22 may 11:17olke

PFL növbəti videkonfransa qatıldı


“Yerli çempionatlar avqustun əvvəlinə kimi tamamlanır...”
Hadisələrin axarından belə görünür ki, bu həftə də ölkədaxili yarışların bərpası ilə bağlı heç bir ümidverici xəbər eşitməyəcəyik. Gələn həftə isə başdan-sona bayram günləridi. Azərbaycan futboluna rəhbərlik edənlər Operativ Qərargahdan xəbər gözləməkdə ikən Avropa futbolunun uyğun qurumları müzakirə aparır, vəziyyətdən çıxış yolları axtarırlar. Peşəkar Futbol Liqasının texniki idman şöbəsinin rəisi Elgiz Abbasov dünən “feysbuk”dakı səhifəsində bu haqda məlumat verib: “Peşəkar Futbol Liqası olaraq bu gün Avropa Peşəkar Futbol Liqaları (EPFL) ilə məlum dövrdə sayca 3-cü videokonfransda iştirak etdik. Öncəki görüşlərdə olduğu kimi, bu dəfə də üzv liqalara UEFA-nın işçi qruplarında gedən müzakirələr, Avropada liqalar üzrə hazırkı vəziyyət haqda məlumat verildi, optimal yenidən başlamaq ssenariləri barədə üzv liqaların planları nümayiş etdirildi. Ümumilikdə 51 nəfərin iştirak etdiyi konfransda biz də öz növbəmizdə vəziyyəti açıqladıq və hadisələrin tezliklə müsbətə doğru dəyişəcəyinə ümid etdiyimizi bildirdik.
Bildirim ki, UEFA-nın təqvim hazırlanması üzrə fəaliyyət göstərən işçi qrupunda hazırda yalnız bir ssenari üzərində danışıqlar aparılır: yerli çempionatlar avqustun əvvəlinə kimi (dəqiq gün yoxdu) tamamlanır, UEFA 2019/20 mövsümünün yarımçıq qalan yarışlarını isə avqustun sonuna kimi başa çatdırır. Qitə səviyyəli 2020/21 klub yarışlarına seçmə mərhələlərin avqustun əvvəlindən etibarən başlaması planlaşdırılır. Ancaq istənilən halda bu plan yenə də yekun təklif, yaxud qərar qüvvəsində deyil. Çünki UEFA İcraiyyə Komitəsinin mayın 27-nə nəzərdə tutulan iclası iyunun 17-nə təxirə salınıb, üstəlik bir sıra ölkələrdəki qeyri-müəyyənlik bu təklifin nə dərəcədə real olub-olmadığını sual altına salır. Bununla yanaşı, əvvəlki bütün ssenarilərin üzərindən xətt çəkilib və yalnız bu ssenari üzərində durulur, görünür ya belə, ya da buna bənzər səviyyədə yekun nəticəyə varılacaq.
Digər bir maraqlı məlumat isə “transfer pəncərəsi” və oyunçu müqavilələri ilə bağlıdır. Hazırda müzakirə edilən ssenariyə əsasən yay transfer dövrü 12 həftə davam etdiyi üçün ən tez iyulun 12-də başlayıb, oktyabrın 5-də qurtara bilər. Çünki oktyabrın 1-i növbəti mövsüm UEFA klub yarışlarına vəsiqə əldə etmək üçün keçirilən təsnifat mərhələsində son pley-off oyun günü, ondan 2 həftə sonrası isə yarışların başlama tarixi kimi nəzərdə tutulur. Ancaq bu məsələdə də sual doğuran bir sıra məqamlar var. Ən əsası odu ki, FİFA qaydalarına əsasən “transfer pəncərəsi” çempionat tam başa vurulandan sonra açıla bilər. Hansısa ölkə daxili çempionatını nəzərdə tutulan tarixə kimi başa vura bilməsə, necə olacaq? Bu o çempionatdakı klublar üçün “transfer pəncərəsi”ndə vaxt itkisi deməkdi. İndiki halda liqaların nəzərdə tutulan tarixədək başa vurulacağını güman etmək çətindi, çünki şərait hər an dəyişə bilər. Hər bir halda yaxın vaxtlarda UEFA-nın bu tip problemləri özündə birləşdirən və üzv assosiasiyaların ümumi marağı fonunda hazırlanan bir bəyanat yayacağı bildirildi.
Konfransda FİFA-da yaradılan işçi qruplarda yer alan EPFL nümayəndəsi də çıxış etdi. O, hazırda qurumun milli komandaların oyun cədvəli üzərində çalışdığını bildirdi. Burda gedən müzakirələrə əsasən, FİFA sentyabr və oktyabrda yığmaların oyunlarını keçirməməyi, əvəzində noyabr və dekabrda ümumilikdə 10 oyun günündən ibarət bir qrafik hazırlamağı düşünür. Amma qalan hər məsələ kimi, bu da dəqiq deyil və ölkələrdəki vəziyyətdən asılıdı.
