27 may 18:23olke

Çempion məşqçilərin mesajı: “heç kim ağız büzə bilməz”


Ülfət Mədətov: “Ən yaxın izləyicimiz “Neftçi” idi, Bakıda onlara 5 top vurmuşduq”
Xaqani Məmmədov: “Haqq etdiyimiz çempionluğa qovuşduğumuza əminəm”
İlqar Əliyev: “Çempion olacağımıza 99 faiz əmin idim”

Pandemiya üzündən idman yarışları kimi, iclas və görüşlər də təxirə salınıb. Artıq xeyli vaxtdı ki, ölkə futbolunda bir çox məsələlər qaranlıq qalıb, müzakirələrə imkan yoxdu. Lakin bu susqunluq mayın 22-də AFFA İcraiyyə Komitəsi üzvlərinin telefon danışığı və həmin danışıqdan sonra qəbul olunan qərarlar ilə pozuldu.
Ən diqqətçəkəni uşaq liqaları ilə bağlı verilən qərar oldu: “Koronavirus pandemiyası ilə əlaqədar mövcud vəziyyət, Nazirlər Kabineti yanında Operativ Qərargahın təhsil müəssisələrində tədris prosesi ilə bağlı qəbul etdiyi müvafiq qərarlar nəzərə alınaraq, AFFA-nın təşkilatçılığı ilə keçirilən U-9, U-10, U-11, U-12, U-13, U-14, U-15, U-16, U-17 liqalarında, U-11, U-13, U-16 və yüksək qızlar liqalarında, “Coca-Cola Məktəbli Kuboku” turnirində, Region Liqasında mövsüm başa çatdırılsın. Final mərhələsi play-off sistemi ilə keçirilən turnirlər istisna olmaqla, digər liqalarda hazırda turnir cədvəlində birinci pillədə olan komandalar qalib elan olunsun”.
Məlum qərardan sonra yuxarıdakı adları göstərilən komandaların məşqçi və futbolçu heyətinin sevinci yerə-göyə sığmır, təbrikləri qəbul edirlər. Nisbətən böyüklərin yarışında, yəni U-15-dən yuxarı liqalarda gərgin mübarizə müşahidə olunurdu.
U-15 liqasında “Qəbələ”nin müvafiq yaş qrupundan ibarət komandası qalib elan olundu. Bölgə təmsilçisinin gəncləri ikinci pillədə qərarlaşan “Neftçi”ni 6 xal qabaqlamaqla “qızıl” sevinci yaşadılar. Üstəlik, bakılılarla müqayisədə qəbələlilər 1 oyun az, yəni 16 matç keçirmişdi. Yəni ehtiyatda olan görüşü də nəzərə alsaq, “qırmızı-qaralar”ın çempionluq şansı yüksək qiymətləndirilirdi.
Elə U-16-nın sevinən futbolçuları da “Qəbələ”nindi. Həm də oxşar vəziyyətdi, yəni orda da arxadan gələn rəqib “Neftçi” idi. Sadəcə, U-15-dən fərqli U-16-dakı mübarizə daha çətin görünürdü. “Qəbələ” ilə “Neftçi”nin oyun sayı bərabər, xal fərqi isə cəmi 5 idi.
U-17-lərin ən yaxşısı “Sabah” oldu. İnsaf naminə qeyd etməliyik ki, ən gərgin və yekunu maraqla gözlənilən liqa elə bu idi. Təsəvvür edin, “tələbələr” 18 oyundan sonra 43, ikinci pillədəki “Zirə” 36, “Keşlə”, “Tufan” və “Sumqayıt” 34 xal toplamışdı. Yəni 8 tur qalmasına baxmayaraq, 1-ci və 5-ci yerlər arasında cəmi 9 xallıq fərq müşahidə olunurdu.
Maraqlıdı, İcraiyyə Komitəsinin məlum qərarı necə qarşılanıb? Çempion məşqçilər bunu başqalarına münasibətdə ədalətsizlik hesab etmirlər ki? Ümumiyyətlə, üzü gülən müətəxəssislərin uğurla bağlı düşüncələri necədi? Oxuyaq...
Ülfət Mədətov, “Qəbələ” (U-15): “Səmimiyyətimə inanın, çempionatın yarımçıq başa çatdırılmasına ən çox üzülən bəlkə də mən oldum. Bildiyiniz kimi, “Qəbələ” akademiyasının əsas məqsədi futbolçu yetişdirmək, ölkə futboluna bəxş etməkdi. Futbolçu yetişdirmək üçün isə onu oynatmalısan, daim meydanda olmalıdı. Koronavirusa görə uşaqlar neçə ay futbolsuz qaldılar. Ona görə də çempionatın bərpa olunmasının və qalan matçların keçirilməsinin tərəfdarıydım.
