25 may 17:34olke

“Təəssüf ki, “Bakı”nın bazası ilə bağlı belə məsələlər oldu”


Yaşar Seyidov çempionatın iyunun 20-də başlayacağını düşünür
Vaxtilə yetişdirdiyi futbolçularla, göstərdiyi oyunla çempionatımıza rəng qatan “Bakı” 2014/15 mövsümünün sonunda elita ilə vidalaşdı, növbəti mövsüm aşağı dəstədə oynadı, sonra da səssiz-səmirsiz tarixin yaddaşına qovuşdu. Son günlərdə isə klubun beynəlxalq standartlara cavab verən bazasının sökülməsi haqda xəbər və kadrlar yayılır. Bütün bunları nəzərə alaraq, hömsöhbət kimi “Bakı”nın sabiq icraçı direktoru Yaşar Seyidovu seçdik. Onunla bəzi məsələlər ətrafında danışdıq.
- Karantin dövrünü necə keçirirsiz?
- Kifayət qədər kitab oxudum, filmlərə baxdım. Xaricdə olan dostlarımla virtual şəkildə danışıram. İstənilən halda, özünütəcrid vəziyyətidi. Əhəmiyyəti çoxlu kitab oxumağımda oldu. Çalışdım ki, bir az da olsa, vaxtımı maraqlı keçirim.
- Koronavirus üzündən dayandırılan premyer-liqanın mümkün bərpası ilə bağlı ehtimalınız necədi?
- Çempionat başa çatdırılmalıdı. Düzdü, bəzi ölkələr pandemiya səbəbindən mövsüm tamamlanmamış çempionu elan ediblər. Amma düşünürəm ki, Nazirlər Kabineti yanında Operativ Qərargah bizdə gələn ayın 1-dən sonra idman yarışlarının keçirilməsi ilə bağlı qərar verəcək. 15 gündən sonra da oyunlar başlayar. PFL dəfələrlə açıqlayıb ki, 15 gün məşqdən sonra çempionatı bərpa edə bilərik. Bu yaxınlarda PFL rəsmisi də bildirmişdi ki, çempionatı avqusta qədər tamamlamaq mümkündü. Hər halda, Çempionlar Liqasında da, Avropa Liqasında da oyunlar nəzərdə tutulandan gec başlayacaq. Bizim üçün çempionatı başa vurmaq problem olmamalıdı. Liqanın tamamlanması ilə avrokuboklara vəsiqə əldə etmək mümkün olacaq. Əks halda indiki vəziyyətə uyğun çempionat bitmiş hesab olunacaq. Burda həm də maliyyə məsələsi var. Klublarımızın əksərinə UEFA-dan müxtəlif proqramlar çərçivəsində vəsait daxil olur. İndiki halda bu fürsəti əldən buraxmaq olmaz.
- Premyer-liqa bərpa olunsa, mövsümün qalan hissəsi ilə bağlı gözləntiləriniz nədi?
- Çempionat başlasa, 8 tur çox rahat keçirilə bilər. Oyunlar 3 gündən bir oynanılar və bir ay ərzində çempionatı tamamlaya, mükafatçıları müəyyənləşdirə bilərik. İyunun 1-dən məşqlərə icazə verilsə, 20-dən oyunlar başlayar. İyulun sonu - avqustun əvvəlində də çempionatı yekunlaşdırmaq mümkündü.
- Çempionatın ümumi səviyyəsi haqda nə düşünürsüz?
