23 may 11:02olke

“Qəbələ”nin elitada ilk qolunun müəllifi dükan işlədirmiş


“Pokora çağırdı yanına ki, ağzınla quş tutsan da, mən səni oynatmayacam”
Koronavirusa görə ölkə futbolunda yaranmış fasilə daha çox vaxtilə trbunadakıların alqışını qazanan, bu gün sevdiyi peşədən uzaq düşən sabiqlərin işinə yaradı. Rövşən Əhmədov, Fazil Pərvərov, Mehman Alışanov, Samir Zərgərov, Mübariz Abbasov və başqalarının müsahibəri mətbuat səhifələrini bəzədi.
Oxuduqca köks ötürdük, barmağımızı dişlədik, gözlərimiz kəlləmizə çıxdı. Vaxtilə premyer-liqada top qovan oyunçuların bir çoxu bu gün futboldan uzaq düşüb. Ailəsini dolandırmaq üçün özünə qazanc yeri tapıb. Budəfəki müsahibimiz uzun illər premyer-liqada çıxış etmiş Vüsal Qarayevdi.
- Bir çox keçmiş futbolçular kimi səndən də səs-soraq yoxdu. Nə edirsən, haralardasan?
- Artıq iki ildi futbolla qurtarmışam.
- Səhv etmirəmsə, sonuncu dəfə “Qaradağ-Lökbatan”da oynamışdın…
- Yox, “Şüvəlan”a getmişdim. 6 ay “Qaradağ-Lökbatan”daydım, qış fasiləsindən sonrakı 6 ayı “Şüvəlan”da keçirdim. Yeni mövsümdə də limit söhbətləri oldu. Ondan sonra da əllərindən gələni etdilər ki, futbolu buraxaq, biz də buraxdıq.
- Nə üçün kürəyini belə tez yerə qoydun? Hər halda, bir neçə il də oynamaq olardı.
- Bu gün premyer-liqada 8 komanda var, pis çıxmasın, az-çox orda da oynamışam. Başqa komandalara keçmək üçün baxışa getməyi deyirlər. Mən də heç vaxt baxışda olmamışam, həmişə birbaşa müqavilə imzalamışam. O vaxt elitadakı komandaların sayı çox idi. Dedilər ki, gəl, baxaq. Amma adam getmək istəmir də. Belə başa düşdüm ki, oyunla bağlı söhbət deyildi. Yer varsa, götürürlər, yoxdusa, sən nə istəyirsən elə, deyirlər ki, yox. Oynadığım dövrlərdə belə bir şey başıma gəlməmişdi, getdiyim komandalardan göndərilməmişdim deyə, bir az da onun çəkingənliyi oldu ki, birdən gedərəm, nəsə olar, qoy elə burda bitirim.
- Məşqçilik etmək, kateqoriya almaq barədə düşünmürsən?
- Cahangirlə (Həsənzadə) AZAL-dan tanışam. O təklif etdi ki, bəlkə gəlib oxuyasan. Futbolu atandan sonra ticarətdə dostum var, Əfqan Nağıyev, bir yerdə futbol da oynamışıq, o təklif etdi ki, gəl, bir yer götürək. Mən də bir dükan götürdüm, başladım işləməyə.
- İndi nə işlə məşğul olursan?
- O dükanda işləyirdim, təzə bağlamışam, iki ay olar. Belə calaq-culaq işləri.
- Futboldan tam ayrılmısan?
- Hə, qardaş, futboldan tam ayrı düşmüşəm.
- Biznesin də uğursuz?
- Uğursuz deməzdim, götürdüyüm mağazada sahibkarla hər şey yaxşı idi, sonra icarənin qiymətini qaldıracağını dedi, ona görə sözümüz düz gəlmədi. Sonra da karantin müddəti çıxdı ortaya, ona görə risk etmirəm. Karantindən sonra yenə də işə başlamaq istəyərəm. Sözün açığı, fikrimdə karantindən sonra kateqoriya təhsili almaq da var. Amma hələ ki elə konkret fikrim yoxdu. Karatin qurtarsın, sonra qərar verəcəm.
- Hansı rahatdı, 600-700 manata uşaq futbolunda məşqçi işləmək, yoxsa ticarət?
