19 apr 20:01olke

Niyə “Qəbələ” yox, “Qarabağ”?

Niyə “Qəbələ” yox, “Qarabağ”?
Mütəxəssislər “qızıl” uğrunda mübarizədə həlledici olan məqamları sadaladı

Premyer-liqanın ilk dövrəsində nəinki məğlub olmayan, hətta qapısından top belə buraxmayan "Qəbələ" qızıl medallara iddiasını ortaya qoymuşdu. Ancaq əvvəlcə liderliyi "Qarabağ"a təhvil verən "qırmızı-qaralar" yersiz xal itkiləri fonunda vəziyyətini bir qədər də çətinləşdirdi. Düzdü, 25-ci turda "Qarabağ"la matçda Roman Qriqorçukun yetirmələri qələbə qazansaydı, bəlkə də indi fərqli vəziyyətin şahidi olardıq. Ancaq həmin qarşılaşmada qeydə alınan heç-heçə "qırmızı-qaralar"ı çempionluqdan bir qədər də uzaqlaşdırdı. "Kəpəz"ə məğlubiyyət isə "köhlən atlar" üçün "İnter"lə matçın əhəmiyyətini artırdı. Çünki qazanılacaq qələbə qızıl medalları rəsmiləşdirəcəkdi. Bu oyunda qalib gələn ağdamlılar ardıcıl 4-cü dəfə ölkənin ən güclüsü adını qazandı. Maraqlıdı, çempionluq mübarizəsində "Qəbələ"nin "Qarabağ"a yenilməsinin əsas səbəbi nə oldu? Bu sualla mütəxəssislərə müraciət etdik.
Öncə Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadovu dinləyək: “Əvvəlcə onu bildirim ki, “Qarabağ”ın özünə xas oyun modeli var və Qurban Qurbanov daim ona sadiq qalır. Artıq neçə illərdi ki, Qurban müəllim bundan yararlanır və ildən-ilə də sevdiyi sistemi təkmilləşdirir, onun daha da mükəmməl formaya çatmasına çalışır. Heyətə cəlb olunan futbolçular da bu modelə uyğun gəldiyinə görə ağdamlılar uğur qazanmağı bacardı. Onlar zəif təsir bağışladıqları, uduzduqları matçlarda da “çərçivə”dən kənara çıxmadılar. “Qarabağ”ın “oturuşmuş” heyəti, bir-birini çox gözəl anlayan kollektivi var. Onların meydanda topsuz hərəkətlərini diqqətlə izləyəndə görmək olur ki, anlaşma necə yüksək səviyyədədi. “Qəbələ”də isə bu yöndə sabitlik yoxdu. Hər bir baş məşqçinin oynatdığı, üstünülk verdiyi bəlli bir sistem olmalıdı. Transferlər də buna uyğun həyata keçirilməlidi. Yəni transfer xatirinə transfer etmək olmaz. Heyətin geniş, baş məşqçinin əlinin altında səviyyəli futbolçuların olması o demək deyil ki, artıq hər şeyə qadirsən. Nəticə qazanmaq üçün həmin futbolçuların potensialından düzgün yararlanmaq lazımdı. Çox maraqlıdı ki, Roman Qriqorçukun komandası avrokuboklarda daha yaxşı təsir bağışlayırdı, nəinki çempionatda. Futbolçular sanki Avroliqa matçlarına xüsusi motivasiya ilə çıxırdı. Təəssüf ki, daxili çempionatda futbolçuların gözündə həmin ehtirası görə bilmədik. Və “Qarabağ”ı uğura daşıyan ən vacib şərtlərdən biri, bəlkə də birincisi heyətdə lider futbolçuların olmasıdı. Rəşad Sadıqov, Miçel, Kintana, Maksim bu işin öhdəsindən gəlməyi bacarırlar. Qriqorçukun komandasında isə belələri yoxdu. Baş məşqçi həm də komandanın gücünü nəzərə alıb çempionat kimi uzun marafonda bundan düzgün yararlanmalıdı. Qurbanov isə bunu bacarır. O tez-tez rotasiya etməklə yetirmələrinin çox yüklənməsinə imkan vermir”.
