...nöqsanı
Şənbə günü baş tutan “Sumqayıt” – “Zirə” oyununda futbolçuların keçirdiyi gərginlikdən danışmağa dəyməz. Qələbə hər iki tərəfə hava-su kimi lazım olduğundan bütün diqqətlər meydana yönəlmişdi. Odu ki, yaşanan nöqsanı bildirməklə yanaşı, anlayışla qəbul olunmasının mümkünlüyünü qeyd etməliyik. Deməli, 76-cı dəqiqədə kapitan Elvin Məmmədov qolundakı sarğını çıxarıb əvəzləndiyi Nurlan Novruzova verdi. O da öz növbəsində qapı arxasında məşq edən komanda yoldaşına ötürdü. Həmin futbolçu isə sarğını Kamal Bayramova verməyə imkan tapmadığını görüncə, onu qapının yanına qoydu. Bundan az sonra meydan sahibləri cərimə zərbəsi yerinə yetirəndə Kamal sarğını əlinə alsa da, nədənsə fikrini dəyişib yerə atdı. Qapıçı bir də hakimin final fitinə yaxın “ayıldı”. “Zirə” penaltini yerinə yetirəndə fasilə yarandı ki, Bayramov sarğını qoluna bərkitdi. İstənilən halda, sarğının 15 dəqiqə yerdə qalması düşündürücü məqamdı. Kimdi günahkar: Kamal, yoxsa diqqətsiz davranan hakim? Səbəbkarı dinləyək: “Sarğı gəlib mənə çatanda hakim geyimi səliqəyə salmaq üçün kiçik fasilə verməliydi. Yəni sarğını qoluma taxmaq üçün vaxta ehtiyac vardı. Hakim də bunu etməyincə oyun epizodunda sarğıyla oynamağı vacib saymadım. Çünki qarşılaşmanın ən gərgin dəqiqələri idi. Həmin andan sonra sarğını taxmaq, ümumiyyətlə, yadımdan çıxdı. Matçın sonlarına yaxın penalti vurmaq imkanı qazandıq. Bu zaman sarğını yerdə olduğunu gördüm və dərhal götürüb qoluma taxdım”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
19-07-2017, 16:56 Tahir Baxşıyev yorğunluqdan gileyləndi 19-07-2017, 16:53 Nazim Babayev yenə Avropa çempionu oldu 19-07-2017, 16:51 Qadınlar Astarada toplanış keçir 19-07-2017, 16:48 Ölkə kubokunun qalibləri müəyyənləşdi 19-07-2017, 16:42 Dünya çempionu xanıma əl qaldırıb? 19-07-2017, 16:42 Eltac Səfərli dünya ulduzları arasında 19-07-2017, 16:35 Yığmada dağıstanlı futzalçı 19-07-2017, 16:33 AFFA hakimlərin Bolqarıstan toplanışını ləğv etdi 19-07-2017, 16:32 “Fola” – “İnter” matçı 29 yaşlı hakimə tapşırıldı 19-07-2017, 16:31 “Qarabağ” Nikaraqua millisinin üzvünə 400 min təklif edib 19-07-2017, 16:26 “Qəbələ” Polşada dəstəksiz qalmayacaq 19-07-2017, 16:24 Yığma üzvü “Zirə”nin potensial rəqibini seçdi 19-07-2017, 16:23 Dəniz Yılmaz “Bursaspor”da qaldı 19-07-2017, 16:21 Yordanesku Abbasovu qabaqlayacaq 19-07-2017, 16:14 Şəfizadə Braziliyada gördüklərini “Futbol+”lə bölüşdü 19-07-2017, 16:11 “Sumqayıt” Bolu toplanışına məğlubiyyətlə başladı 