- Gəlin, özümüzü aldatmayaq. Kiməsə xoş gəlmək üçün gəlişigözəl sözlər demək olmaz. Futboldakı vəziyyətimiz haqda yetərincə obyektiv, düzgün fikirlər səsləndirmişik. Yenə də o deməliyik ki, futbolun səviyyəsi əvvəlki illərlə müqayisədə çox aşağıdı: həm çempionatın, həm də burda oynayan legionerlərin səviyyəsi. Bir nümunə çəkim: vaxtilə Sezar Meza Kolli əsas heyətə düşə bilmirdi. Görün səviyyə nə qədər aşağı düşüb ki, bu gün onun “milliləşdirilməsi” ilə bağlı fikirlər səsləndirilir. 24-25 yaşında əsas heyətə düşə bilməyən, səviyyəsi üzündən şans qazanmayan futbolçunu indi “milliləşdirmək” istəyirlər. Üstəlik, həmin vaxt heyətə düşməyə çətinlik çəkən futbolçu indi premyer-liqa klubunun əsas siması kimi daim meydana çıxır. Baxın, qiyməti özünüz verin. Onu milliyə dəvət etmək istəyənlər də baxsınlar, qiymət versinlər ki, əvvəl necə idi, indi necə. “Milliləşdirilən” futbolçu da gəlir, parlamaqda olan bir azərbaycanlının qarşısını kəsir. Azərbaycanda parlamaqda olan çox futbolçu var idi ki, qeyri-peşəkar futbol adamlarının ucbatından futboldan kənarlaşdılar. Etiraf etmək lazımdı ki, belə adamlar futbolu idarə edirsə, çempionatın səviyyəsi də bu cür olmalıdı.
- Hazırkı vəziyyətdə əsas problemi idarəetmədə gördüz. Bəs başqa hansı konkret çatışmazlıqları, çempionatın səviyyəsinin düşməsinə təsir edən məqamları qeyd edə bilərsiz?
- Burda bir məsələ var: iş adamları futbola cəlb olunmalıdı. Problemin kökündə sponsorlarla bağlı məsələ durur. Dəfələrlə bu fikri səsləndirmişəm ki, Azərbaycan futboluna iş adamları cəlb olunmalı və onlara güzəştli kreditlərin verilməsində, bizneslə bağlı kömək edilməlidi. Vergi sistemində onlara müəyyən güzəştlər olmalıdı. Dəfələrlə qeyd etmişik ki, klubların özlərinin balansında heç nə yoxdu. Klubların bir çoxunun oyun keçirdiyi stadionlar özlərinin deyil. Bütün bunlar əsas şərtlərdi. İş adamlarına stimullaşdırıcı güzəştlər edilməli, bununla bağlı Dövlət Proqramı qəbul olunmalıdı. Həmin Dövlət Proqramında da bütün bunlar nəzərə alınmalıdı. Azərbaycan futbolunun inkişafı ilə bağlı yeni layihəyə ehtiyac var. Azərbaycanın bütün sahələrində olduğu kimi, futbolun da inkişafına nail olmaq üçün bu addımlar atılmalıdı. Vergi, İqtisadiyyat Nazirliklərini də dəvət etmək lazımdı ki, onlar da öz təkliflərini irəli sürsünlər. İş adamları futbolda öz sözlərini deməli, futbolun inkişafı üçün hamı birlikdə çalışmalı, vəziyyətdən çıxış yolu göstərməlidi.
