30 may 09:39olke

Zaqatalada “Viktoriya”ya çevrilən “Qələbə”…


…və ya bir daha yad adlar haqqında
Qəzetimizin 22 may tarixli sayında dərc olunan “EFA, “Fireland Football Club”, “Dortmund Bakı”, yox bir qaşqaldaq…” sərlövhəli yazı elə gözlədiyimiz reaksiyanı doğurdu. Redaksiyaya zəng edirlər, danışmaq istəyirlər, “feysbuk”da ayrı-ayrı şəxslər yazının müəllifi Rəşadı asıb-kəsirlər, hətta aşkar hədə-qorxu gələnlər, bizi sifarişli yazı yazmaqda suçlayanlar da var. Bu mövzu ətrafında kimlər normal, mədəni səviyyədə polemika açmaq istəyirlərsə, redaksiyamıza gəlsinlər, qonağa qapımız açıqdı. Ancaq hədə-qorxu, şantaj üslubu bizlə keçməz, dostlar! İndi isə bir daha hədəfimiz və bizi hədəfə alanların gülünc iddiaları haqda.
Bəli, yazını baş redaktor olaraq, mən sifariş etmişəm. Hədəfim də o olub ki, AFFA-nın bayrağı altında keçirilən 10 yaş qrupu üzrə yarışlarda adlarla bağlı yaşanan biabırçı mənzərə diqqəti cəlb etsin, ictimaiyyət buna haqlı etirazını bildirsin. Hətta deyərdim ki, Rəşad bu məsələnin üstündən bir qədər yumşaq keçib. Mən başqa adların da mənasını, Azərbaycanın dilinə, xalqına, keçmişinə, futbol ənənələrinə nə dərəcədə bağlı olduğunu bilmək istəyirəm. U-9 liqasında “Leon”, U-10 liqasında “Stars United”, U-12 liqasında Zaqatalanı təmsil edən “Viktoriya” (“Qələbə” yox a!), U-13 liqasında “Veqa” var. Bu adların Azərbaycan dilinə nə dəxli? Hə, kimsə deyə bilər ki, ad önəmli deyil, əsas nəticədi (bir azdan bu məqama da toxunacam). Əvvəla onu deyim ki, heç bir ad boş-boşuna yaranmır. Ad hər bir xalqın təfəkkürünün, milli şüurunun daşıyıcısıdı, onun elmi-mədəni səviyyəsini, dünyagörüşünü, psixologiyasını göstərir. Bu ifadə həm şəxs, həm də klub, müəssisə, biznes strukturlarının və s. adlarına aiddi. Hətta dilçilik elmində sözlərin mənasını öyrənən “etimologiya” adlı sahə də var ki, internetdə axtarmaqla bu yöndə istənilən informasiyanı toplamaq mümkündü. Beləliklə, aydın oldu ki, məqsədimiz Azərbaycanda keçirilən futbol yarışlarında yad adlar altında çıxış etməyin yaratdığı biabırçı mənzərəni çatdırmaq idi.
Yazını süngü ilə qarşılayanlar şərhlərinə bir-birini taq etməklə bizə həm də onu demək istəyirlər ki, adımıza yox, nəticəmizə fikir verin. Dostlar, sizing işinizi qiymətləndirmək üçün meyar nədi? Təbii ki, ilk növbədə hər il ölkə çempionatının güclülər dəstəsində və ya 1-ci divizionda parlamalı olan, əsas və müxtəlif yaş qrupu üzrə yığmaları Avropa, dünya çempionatlarının final mərhələsinə daşıyası yeniyetmələr, gənclər? Zəhmət olmasa, deyin görək, hardadı o gənclər? Azərbaycanın hansı yaş qrupu üzrə yığması son illərdə qitə, dünya çempionatlarının final mərhələsinə adlamaqla bizi sevindirib? Yoxsa ölkə çempionatının elitasında ab-havanı dünyanın dörd bir yanından gələn əcnəbilər yox, öz futbolçularımız müəyyənləşdirir, gözümüz belələrini görmür?