- Sözün açığı, hərəsinin öz çətinlikləri var, amma futbol sahəsində olduğum üçün mənə elə gəlir ki, uşaq futbolunda işləmək, məşqçi kimi başlamaq daha asan olar. Yəni həmişə futbol oynayandan sonra birdən-birə ticarət çətin oldu, sözün açığı. Amma nə edək, həyatdı, bir yerdən başlamalısan. Ticarətin əziyyətlərini görəndən sonra düşündüm ki, futbol bundan bir balaca asan olardı, irəliləyə bilərdim. Amma onu da düşünürəm ki, gedib oxumaq üçün vaxt lazımdı. O vaxt da yoxdu, ailəni dolandırmaq lazımdı. Elə bir vaxtım olmadı ki, hər şeyi atıb, gedim oxuyum.
- Bu qədər veteran futbolçu, elə siz cavanlar da futbolu buraxıb, işsiz qalmısız. Hərə bir yerdədi, biri taksi sürür, biri ticarətdə çörəyini qazanır. Səncə, bunun səbəbi nədi? Klub sayının azlığı, yoxsa futbol rəhbərlərinin köhnə futbolçuları düzgün yönəltməməsi?
- Yox, qardaş. Keçmiş futbolçuların hamısıyla danışırıq. Bir-birimizə sual veririk, hamımız səhv etdik ki, belə oldu? Premyer-liqada kifayət qədər oyun keçirmiş uşaqlar var ki, dediyiniz kimi, taksi sürür, ya nə bilim, kənarda qalıb. Bir az da struktur səhv qurulub. Mən bir klubda oynayıramsa, karyeramı orda qurtarıramsa, orda bir nəfər mənə deməlidi ki, sən burda əziyyət çəkmisən, neçə il stajın var, gəl, biz ödəniş edək, get oxu. Bir az da onların dəstəyi olmalıdı ki, futbolçular ordan çıxandan sonra öz peşələrində ola bilsinlər. Mən Muammer Ərdoğdu ilə danışıram (“Turan”ın sabiq müdafiəçisi), xeyli vaxtdı dostluq edirik. Onu qoymurlar futbola, zədəsi var deyə. Deyir, futbolu buraxım, qoymurlar, deyirlər, gəl 6 ay səni müalicə edək, ondan sonra istəyirsən göndərək bizim aşağı yaş komandalarında məşqçi işlə. Görürsən ki, Türkiyədə dəstək olurlar, amma bizdə zədələndin, məşqə gedəndə soruşurlar ki, necəsən, oynaya bilərsən? Oynaya bilmirsənsə, məvacibini salırıq, müqavilə müddətini uzatmırıq. Sənin də başqa əlacın qalmır, məcbursan uzaqlaşıb, gedib həyatını qurasan. Mən futbolçularda elə bir səhv görmürəm. Təbii ki, hamı uşaqlıqdan sevdiyi peşədə qalmaq istəyir. Amma bunun üçün heç bir şərait yaradılmayıb. Bu gün Azərbaycan futbolunda varsansa, sağlamsansa, bunlara lazımsansa, hə, salam-əleyküm olur. Yox, axsayırsansa, onda get öz başının çarəsini tap. Ona görə də belə olur.
- Tovuz futbolunun gələcəyini necə görürsən? İşıq yeri var?
- Var. Orda uşaq futboluna bir az təkan verilsə, nəsə olar. Özünüz də bilirsiz ki, uzun illər istər U-19-da, istərsə də U-21-də, yaxud yığmada tovuzlu futbolçular oynayıb. Amma son vaxtlar o dəstək yoxdu. Tovuzda eşitmişəm, elə adam var, deyir ki, uşağımı futbola niyə qoyum? Gedəcək, oynayacaq, bir-iki il, vəssalam. Amma o vaxt necə idi, baxırdın inkişaf var, klublar səni ala bilər, öz üzərində işləyirdin və irəli gedirdin. Vəziyyət düzəlsə, Bakıdan çox Tovuzda futbolçunun yetişməsi realdı. Çünki sevgi, istək var. Uşaq orda birinci futbol oynayır.
- Səhv etmirəmsə, “Qəbələ”nin premyer-liqada ilk qolunun müəllifisən…
- Düzdü. O vaxt komandanın adı “Gilan” idi. İlk qolu mən vurmuşdum. İmişlidə “MKT-Araz”la oynayırdıq, görüş 4:1 hesabı ilə başa çatmışdı.
- “Turan”, “Muğan”, “Rəvan”, AZAL-la yanaşı, bir də müəmmalı “Simurq” karyeran var. Səhv etmirəmsə, “Simurq”da Pokorayla aranda soyuqluq var idi.