- Az öncə Sezar Meza Kollinin “milliləşdirilməsi” ehtimalına toxunduz. Legioner futbolçulara pasport verilməsi prosesi uzun müddətdi davam edir, onların sayı artır, amma ortada ciddi bir nəticə yoxdu…
- Vaxtilə biz “Bakı” klubu olaraq milliyə 42 futbolçu vermişdik. Sırf Azərbaycanın yetişdirdiyi, akademiyamızdan olan 42 futbolçudan gedir söhbət. Amma bu davam etmir axı. Bu gün klub rəhbərlərinin hamısının bir fikri var. Klubların istər avrokuboklar, istərsə də premyer-liqada iştirak etmək üçün liseziyalaşdırılmasında uşaq futboluna ayrılan maliyyəyə diqqət etsəz, Azərbaycanda uşaq futbolunun necə bərbad vəziyyətdə olduğunu görərsiz. Əsas komandaya xərclənən pulun 10 faizini uşaq futboluna xərcləmirlər. Bu gün bütün güc əsas komandaya qoyulur. “Qarabağ” istisna olmaqla, həmin klublar da gedirlər avrokuboklara, bir-iki mərhələ keçirlər. Vaxtilə “Qəbələ” də, “Neftçi” də avrokuboklarda uğurlu çıxış edirdi, amma bu gün bu klubların vəziyyəti məlumdu. Rəqabət olanda bu komandalar avrokuboklarda daha yaxşı çıxış edə bilirdi. Yenə deyirəm, klubların lisenziyalaşma ilə bağlı təqdim etdiyi sənədlərə baxsaz, orda uşaq futbolunun necə acınacaqlı vəziyyətdə olduğunu görəcəksiz. Həmçinin görəcəksiz ki, bu gün hansısa klubun uşaq futboluna ayırdığı vəsait həmin klubun bir legionerinə verdiyi pula bərabərdi. Dəhşətli mənzərə bu zaman yaranır. Bunu heç kim demir, əksinə, hamı susur. Axı bu uşaqlar bizim gələcəyimizdi, vaxt gələcək milli komandada çıxış edəcəklər. Axı bizim milli qürurumuz var. Yığmanın qüruru bizim qürurumuzdu. Milli məğlub olanda, biz nə qədər əziyyət çəkirik, vicdan əzabı hiss edirik. Amma çox təəssüf ki, bu adamların nə vicdanı sızıldayır, nə də əziyyət çəkirlər. Mən bunları başa düşə bilmirəm. Bir legionerə xərclənən pul bir akademiyanın yetirmələrinə xərclənən maliyyə qədər deyil. Bir-iki klub istisnadı, onların xətrinə dəymək olmaz. Həmin klublar istisna olmaqla, bütün komandalarda vəziyyət dözülməzdi, acınacaqlıdı.
- Bir sualım da “Bakı”nın bazası ilə bağlıdı. İllərin əməyi, zəhməti hədər getdi…
- Bu, çox fərqli mövzudu. Bununla bağlı gələcəkdə danışmaq olar. Təəssüflə qeyd etməliyəm ki, “Bakı” klubunun təlim-məşq bazası ilə bağlı belə məsələlər oldu. Bunlar həm bizə, həm də hər kəsə məlumdu. Bu barədə gələcəkdə danışa biləcəyik.
AYGÜL
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 11:45 Rəhbərlik “Şahdağ”ın futbolçularının maaşını vermir Dünən, 11:41 “Keşlə”nin Ruslan Qurbanova borcu yoxdu Dünən, 11:40 Klublar Bakını tərk edəcəklər Dünən, 11:38 Avrokuboka qatılanlar avqustda hazır olmalıdı Dünən, 11:36 Avrokubok iştirakçıları önündə “yaşıl işıq yandırıldı” Dünən, 11:34 Tural Bayramlı “Keşlə”dən pula görə ayrılıb Dünən, 11:28 Prosineçkinin uğur formulu Dünən, 11:27 Mahir uçacaq? Ay uçdu a... Dünən, 11:24 Qəbələ avrokubok təmsilçilərini qarşılamağa hazırdı Dünən, 11:21 “Sumqayıt”ın ispan məşqçisi vətəninə getmək istəməyib Dünən, 11:19 “Zirə” gözləmə mövqeyindədi Dünən, 11:17 Messi, “Real”, Nicat