19 apr 19:55olke

“Qarabağ” çempionluq tədbirini yox, kubokun finalını düşünür

“Qarabağ” çempionluq tədbirini yox, kubokun finalını düşünür
Azarkeşlər Ndlovunun etinasızlığından narazıdı

Premyer-liqanın sonuna 2 tur qalmış “Qarabağ” ardıcıl 4-cü, ümumilikdə 5-ci çempionluğunu rəsmiləşdirdi. Artıq Qurban Qurbanovun yetirmələri “qızıl dubl” haqda rahat düşünə bilər. Xatırladaq ki, “köhlən atlar” mayın 5-də Naxçıvanda baş tutacaq ölkə kubokunun finalında cari mövsümdə gümüş medallara sahib çıxan “Qəbələ” ilə üz-üzə gələcək. Ancaq həmin matça kimi ağdamlılar çempionatda iki oyuna çıxacaq. Görəsən, “qızıl”ı qeyd etmək üçün hansı planları var? Bu suala cavab tapmaq üçün “köhlən atlar”ın mətbuat katibi Nurlan İbrahimovla əlaqə saxladıq. Nurlan bəy böyük təntənənin olmayacağını söylədi: “Ardıcıl 4-cü dəfə çempion olduq ki, bu da çox xoş hissdi. Ancaq qızıl medalları bayram etmək üçün xüsusi planımız yoxdu. Bizi qarşıda ölkə kubokunun final qarşılaşması gözləyir. Baş məşqçimiz Qurban Qurbanov da “İnter”lə oyundan sonra qeyd edib ki, bu il yetərincə az oyun oynamışıq, ona görə futbolçuların motivasiyası çox önəmlidi. Odu ki, hazırda bütün diqqətləri Naxçıvanda keçiriləcək final oyununa yönəltmişik. Bu üzdən indiki məqamda hansısa xüsusi mərasim nəzərədə tutulmayıb”.
İlboyu “Qarabağ”ı tək buraxmayan, istər səfər, istərsə ev oyunlarında komandanı dəstəkləyən azarkeşlərin də çempionluqda müəyyən xidməti var. Daim kreativ addımları ilə seçilən “Qarabağ” fanatlarının da çempionluğu necə qeyd edəcəyi ilə bağlı fikirlərini öyrənməyi lazım bildik. Bu məqsədlə ölkədə ən böyük fanklublardan olan “İmarət”in İdarə Heyətinin üzvü Elnur Quliyevlə əlaqə saxladıq. Elnur bəyin məsələyə reaksiyası belə oldu: “Bu artıq ardıcıl 4-cü çempionluqdu. Hər il qızıl medalları qeyd edəcəyimizi deyirik. Amma sonra ortaya nəsə bir şey çıxır və yaxud da kubokun finalını gözləməli oluruq. Kubokdan sonra da hər şey unudulur. İnşallah, bu həftə 5-ci çempionluğu qeyd etmək fikrimiz var. Klub rəhbərliyi, yəqin ki, stadionda nəsə hazırlayacaq və biz də həmin tədbirin iştirakçısı olarıq. Özümüzə gəlincə, istəyirik ki, həftəiçi ziyafət təşkil edək. Üzvlərimizi, azarkeşləri də ora yığaq. Çalışacağıq hər kəsin əylənə biləcəyi parti tipli bir tədbir oldun”.
Elnur bəy “Sumqayıt”la oyunda tribunada çempionluq ab-havası yaratmaq istədiklərini bildirməklə yanaşı, bəzi futbolçulardan incik olduğunu da dedi: “Tək “Sumqayıt”la oyunda yox, sonuncu turda da tribunada pankart aça bilərik və ya başqa bir ismarıc ola bilər. Xoş görüntü üçün müəyyən addımlar atmağı planlaşdırırıq. Ancaq azarkeş çempionluğu təkbaşına qeyd etmir. Götürək “İnter”lə matçda iki qol vuran Dino Ndlovunu. İstər çempionatın əvvəlki oyunlarında, istərsə də “İnter”lə matçda, 90 dəqiqədən sonra onu alqışladıq, yanımıza çağırdıq. Ancaq o heç nə olmayıbmış kimi başını aşağı salıb birbaşa paltardəyişmə otağına yollandı. Azarkeşlərin çempionluğu yüksək səviyyədə qeyd etməsi həm də futbolçuların emosiyasından, istəyindən asılıdı. Hər halda, həm azarkeşlərimizi, həm komandanı, həm də klub rəhbərliyini təbrik edirik”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 21:17 Təcrübəlilərdən Yaşar Vahabzadənin