19-07-2017, 16:06 Orxan Hüseynzadə “Neftçi” haqda gizli heç nə saxlamadı 19-07-2017, 16:02 “Kəpəz”in legionerləri gəldi 19-07-2017, 16:00 Göyçə mahalı divizionda təmsil olunacaq 19-07-2017, 15:59 “Forza Neftçi” rəhbərliyi və məşqçilər korpusunu istefaya səslədi 17-07-2017, 23:43 Rəsul Çunayev yenidən dünya lideridi 17-07-2017, 23:42 BŞH beş könüllünü İtaliyaya göndərəcək 17-07-2017, 23:40 Teymur Rəcəbov Cenevrədə “partladı” 17-07-2017, 23:38 Millimizdə yeni braziliyalı 17-07-2017, 23:37 “Kəpəz” Türkiyədədi, yeni transferi Bakıda 17-07-2017, 23:29 Finalın hakimi “Qarabağ”ın oyununda 17-07-2017, 23:27 Tərlan Əhmədov diviziondan aldığı üç təklifi geri çevirib 17-07-2017, 23:25 Tiflisdə “Qarabağ”ın oyununa maraq azdı 17-07-2017, 23:24 “Sumqayıt” superliqa təmsilçisinə qarşı 17-07-2017, 23:22 “Qəbələ” artıq Polşadadı 17-07-2017, 23:21 Fanatları “Qarabağ”a Tiflisdə möhtəşəm dəstək vəd etdi 17-07-2017, 23:19 “Zirə” – “Astra” matçı üçün 6400 bilet 17-07-2017, 23:17 “Qarabağ” kubokla erkən vidalaşdı 17-07-2017, 22:31 “Səbail” meydana çıxa bilmədi 17-07-2017, 22:30 “Qarabağ”lılar “Ayaks”da və “Qalatasaray”da 17-07-2017, 22:28 TRANSFER DOSYESİ 17-07-2017, 22:26 Oqtay Dərəlioglu “qızıl oyun”u yada saldı 17-07-2017, 22:25 Vüqar Latviyada dubl etdi, Renat isə ABŞ-da fərqləndi 17-07-2017, 22:23 “Qaradağ Lökbatan” beş yoxlama oyunu keçirəcək 17-07-2017, 22:22 Antonov “Çernomorets”ə qayıtdı 17-07-2017, 22:20 “Ölkəmdən imtina edənlərdən ikisi də biz olduq” 17-07-2017, 22:16 “Neftçi” “Binə”yə bir qol vurdu 16-07-2017, 16:56 Elməddin Məmmədov Qırğızıstandan “Səbail”ə baxışa gəlməyə razı olmayıb 16-07-2017, 16:53 Gürcüstan mətbuatı: “Kalkulyatorun hesablaya bilmədiyi nəticə - 0:5” 16-07-2017, 16:51 Təmsilçilərimiz növbəti mərhələdəki rəqiblərini tanıyır 16-07-2017, 16:49 BFL-in təsisçisi həyəcan vəd edir 16-07-2017, 16:48 “İnter”dən yubiley qələbəsi və rekord 16-07-2017, 16:38 Heç-heçə Fariz Nəcəfovu təəccübləndirməyib 16-07-2017, 16:36 Teymur yenidən vahid lider oldu 16-07-2017, 16:35 “Zirə” ikinci yarıda çökdü 16-07-2017, 16:32 “Bakcell Arena”da “Neftçi”nin loqosu örtüldü 16-07-2017, 16:30 Reynaldo Türkiyəni İsveçrəyə dəyişir 16-07-2017, 16:28 Reaksiyalar 16-07-2017, 16:25 “Qəbələ”dən təhlükəli start 16-07-2017, 16:23 Qriqorçuk cavab görüşündə yaxşı oynayacaqlarına ümid edir 16-07-2017, 16:20 Mamrot şansları bərabər sayır 16-07-2017, 15:20 “Kəpəz”ə məğlubiyyət Elxan Abdullayevi narahat etməyib Bütün xəbərlər
Ən çox oxunanlar