25 may 13:31olke

“Azərbaycan millisini seçdiyimə görə valideynlərimə Bakının mərkəzində mənzil verilməyib”

“Azərbaycan millisini seçdiyimə görə valideynlərimə Bakının mərkəzində mənzil verilməyib”
Emin Mahmudov Ronaldoya söz atdı
Həmkarımız Anar İbrahimovun “yutub”dakı “İbrakadabra” kanalının növbəti qonağı “Neftçi”nin kapitanı Emin Mahmudov olub. Aparıcı qonağını publikaya belə tanıdıb: 10 penaltinin hamısını qola çevirən, Rusiya çempionatındakı oyununu ünlü Vasili Utkinin şərh etdiyi, 15 yaşında ABŞ-da olarkən Koutinyo ilə şəkil çəkdirən oğlan... Anarın yarımsaatlıq proqramı çox maraqlı formatda keçib. Emin gah öz qollarını teleşərhçi kimi müxtəlif dillərdə anladıb, gah da başqaları onun haqqında fikirlərini bölüşüb. Kapitanın bəzi maraqlı açıqlamalarını təqdim edirik.
* Əlbəttə, “Neftçi”nin kapitanı olmaq böyük məsuliyyətdi. Amma bu məqam məni təzyiq altında saxlamır. Oyunçular, onların adından rəhbərlik, məşqçilər ilə çox danışmaq, nəyisə xahiş etmək, hansısa şərtləri dəyişmək lazım gəlir. Meydanda isə hər şey əvvəlki kimidi.
* Rus dilində düşünürəm. Amma azərbaycanlılarla danışanda bu dildə də düşünə bilirəm. Portuqaliyaya gedəndə bəxtim gətirdi ki, ingilis dilində yaxşı danışa bilmirdim, yerli dili öyrənməliydim. İki ay mənim üçün mənzil axtardılar, o müddətdə braziliyalı komanda yoldaşımla birgə otelləri gəzirdik. Həmin vaxt portuqal dilini öyrəndim.
* Rusiyada ən sevimli klubum "Saturn"du. İkincisi oynamasam belə, "Spartak", üçüncü "Krılya Sovetov"du.
Samarada olanda tez-tez zədələnirdim. İki dəfə omba nahiyəsindəki zədəyə, daha sonra ayağım sındığına görə uzun müddət oynaya bilmədim. Orda keçirdiyim 2,5 ilin 1,5 ilini müalicə olundum. Sevimli klubların sıralamasında 4-cü yerdə "Mordoviya", 5-ci yerdə "Tom" dayanır. "Mordoviya"da çıxış edərkən istənilən futbolçunun harda, hansı klubda oynadığını bilirdim. Buna görə mənə "yandeks" ləqəbi qoymuşdular.
* "Spartak"da, demək olar, şam yeməklərini buraxırdım. Həmin vaxt 15-16 yaşım var idi. Çəkim artmasın deyə şam etmirdim. "Barselona" ilə Moskvada keçirilən oyunun fasiləsində Xavi Ernandes mənim zərbəmdən sonra şoka düşmüşdü. Açığı, elə özüm də şokda idim. Kriştiano Ronaldo həmin zərbəni görsəydi, bəlkə də mənim üçün təyyarə göndərərdi ki, necə qol vurmaq lazım olduğunu ona da öyrədim. Çılğın qol idi. Xavinin mənə baxdığını görəndə növbəti dəfə şoka düşdüm. Mənə əli ilə "əla" işarəsi göstərmişdi. Tarixi hadisə idi.
* Uşaq vaxtı top daşıyarkən futbolçularla şəkil çəkdirirdim. "Barselona"dan Aleks Sonqla formamı dəyişmək istəyirdim. Sonra o, "Rubin"ə keçdi. Dəyişsəydim, gərək sonra həmin formanı atardım (gülür). Həmçinin Fabreqasla formamı dəyişmək istərdim. Amma alınmadı".
* Azərbaycan millisini seçdiyimə görə valideynlərimə Bakının mərkəzində mənzil verilməsi haqda yayılan söz-söhbət yalandı. Heç nə almamışam. Mənimlə həmin vaxt Riad Rəfiyev danışmışdı. Onun agentliyi var, eyni zamanda Azərbaycan millisinin meneceri idi. Hazırda isə "Sumqayıt"ın prezidentidi. Ona demişdim ki, Avropada mənə klub tapsan, Azərbaycan millisində çıxış edərəm. Buna görə pul və ya başqa heç nə almamışam.
* Əvvəl Rusiya ilə Azərbaycan oynayanda ikincilərə azarkeşlik edirdim. İndi də vəziyyət dəyişməyib, Azərbaycana azarkeşlik edirəm. Sadəcə, Azərbaycan pasportunu seçsən, Rusiya premyer-liqasında oynamağın çətinləşəcək, legioner sayılacaqsan. Problem budu. Limit olmasaydı, Azərbaycan yığmasının üzvü kimi Rusiya çempionatında oynayacaqdım.
Xatırladaq ki, "Saturn"un yetirməsi olan Emin Mahmudov "Spartak", "Tom", "Krılya Sovetov", "Mordoviya" və Portuqaliyada "Boavişta"nın formasını geyib. 2017-ci ilin yayından "Neftçi"də çıxış edir.
cialis es igual al viagra male enhancements cialis v viagra