“Xəzər Lənkəran”ın sabiq çalışdırcısı Yunis Hüseynov isə bunları söylədi: “Əvvəlcə “Qarabağ”ı çempionluq münasibəti ilə təbrik edir, “Qəbələ”yə isə avrokuboklarda uğurlar arzulayıram. Bu iki komanda arasında çempionluq uğrunda mübarizə olmasaydı, Azərbaycan futbolunu izləməyə dəyməzdi. Fikrimcə, “Qəbələ”nin ”qızıl”a yiyələnməməsinin başlıca səbəbi özündən zəif komandalarla görüşlərdə xal itirməsi oldu. Statistikaya nəzərə saldıqda bunu görmək mümkündü. Qriqorçukun yetirmələrinin, demək olar ki, bütün oyunlarını izləmişəm. AZAL, “Sumqayıt”, “Zirə” ilə qarşılaşmalarda futbolçuların rəqibə yuxarıdan aşağı baxdığı, meydana çox arxayın çıxdığı görünürdü. Futbolda isə bu cür hallar bağışlanılmır. Və sonda qızıldan qiymətli xal itkisi ilə üzləşirsən. Çempion olmaq istəyən komanda rəqiblər arasında fərq qoymamalı, AZAL-la oyuna da “Qarabağ”la matç kimi yanaşmalısan. Əks halda “yanacaqsan”. Məncə, “Qəbələ” bəzi qarşılaşmalara ciddi yanaşmamağın qurbanı oldu”.
“Neftçi” ilə çempionluq yaşamış Arif Əsədov “Qəbələ”nin “qızıl” qazanmamasının səbəbini belə izah etdi: “Qəbələ” çempion ola bilmədiyinə görə ilk növbədə günahı özündə axtarmalıdı. Bir ara “Qarabağ”dan 6 xal irəlidəydilər. Ancaq bu fürsətdən yararlana bilmədilər. Bilirsiz, çempion olmaq üçün komandada, baş məşqçidə çempion ruhu olmalıdı. “Qəbələ” artıq neçə mövsümdü son nöqtəni qoymaqda çətinlik çəkir. Komanda həlledici məqamda büdrəyir. Bu da yəqin ki, baş məşqçidən qaynaqlanan bir məsələdi. Görünür, Qurban müəllim çempionluğun reseptini Qriqorçukdan daha yaxşı bilir və bu yolda nəyi necə etməli, hansı məqamda həlledici zərbəni vurmaq lazım olduğunu bilir. Bu mövsüm də “Qəbələ” üçün bir təcrübə oldu. Yəqin ki, istər məşqçilər korpusu, istərsə də futbolçular bu il yol verdikləri səhvlərdən nəticə çıxarıb, növbəti “futbol ili”nə daha ciddi yanaşacaqlar”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 21:17 Təcrübəlilərdən Yaşar Vahabzadənin yekun siyahısına kimlər düşəcək? Dünən, 21:16 Klublar bonus nəzərdə tutmayıb Dünən, 21:15 AFFA-nın UEFA-dan qonaqları var Dünən, 21:14 Abdulbari Gözəlin açıqlaması azarkeşləri məyus edib Dünən, 21:12 “Trabzonspor”un baş məşqçisi “Qəbələ”nin futbolçusunu bəyənib Dünən, 21:00 Fərhad Məmmədov cüdoçulara qadağa qoyub Dünən, 20:59 Şəhriyar dünya çempionunu da diz çökdürdü Dünən, 20:58 Çempion kim olacaq: “Qarabağ”, yoxsa “Qəbələ”? Dünən, 20:56 PFL əvəzediciləri “Bakcell Arena”da mükafatlandıracaq Dünən, 20:55 “Neftçi” “Qəbələ”nin müdafiəçisinə göz dikib Dünən, 20:54 Namiq Məstanov Azərbaycan futbolunun xilas yolunu