EPFL-ə üzv liqalar arasında çempionatlarını davam etməsi rəsmiləşənlər aşağıdakılardı:
• Avstriya – 2 iyun
• Almaniya – 16 may
• Çexiya – 25 may
• Danimarka – 28 may
• İsrail – 30 may
• Litva – 30 may
• Norveç – 16 iyun
• Portuqaliya – 4 iyun
• Polşa – 29 iyun
• Rusiya – 21 iyun
• Serbiya – 30 may
• Türkiyə - 12 iyun
EPFL-ə üzv liqalar arasında çempionatlarını tamamlamadan başa vuranlar: Belçika, Fransa, Hollandiya, Şotlandiya”.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 21:20 “Zirə” Turalla Şəhriyarı istəyir Dünən, 21:18 “Qarabağ” rəhbərliyi ispanlara yardım əlini uzadıb Dünən, 21:17 Bu gedişlə yığmanı yerli mütəxəssis çalışdıracaq Dünən, 21:16 KİVDF-nin qərarı narazılıq doğurdu Dünən, 20:53 “Təslim olsaq, bizim üçün faciə yaşanacaq” Dünən, 20:50 “Sabah” Sopiçi yola saldı Dünən, 20:49 İsayevə ən çox pul təklif edən “Sabah”dı Dünən, 20:48 Zaur Həşimovun gedişi Məqsədi pis vəziyyətdə qoyub Dünən, 20:46 “Keşlə” Ruslan Qurbanova çatacaq pulu vermir Dünən, 20:44 Elmar Baxşıyev büdcənin təsdiqlənməsini gözləyir Dünən, 20:41 Nicat ikinci qolunu vurdu Dünən, 20:40 Şəmkirdə “Kəpəz”in futbolçularına yuxu dərmanı veriblər Dünən, 20:37 AFFA və PFL əməkdaşları işə çıxa bilmirlər 4-07-2020, 12:32 Ramiz Mirzəzadə "İdman TV"ni "CBC Sport"a dəyişdi 4-07-2020, 12:24 “Azərbaycanda futbol öldü, qızım” 4-07-2020, 12:18 Məşqçilər Komitəsi Kinin namizədliyindən xəbərsizdi 4-07-2020, 12:14 “Keşlə”nin adı gələndə tüklərim biz-biz olur” 4-07-2020, 12:07 “Çempionatdakı nəticələr və Avroliqaya vəsiqə qazana bilməməyimiz qərarda rol oynamadı” 4-07-2020, 12:03 Miçel və Romero qardaşları İspaniyaya uçdu 4-07-2020, 09:23 “Sumqayıt” gərək “çox sağ ol, koronavirus” desin” 4-07-2020, 09:18 PFL təqvimin bir neçə variantı üzərində işləyir 4-07-2020, 08:55 “Futbol+”in “rəmzi yığma”sına 105 futbolçu düşüb 4-07-2020, 08:48 “Sumqayıt” Türkiyədən maska sifariş edəcək 4-07-2020, 08:45 “Forza Neftçi” Geryeyə ismarıc göndərdi 4-07-2020, 08:40 “Qarabağ”la anlaşan Gerye azarkeşlərə səsləndi 4-07-2020, 08:37 “Vəziyyət belə davam etsə, avrokuboklarda bizi son 10 ildə görmədiymiz uğursuzluq gözləyir” 4-07-2020, 08:28 1 manata nə düşür ki?! 3-07-2020, 12:31 FIDE sentyabra kimi onlayn turnirlərlə kifayətlənəcək 3-07-2020, 12:30 “Azərikimya” rəhbərliyi Riad Rəfiyevi məyus yola salıb 3-07-2020, 12:27 FİFA “Sumqayıt” Futbol Akademiyasını nəzarətə götürüb 3-07-2020, 12:25 Avrokubok iştirakçıları ölkəni tərk etməyəcək 3-07-2020, 12:11 “Zirə” Zaur Həşimovla yolları ayırdı 3-07-2020, 12:09 AFFA “Lernayin Artsax” mövzusunda gözləmə mövqeyi tutur 3-07-2020, 12:07 Dabo Azərbaycana təşəkkür etdi 3-07-2020, 12:05 Cavid “Keşlə”yə havayı başa gəlib? 3-07-2020, 12:04 Tərlan Əhmədovu gizlənməyə vadar edən nədi? 3-07-2020, 12:03 “Demək olar ki, Tərlan Əhmədovun əlində böyümüşəm, məni “Neftçi”dən tanıyır” 3-07-2020, 12:01 “Səbail”də büdcəni müəyyənləşdirməkdə çətinlik çəkirlər 3-07-2020, 11:58 Kin AFFA-dan yüksək maaş istəməyib 3-07-2020, 11:57 “Turun sitatı”nda Qurban Qurbanov hamını qabaqlayıb 3-07-2020, 11:54 “Narva Trans”ın baş məşqçisi Nurlan Novruzovu danlayıb 3-07-2020, 11:50 “Ertsgebirge”nin prezidenti Nazarovu fərqləndirdi 30-06-2020, 22:52 Rövşən Əhmədov fəhlə işlədiyi məktəbdə müəllimlik edəcək 30-06-2020, 22:49 Yığmanın Millətlər Liqasında oyun günləri müəyyənləşdi 30-06-2020, 22:47 PFL rəsmiləri Tovuza getməyi düşünmür 30-06-2020, 22:43 “Keşlə”nin Cavid İmamverdiyev sevdası 30-06-2020, 22:41 Dabonun vəkili “Neftçi”yə məktub yazıb 30-06-2020, 22:39 Stamenkoviç daha bir il “Sabah”da 30-06-2020, 22:35 Nurlan qol vurdu və qovuldu 30-06-2020, 22:33 UEFA ilə məsləhətləşmələr bitib 30-06-2020, 22:31 “Bu göstərici “Qəbələ”nin nə tarixinə, nə də ənənəsinə yaraşır” 30-06-2020, 22:28 Aftandil Hacıyev yeniyetmələri “kötəkləyən” “Soçi”ni qınadı 30-06-2020, 22:26 62 stadion, 4874 oyun - “Tofiq Bəhramov” liderdi 30-06-2020, 21:47 Amiti Moldovaya əcnəbi agent aparıb 30-06-2020, 21:42 “Qarabağ”: Araz gedir, Abbas qalır 30-06-2020, 21:41 "Keşlə" daha 5 futbolçu ilə vidalaşdı 30-06-2020, 21:38 Adil Ağayev dünyasını dəyişdi Bütün xəbərlər
Ən çox oxunanlar