27 may 18:42olke

“Haralar” rəhbərliyi ad məsələsinə aydınlıq gətirdi


“Əsas odu, özəl klublarda görülən işlər fayda versin”
AFFA-nın bayrağı altında keçirilən liqalarda müxtəlif yabancı adlar altında çıxış edən komandaların sayının gündən-günə artdığını ötən saylarımızın birində xəbər vermidşik. Onu da bildirmişdik ki, bununla da AFFA rəhbərliyi dilimizə hörmətsizlik edir, dillə bağlı qanunda götərilən qərarları pozur. Məsələ ilə bağlı qəzetimizə açıqlama verən AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin müdiri Yusif Vəliyev problemin assosiasiyadan qaynaqlanmadığını, həmin adla klubları qeydiyyatdan keçirən dövlət qurumlarının bu məsələyə cavabdehlik daşıdığını bildirib.
Adla bağlı diqqətimizi cəlb edən uşaq klublarından biri də “Haralar” idi. Həmin yazıda “Haralar” sözünün əcnəbi olmadığını bildirmişdik. Ancaq kluba qoyulan bu adın mənasının izaholunmaz olduğunu da vurğulamışdıq. Sözgedən yazıdan sonra özünü “Haralar” klubunun icraçı direktoru kimi təqdim edən Xalid Hacıyev redaksiyamızla əlaqə saxlayaraq, narazılığını bildirdi. Xalid bəy “Haralar” sözünün qədim türk etnoqrafiyasına aid olduğunu söyləməklə yanaşı, yazıdan sonra AFFA-nın hüquqşünasları tərəfindən ona zəng olunduğunu da vurğuladı. Özünün də hüquqşünas olduğunu bildirən icraçı direktor klubun şəxsi biznes hesabına maliyyələşdirildiyini, gələcəklə bağlı böyük planların olduğunu söylədi. Xalid bəy yazının müəllifi kimi məni də ittham edərək, yazdığım yazı ilə bağlı klub rəhbərliyinin fikirlərini öyrənmədiyimi dedi. Onun dediklərinə əsasən “Haralar” klubu bu günə qədər Azərbaycanda heç bir Futbol Akademiyasının bacarmadığı işi reallaşdırmaq niyyətindədi. “Eşitdiymə görə klubu təsis edənlər İran əsilli iş adamlarıdı” sözümə isə Hacıyev belə cavab verdi: “Nəyə görəsə kimlərsə bu məsələni siyasiləşdirməyə çalışır. Bizim əsas məqsədimiz ölkə futboluna yeni ab-hava gətirmək, perspektivli uşaqları üzə çıxarıb futbolumuza bəxş etməkdi. Klubun təsisçisi yerli iş adamı, vaxtilə dövlət orqanlarında məsul vəzifələr tutmuş, hazırda şəxsi biznesini inkişaf etdirməyə çalışan Qəzənfər Aloyevdi. Bu günə kimi Azərbaycanda çox klubların sənəd üzərində akademiyası fəaliyyət göstərib və göstərir də. Ən öndə gedəni kimi “Qəbələ”nin akademiyasını nümunə göstərə bilərik. Ancaq bu günə kimi bu akademiyanın bir futbolçusunun Avropanın hansısa klubu ilə dəyəri bir milyondan artıq müqavilə imzaladığının şahidi olmamışıq. Mən həmişə demişəm, şərt deyil ki, hansısa klub PFK adı altında çıxış etsin. Əsas odu, özəl klublarda görülən işlər fayda versin. Bu gün bizim klubun təsisçisinin də əsas isətəyi odu ki, peşəkar səviyyədə qurduğu iş ölkə futboluna xeyir versin. İnşallah, Opetartiv Qərargah futbolla bağlı qadağanı aradan götürəndən sonra sizi “Haralar”ın müxtəlif yaş qrupu üzrə qruplarının məşqlərinə dəvət edəcəyik. Onda görərsiz ki, biz hansı işləri görürük. Əsas məqsədimiz odu ki, yaxın gələcəkdə yetirmələrimiz Avropa klublarında çıxış etsinlər. Klubumuz şəxsi investisiya üzərində fəaliyyət göstərir. Yaxşı olardı ki, media olaraq bizim kimi klublara dəstək göstərəsiz. Ötən illər ərzində Azərbaycanın uşaq futbolunda işlər heç də düz qurulmayıb. İsətyirik ki, bu yöndə yenilik edək. Klub haqda əlavə məlumatı isə baş məşqçimiz Namiq Cəfərov verəcək”.
