30 may 14:17olke

“Ağsu Siti”nin prezidenti AFFA-ya üsyan etdi

“Ağsu Siti”nin prezidenti AFFA-ya üsyan etdi
Rəmzi Eminli: “Gedib oturacam Prezident Administrasiyasının qarşısında…”
AFFA-nın İcraiyyə Komitəsinin üzvlərinin pandemiya səbəbindən AFFA-nın bayrağı altında keçirilən müxtəlif yaş qrupu üzrə liqalarda, o cümlədən Region Liqasında mövsümün erkən başa çatdırılması ilə bağlı qərar qəbul etdiyini ötən saylarımızın birində xəbər vermişdik. Məsələ ilə bağlı cari mövsümdə çempionluğa iddialı Qusar “Şahdağ”ının baş məşqçisi Kamran Əlibabayevin məlum qərara münasibətini öyrənmişdik. Kamran bəy assosiasiyanın qərarı ilə barışmadığını bildirmiş, marta qədər 165 min manat xərclədikləırini vurğulamışdı. Əlibabayev premyer-liqa və U-19 liqası ilə bağlı son sözün deyilmədiyi halda, Region Liqasının erkən başa çatdırılmasını heç cür başa düşmədiyini də söyləmişdi: “Qardaş, futbol elə futboldu. Nə fərqi var, komanda hansı liqada, hansı divizionda çıxış edir. Yalnız premyer-liqa və U-19-da çempionatın davam etdiriləcəyi gözlənilir. Bu nə dərəcədə düzgündü? Elitada, U-19 liqasında da meydana 22 futbolçu çıxır, Region Liqasında da. Belə olan halda Region Liqasını erkən başa vurmaq nə dərəcədə düzdü? Çempionat dayanana kimi sponsorumuz olan şirkət 165 min manat pul xərcləmişdi. Bütün bu vəsait nə üçün sərf olundu? “Şahdağ”ın liqanın çempionu olması üçün. Ancaq sonda çempionata nöqtə qoyulmadı. Belə çıxır ki, Region Liqasının U-19 liqası qədər hörməti yoxdu”.
Bəs görəsən, Region Liqasında mübarizə aparan və qarşısına ciddi hədəflər qoyaraq bu yolda xeyli vəsait sərf edən başqa klublar İcraiyyə Komitəsinin sözügedən qərarını necə qarşılayıblar? Onu da qeyd edək ki, belələrin sayı heç də az deyil. Liqanın ikiqat qalibi “Uğur”, Ağsunu təmsil edən “Ağsu Siti”, mövsümün sürprizinə imza atan “TNT-Astara”nı nümunə göstərmək olar. Ağsulular hətta pley-off ərəfəsində yeni stadiona köç etməklə yadda qaldılar ki, bunun üçün də rəhbərlik xeyli pul xərclədi. Yaranmış durumla bağlı liqada çıxış edən bəzi klubların rəsmilərinin fikirlərini öyrənməyi lazım bildik.
Qəzənfər Abbasov (“Uğur”un baş məşqçisi): “Biz də istəməzdik ki, Region Liqasında çempion bəlli olmadan mövsüm erkən başa çatsın. Başqa klublar kimi, “Uğur” da uğurlu nəticələr əldə etmək üçün Region Liqası səviyyəsində xeyli vəsait sərf edib. Maliyyə məsələləri ilə klub prezidenti məşğul olduğundan bu haqda dolğun məlumata malik deyiləm. Yalnız onu deyə bilərəm ki, söhbət heç də az məbləğdən getmir. 2019/20 mövsümü üçün də normal heyət formalaşdırmışdıq, təcrübəli oyunçularla yanaşı, düşərgəmizə perspektivli gəncləri cəlb etmişdik. Məsədimiz üçüncü dəfə Region Liqasının qalibi üçün nəzərdə tutulan kuboku Sumqayıta aparmaq idi. Məşqçilər korpusundan tutmuş, futbolçulara və klubda çalışan texniki personala qədər - hamı inanırdı ki, bunu bacaracağıq. Ancaq çox təəssüf ki, belə oldu. Məlum qərar açıqlanandan sonra AFFA ilə əlaqə saxladıq. Heç olmasa, hansısa göstəricilərə görə mövsümün qalibinin müəyyənləşdirilməsini istədik. Orda bizə dedilər ki, buna ehtiyac görmədik. Bilrisiz ki, Region Liqasının qalibi olan komanda ölkəmizi bir ildən bir UEFA tərəfindən təşkil olunan “Region Cup”da təmsil edir. Ötən mövsümün çempionu kimi bu il Azərbaycanı həmin turnirdə biz təmsil edəcəyik. Bizə deyildi ki, bu ilin qalibi olacaq komandanın adını qeyd etdiyim turnirə yollanmaq perspektivi olmadığından mövsümün erkən başa çatdırlması barədə qərar qəbul olundu. Buna baxmayaraq, yenə də fikirləşəndə ki, bütün komandalar iddiasına uyğun mövsüm üçün pul xərcləyib, liqanın başa çatdırılması daha yaxşı olardı. Özümüz də qeyri-müəyyənlik içindəyik. “Region Cup”un nə vaxt başlayacağını bilmirik. Öncədən yarışın yayda keçiriləcəyi deyilmişdi. İnd isə belə başa düşürəm ki, sentyabr-oktyabrdan tez olmayacaq. Vaxtın dəqiqləşməməsi bizi də pis vəziyyətdə qoyub. Kamran Əlibabayevin söylədiklərinə gəlincə, ona haqq qazandırmaq olar”.