və ...acgöz bizimkilər 7-07-2020, 21:20 “Zirə” Turalla Şəhriyarı istəyir 7-07-2020, 21:18 “Qarabağ” rəhbərliyi ispanlara yardım əlini uzadıb 7-07-2020, 21:17 Bu gedişlə yığmanı yerli mütəxəssis çalışdıracaq 7-07-2020, 21:16 KİVDF-nin qərarı narazılıq doğurdu 7-07-2020, 20:53 “Təslim olsaq, bizim üçün faciə yaşanacaq” 7-07-2020, 20:50 “Sabah” Sopiçi yola saldı 7-07-2020, 20:49 İsayevə ən çox pul təklif edən “Sabah”dı 7-07-2020, 20:48 Zaur Həşimovun gedişi Məqsədi pis vəziyyətdə qoyub 7-07-2020, 20:46 “Keşlə” Ruslan Qurbanova çatacaq pulu vermir 7-07-2020, 20:44 Elmar Baxşıyev büdcənin təsdiqlənməsini gözləyir 7-07-2020, 20:41 Nicat ikinci qolunu vurdu 7-07-2020, 20:40 Şəmkirdə “Kəpəz”in futbolçularına yuxu dərmanı veriblər 7-07-2020, 20:37 AFFA və PFL əməkdaşları işə çıxa bilmirlər 4-07-2020, 12:32 Ramiz Mirzəzadə "İdman TV"ni "CBC Sport"a dəyişdi 4-07-2020, 12:24 “Azərbaycanda futbol öldü, qızım” 4-07-2020, 12:18 Məşqçilər Komitəsi Kinin namizədliyindən xəbərsizdi 4-07-2020, 12:14 “Keşlə”nin adı gələndə tüklərim biz-biz olur” 4-07-2020, 12:07 “Çempionatdakı nəticələr və Avroliqaya vəsiqə qazana bilməməyimiz qərarda rol oynamadı” 4-07-2020, 12:03 Miçel və Romero qardaşları İspaniyaya uçdu 4-07-2020, 09:23 “Sumqayıt” gərək “çox sağ ol, koronavirus” desin” 4-07-2020, 09:18 PFL təqvimin bir neçə variantı üzərində işləyir 4-07-2020, 08:55 “Futbol+”in “rəmzi yığma”sına 105 futbolçu düşüb 4-07-2020, 08:48 “Sumqayıt” Türkiyədən maska sifariş edəcək 4-07-2020, 08:45 “Forza Neftçi” Geryeyə ismarıc göndərdi 4-07-2020, 08:40 “Qarabağ”la anlaşan Gerye azarkeşlərə səsləndi 4-07-2020, 08:37 “Vəziyyət belə davam etsə, avrokuboklarda bizi son 10 ildə görmədiymiz uğursuzluq gözləyir” 4-07-2020, 08:28 1 manata nə düşür ki?! 3-07-2020, 12:31 FIDE sentyabra kimi onlayn turnirlərlə kifayətlənəcək 3-07-2020, 12:30 “Azərikimya” rəhbərliyi Riad Rəfiyevi məyus yola salıb 3-07-2020, 12:27 FİFA “Sumqayıt” Futbol Akademiyasını nəzarətə götürüb 3-07-2020, 12:25 Avrokubok iştirakçıları ölkəni tərk etməyəcək 3-07-2020, 12:11 “Zirə” Zaur Həşimovla yolları ayırdı 3-07-2020, 12:09 AFFA “Lernayin Artsax” mövzusunda gözləmə mövqeyi tutur 3-07-2020, 12:07 Dabo Azərbaycana təşəkkür etdi 3-07-2020, 12:05 Cavid “Keşlə”yə havayı başa gəlib? 3-07-2020, 12:04 Tərlan Əhmədovu gizlənməyə vadar edən nədi? 3-07-2020, 12:03 “Demək olar ki, Tərlan Əhmədovun əlində böyümüşəm, məni “Neftçi”dən tanıyır” 3-07-2020, 12:01 “Səbail”də büdcəni müəyyənləşdirməkdə çətinlik çəkirlər 3-07-2020, 11:58 Kin AFFA-dan yüksək maaş istəməyib 3-07-2020, 11:57 “Turun sitatı”nda Qurban Qurbanov hamını qabaqlayıb 3-07-2020, 11:54 “Narva Trans”ın baş məşqçisi Nurlan Novruzovu danlayıb 3-07-2020, 11:50 “Ertsgebirge”nin prezidenti Nazarovu fərqləndirdi 30-06-2020, 22:52 Rövşən Əhmədov fəhlə işlədiyi məktəbdə müəllimlik edəcək 30-06-2020, 22:49 Yığmanın Millətlər Liqasında oyun günləri müəyyənləşdi 30-06-2020, 22:47 PFL rəsmiləri Tovuza getməyi düşünmür Bütün xəbərlər
Ən çox oxunanlar