Onsuz da çempion olacağımıza zərrə qədər də şübhəm yox idi. Ən yaxın izləyicimiz “Neftçi” idi, Bakıda onlara 5 top vurmuşduq. “Keşlə”yə 7-ni, “Səbail”ə 10-nu. Bu komanda U-15 liqasında ən güclüdü, bacarıqlı uşaqlarımız var, hamı deyir. Təsəvvür edin, 16 oyunun cəmi 1-ni heç-heçə başa vurmuşuq, məğlub olmamışıq, qapımızdan cəmi 3 top buraxmışıq. Deməyim odu ki, çempionluğa zərrə qədər də şübhəm yox idi. Heç kim də deyə bilməz ki, U-15 liqası davam etsəydi, “Qəbələ” yox, başqa komanda çempion olardı. Amma yenə deyirəm, sona qədər oynamaq daha yaxşı olardı”.
Xaqani Məmmədov, “Qəbələ” (U-16): “Olduqca maraqlı çempionat izləyirdik. Həm gərgin mübarizə vardı, həm də turnir cədvəlindəki vəziyyət maraqlı görünürdü. Çempionluğa bir neçə namizəd vardı. Bizim kimi “Neftçi”ylə “Sumqayıt”, hətta “Sabah”da birinci yerə can atırdı. Amma yenə də çempion olacağımıza inanırdım. Çox istərdik ki, çempionat davam etsin, idman prinsipləri əsasında çempion olaq. Ancaq bizdən asılı olan iş deyildi. Mövsümboyu rəqiblərlə müqayisədə bir baş üstün görünürdük. Son ana qədər həm oyun məzmunu, həm də turnir cədvəlindəki xal baxımından üstün idik. Ona görə də haqq etdiyimiz çempionluğa qovuşduğumuza əminəm. Fürsətdən istifadə edib bu işdə uğuru olan hər kəsi təbrik edirəm”.
İlqar Əliyev, “Sabah” (U-17): “Açığı, çempionluğumuzda gözlənilməz bir şey görmədim. Bu komanda ilə 2 il əvvəl “Vətən” adıyla çempion olmuşduq, ötən il də olmalıydıq. Sadəcə, başım A kateqoriyasına qarışmışdı deyə, 4-5 oyunda iştirak edə bilmədim. Ona görə də “qızıl” əldən çıxdı. Ancaq çox istərdik ki, çempionluğu yaşıl meydanda bayram edək.
Turnir cədvəlinə baxanda hər şey aşkar görünür. Əsas rəqiblərlə oynayıb qalib gəlmişdik. Ən yaxın izləyicimiz “Zirə” idi, onları da 7 xal qabaqlayırdıq. Halbuki onların kifayət qədər gərgin matçları vardı. Çempion olacağımıza 99 faiz əmin idim. Əlbəttə, çətin olacaqdı, amma maneə ilə qarşılaşacağımızı gözləmirdim. Məntiqəuyğun, tər-təmiz çempionluqdu. Ən çox qələbə qazanan, ən çox top vuran, “Keşlə” ilə birlikdə ən az top buraxan komandaydıqsa, deməli, kimsə qazandığımız “qızıl”a söz deyə bilməz. “Keşlə”ni udandan sonra rəqib komandaların məşqçilərindən çempionluqla bağlı təbrik mesajları almışdım.
Açığı, çempionatın bərpasını istəyirdik ki, çempionluğu sona 3-4 tur qalmış rəsmiləşdirib, uşaqlarda özünəinam yaradaq, bu onlara stimul olsun”.