Xalid bəyin bizə söylədiklərindən sonra Namiq Cəfərov zəng vurdu və yeni yaranmış klub haqda məlumat verdi: “Hara” sözünün mənşəyi, “hansı yer” kəlməsinin dəyişmiş və sadələşmiş formasıdı. Hansı yer, hansı məkan, yaxud hansı istiqamət, hansı tərəf. Atalar məsələmiz var: “niyyətin hara, mənzilin ora”. Bununla bağlı Bəşir Əhmədovun etimologiya lüğətində də qeydlər var. Sözün kökünə əlavə olunmuş “lar” isə cəm şəkilçisidi. “Haralar” 2019-cu il avqustun 15-də AFFA tərəfindən klub kimi təsdiq olunub. Klubun yaradıcısı “Haralar travel” şirkətinin qurucusu Qəzənfər Aloyev, hüquq və daşınmaz əmlak üzrə ekspert Xalid Hacıyev və AFFA-nın C kateqoriyalı məşqçisi, yəni mən tərəfindən təsis edilib. “Haralar” 2019/20 mövsümündə U-12 liqasıında AFFA-nın bayrağı altında çıxış edib və 20 komanda arasında 12-ci yeri tutub. Bir yaşı tamam olmayan komandanın 28 futbolçusu, 3 məşqçisi ( biri qapıçı məşqçisi), idman direktoru, meneceri və həkimi var. Klubun sosial şəbəkələrədə səhifələri, rəsmi loqo və elektron poçtu mövcuddu. Klubun uşaq futbolu ilə bağlı əsas strategiyası bunlardı:
1. Azərbaycan futbolunda gənc və istedadlı uşaqların yetişməsinə dəstək olmaq
2. Qlobal dünyada uşaq futbolu ilə bağlı dünya təcrübəsindən istifadə etmək
3. Uşaqların sağlam və vətənpərvər ruhda böyüməsi, Azərbaycan futboluna öz töhfələrini vermələri üçün düzgün təməl strukturunu davam etdirmək
4. Xarici klublarla əlaqə, xarici ölkələrdə turnir və beynəlxalq yarışlarda Azərbaycan bayrağını uçaltmaq
5. Uşaqların sağlam ruhda və möhkəm iradədə böyüməsi üçün şərait yaratmaq
Bildiyiniz kimi, bütün dünyanı COVID-19 virusu bürüyüb. Klubumuz da bu bəladan yan keçməyib. Artıq 2 aydan çoxdu fərdi məşqlər onlayn şəkildə aparılır və karantin müddəti yumuşaldıqdan sonra sosial məsafə saxlanılmaqla parklarda, evlərin həyətlərində məşqlər davam etdirilir. Müntəzəm olaraq klub rəhbəri və idman direktoru uşaqların sağlamlıq və psixoloji durumu ilə bağlı valideynlərdən məlumat alır. İdman direktoru Xalid Hacıyev isə həftədə bir dəfə olmaqla məşqçi və valideynlərlə onlayn konfrans keçirir.
Klub xaricdə bir necə uşaq futbol klubu ilə əlaqə qurmaq fikrindədi. Bununla bağlı “Haralar” “Naşe buduşee 2020” beynəlxalq turnirinə dəvət edilmışdı. Koronovirusa görə səfərimizin vaxtını dəyişməyə qərar verdik və böyük ehtimalla qışda Belarusa səfər edəcəyik. Əlbəttə, dövlətimiz bizə bununla bağlı razılıq verərsə. Təbii ki, bizim üçün də əsas futbolçularımızın sağlamlığı, sonra isə gələcək perspektividi”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 11:45 Rəhbərlik “Şahdağ”ın futbolçularının maaşını vermir Dünən, 11:41 “Keşlə”nin Ruslan Qurbanova borcu yoxdu Dünən, 11:40 Klublar Bakını tərk edəcəklər Dünən, 11:38 Avrokuboka qatılanlar avqustda hazır olmalıdı Dünən, 11:36 Avrokubok iştirakçıları önündə “yaşıl işıq yandırıldı” Dünən, 11:34 Tural Bayramlı “Keşlə”dən pula görə ayrılıb Dünən, 11:28 Prosineçkinin uğur formulu Dünən, 11:27 Mahir uçacaq? Ay uçdu a... Dünən, 11:24 Qəbələ avrokubok təmsilçilərini qarşılamağa hazırdı Dünən, 11:21 “Sumqayıt”ın ispan məşqçisi vətəninə