göstərdi Dünən, 20:50 “Gümüş” “Səbail”in, “bürünc” “Ağsu”nun oldu Dünən, 20:47 Kubokda sensasiya: “Araz”la “Ekol” mübarizəni dayandırdı Dünən, 20:46 U-17 Podqoritsada xala və qola həsrətdi Dünən, 20:37 Xaqani Məmmədovun finalı Ömər Paşayevə tapşırmaq istəyi narazılıq doğurub Dünən, 20:36 “Qəbələ” fanklublarını Naxçıvana aparacaq Dünən, 20:35 “Sumqayıt”da köklü dəyişikliklər olacaq Dünən, 20:33 “CBC Sport” 25 dəqiqəlik icmalla kifayətlənib Dünən, 19:59 Babək Quliyev Qazaxıstanda hakimlik edir Dünən, 19:57 Adı siyahıda olmayan sabiq prezident medal alıb Dünən, 19:56 AFFA Zaur Axundovu “İnter”in Müşahidə Şurasının sədri təyin etdi Dünən, 19:54 AMADA-nın binası istifadəyə verildi Dünən, 19:53 İslamiada xəbərləri Dünən, 19:51 Uesli Sonun anası da ölkəmizə gəlib Dünən, 19:46 Şəmkirlilər evdə qələbə qazandı Dünən, 19:45 “Mauqli” sükuta Türkiyədə son qoyacaq Dünən, 19:44 Millimiz Sloveniyaya yollandı Dünən, 19:42 AÇ üçün heyətlər açıqlandı 27-04-2017, 17:52 İslamiada xəbərləri 27-04-2017, 17:51 Şəhriyar liderliyini davam etdirir 27-04-2017, 17:49 Yaşar Vahabzadə yekun qərarını 29-dan sonraya saxladı 27-04-2017, 17:48 Misir Əbilovun komandası Mingəçevirdə qoçuluq edib 27-04-2017, 17:47 Şimali İrlandiya ilə “Tofiq Bəhramov”da qarşılaşacağıq 27-04-2017, 17:38 PFL “İnter”ə “Qarabağ” və “Qəbələ”dən az medal verdi 27-04-2017, 17:35 Premyer-liqanın bombardiri kim olacaq? 27-04-2017, 15:59 İlk oyunda məğlubiyyət 27-04-2017, 15:58 Mövsümün ən az qol vurulan turu 27-04-2017, 15:49 İlk altı çempionatla bağlı əcaib mənzərə 27-04-2017, 15:47 “Qəbələ” Tiflisdə 6-cı oldu 27-04-2017, 15:45 FİFA referiləri İslamiadada! 27-04-2017, 15:39 “Gümüş”lə “bürünc”ün taleyi qərbdə həll olunur 27-04-2017, 15:38 İntizam Komitəsi “Neftçi”nin məğlubiyyətini rəsmiləşdirdi 27-04-2017, 15:36 TURUN MƏŞQÇİSİ 27-04-2017, 15:35 TURUN SİTATI 27-04-2017, 15:33 TURUN OYUNÇUSU 27-04-2017, 15:32 HAKİMLƏRİN MÜHAKİMƏSİ 27-04-2017, 15:31 Xaqani Məmmədovun köməkçisi qovuldu 27-04-2017, 15:29 Maşallah Əhmədovla bağlı DGK-ya sorğu göndərilib 27-04-2017, 15:28 “İnter”lilər mayın 10-na qədər gözləyəcək 27-04-2017, 15:27 “Neftçi”yə yeni rəis gəlir 27-04-2017, 15:25 “Neftçi” rəhbərliyi məşqçilər korpusunu cərimələdi 27-04-2017, 15:23 “Forza Neftçi” qərarını verdi 27-04-2017, 15:20 Teymur Rəcəbov Olimpiadadakı uğursuzluqdan danışdı 27-04-2017, 15:18 Şəhriyar Məmmədyarov Rusiya klubuna keçib 27-04-2017, 15:16 Yunanıstana geniş heyətlə 27-04-2017, 15:12 Pevtsov iki pillə irəlilədi 27-04-2017, 15:11 Ən güclü boksçular müəyyənləşdi Bütün xəbərlər
Ən çox oxunanlar