24 may 11:13olke

Yayın ilk keçidi Amin Seydiyev oldu


Zaur Əzizov: “Açığı, “Sabah” transferə daha ciddi yanaşdı”
Premyer-liqanın nə vaxt bərpa olunacağı ilə bağlı suala aydınlıq gəlmədiyi, yay “transfer pəncərəsi”nin hansı aralıqda açılacağı bilinmədiyi vaxtda “Sabah” artıq növbəti mövsüm üçün ilk transferini reallaşdırıb. “Qəbələ”nin müdafiəçisi Amin Seydiyev 2020/21 “futbol ili”ndən etibarən “tələbələr”in şərəfini qoruyacaq. Keçidlə bağlı iki klub arasında razılıq əldə olunub. 22 yaşlı futbolçu qarşıdakı üç ildə Bakı təmsilçisinin uğurları üçün çalışacaq. Xatırladaq ki, Seydiyev “Qəbələ” Futbol Akademiyasının yetirməsidi. O, 2017/18 mövsümündə “qırmızı-qaralar”ın əsas komandasında debüt edib və 39 oyunda bir dəfə fərqlənib.
Seydiyevin bölgə təmsilçisini tərk edəcəyi gözlənilən idi. Hələ qış fasiləsində “Neftçi”, “Zirə” və “Sabah” onun xidmətində maraqlıydı və müdafiəçinin keçidi üçün “Qəbələ”yə müəyyən məbləğ ödəməyə razı idilər. Ancaq “qırmızı-qaralar”ın rəhbərliyi 5 ay öncə futbolçu ilə vdilaşamağı lazım bilmədi. İndi isə hələ çempionata nöqtə qoyulmamış klubun futbolçunu satması bir qədər təəccüblü göründü. Bəlkə yay transfer dönəmində Seydiyə görə “elçilər” “Qəbələ”nin qapısını döyüb, daha cəlbedici, maliyyə cəhətdən daha əlverişli təklif irəli sürəcəkdilər? Bölgə təmsilçisinin rəhbərliyinin tələsik addımının səbəbini bilmək üçün “qırmızı-qaralar”ın baş meneceri Zaur Əzizovla danışdıq. Zaur bəy burda qeyri-adi heç nəyin olmadığını bildirdi.
- Mən sizin və başqalarının təəccübünü başa düşürəm. Bizim ölkədə çempionat başa çatmamış futbolçunun başqa kluba satılması ənənəsi yoxdu. Əsasən də mövsüm yekunlaşmamış hansısa transferin açıqlanması. Amma bunu normal qarşılamaq lazımdı. Biz artıq növbəti “futbol ili” ilə bağlı da planlar cızırıq.Yəni artıq indidən 2020/21 mövsümü üçün hansı şəkildə komanda formalaşdırmaq barədə düşünürük. Belə olan halda Aminin keçidi gündəmə gəldi. Bilirsiz ki, Seydiyevi hələ ötən yay və bu qış bizdən istəyirdilər. Xaricdən maraqlanan olsaydı, sona qədər gözləyərdik. Müdafiəçinin xidmətində bir neçə yerli klub maraqlı idi. Həmin klublar daha sərfəli təklif irəli sürmüşdülər. Biz onların təklifindən imtina etdik. Seydiyevin “Sabah”a keçidi klub rəhbərliyinin seçimi oldu. Klub futbolçunun gələcək inkişafını da nəzərə alıb, “Sabah”a transferini məqsədəuyğun saydı. Bu məsələdə futbolçunun da fikri önəmli idi. Açığı, “Sabah” transferə daha ciddi yanaşdı. Əmin ola bilərsiz ki, pul transferin rellaşmasında heç də ilk pillədə dayanmadı. Yəni bizim “ən çox pul verən futbolçuya sahib çıxacaq” kimi bir fikirimiz yox idi.
- “Qəbələ”nin bu transferdə yürütdüyü siyasət də mənə qəribə gəldi. Sizin üçün nə fərqi var, Amin karyerasını hansı klubda davam etdirəcək? Bu futbolçu artıq sizdən ayrılıb. İndiki məqamda “Qəbələ” transferdən daha çox qazanmağı düşünməliydi…
- Klub nə üçün fəaliyyət göstərir? Ölkəyə yeni, istedadlı futbolçu yetişdirmək üçün. Hər şey maddiyyatla ölçülmür ki? Təkliflər arasında seçim edərkən düşündük ki, Seydiyevin gələcək inkişafı baxımından ən yaxşı variant “Sabah”dı.
