25 may 17:50olke

U-19 liqasının formatında dəyişiklik olmayacaq


Yusif Vəliyev: “Klublar həmin adlarla dövlət orqanlarında qeydiyyatdan keçiblər”
Ötən sayımızda AFFA-nın bayrağı altında keçirilən müxtəlif yaş qrupu üzrə liqalarda yad adlar altında çıxış edən komandaların məsələsinə toxunmuşduq. Qeyd etmişdik ki, yağışdan sonra çıxan göbələklər kimi ildən-ilə liqalarda xarici adda kollektivlərin sayı durmadan artır ki, bu da Azərbaycan dilinə, öz adlarımıza hörmətsizlikdi. Bu məsələdə xüsusi qeyd etdiyimiz nüans yerli adların əcnəbi dildə yazılmasıdı. Məsələn, “Naxçıvan” klubu AFFA-nın protokolarında, turnir cədvəlində, təqvimdə “Nakhchione” kimi təqdim olunur ki, bu da dilimizə hörmətsilikdən irəli gəlir. Ötən sayımızda təqdim etdiyimiz yazıda liqalarda klubların əcnəbi adlar altında çıxış etməsində, yerli sözlərin başqa dildə yazılmasında Ədliyyə, Gənclər və İdman Nazirliyi ilə yanaşı, AFFA-nın da səhlənkarlığa yol verdiyini bildirmişdik. Durumla bağlı ötən sayımızda assosiasiyanın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin müdiri Yusif Vəliyevlə danışmaq istəsək də, zənglərimiz cavabsız qalmışdı.
Dünən yenidən Yusif bəyi aradıq və bu dəfə onunla danışa bildik. Vəliyev bu məsələdə AFFA-nın heç bir məsuliyyət daşımadığını bildirdi: “Aşağı yaş qrupu üzrə liqalarda əcnəbi adlar altında çox sayda komandanın çıxış etdiyini biz də bilirik. Ancaq bu məsələdə AFFA-nın heç bir günahı yoxdu. Çünki liqalara qatılmaq istəyən komandalar bizə müraciət edənə qədər müxtəlif instansiyalarda qeydiyyatdan keçirlər. Bəziləri futbol klubu, bəziləri isə MMC kimi. Möhürü əldə etdikdən sonra həmin komandaların təsisçiləri liqalarda iştirak etmək üçün AFFA-ya yazılı formada müraciət edir, yarışlara qatılmaq istədiklərini bildirirlər. Biz onların müraciətinə necə “yox” deyə bilərik? İmtinanı da nə iləsə əsaslandırmaq lazımdı. Klublar həmin adlarla dövlət orqanlarında qeydiyyatdan keçiblər. Bizə deməzlər ki, siz kimsiz ada görə bizim komandanı yarışa buraxmırsız? Bu məsələdə AFFA-nı ittiham etmək, məsuliyyəti bütünlüklə bizim boynumuza qoymaq düzgün deyil”.
Ötən saylarımızın birində AFFA-dakı mənbəmizə istinadən pandemiya səbəbindən birinci divizionda və müxtəlif yaş qrupu üzrə liqalarda mövsümün erkən başa çatacağını xəbər vermişdik. Dünən assosiasiyanın saytında yerləşdirilən məlumat dediklərimizi qismən də olsa, təsdiqləndi. Yayılan xəbərdə qeyd olunub ki, U-19 liqası istisna olmaqla, digər yaş qrupları üzrə çempionatlara vaxtından əvvəl yekun vurulur. 19 yaşa qədər futbolçuların çıxış etdiyi liqanın taleyinə isə bir müddət sonra aydınlıq gələcək. Yusif bəylə söhbətdə U-19 liqası bərpa olunacağı halda hansı formatda keçiriləcəyi ilə bağlı da danışdıq: “Qərarda göstərildiyi kimi, U-19 liqasının taleyinə yaxın vaxtlarda aydınlıq gələcək. Müəyyən məsələlər var ki, onu dəqiqləşdirmək lazımdı. Bu yöndə UEFA-nın da tövsiyələri nəzərə alınacaq. 19 yaşa qədər futbolçuların çıxış etdiyi liqada çempionat bərpa olunacağı təqdirdə formatda heç bir dəyişiklik olmayacaq. Mövsüm əvvəlcədən nəzərdə tutulduğu şəkildə keçiriləcək”.