getmək istəməyib Dünən, 11:19 “Zirə” gözləmə mövqeyindədi Dünən, 11:17 Messi, “Real”, Nicat və ...acgöz bizimkilər 7-07-2020, 21:20 “Zirə” Turalla Şəhriyarı istəyir 7-07-2020, 21:18 “Qarabağ” rəhbərliyi ispanlara yardım əlini uzadıb 7-07-2020, 21:17 Bu gedişlə yığmanı yerli mütəxəssis çalışdıracaq 7-07-2020, 21:16 KİVDF-nin qərarı narazılıq doğurdu 7-07-2020, 20:53 “Təslim olsaq, bizim üçün faciə yaşanacaq” 7-07-2020, 20:50 “Sabah” Sopiçi yola saldı 7-07-2020, 20:49 İsayevə ən çox pul təklif edən “Sabah”dı 7-07-2020, 20:48 Zaur Həşimovun gedişi Məqsədi pis vəziyyətdə qoyub 7-07-2020, 20:46 “Keşlə” Ruslan Qurbanova çatacaq pulu vermir 7-07-2020, 20:44 Elmar Baxşıyev büdcənin təsdiqlənməsini gözləyir 7-07-2020, 20:41 Nicat ikinci qolunu vurdu 7-07-2020, 20:40 Şəmkirdə “Kəpəz”in futbolçularına yuxu dərmanı veriblər 7-07-2020, 20:37 AFFA və PFL əməkdaşları işə çıxa bilmirlər 4-07-2020, 12:32 Ramiz Mirzəzadə "İdman TV"ni "CBC Sport"a dəyişdi 4-07-2020, 12:24 “Azərbaycanda futbol öldü, qızım” 4-07-2020, 12:18 Məşqçilər Komitəsi Kinin namizədliyindən xəbərsizdi 4-07-2020, 12:14 “Keşlə”nin adı gələndə tüklərim biz-biz olur” 4-07-2020, 12:07 “Çempionatdakı nəticələr və Avroliqaya vəsiqə qazana bilməməyimiz qərarda rol oynamadı” 4-07-2020, 12:03 Miçel və Romero qardaşları İspaniyaya uçdu 4-07-2020, 09:23 “Sumqayıt” gərək “çox sağ ol, koronavirus” desin” 4-07-2020, 09:18 PFL təqvimin bir neçə variantı üzərində işləyir 4-07-2020, 08:55 “Futbol+”in “rəmzi yığma”sına 105 futbolçu düşüb 4-07-2020, 08:48 “Sumqayıt” Türkiyədən maska sifariş edəcək 4-07-2020, 08:45 “Forza Neftçi” Geryeyə ismarıc göndərdi 4-07-2020, 08:40 “Qarabağ”la anlaşan Gerye azarkeşlərə səsləndi 4-07-2020, 08:37 “Vəziyyət belə davam etsə, avrokuboklarda bizi son 10 ildə görmədiymiz uğursuzluq gözləyir” 4-07-2020, 08:28 1 manata nə düşür ki?! 3-07-2020, 12:31 FIDE sentyabra kimi onlayn turnirlərlə kifayətlənəcək 3-07-2020, 12:30 “Azərikimya” rəhbərliyi Riad Rəfiyevi məyus yola salıb 3-07-2020, 12:27 FİFA “Sumqayıt” Futbol Akademiyasını nəzarətə götürüb 3-07-2020, 12:25 Avrokubok iştirakçıları ölkəni tərk etməyəcək 3-07-2020, 12:11 “Zirə” Zaur Həşimovla yolları ayırdı 3-07-2020, 12:09 AFFA “Lernayin Artsax” mövzusunda gözləmə mövqeyi tutur 3-07-2020, 12:07 Dabo Azərbaycana təşəkkür etdi 3-07-2020, 12:05 Cavid “Keşlə”yə havayı başa gəlib? 3-07-2020, 12:04 Tərlan Əhmədovu gizlənməyə vadar edən nədi? 3-07-2020, 12:03 “Demək olar ki, Tərlan Əhmədovun əlində böyümüşəm, məni “Neftçi”dən tanıyır” 3-07-2020, 12:01 “Səbail”də büdcəni müəyyənləşdirməkdə çətinlik çəkirlər 3-07-2020, 11:58 Kin AFFA-dan yüksək maaş istəməyib 3-07-2020, 11:57 “Turun sitatı”nda Qurban Qurbanov hamını qabaqlayıb 3-07-2020, 11:54 “Narva Trans”ın baş məşqçisi Nurlan Novruzovu danlayıb 3-07-2020, 11:50 “Ertsgebirge”nin prezidenti Nazarovu fərqləndirdi 30-06-2020, 22:52 Rövşən Əhmədov fəhlə işlədiyi məktəbdə müəllimlik edəcək 30-06-2020, 22:49 Yığmanın Millətlər Liqasında oyun günləri müəyyənləşdi 30-06-2020, 22:47 PFL rəsmiləri Tovuza getməyi düşünmür Bütün xəbərlər
Ən çox oxunanlar