- Mətbuatda yayılan xəbərlərə inansaq, “Sabah” Seydiyevə görə sizə 150 min manat ödəyəcək. Həmin məbləğin 100 mini bu il, qalan 50 min manatı isə 2020/21 mövsümünün sonunda büdcənizə köçürüləcək. Futbolçu ilk ilində 100 min manat qazanacaq. Sonrakı iki ildə isə əməkhaqqı artırılacaq. Göstərilən rəqəmlər nə dərəcədə realdı?
- Keçidin maliyyə tərəfi barədə açıqlama vermək istəmirəm.
- Söhbətimizin əvvəlində artıq yeni mövsümlə bağlı planlar cızdığınızı bildirdiz. 2020/21 “futbol ili” üçün transfer çalışmalarınız barədə də məlumat verərdiz.
- Klubdan ayrılacaq yerli oyunçuları akademiyamızın yetirmələri ilə əvəzləməyi düşünürük. Onların arasında ən layiqliləri əsas komandaya dəvət edəcəyik. Təbii ki, yerlilərlə yanaşı, legionerlərlə bağlı da müəyyən fikirlər var. Bu yöndə çalışmalarımız davam edir və çalışırıq ki, bir neçə ehtiyat varinatımız olsun.
- Bildiyimə görə, bəzi legionerlərinizin müqavilə müddəti bitir, bəzilərinə başqa klublardan maraq var. Onlarla danışıqlara başlamısız?
- Çempionatın başa çatmasını gözləyirik. Ondan sonra danışıqlar masası arxasına keçəcəyik. Bəli, aralarında anlaşma müddəti başa çatanlar da var.
- Məsələn, Merab Qiqauri. Merabı saxlamaq fikriniz var? Onun da başqa klublardan təklif aldığı deyilir.
- Əlbəttə, istərdik ki, Merab komandada qalsın. Ancaq hər şey danışıqların yekunundan asılıdı.
- İcarə əsasında Cənubi Kiprdə top qovan Ceyms Adeniyinin məsələsi necə olacaq? Bir müddət öncə onun növbəti mövsümü “Qəbələ”də keçirəcəyi ilə bağlı xəbərlər yayıldı.
- Ceymsin bizimlə 2021-ci ilə qədər müqaviləsi var. Onun yeni mövsümdə “Qəbələ”nin şərəfini qoruyacağı və yaxud başqa kluba gedəcəyi sualı hələ açıq qalıb. Fasilə dönəmində onunla da danışacağıq.
- Əvvəlki illərdə bu vaxt artıq klubların təlim-məşq toplanışı ilə bağlı planları məlum oldurdu, yeni oyunçularla danışıqlar yekunlaşırdı. Bu il isə karantin səbəbindən qeyri-müəyyənlik davam edir…
- Bəli, düzgün vurğuladız. Ötən illərdə vəziyyət indikindən çox fərqli idi. İndi bilmirik ki, qarşıda bizi nə gözləyir. Bilinmir, təlim-məşq toplanışı, ümumiyyətlə, olacaq, ya olmayacaq. Tutaq ki, iyunun ortalarında çempionat bərpa olundu və iyulun sonunda başa çatdı. Yeni mövsümün nə vaxt start götürəcəyi də bilinmir. Ola bilər arada müəyyən fasilə yaransın. Belə olan halda komanda toplanış üçün ölkə xaricinə yollana bilər. Ola da bilər ki, cari mövsümlə yeni “futbol ili”nin startı arasında qışa fasilə oldu. Onda komandanı ölkə xaricinə yollamağın nə mənası var? Odu ki, indi bu məsələlərlə bağlı fikir bildirmək yersiz olar.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 11:45 Rəhbərlik “Şahdağ”ın futbolçularının maaşını vermir Dünən, 11:41 “Keşlə”nin Ruslan Qurbanova borcu yoxdu Dünən, 11:40 Klublar Bakını tərk edəcəklər Dünən, 11:38 Avrokuboka qatılanlar avqustda hazır olmalıdı Dünən, 11:36 Avrokubok iştirakçıları önündə “yaşıl işıq yandırıldı” Dünən, 11:34 Tural Bayramlı “Keşlə”dən pula görə ayrılıb Dünən, 11:28 Prosineçkinin uğur formulu Dünən, 11:27 Mahir uçacaq? Ay uçdu a... Dünən, 11:24 Qəbələ avrokubok təmsilçilərini qarşılamağa hazırdı Dünən, 11:21 “Sumqayıt”ın ispan məşqçisi vətəninə getmək istəməyib Dünən, 11:19 “Zirə” gözləmə mövqeyindədi Dünən, 11:17 Messi, “Real”, Nicat və ...acgöz bizimkilər 7-07-2020, 21:20 “Zirə” Turalla Şəhriyarı istəyir 7-07-2020, 21:18 “Qarabağ” rəhbərliyi ispanlara yardım əlini uzadıb 7-07-2020, 21:17 Bu gedişlə yığmanı yerli mütəxəssis çalışdıracaq 7-07-2020, 21:16 KİVDF-nin qərarı narazılıq doğurdu 7-07-2020, 20:53 “Təslim olsaq, bizim üçün faciə yaşanacaq” 7-07-2020, 20:50 “Sabah” Sopiçi yola saldı 7-07-2020, 20:49 İsayevə ən çox pul təklif edən “Sabah”dı 7-07-2020, 20:48 Zaur Həşimovun gedişi Məqsədi pis vəziyyətdə qoyub 7-07-2020, 20:46 “Keşlə” Ruslan Qurbanova çatacaq pulu vermir 7-07-2020, 20:44 Elmar Baxşıyev büdcənin təsdiqlənməsini gözləyir 7-07-2020, 20:41 Nicat ikinci qolunu vurdu 7-07-2020, 20:40 Şəmkirdə “Kəpəz”in futbolçularına yuxu dərmanı veriblər 7-07-2020, 20:37 AFFA və PFL əməkdaşları işə çıxa bilmirlər 4-07-2020, 12:32 Ramiz Mirzəzadə "İdman TV"ni "CBC Sport"a dəyişdi 4-07-2020, 12:24 “Azərbaycanda futbol öldü, qızım” 4-07-2020, 12:18 Məşqçilər Komitəsi Kinin namizədliyindən xəbərsizdi 4-07-2020, 12:14 “Keşlə”nin adı gələndə tüklərim biz-biz olur” 4-07-2020, 12:07 “Çempionatdakı nəticələr və Avroliqaya vəsiqə qazana bilməməyimiz qərarda rol oynamadı” 4-07-2020, 12:03 Miçel və Romero qardaşları İspaniyaya uçdu 4-07-2020, 09:23 “Sumqayıt” gərək “çox sağ ol, koronavirus” desin” 4-07-2020, 09:18 PFL təqvimin bir neçə variantı üzərində işləyir 4-07-2020, 08:55 “Futbol+”in “rəmzi yığma”sına 105 futbolçu düşüb 4-07-2020, 08:48 “Sumqayıt” Türkiyədən maska sifariş edəcək 4-07-2020, 08:45 “Forza Neftçi” Geryeyə ismarıc göndərdi 4-07-2020, 08:40 “Qarabağ”la anlaşan Gerye azarkeşlərə səsləndi 4-07-2020, 08:37 “Vəziyyət belə davam etsə, avrokuboklarda bizi son 10 ildə görmədiymiz uğursuzluq gözləyir” 4-07-2020, 08:28 1 manata nə düşür ki?! 3-07-2020, 12:31 FIDE sentyabra kimi onlayn turnirlərlə kifayətlənəcək 3-07-2020, 12:30 “Azərikimya” rəhbərliyi Riad Rəfiyevi məyus yola salıb 3-07-2020, 12:27 FİFA “Sumqayıt” Futbol Akademiyasını nəzarətə götürüb 3-07-2020, 12:25 Avrokubok iştirakçıları ölkəni tərk etməyəcək 3-07-2020, 12:11 “Zirə” Zaur Həşimovla yolları ayırdı 3-07-2020, 12:09 AFFA “Lernayin Artsax” mövzusunda gözləmə mövqeyi tutur 3-07-2020, 12:07 Dabo Azərbaycana təşəkkür etdi 3-07-2020, 12:05 Cavid “Keşlə”yə havayı başa gəlib? 3-07-2020, 12:04 Tərlan Əhmədovu gizlənməyə vadar edən nədi? 3-07-2020, 12:03 “Demək olar ki, Tərlan Əhmədovun əlində böyümüşəm, məni “Neftçi”dən tanıyır” 3-07-2020, 12:01 “Səbail”də büdcəni müəyyənləşdirməkdə çətinlik çəkirlər 3-07-2020, 11:58 Kin AFFA-dan yüksək maaş istəməyib 3-07-2020, 11:57 “Turun sitatı”nda Qurban Qurbanov hamını qabaqlayıb 3-07-2020, 11:54 “Narva Trans”ın baş məşqçisi Nurlan Novruzovu danlayıb 3-07-2020, 11:50 “Ertsgebirge”nin prezidenti Nazarovu fərqləndirdi 30-06-2020, 22:52 Rövşən Əhmədov fəhlə işlədiyi məktəbdə müəllimlik edəcək 30-06-2020, 22:49 Yığmanın Millətlər Liqasında oyun günləri müəyyənləşdi 30-06-2020, 22:47 PFL rəsmiləri Tovuza getməyi düşünmür Bütün xəbərlər
Ən çox oxunanlar