- O vaxt premyer-liqada “Turan”ın heyətində 10 qol vurmuşdum. Dərhal “Simurq”dan təklif aldım və müqavilə də bağladıq. Bir gün Roman Pokora çağırdı yanına ki, səni cavan futbolçu kimi almışdıq, amma bəribaşdan deyirəm, ağzınla quş tutsan da, mən səni oynatmayacam. Tək mənə yox, ordakı iki-üç nəfər yerli uşağa açıq şəkildə belə dedi. Biz də “oynatmırsan-oynatma, onsuz da müqavilə bağlamışıq, pulumuzu alırıq” dedik. Çünki başqa variant yox idi, çempionat başlamışdı. 6 ay da orda oynadım, sonra AZAL-dan zəng edib, çağırdılar. Bir misal çəkim, “Simurq”a keçəndən sonra Gürcüstana - toplanışa getmişdik. Orda yoldaşlıq görüşü oynayırdıq, elə oldu ki, Pokora məni əvəzetmədən meydana buraxdı. Çıxdım, 5 dəqiqə keçməmiş qol vurdum. Oyun 1:1 bitdi, oyundan sonra baş məşqçi gəlib dedi ki, nə olsun qol vurmusan, onsuz da bilirsən də, oynamayacaqsan. Bir az da azərbaycanlı futbolçular bəzi legioner məşqçilərin əlinə düşdükdən sonra karyeralarında düşüş olub. Bu, tək mənim başıma gəlməyib. Ayrılıqda hər azərbaycanlı futbolçudan soruşsan ki, istedad var, oynayırsan, bəs niyə qabağa getmədin? Cavabında deyə bilər ki, səhlənkarlıq etdim, məşq etmədim, amma məsələ o deyil. Azərbaycan çempionatının içində elə nüanslar var ki, əsas məsələ təkcə futbolçunun inkişaf etməsi deyil. Elə futbolçu tanıyıram, istedadı yoxdu, amma qabağa getdi. Futbolçu tanıyıram ki, istedadı vardı, heç nə ilə yadda qalmadı, itdi-batdı. Bu, təkcə futbolçunun özündən asılı deyil. Əsas məsələ inam, dəstəkdi. 16 yaşımdan 28 yaşıma kimi elitada oynamışam. “Qab”ımda nəsə olmasaydı, yəqin 12 il oynamazdım. AZAL, “Turan”, “Rəvan” kimi klublar olub karyeramda, hansısa tapşırıqla getməmişəm. Çağırıblar, müqavilə bağlayıb getmişəm. Bəs 27-28 yaşdan sonra nə oldu?
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
25-05-2020, 17:50 U-19 liqasının formatında dəyişiklik olmayacaq 25-05-2020, 17:49 İcraiyyə Komitəsi növbəti həftə yığışacaq 25-05-2020, 17:48 Foqts yığmamızın sayəsində liderlər sırasındadı 25-05-2020, 17:36 Futbolumuzun əcnəbiləri bir çatışmazlığı qeyd etdilər 25-05-2020, 17:34 “Təəssüf ki, “Bakı”nın bazası ilə bağlı belə məsələlər oldu” 25-05-2020, 17:26 Aftandil Hacıyev mövsümün bərpasını istəmir 25-05-2020, 13:43 Yaşar Bəşirov lisenziya müəmmasına aydınlıq gətirdi 25-05-2020, 13:31 “Azərbaycan millisini seçdiyimə görə valideynlərimə Bakının mərkəzində mənzil verilməyib” 25-05-2020, 13:29 Aydan ulduZa Türkiyə futbolu 25-05-2020, 13:20 “Nə göz-qaş edirsən, baş məşqçi artıq yatıb, istirahət etmək istəyirəm” 24-05-2020, 11:13 Yayın ilk keçidi Amin Seydiyev oldu 24-05-2020, 10:56 Agentlər Aminin ölkə xaricinə yollanacağını düşünürlər 24-05-2020, 10:47 EFA, “Fireland Football Club”, “Dortmund Bakı”, yox bir qaşqaldaq… 24-05-2020, 10:28 Koronavirus olmasaydı... 