Rəmzi Eminli (“Ağsu Siti”nin prezidenti): “Sonda deyəcəyim sözlərimi əvvəlcədən söyləmək istəyirəm. Bundan sonra necə olur-olsun, mənim komandam Region Liqasında çıxış etməyəcək. Bu iki ildə bizə qoyulan hörmət və izzəti gördüm. O ki qaldı liqanın erkən başa çatdırılmasına, mənim AFFA rəhbərliyinə müəyyən suallarım var idi və onları da assosiasiya rəhbərliyinə ünvanladım. Təəssüf ki, istədiyim cavabı bu günə kimi də eşidə bilməmişəm. Öncə bizə deyildi ki, pandemiya ilə bağlı UEFA-dan tələb ediblər ki, çempionat dayandırılsın. Bunu bizə heç bir sənəd olmadan şifahi bildirdilər. Lap UEFA belə tələblə çıxış edibsə də, yəqin ki, qitə futbol qurumunda əyləşən funksionerlər klubların ilboyu xərclədiyi pulları da nəzərə alıblar. Və buna görə də bizlərə təzminat ödəməyə hazırdılar. Sizə dediklərimi Region Liqası üzrə işçi qrupun üzvü Yusif Vəliyevə də telefonda bildirdim. Ancaq o mənə heç bir cavab vermədi. Mənə AFFA-da görüşməyi təklif edincə, razılaşmadım. UEFA Region Liqasının erkən başa çatdırılmasını istəyibsə, xərclərimizi hansısa formada “sığortalamalıdı”. Vəliyev “vatsap” qrupundakı yazışmada bildirib ki, sizin xərclərinizi nəzərə alaraq, növbəti mövsümdə klublara müxtəlif şəkildə kömək göstəriləcək. Guya bunlar icra başçılarına tapşıracaqlar ki, bizə yardım etsinlər. Siz kimsiz ki, icra başçısına belə tapşırıq verəsiz! Bir il forma verdiyiniz halda, ikinci il forma təminatı yarımçıq qaldı. Yusif müəllim mənə dedi ki, uşaq liqaları ilə yanaşı, Region Liqasının təşkilinə mən cavabdehəm. Birinci divizionla premyer-liqaya isə Ramin Musayev cavabdehlik daşıyır. Onda ona “necə olur, Musayev cavahdehlik daşıdığı çempionatları davam edtdirmək üçün əlindən gələni edir, ancaq sən bu yöndə heç bir iş görmürsən?” sualını verdim. Mənə “biz başlasaq, Region Liqasında mövsümü başa çatdırmaq üçün minimum 3 ay lazım olacaq” söylədi. Mən də buna qarşılıq olaraq “belə çıxır ki, siz yay mövsümündə istirahətinizi pozmamaq üçün liqanı erkən bitirməyi lazım bilmisiz” dedim. Mənə deyir ki, sizin kimi biz də ziyana düşmüşük. Başa düşmürəm, hansı ziyandan söhbət gedir. Onlar bir forma verəndə, klub prezidenti kimi mən 3 dəst almışam. Vəliyevə də demişəm, sizin qəzet vasitəsilə bir daha təkrarlayıram: iyunun 1-də premyer-liqa və divizonda məşqlərə icazə verilsə və mövsümü başa çatdırmaq üçün qalan turlar oynanılsa, gedib oturacam Prezident Administrasiyasının qarşısında və ölkə başçısına şikayət edəcəm. Sizdən xahiş edirəm, Region Liqasında çıxış edən və iddialı olan klubların rəsmilərini redaksiyanıza dəvət edin. Biz sözümüzü orda deyək. Artıq ikinci mövsümdü “Ağsu Siti” Region Liqasında mübarizə aparır. Biz qarşımıza məqsəd qoymuşduq ki, pillə-pillə inkişafa nail olaq və sonda minimum mükafatçılar sırasına