22 may 11:13olke

“Xaqani Məmmədovun sanki sumqayıtlı hakimlərə qarşı allergiyası var idi”


Vüsal Əsədov yerli-əcnəbi söhbətinə fərqli yanaşır
Hər kəs uşaqkən gələcəkdə hansı peşənin sahibi olacağı ilə bağlı arzular qurur. Elələri var arzuları gerçəkləşir, özünü istədiyi sahədə tapa bilir. Ancaq elələri də var ki, müxtəlif səbəblərdən istəyinə çata bilmir. Budəfəki həmsöhbətim də belələrindəndi. Vüsal Əsədovun ən böyük arzusu tanınmış futbolçu olmaq, oyunu ilə milyonların sevimlisinə çevrilmək idi. Ancaq vaxtsız zədə arzusunun gerçəkləşməsinə imkan verməyib. Buna baxmayaraq, futbola sevgi onu yenə bu sahədə saxlayıb. Hazırda “Sumqayıt” Futbol Akademiyasında çalışan Vüsalla söhbətdə futbola gəlişindən tutmuş, uşaq futbolundakı problemlərə qədər danışdıq.
- Əvvəlcə futbola gəlişindən danışardın.
- Yaşıdlarım kimi mən də həyət futbolundan başlamışam. Məhləmizdə top qova-qova böyüdüm və artıq 8 yaşım olanda rəhmətlik Tofiq Rzayevlə Ağamusa Bağırovun rəhbərlik etdiyi futbol bölməsinə üz tutdum. Sumqayıt futbolunun inkişafında bu iki şəxsin əvəzsiz xidməti olub. Bir neçə il orda futbolun sirlərini öyrəndikdən sonra “Gənclik-95” komandasına cəlb olundum. Həmin ərəfədə “Qarabağ” yeni sponsoruna qovuşmuşdu. Ağdam klubu bütün respublika üzrə seçimlər təşkil etmişdi. Türkiyədən dəvət olunan mütəxəssislər kluba istedadlı yeniyetmələri cəlb etmək yönündə çalışırdılar. Qeyd etdiyim seçim mərhələsi 8 mərhələdən ibarət oldu və sonda seçilmişləri kluba dəvət etdilər. Həmin illərdə indiki kimi hər klubda bu qədər yaş qrupu yox idi. Mənimlə yanaşı, Əfran İsmayılov, Maksim Medvedev də “Qarabağ”a düşən uşaqlar arasında idi. Bir müddətdən sonra artıq mən “Qarabağ”ın əvəzedici heyəti sayılan 1988-89 doğumlu uşaqlardan qurulmuş komandanın kapitanı oldum. “Qarabağ”da oynadığım müddətdə əsgərlik yaşım çatdı və ordan Beyləqanı təmsil edən “Qara Bəbir” komandasına yollandım. Azərbaycan futbolunu yaxından izləyənlər yəqin ki bu komanda haqda məlumatlıdılar. Bir çox futbolçumuz hərbi xidməti MOİK, “Ədliyyə” ilə yanaşı, bu komandada keçib. Təəssüf ki, orda olduğum müddətdə topuğumdam ciddi zədə aldım və bu da futbolçu karyeramı erkən bitirməyimə səbəb oldu. Ancaq futbola o qədər böyük sevgim var idi ki, hərbi xidməti başa vurandan sonra yenə bu sahədə qaldım və Sumqayıtda fərdi şəkildə komanda yaradıb məşqçilik etməyə başladım. Bir müddət sonra “Xəzri” adlı futbol klubunu qeydiyyatdan keçirib AFFA-nın təşkil etdiyi çempionata qatıldım.
- Hazırda “Sumqayıt” Futbol Akademiyasında çalışırsan. Necə oldu ki, klubun akademiyasından iş təklifi aldın?