Təbii ki, mən indi, bu gün redaksiyadakı otağımda əyləşib, sizin uşaqlara nəsə öyrədib-öyrətmədiyiniz, yoxsa elə topu önlərinə atıb, “qaç, bala, qaç” deməyiniz ilə bağlı qəti hökm verə bilmərəm. Heç şübhəsiz, nələrsə etməyə, aşağı yaş qruplarını maliyyələşdirən sponsorların pulu, ya da uşaqların ödəmələri əsasında formalaşan maaşınızı doğrultmağa, papağınızı günə yandırmadığınızı göstərməyə çalışırsız. Amma ortada olan, görünən mənzərə budu ki, Azərbaycan futbolunun şərəfi bu gün əsasən legionerlərin çiyinləri üzərindədi, yaydakı avrokubok oyunlarında əsasən onlardan qəhrəmanlıq gözləyirik. Mən də istəyirəm, arzulayıram ki, “Qarabağ”, “Neftçi” üçün qolları mahirlər, samirlər, məmmədlər vursun, zubirlər, miçellər, dabolar və başqaları yox. Mən də istəyirəm və arzulayıram ki, gözümü dünyaya yumacağım günə qədər mahirlər, samirlər və məmmədlərin formasını geydiyi Azərbaycan yığması hansısa böyük turnirin final mərhələsində oynasın, üçrəngli bayrağım, əzəmətli himnim düşmənlərimizin bağrına köz kimi yapışsın. Məgər həyatda istədiyimiz və arzuladığımız hər şeyə çatırıq ki?
Əslində mövzunu bir qədər də uzada bilərəm. Amma iki məqamı da qeyd edib, bitirəcəm. Rusiyanın Yunoşeskaya Futbolnaya Liqa adlanan turnirində mübarizə aparan komandaların adını nəzərinizə çatdırıram. Görün, burda bircə dənə yad ad varmı: “Konoplyov akademiyası”, “Dinamo”, “Zenit”, “Krasnodar”, “Lokomotiv”, “Master-Saturn”, “Rubin”, “Spartak”, “Stroqino”, “SŞOR Zenit”, ÇSKA, “Çertanovo”.
Və bir də “qaşqaldaq” sözündə hansısa təhqiramiz məna axtaranlar üçün “Azərbaycan dilinin izahlı lüğəti”ndən, başqa qaynaqlardan bu quşu tanıdan sözləri seçmişəm: “Əti yeyilən, qara rəngli, ördəyə bənzər su quşu. Nə qədər qəribə görünsə də, bu kəlmə heyvanın alın hissəsindəki ağ ləkəni bildirən “qaşqa” sözü ilə kökdaşdı. Yuvalayan, ötüb keçən və qışlayan quşdu. Suyun altında, adətən, 10 saniyə, bəzən 2,5 dəqiqə qala bilir. Səsi gur “tuk-tuk”du”.
...Hə, dostlar, bitirəkmi?
MAHİR
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 14:32 “Qarabağ” iyulun 14-də Qəbələyə yollanır Bu gün, 14:29 “Keşlə” Şamaxıya 11 günlük gedir Bu gün, 14:26 Kənarda qalanlar da məşqlərə başlamaq istəyir Bu gün, 14:24 Rövşən Binnətli “Yeni klinika”da müalicə alır Bu gün, 14:09 Firuz Abdulla “Tofiq Bəhramov”da Lövü itiribmiş... Bu gün, 14:05 “Sabah” Aleksey İsayevi transfer etdi Bu gün, 13:56 Lənkəranlı futbolsevərlər üçün acı və xoş gün Bu gün, 13:52 “Neftçi” “Qafqaz Sport”u seçdi Bu gün, 13:47 Xaricdəki legionerlərimiz: hərə bir şeyin dalınca qaçıb 10-07-2020, 15:16 “Şahdağ”ın prezidentinin futboldan anlayışı yoxdu 10-07-2020, 15:12 Kamran Ağayev Elxan Məmmədovla telefonda danışıb 10-07-2020, 15:10 Vaqif Sadıqov: “Namizədlər arasında yerli məşqçilərin adının olmasını məqsədəuyğun sayıram” 10-07-2020, 14:51 Böhranın