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 11:45 Rəhbərlik “Şahdağ”ın futbolçularının maaşını vermir Dünən, 11:41 “Keşlə”nin Ruslan Qurbanova borcu yoxdu Dünən, 11:40 Klublar Bakını tərk edəcəklər Dünən, 11:38 Avrokuboka qatılanlar avqustda hazır olmalıdı Dünən, 11:36 Avrokubok iştirakçıları önündə “yaşıl işıq yandırıldı” Dünən, 11:34 Tural Bayramlı “Keşlə”dən pula görə ayrılıb Dünən, 11:28 Prosineçkinin uğur formulu Dünən, 11:27 Mahir uçacaq? Ay uçdu a... Dünən, 11:24 Qəbələ avrokubok təmsilçilərini qarşılamağa hazırdı Dünən, 11:21 “Sumqayıt”ın ispan məşqçisi vətəninə getmək istəməyib Dünən, 11:19 “Zirə” gözləmə mövqeyindədi Dünən, 11:17 Messi, “Real”, Nicat və ...acgöz bizimkilər 7-07-2020, 21:20 “Zirə” Turalla Şəhriyarı istəyir 7-07-2020, 21:18 “Qarabağ” rəhbərliyi ispanlara yardım əlini uzadıb 7-07-2020, 21:17 Bu gedişlə yığmanı yerli mütəxəssis çalışdıracaq 7-07-2020, 21:16 KİVDF-nin qərarı narazılıq doğurdu 7-07-2020, 20:53 “Təslim olsaq, bizim üçün faciə yaşanacaq” 7-07-2020, 20:50 “Sabah” Sopiçi yola saldı 7-07-2020, 20:49 İsayevə ən çox pul təklif edən “Sabah”dı 7-07-2020, 20:48 Zaur Həşimovun gedişi Məqsədi pis vəziyyətdə qoyub 7-07-2020, 20:46 “Keşlə” Ruslan Qurbanova çatacaq pulu vermir 7-07-2020, 20:44 Elmar Baxşıyev büdcənin təsdiqlənməsini gözləyir 7-07-2020, 20:41 Nicat ikinci qolunu vurdu 7-07-2020, 20:40 Şəmkirdə “Kəpəz”in futbolçularına yuxu dərmanı veriblər 7-07-2020, 20:37 AFFA və PFL əməkdaşları işə çıxa bilmirlər 4-07-2020, 12:32 Ramiz Mirzəzadə "İdman TV"ni "CBC Sport"a dəyişdi 4-07-2020, 12:24 “Azərbaycanda futbol öldü, qızım” 4-07-2020, 12:18 Məşqçilər Komitəsi Kinin namizədliyindən xəbərsizdi 4-07-2020, 12:14 “Keşlə”nin adı gələndə tüklərim biz-biz olur” 4-07-2020, 12:07 “Çempionatdakı nəticələr və Avroliqaya vəsiqə qazana bilməməyimiz qərarda rol oynamadı” 4-07-2020, 12:03 Miçel və Romero qardaşları İspaniyaya uçdu 4-07-2020, 09:23 “Sumqayıt” gərək “çox sağ ol, koronavirus” desin” 4-07-2020, 09:18 PFL təqvimin bir neçə variantı üzərində işləyir 4-07-2020, 08:55 “Futbol+”in “rəmzi yığma”sına 105 futbolçu düşüb 4-07-2020, 08:48 “Sumqayıt” Türkiyədən maska sifariş edəcək 4-07-2020, 08:45 “Forza Neftçi” Geryeyə ismarıc göndərdi 4-07-2020, 08:40 “Qarabağ”la anlaşan Gerye azarkeşlərə səsləndi 4-07-2020, 08:37 “Vəziyyət belə davam etsə, avrokuboklarda bizi son 10 ildə görmədiymiz uğursuzluq gözləyir” 4-07-2020, 08:28 1 manata nə düşür ki?! 3-07-2020, 12:31 FIDE sentyabra kimi onlayn turnirlərlə kifayətlənəcək 3-07-2020, 12:30 “Azərikimya” rəhbərliyi Riad Rəfiyevi məyus yola salıb 3-07-2020, 12:27 FİFA “Sumqayıt” Futbol Akademiyasını nəzarətə götürüb 3-07-2020, 12:25 Avrokubok iştirakçıları ölkəni tərk etməyəcək 3-07-2020, 12:11 “Zirə” Zaur Həşimovla yolları ayırdı 3-07-2020, 12:09 AFFA “Lernayin Artsax” mövzusunda gözləmə mövqeyi tutur 3-07-2020, 12:07 Dabo Azərbaycana təşəkkür etdi 3-07-2020, 12:05 Cavid “Keşlə”yə havayı başa gəlib? 3-07-2020, 12:04 Tərlan Əhmədovu gizlənməyə vadar edən nədi? 3-07-2020, 12:03 “Demək olar ki, Tərlan Əhmədovun əlində böyümüşəm, məni “Neftçi”dən tanıyır” 3-07-2020, 12:01 “Səbail”də büdcəni müəyyənləşdirməkdə çətinlik çəkirlər 3-07-2020, 11:58 Kin AFFA-dan yüksək maaş istəməyib 3-07-2020, 11:57 “Turun sitatı”nda Qurban Qurbanov hamını qabaqlayıb 3-07-2020, 11:54 “Narva Trans”ın baş məşqçisi Nurlan Novruzovu danlayıb 3-07-2020, 11:50 “Ertsgebirge”nin prezidenti Nazarovu fərqləndirdi 30-06-2020, 22:52 Rövşən Əhmədov fəhlə işlədiyi məktəbdə müəllimlik edəcək 30-06-2020, 22:49 Yığmanın Millətlər Liqasında oyun günləri müəyyənləşdi 30-06-2020, 22:47 PFL rəsmiləri Tovuza getməyi düşünmür Bütün xəbərlər
Ən çox oxunanlar