- Əslində klub yaranan gündən orda çalışmaq istəyirdim. Ancaq gənc və təcrübəsiz olduğumdan bir qədər ehtiyatlanırdım. Düşünürdüm ki, birdən işin öhdəsindən gələ bilmərəm, nəyisə düz etmərəm. Buna görə də istər rəhbərlik, istərsə də valideynlər tərəfindən gülüş hədəfinə çevrilərəm. Bir müddət müstəqil çalışıb təcrübə toplayandan sonra işlə bağlı kluba müraciət etdim. Onu da qeyd edim ki, həmin arada AFFA-nın təşkil etdiyi məşqçi kurslarına qatılıb lisenziya da almışdım. Hakan Sünal akademiyaya rəhbər təyin olunandan sonra Rəşad Məmmədov mənimlə əlaqə saxlayıb, görüşə dəvət etdi. Rəşad müəllim klubun mətbuat katibi olmaqla yanaşı, akademiyanın da baş meneceridi. İlk görüşümüzdə Hakan bəyin mənim yaşıl meydanda uşaqlarla işləmək qabiliyyətimin olub-olmadığını görmək istədiyini bildirdi. Təbii ki, razılaşdım. Sınaq müddətində məşqlərdə iştirak etdim və çalışdım ki, nəyə qadir olduğumu ortaya qoyum. Sınaq müddəti başa çatandan sonra Məmmədov yenə mənimlə əlaqə saxladı və bildirdi ki, Hakan bəy işimdən razı qalıb. Ofisə dəvət etdilər. Danışdıq, bəzi məsələləri müzakirə etdik və sonda müqavilə imzaladım.
- Bu gün akademiyaya əcnəbi mütəxəssis rəhbərlik edir. Bəzi futbol adamları, xüsusilə də veteran futbolçularımız deyirlər ki, kənardan dəvət olunan funksionerlər bizə yeni heç nə öyrətmirlər, onların dediklərini bizlər illər öncədən bilirik. Hakan Sünal “Sumqayıt” Futbol Akademiyasında çalışan məşqçilərə yeni nəsə öyrədə bilib?
- Yerli və ya kənardan gəlmə anlayışına mən bir qədər fərqli yanaşıram. Kimsə mənə yeni nəsə öyrədə bilirsə, onun yanındayam. Az-çox futbol oynamışam, neçə illərdi uşaqlarla çalışıram. Mən kluba gələndə düşünürdüm ki, uşaq futbolunda bütün incəlikləri bilirəm. Ancaq Hakan bəyin bizə keçdiyi seminarlarda o qədər yeniliklərlə qarşılaşdım ki, özlüyümdə heç nə bilmədiyimi düşündüm. Ötən yay akademiya rəhbəri bizə bir ay seminar keçdi. Həmin dərslərdə istər praktik, istərsə də nəzəri cəhətdən çox şey öyrəndim. Almaniya dünya futbolunda sözünü demiş, möhürünü vurmuş ölkələrdən biridi. Sünal da həmin məktəbin məzunudu. Yerli mütəxəssislərimiz bəlkə də mənim sözlərimdən inciyəcəklər. Ancaq doğrudan da qısa müddətdə Hakan bəy mən də daxil olmaqla, “Sumqayıt” Futbol Akademiyasında çalışan məşqçilərə çox şeyi başa saldı, müasir futbolda uşaqlarla necə işləməyin yollarını izah etdi. Ola bilsin, ölkəmizə dəvət olunan hansısa əcnəbi mütəxəssis işinə ciddi yanaşmayıb, pulunu alıb müqavilə müddətini yola verib. Bizdə isə belə deyil. Həftədə iki dəfə toplantı keçirilir. Birinci günlər həftəsonu keçirilən oyunların təhlili aparılır, tur ərəfəsində isə yenə bir araya gəlirik, müəyyən məsələlər ətrafında müzakirələr gedir. Karantin dönəmində Hakan hoca hər yaş qrupuna uyğun məşq planı hazırlayıb