BOS-a aidiyyatı yoxdu 10-07-2020, 14:49 Ruslanla “Keşlə” arasında qırğın davam edir 10-07-2020, 14:48 Üçü hazırdı, “Keşlə” fikrə dalıb 10-07-2020, 14:46 PFL dünən 90 medal təqdim etdi 10-07-2020, 14:44 “Avropaya yollanmaq variantı olsa, dəyərləndirəcəm” 10-07-2020, 14:41 Kamal Quliyev onu futbola qaytaranlara təşəkkür etdi 10-07-2020, 14:37 “Universitatya” Sezarın yolunu gözləmir 9-07-2020, 11:45 Rəhbərlik “Şahdağ”ın futbolçularının maaşını vermir 9-07-2020, 11:41 “Keşlə”nin Ruslan Qurbanova borcu yoxdu 9-07-2020, 11:40 Klublar Bakını tərk edəcəklər 9-07-2020, 11:38 Avrokuboka qatılanlar avqustda hazır olmalıdı 9-07-2020, 11:36 Avrokubok iştirakçıları önündə “yaşıl işıq yandırıldı” 9-07-2020, 11:34 Tural Bayramlı “Keşlə”dən pula görə ayrılıb 9-07-2020, 11:28 Prosineçkinin uğur formulu 9-07-2020, 11:27 Mahir uçacaq? Ay uçdu a... 9-07-2020, 11:24 Qəbələ avrokubok təmsilçilərini qarşılamağa hazırdı 9-07-2020, 11:21 “Sumqayıt”ın ispan məşqçisi vətəninə getmək istəməyib 9-07-2020, 11:19 “Zirə” gözləmə mövqeyindədi 9-07-2020, 11:17 Messi, “Real”, Nicat və ...acgöz bizimkilər 7-07-2020, 21:20 “Zirə” Turalla Şəhriyarı istəyir 7-07-2020, 21:18 “Qarabağ” rəhbərliyi ispanlara yardım əlini uzadıb 7-07-2020, 21:17 Bu gedişlə yığmanı yerli mütəxəssis çalışdıracaq 7-07-2020, 21:16 KİVDF-nin qərarı narazılıq doğurdu 7-07-2020, 20:53 “Təslim olsaq, bizim üçün faciə yaşanacaq” 7-07-2020, 20:50 “Sabah” Sopiçi yola saldı 7-07-2020, 20:49 İsayevə ən çox pul təklif edən “Sabah”dı 7-07-2020, 20:48 Zaur Həşimovun gedişi Məqsədi pis vəziyyətdə qoyub 7-07-2020, 20:46 “Keşlə” Ruslan Qurbanova çatacaq pulu vermir 7-07-2020, 20:44 Elmar Baxşıyev büdcənin təsdiqlənməsini gözləyir 7-07-2020, 20:41 Nicat ikinci qolunu vurdu 7-07-2020, 20:40 Şəmkirdə “Kəpəz”in futbolçularına yuxu dərmanı veriblər 7-07-2020, 20:37 AFFA və PFL əməkdaşları işə çıxa bilmirlər 4-07-2020, 12:32 Ramiz Mirzəzadə "İdman TV"ni "CBC Sport"a dəyişdi 4-07-2020, 12:24 “Azərbaycanda futbol öldü, qızım” 4-07-2020, 12:18 Məşqçilər Komitəsi Kinin namizədliyindən xəbərsizdi 4-07-2020, 12:14 “Keşlə”nin adı gələndə tüklərim biz-biz olur” 4-07-2020, 12:07 “Çempionatdakı nəticələr və Avroliqaya vəsiqə qazana bilməməyimiz qərarda rol oynamadı” 4-07-2020, 12:03 Miçel və Romero qardaşları İspaniyaya uçdu 4-07-2020, 09:23 “Sumqayıt” gərək “çox sağ ol, koronavirus” desin” 4-07-2020, 09:18 PFL təqvimin bir neçə variantı üzərində işləyir 4-07-2020, 08:55 “Futbol+”in “rəmzi yığma”sına 105 futbolçu düşüb 4-07-2020, 08:48 “Sumqayıt” Türkiyədən maska sifariş edəcək 4-07-2020, 08:45 “Forza Neftçi” Geryeyə ismarıc göndərdi 4-07-2020, 08:40 “Qarabağ”la anlaşan Gerye azarkeşlərə səsləndi 4-07-2020, 08:37 “Vəziyyət belə davam etsə, avrokuboklarda bizi son 10 ildə görmədiymiz uğursuzluq gözləyir” Bütün xəbərlər
Ən çox oxunanlar