Xatırladaq ki, U-19 liqasında çempionluq uğrunda “Qəbələ” ilə “Sabah” arasında gərgin mübarizə gedir. Bu liqada çempionluğu prinsipial edən məqam həm də odu ki, qalib Azərbaycanı UEFA Gənclər Liqasında təmsil etməlidi.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 11:45 Rəhbərlik “Şahdağ”ın futbolçularının maaşını vermir Dünən, 11:41 “Keşlə”nin Ruslan Qurbanova borcu yoxdu Dünən, 11:40 Klublar Bakını tərk edəcəklər Dünən, 11:38 Avrokuboka qatılanlar avqustda hazır olmalıdı Dünən, 11:36 Avrokubok iştirakçıları önündə “yaşıl işıq yandırıldı” Dünən, 11:34 Tural Bayramlı “Keşlə”dən pula görə ayrılıb Dünən, 11:28 Prosineçkinin uğur formulu Dünən, 11:27 Mahir uçacaq? Ay uçdu a... Dünən, 11:24 Qəbələ avrokubok təmsilçilərini qarşılamağa hazırdı Dünən, 11:21 “Sumqayıt”ın ispan məşqçisi vətəninə getmək istəməyib Dünən, 11:19 “Zirə” gözləmə mövqeyindədi Dünən, 11:17 Messi, “Real”, Nicat və ...acgöz bizimkilər 7-07-2020, 21:20 “Zirə” Turalla Şəhriyarı istəyir 7-07-2020, 21:18 “Qarabağ” rəhbərliyi ispanlara yardım əlini uzadıb 7-07-2020, 21:17 Bu gedişlə yığmanı yerli mütəxəssis çalışdıracaq 7-07-2020, 21:16 KİVDF-nin qərarı narazılıq doğurdu 7-07-2020, 20:53 “Təslim olsaq, bizim üçün faciə yaşanacaq” 7-07-2020, 20:50 “Sabah” Sopiçi yola saldı 7-07-2020, 20:49 İsayevə ən çox pul təklif edən “Sabah”dı 7-07-2020, 20:48 Zaur Həşimovun gedişi Məqsədi pis vəziyyətdə qoyub 7-07-2020, 20:46 “Keşlə” Ruslan Qurbanova çatacaq pulu vermir 7-07-2020, 20:44 Elmar Baxşıyev büdcənin təsdiqlənməsini gözləyir 7-07-2020, 20:41 Nicat ikinci qolunu vurdu 7-07-2020, 20:40 Şəmkirdə “Kəpəz”in futbolçularına yuxu dərmanı veriblər 7-07-2020, 20:37 AFFA və PFL əməkdaşları işə çıxa bilmirlər 4-07-2020, 12:32 Ramiz Mirzəzadə "İdman TV"ni "CBC Sport"a dəyişdi 4-07-2020, 12:24 “Azərbaycanda futbol öldü, qızım” 4-07-2020, 12:18 Məşqçilər Komitəsi Kinin namizədliyindən xəbərsizdi 4-07-2020, 12:14 “Keşlə”nin adı gələndə tüklərim biz-biz olur” 4-07-2020, 12:07 “Çempionatdakı nəticələr və Avroliqaya vəsiqə qazana bilməməyimiz qərarda rol oynamadı” 4-07-2020, 12:03 Miçel və Romero qardaşları İspaniyaya uçdu 4-07-2020, 09:23 “Sumqayıt” gərək “çox sağ ol, koronavirus” desin” 4-07-2020, 09:18 PFL təqvimin bir neçə variantı üzərində işləyir 4-07-2020, 08:55 “Futbol+”in “rəmzi yığma”sına 105 futbolçu düşüb 4-07-2020, 08:48 “Sumqayıt” Türkiyədən maska sifariş edəcək 4-07-2020, 08:45 “Forza Neftçi” Geryeyə ismarıc göndərdi 4-07-2020, 08:40 “Qarabağ”la anlaşan Gerye azarkeşlərə səsləndi 4-07-2020, 08:37 “Vəziyyət belə davam etsə, avrokuboklarda bizi son 10 ildə görmədiymiz uğursuzluq gözləyir” 4-07-2020, 08:28 1 manata nə düşür ki?! 3-07-2020, 12:31 FIDE sentyabra kimi onlayn turnirlərlə kifayətlənəcək 3-07-2020, 12:30 “Azərikimya” rəhbərliyi Riad Rəfiyevi məyus yola salıb 3-07-2020, 12:27 FİFA “Sumqayıt” Futbol Akademiyasını nəzarətə götürüb 3-07-2020, 12:25 Avrokubok iştirakçıları ölkəni tərk etməyəcək 3-07-2020, 12:11 “Zirə” Zaur Həşimovla yolları ayırdı 3-07-2020, 12:09 AFFA “Lernayin Artsax” mövzusunda gözləmə mövqeyi tutur 3-07-2020, 12:07 Dabo Azərbaycana təşəkkür etdi 3-07-2020, 12:05 Cavid “Keşlə”yə havayı başa gəlib? 3-07-2020, 12:04 Tərlan Əhmədovu gizlənməyə vadar edən nədi? 3-07-2020, 12:03 “Demək olar ki, Tərlan Əhmədovun əlində böyümüşəm, məni “Neftçi”dən tanıyır” 3-07-2020, 12:01 “Səbail”də büdcəni müəyyənləşdirməkdə çətinlik çəkirlər 3-07-2020, 11:58 Kin AFFA-dan yüksək maaş istəməyib 3-07-2020, 11:57 “Turun sitatı”nda Qurban Qurbanov hamını qabaqlayıb 3-07-2020, 11:54 “Narva Trans”ın baş məşqçisi Nurlan Novruzovu danlayıb 3-07-2020, 11:50 “Ertsgebirge”nin prezidenti Nazarovu fərqləndirdi 30-06-2020, 22:52 Rövşən Əhmədov fəhlə işlədiyi məktəbdə müəllimlik edəcək 30-06-2020, 22:49 Yığmanın Millətlər Liqasında oyun günləri müəyyənləşdi 30-06-2020, 22:47 PFL rəsmiləri Tovuza getməyi düşünmür Bütün xəbərlər
Ən çox oxunanlar