təqdim etmişdi. Biz də onlayn qaydada həmin proqram üzrə məşqlərimizi davam etdirdik. Akademiya rəhbəri gündəlik keçilən məşqlərin hesabatını tələb edir. Ola bilsin, kimlərsə deyər ki, Vüsal bu gün akademiyada çalışır deyə Hakan bəyi tərifləyir. Əsla belə deyil. Məni tanıyanların hamısı yaxşı bilir ki, özümə, iş qabiliyyətimə güvənən biriyəm və heç vaxt işimi itirməkdən çəkinməmişəm. Bu gün burdan çıxaramsa, yenə ac qalmayacam, uşaq yığıb məşqçiliyə davam edəcəm. Ancaq hər şeyi olduğu kimi demək lazımdı. Yerli mütəxəssislərdən kimlərsə Hakan bəy kimi mənə yeni nəsə öyrətsə, onu da tərifləyəcəm. Bu gün bizim aramızda elə məşqçilər var ki, Azərbaycanda sayılıb-seçilənlər arasındadılar, vaxtilə premyer-liqa klublarında uğurlar qazanıblar. Ancaq onlar da bu gün nəsə yeni bir şey öyrənirlər.
- Bildiyim qədər bir ara hakimlik də etmisən. Ancaq bu gün o sahədən ayrılmısan. Səbəbəni bilmək istərdim.
- Bəli, bir ara məşqçi kimi çalışmaqla yanaşı, hakimlik də edirdim. Ancaq müəyyən vaxtdan sonra bu sahədən ayrılmağa qərar verdim. Alınmadı.
- Niyə?
- Özümdə də müəyyən səhvlər oldu. Lakin Hakimlər Komitəsinin o vaxtkı sədri Xaqani Məmmədovun da sumqayıtlı hakimlərə münasibəti xoşuma gəlmədi.
- Özündə nə səhv oldu?
- Kim nə deyir-desin, bir əldə iki qarpız tutmaq mümkün deyil. Bunu ancaq seçilmiş, milyonda bir insan bacara bilər. Həm məşqçi kimi çalışmaq, həm də hakimlik etmək üst-üstə düşmür. Bu iki yoldan birini seçməlisən. Mənim də futbola o qədər böyük sevgim var idi ki, gənc yaşlarında hər iki işin öhdəsindən gələ biləcəyimi düşünürdüm. Ancaq illər ötdükcə gördüm ki, bu iki işdən birini seçməliyəm. O cür davam edəcəyi halda necə deyərlər, Əli aşından da ola bilərdim, Vəli aşından da. Oturdum fikirləşdim, hakimlikdə gördüyüm haqsızlıqları da nəzərə alıb məşqçiliyə üstünlük verdim.
- Xaqani Məmmədovun adını çəkdin. Hakimlər Komitəsinin sabiq rəhbərinin sənə nə pisliyi dəymişdi?
- Söhbət tək məndən getmir. Xaqani Məmmədovun sanki sumqayıtlı hakimlərə qarşı allergiyası var idi. Bütün futbol ictimaiyyəti bilir ki, Sumqayıtın da özünə görə hakimlik məktəbi olub. Müstəqillik illərində Fazil Mürşüdüov, Azad Mütəllimov kimi bu şəhərdən çıxan referilər olub. Onlardan sonra mən, bir vaxtlar vurduğu qollarla adından söz etdirən Pərviz Bağırov, Tağı Məmmədov bu sahəyə üz tutduq, irəli getməyə çalışdıq. Ancaq Xaqani müəllim hər vəchlə çalışırdı ki, bizim yolumuzu kəssin. Bilmirəm bunu niyə edirdi, sumqayıtlıların ona nə pisliyi dəymişdi? Ancaq görünən o idi ki, bizim inkişafımıza mane oldu. Aşağı yaş qrupu üzrə liqalardan yuxarı çıxa bilmədik. Halbuki bizdən qat-qat zəif olan və bizimlə bir yerdə hakimliyə gələnlərin qarşısında “yaşıl işıq yandırdı”. Bu gün sumqayıtlı hakim tanıyırsız? Mən şəxsən tanımıram.