Gördüyünüz kimi, çempion komandaların baş məşqçiləri qazandıqları uğura kiminsə ağız büzə bilməyəcəyini deyir. Son ana qədər turnir cədvəlində başqalarına yuxarıdan aşağı baxırdılarsa, bu cür inamlı danışmaq tam haqlarıdı.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 11:45 Rəhbərlik “Şahdağ”ın futbolçularının maaşını vermir Dünən, 11:41 “Keşlə”nin Ruslan Qurbanova borcu yoxdu Dünən, 11:40 Klublar Bakını tərk edəcəklər Dünən, 11:38 Avrokuboka qatılanlar avqustda hazır olmalıdı Dünən, 11:36 Avrokubok iştirakçıları önündə “yaşıl işıq yandırıldı” Dünən, 11:34 Tural Bayramlı “Keşlə”dən pula görə ayrılıb Dünən, 11:28 Prosineçkinin uğur formulu Dünən, 11:27 Mahir uçacaq? Ay uçdu a... Dünən, 11:24 Qəbələ avrokubok təmsilçilərini qarşılamağa hazırdı Dünən, 11:21 “Sumqayıt”ın ispan məşqçisi vətəninə getmək istəməyib Dünən, 11:19 “Zirə” gözləmə mövqeyindədi Dünən, 11:17 Messi, “Real”, Nicat və ...acgöz bizimkilər 7-07-2020, 21:20 “Zirə” Turalla Şəhriyarı istəyir 7-07-2020, 21:18 “Qarabağ” rəhbərliyi ispanlara yardım əlini uzadıb 7-07-2020, 21:17 Bu gedişlə yığmanı yerli mütəxəssis çalışdıracaq 7-07-2020, 21:16 KİVDF-nin qərarı narazılıq doğurdu 7-07-2020, 20:53 “Təslim olsaq, bizim üçün faciə yaşanacaq” 7-07-2020, 20:50 “Sabah” Sopiçi yola saldı 7-07-2020, 20:49 İsayevə ən çox pul təklif edən “Sabah”dı 7-07-2020, 20:48 Zaur Həşimovun gedişi Məqsədi pis vəziyyətdə qoyub 7-07-2020, 20:46 “Keşlə” Ruslan Qurbanova çatacaq pulu vermir 7-07-2020, 20:44 Elmar Baxşıyev büdcənin təsdiqlənməsini gözləyir 7-07-2020, 20:41 Nicat ikinci qolunu vurdu 7-07-2020, 20:40 Şəmkirdə “Kəpəz”in futbolçularına yuxu dərmanı veriblər 7-07-2020, 20:37 AFFA və PFL əməkdaşları işə çıxa bilmirlər 4-07-2020, 12:32 Ramiz Mirzəzadə "İdman TV"ni "CBC Sport"a dəyişdi 4-07-2020, 12:24 “Azərbaycanda futbol öldü, qızım” 4-07-2020, 12:18 Məşqçilər Komitəsi Kinin namizədliyindən xəbərsizdi 4-07-2020, 12:14 “Keşlə”nin adı gələndə tüklərim biz-biz olur” 4-07-2020, 12:07 “Çempionatdakı nəticələr və Avroliqaya vəsiqə qazana bilməməyimiz qərarda rol oynamadı” 4-07-2020, 12:03 Miçel və Romero qardaşları İspaniyaya uçdu 4-07-2020, 09:23 “Sumqayıt” gərək “çox sağ ol, koronavirus” desin” 4-07-2020, 09:18 PFL təqvimin bir neçə variantı üzərində işləyir 4-07-2020, 08:55 “Futbol+”in “rəmzi yığma”sına 105 futbolçu düşüb 4-07-2020, 08:48 “Sumqayıt” Türkiyədən maska sifariş edəcək 4-07-2020, 08:45 “Forza Neftçi” Geryeyə ismarıc göndərdi 4-07-2020, 08:40 “Qarabağ”la anlaşan Gerye azarkeşlərə səsləndi 4-07-2020, 08:37 “Vəziyyət belə davam etsə, avrokuboklarda bizi son 10 ildə görmədiymiz uğursuzluq gözləyir” 4-07-2020, 08:28 1 manata nə düşür ki?! 3-07-2020, 12:31 FIDE sentyabra kimi onlayn turnirlərlə kifayətlənəcək 3-07-2020, 12:30 “Azərikimya” rəhbərliyi Riad Rəfiyevi məyus yola salıb 3-07-2020, 12:27 FİFA “Sumqayıt” Futbol Akademiyasını nəzarətə götürüb 3-07-2020, 12:25 Avrokubok iştirakçıları ölkəni tərk etməyəcək 3-07-2020, 12:11 “Zirə” Zaur Həşimovla yolları ayırdı 3-07-2020, 12:09 AFFA “Lernayin Artsax” mövzusunda gözləmə mövqeyi tutur 3-07-2020, 12:07 Dabo Azərbaycana təşəkkür etdi 3-07-2020, 12:05 Cavid “Keşlə”yə havayı başa gəlib? 3-07-2020, 12:04 Tərlan Əhmədovu gizlənməyə vadar edən nədi? 3-07-2020, 12:03 “Demək olar ki, Tərlan Əhmədovun əlində böyümüşəm, məni “Neftçi”dən tanıyır” 3-07-2020, 12:01 “Səbail”də büdcəni müəyyənləşdirməkdə çətinlik çəkirlər 3-07-2020, 11:58 Kin AFFA-dan yüksək maaş istəməyib 3-07-2020, 11:57 “Turun sitatı”nda Qurban Qurbanov hamını qabaqlayıb 3-07-2020, 11:54 “Narva Trans”ın baş məşqçisi Nurlan Novruzovu danlayıb 3-07-2020, 11:50 “Ertsgebirge”nin prezidenti Nazarovu fərqləndirdi 30-06-2020, 22:52 Rövşən Əhmədov fəhlə işlədiyi məktəbdə müəllimlik edəcək 30-06-2020, 22:49 Yığmanın Millətlər Liqasında oyun günləri müəyyənləşdi 30-06-2020, 22:47 PFL rəsmiləri Tovuza getməyi düşünmür Bütün xəbərlər
Ən çox oxunanlar