düşək. İki ilə yaxındı ki, hər ay cibimdən 6 min manata yaxın pul xərcləyirəm. Hədəfimiz var. Bu il istəyimizə çatmağa yaxın olduğumuz bir vaxtda bizi yarıyolda qoydular. Məni axmaq yerinə qoyurlar?! Yeni stadionumnuza nə qədər pul xərcləmişəm… Sonra da deyirlər ki, iş adamları futbola sərmayə qoymaq istəmir. AFFA rəhbərliyi, məni eşit. İki ildə mən filan qədər cibimin pulunu xərcləmişəm, kim bunun qarşılığını verəcək? Aylıq xərcim bir tərəfə, bir oyuna 1500-2000 min manat sərf etmişəm. 8 ayda başqa xərcləri çıxmaq şərti ilə bir ayda 4 qarşılaşma keçirdiyimizi götürsək, klub prezidenti kimi xərcim 40 min manatı ötüb. Bu gün məsələ ilə bağlı AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədova mesaj yazmışam. Bütün iradlarımı da orda qeyd etmişəm.
Cənab Prezident İlham Əliyev hər zaman çıxışlarında idmana dövlət qayğısının olduğunu vurğulayır. Mən də gənc iş adamı kimi onun bu çağırışlarına qoşularaq, doğulduğum rayonda idman klubu yaradaraq imkanım daxilində onu maliyyələşdirmişəm. İndi uğur qazanmağa, görüdüyüm işin bəhrəsini görməyə bir addım qalmış niyə bizim haqqımızı tapdalayırsız? Premyer-liqada mövsümün sonuna 8 tur qalıbsa, bizdə cəmi iki turdan sonra qrup mərhələsi başa çatır. Bir qalır pley-off və final mərhələsi. Yaxşı olardı ki, baş işlədib bu mərhələni də bir qədər qısaldıb mövsümü başa çatdıraydılar. Ancaq bunlar ən asan yola əl atdılar. Sən kimsən ki, klublarla məsləhətləşmədən çempionatın erkən başa çatdırılmasına qərar verirsən? Pandemiya dönəmində ölkə başçısı yüzminlərlə insana kömək məqsədi ilə maliyyə yardımı ayırdı. AFFA isə Region Liqasında çıxış edən və özəl biznesin hesabına maliyyələşən komandalara bir qəpik də olsa, kömək etmədi. Yenə deyirəm, iyunun 1-ni gözləyirəm. Divizion və elita klublarına məşq etməyə icazə veriləcəyi halda birbaşa ölkə başçısına müraciət edəcəm”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 14:32 “Qarabağ” iyulun 14-də Qəbələyə yollanır Bu gün, 14:29 “Keşlə” Şamaxıya 11 günlük gedir Bu gün, 14:26 Kənarda qalanlar da məşqlərə başlamaq istəyir Bu gün, 14:24 Rövşən Binnətli “Yeni klinika”da müalicə alır Bu gün, 14:09 Firuz Abdulla “Tofiq Bəhramov”da Lövü itiribmiş... Bu gün, 14:05 “Sabah” Aleksey İsayevi transfer etdi Bu gün, 13:56 Lənkəranlı futbolsevərlər üçün acı və xoş gün Bu gün, 13:52 “Neftçi” “Qafqaz Sport”u seçdi Bu gün, 13:47 Xaricdəki legionerlərimiz: hərə bir şeyin dalınca qaçıb 10-07-2020, 15:16 “Şahdağ”ın prezidentinin futboldan anlayışı yoxdu 10-07-2020, 15:12 Kamran Ağayev Elxan Məmmədovla telefonda danışıb 10-07-2020, 15:10 Vaqif Sadıqov: “Namizədlər arasında yerli məşqçilərin adının olmasını məqsədəuyğun sayıram” 10-07-2020, 14:51 Böhranın BOS-a aidiyyatı yoxdu 10-07-2020, 14:49 Ruslanla “Keşlə” arasında