24-05-2020, 10:25 “Futbolu qaldırsa, veteranlar qaldıracaq” 23-05-2020, 11:14 Əməkdar məşqçi ölüm-qalım mübarizəsi aparır 23-05-2020, 11:02 “Qəbələ”nin elitada ilk qolunun müəllifi dükan işlədirmiş 23-05-2020, 10:58 AFFA-da qanvermə aksiyası 23-05-2020, 10:57 Bakı UEFA-ya təminat verib 23-05-2020, 10:54 “Ximki”: elita əvəzinə 2-ci dəstəyə 22-05-2020, 16:41 “Stəkan bir yana, əl altında olan hər şey paltardəyişmə otağında uçurdu!” 22-05-2020, 16:32 “Neftçi” bilərəkdən “Bəhramov”a sürgün edildi” 22-05-2020, 11:33 Kurtinaytis 300 nəfər qonaq üçün qəsr icarəyə götürüb 22-05-2020, 11:30 Kamran “Ximki”nin ən məhsuldar futbolçusudu 22-05-2020, 11:29 “Qarabağ”ın həkimi fikir bildirməkdə çətinlik çəkir 22-05-2020, 11:26 Yaşar Vahabzadə “Kəpəz”in futbolçularına kökəlməməyi tapşırıb 22-05-2020, 11:23 Mehman Allahverdiyev cəzalı ola-ola meydana çıxıb 22-05-2020, 11:21 Elxan müəllim, bəs qərar açıqlanacaqdı? 22-05-2020, 11:17 PFL növbəti videkonfransa qatıldı 22-05-2020, 11:16 “Kəpəz”lə “Turan Tovuz” istənilən qərara razı olacaq 22-05-2020, 11:13 “Xaqani Məmmədovun sanki sumqayıtlı hakimlərə qarşı allergiyası var idi” 20-05-2020, 11:30 AFFA divizionda və liqalarda mövsümü erkən bitirir 20-05-2020, 11:27 “Sumqayıt”da 55 nəfər testdən keçdi, “Qəbələ” isə gözləyir 20-05-2020, 11:25 Rövşən Hüseynli birbaşa pley-offa keçməyi təklif etdi 20-05-2020, 11:24 Futzal çempionatında durum futboldakından fərqlidi 20-05-2020, 11:20 Jurnalistlər yerli məşqçinin tərəfdarıdı 20-05-2020, 11:18 Nazarovun qol sevinci yadda qaldı 20-05-2020, 11:17 Millət vəkillləri çempionatın bərpasını istəyir 20-05-2020, 11:14 İsmayıllı Olimpiya İdman Kompleksindən məhkəməyə şikayət olundu 20-05-2020, 11:12 “Futbolla vidalaşandan sonra yəqin ki fermada yaşayacam” 20-05-2020, 11:10 UEFA təxirə saldı, PFL-in rəisi maraqlı şərh yazdı 20-05-2020, 11:09 Brifinqdə yenə futbol unudulmadı 20-05-2020, 11:05 Ploeştidə meydandan qovulan Ramin Nəsibov imiş… 18-05-2020, 14:27 Şahin Diniyev yığmanın baş məşqçisiz qalmasını məqsədəuyğun sayır 18-05-2020, 14:26 Ramin Musayev müalicə aldığına görə videokonfransa qatılmayıb 18-05-2020, 14:13 Yığma üzvlərinin maaşı aprelin sonunda ödənilib 18-05-2020, 14:10 “Qurban Qurbanova “deputatsan, toxunulmazlığın var, futbolçunu itələyərlər də” dedim” 18-05-2020, 14:07 Futzal niyə yada düşmədi? 18-05-2020, 14:05 Şensoy Konkovu təbrik etməyəcək 18-05-2020, 13:59 “Avrokuboklara gedəcək klublar indidən hazırlaşmalı, məşq etməlidilər” 18-05-2020, 13:57 Futbolçular yeniliyi müsbət qarşıladılar 18-05-2020, 13:53 Mətbuat Şehiçi “yoluxdurdu” 18-05-2020, 13:37 “Azərbaycandakı iqlim qazon saxlamaq üçün əlverişli deyil” 18-05-2020, 13:32 Futbolla bağlı qadağa bu həftə götürüləcək 17-05-2020, 11:28 Türk şahmatçı Mahir Məmmədovun FIDE-də çalışmasını düzgün saymır 17-05-2020, 11:26 Karlsen bizimkiləri “görmür” 17-05-2020, 11:20 Beş əvəzləmənin müsbət və mənfi tərəfləri Bütün xəbərlər
Ən çox oxunanlar