yekun siyahısına kimlər düşəcək? Dünən, 21:16 Klublar bonus nəzərdə tutmayıb Dünən, 21:15 AFFA-nın UEFA-dan qonaqları var Dünən, 21:14 Abdulbari Gözəlin açıqlaması azarkeşləri məyus edib Dünən, 21:12 “Trabzonspor”un baş məşqçisi “Qəbələ”nin futbolçusunu bəyənib Dünən, 21:00 Fərhad Məmmədov cüdoçulara qadağa qoyub Dünən, 20:59 Şəhriyar dünya çempionunu da diz çökdürdü Dünən, 20:58 Çempion kim olacaq: “Qarabağ”, yoxsa “Qəbələ”? Dünən, 20:56 PFL əvəzediciləri “Bakcell Arena”da mükafatlandıracaq Dünən, 20:55 “Neftçi” “Qəbələ”nin müdafiəçisinə göz dikib Dünən, 20:54 Namiq Məstanov Azərbaycan futbolunun xilas yolunu göstərdi Dünən, 20:50 “Gümüş” “Səbail”in, “bürünc” “Ağsu”nun oldu Dünən, 20:47 Kubokda sensasiya: “Araz”la “Ekol” mübarizəni dayandırdı Dünən, 20:46 U-17 Podqoritsada xala və qola həsrətdi Dünən, 20:37 Xaqani Məmmədovun finalı Ömər Paşayevə tapşırmaq istəyi narazılıq doğurub Dünən, 20:36 “Qəbələ” fanklublarını Naxçıvana aparacaq Dünən, 20:35 “Sumqayıt”da köklü dəyişikliklər olacaq Dünən, 20:33 “CBC Sport” 25 dəqiqəlik icmalla kifayətlənib Dünən, 19:59 Babək Quliyev Qazaxıstanda hakimlik edir Dünən, 19:57 Adı siyahıda olmayan sabiq prezident medal alıb Dünən, 19:56 AFFA Zaur Axundovu “İnter”in Müşahidə Şurasının sədri təyin etdi Dünən, 19:54 AMADA-nın binası istifadəyə verildi Dünən, 19:53 İslamiada xəbərləri Dünən, 19:51 Uesli Sonun anası da ölkəmizə gəlib Dünən, 19:46 Şəmkirlilər evdə qələbə qazandı Dünən, 19:45 “Mauqli” sükuta Türkiyədə son qoyacaq Dünən, 19:44 Millimiz Sloveniyaya yollandı Dünən, 19:42 AÇ üçün heyətlər açıqlandı 27-04-2017, 17:52 İslamiada xəbərləri 27-04-2017, 17:51 Şəhriyar liderliyini davam etdirir 27-04-2017, 17:49 Yaşar Vahabzadə yekun qərarını 29-dan sonraya saxladı 27-04-2017, 17:48 Misir Əbilovun komandası Mingəçevirdə qoçuluq edib 27-04-2017, 17:47 Şimali İrlandiya ilə “Tofiq Bəhramov”da qarşılaşacağıq 27-04-2017, 17:38 PFL “İnter”ə “Qarabağ” və “Qəbələ”dən az medal verdi 27-04-2017, 17:35 Premyer-liqanın bombardiri kim olacaq? 27-04-2017, 15:59 İlk oyunda məğlubiyyət 27-04-2017, 15:58 Mövsümün ən az qol vurulan turu 27-04-2017, 15:49 İlk altı çempionatla bağlı əcaib mənzərə 27-04-2017, 15:47 “Qəbələ” Tiflisdə 6-cı oldu 27-04-2017, 15:45 FİFA referiləri İslamiadada! 27-04-2017, 15:39 “Gümüş”lə “bürünc”ün taleyi qərbdə həll olunur 27-04-2017, 15:38 İntizam Komitəsi “Neftçi”nin məğlubiyyətini rəsmiləşdirdi 27-04-2017, 15:36 TURUN MƏŞQÇİSİ 27-04-2017, 15:35 TURUN SİTATI 27-04-2017, 15:33 TURUN OYUNÇUSU 27-04-2017, 15:32 HAKİMLƏRİN MÜHAKİMƏSİ 27-04-2017, 15:31 Xaqani Məmmədovun köməkçisi qovuldu 27-04-2017, 15:29 Maşallah Əhmədovla bağlı DGK-ya sorğu göndərilib 27-04-2017, 15:28 “İnter”lilər mayın 10-na qədər gözləyəcək 27-04-2017, 15:27 “Neftçi”yə yeni rəis gəlir 27-04-2017, 15:25 “Neftçi” rəhbərliyi məşqçilər korpusunu cərimələdi 27-04-2017, 15:23 “Forza Neftçi” qərarını verdi 27-04-2017, 15:20 Teymur Rəcəbov Olimpiadadakı uğursuzluqdan danışdı 27-04-2017, 15:18 Şəhriyar Məmmədyarov Rusiya klubuna keçib 27-04-2017, 15:16 Yunanıstana geniş heyətlə 27-04-2017, 15:12 Pevtsov iki pillə irəlilədi 27-04-2017, 15:11 Ən güclü boksçular müəyyənləşdi Bütün xəbərlər
Ən çox oxunanlar