qırğın davam edir 10-07-2020, 14:48 Üçü hazırdı, “Keşlə” fikrə dalıb 10-07-2020, 14:46 PFL dünən 90 medal təqdim etdi 10-07-2020, 14:44 “Avropaya yollanmaq variantı olsa, dəyərləndirəcəm” 10-07-2020, 14:41 Kamal Quliyev onu futbola qaytaranlara təşəkkür etdi 10-07-2020, 14:37 “Universitatya” Sezarın yolunu gözləmir 9-07-2020, 11:45 Rəhbərlik “Şahdağ”ın futbolçularının maaşını vermir 9-07-2020, 11:41 “Keşlə”nin Ruslan Qurbanova borcu yoxdu 9-07-2020, 11:40 Klublar Bakını tərk edəcəklər 9-07-2020, 11:38 Avrokuboka qatılanlar avqustda hazır olmalıdı 9-07-2020, 11:36 Avrokubok iştirakçıları önündə “yaşıl işıq yandırıldı” 9-07-2020, 11:34 Tural Bayramlı “Keşlə”dən pula görə ayrılıb 9-07-2020, 11:28 Prosineçkinin uğur formulu 9-07-2020, 11:27 Mahir uçacaq? Ay uçdu a... 9-07-2020, 11:24 Qəbələ avrokubok təmsilçilərini qarşılamağa hazırdı 9-07-2020, 11:21 “Sumqayıt”ın ispan məşqçisi vətəninə getmək istəməyib 9-07-2020, 11:19 “Zirə” gözləmə mövqeyindədi 9-07-2020, 11:17 Messi, “Real”, Nicat və ...acgöz bizimkilər 7-07-2020, 21:20 “Zirə” Turalla Şəhriyarı istəyir 7-07-2020, 21:18 “Qarabağ” rəhbərliyi ispanlara yardım əlini uzadıb 7-07-2020, 21:17 Bu gedişlə yığmanı yerli mütəxəssis çalışdıracaq 7-07-2020, 21:16 KİVDF-nin qərarı narazılıq doğurdu 7-07-2020, 20:53 “Təslim olsaq, bizim üçün faciə yaşanacaq” 7-07-2020, 20:50 “Sabah” Sopiçi yola saldı 7-07-2020, 20:49 İsayevə ən çox pul təklif edən “Sabah”dı 7-07-2020, 20:48 Zaur Həşimovun gedişi Məqsədi pis vəziyyətdə qoyub 7-07-2020, 20:46 “Keşlə” Ruslan Qurbanova çatacaq pulu vermir 7-07-2020, 20:44 Elmar Baxşıyev büdcənin təsdiqlənməsini gözləyir 7-07-2020, 20:41 Nicat ikinci qolunu vurdu 7-07-2020, 20:40 Şəmkirdə “Kəpəz”in futbolçularına yuxu dərmanı veriblər 7-07-2020, 20:37 AFFA və PFL əməkdaşları işə çıxa bilmirlər 4-07-2020, 12:32 Ramiz Mirzəzadə "İdman TV"ni "CBC Sport"a dəyişdi 4-07-2020, 12:24 “Azərbaycanda futbol öldü, qızım” 4-07-2020, 12:18 Məşqçilər Komitəsi Kinin namizədliyindən xəbərsizdi 4-07-2020, 12:14 “Keşlə”nin adı gələndə tüklərim biz-biz olur” 4-07-2020, 12:07 “Çempionatdakı nəticələr və Avroliqaya vəsiqə qazana bilməməyimiz qərarda rol oynamadı” 4-07-2020, 12:03 Miçel və Romero qardaşları İspaniyaya uçdu 4-07-2020, 09:23 “Sumqayıt” gərək “çox sağ ol, koronavirus” desin” 4-07-2020, 09:18 PFL təqvimin bir neçə variantı üzərində işləyir 4-07-2020, 08:55 “Futbol+”in “rəmzi yığma”sına 105 futbolçu düşüb 4-07-2020, 08:48 “Sumqayıt” Türkiyədən maska sifariş edəcək 4-07-2020, 08:45 “Forza Neftçi” Geryeyə ismarıc göndərdi 4-07-2020, 08:40 “Qarabağ”la anlaşan Gerye azarkeşlərə səsləndi 4-07-2020, 08:37 “Vəziyyət belə davam etsə, avrokuboklarda bizi son 10 ildə görmədiymiz uğursuzluq gözləyir” Bütün xəbərlər
Ən çox oxunanlar