- Doğrudan da, son illərdə Sumqayıtdan hakim gözə dəymir.
- Əvvəl hakimləri futbol oynayanların arasından seçirdilər. Niyə? Ona görə ki, onlar özləri oynadıqlarından epoizodları düzgün dəyərləndirə bilirdilər. İndi isə bildiyim qədər İdman Akademiyasının tələbələri arasından seçim edirlər. Nəzəriyyəni üst səviyyədə bilə bilərsən, ancaq təcrübə tam başqadı. Mən də bu gün bilmirəm ki, hazırda sumqayıtlılar arasında hakimlik edən var və yaxud yoxdu. Ancaq onu dəqiq deyə bilərəm ki, futbol oynamışlar arasında beləsi yoxdu.
- Pandemiyaya görə aşağı yaş qrupları arasında təşkil olunan çempionatlar da təxirə salınıb. Necə düşünürsən, karantin aradan qaldırılacağı halda mövsüm davam etdirlməlidi, yoxsa indiki vəziyyətdə başa çatdırılmalıdı?
- Bu suala cavab vermək çox çətindi. Bir tərəfdən uşaqların oyun təcrübəsini nəzərə alıb, çempionatın davam etdirilməsinin tərəfdarıyam. Ancaq belə xüsusi əhəmiyyət daşıyan məsələlərdə dövlətin verdiyi qərar önəm daşıyır.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
25-05-2020, 17:50 U-19 liqasının formatında dəyişiklik olmayacaq 25-05-2020, 17:49 İcraiyyə Komitəsi növbəti həftə yığışacaq 25-05-2020, 17:48 Foqts yığmamızın sayəsində liderlər sırasındadı 25-05-2020, 17:36 Futbolumuzun əcnəbiləri bir çatışmazlığı qeyd etdilər 25-05-2020, 17:34 “Təəssüf ki, “Bakı”nın bazası ilə bağlı belə məsələlər oldu” 25-05-2020, 17:26 Aftandil Hacıyev mövsümün bərpasını istəmir 25-05-2020, 13:43 Yaşar Bəşirov lisenziya müəmmasına aydınlıq gətirdi 25-05-2020, 13:31 “Azərbaycan millisini seçdiyimə görə valideynlərimə Bakının mərkəzində mənzil verilməyib” 25-05-2020, 13:29 Aydan ulduZa Türkiyə futbolu 25-05-2020, 13:20 “Nə göz-qaş edirsən, baş məşqçi artıq yatıb, istirahət etmək istəyirəm” 24-05-2020, 11:13 Yayın ilk keçidi Amin Seydiyev oldu 24-05-2020, 10:56 Agentlər Aminin ölkə xaricinə yollanacağını düşünürlər 24-05-2020, 10:47 EFA, “Fireland Football Club”, “Dortmund Bakı”, yox bir qaşqaldaq… 24-05-2020, 10:28 Koronavirus olmasaydı... 24-05-2020, 10:25 “Futbolu qaldırsa, veteranlar qaldıracaq” 23-05-2020, 11:14 Əməkdar məşqçi ölüm-qalım mübarizəsi aparır 23-05-2020, 11:02 “Qəbələ”nin elitada ilk qolunun müəllifi dükan işlədirmiş 23-05-2020, 10:58 AFFA-da qanvermə aksiyası 23-05-2020, 10:57 Bakı UEFA-ya təminat verib 23-05-2020, 10:54 “Ximki”: elita əvəzinə 2-ci dəstəyə 22-05-2020, 16:41 “Stəkan bir yana, əl altında olan hər şey paltardəyişmə otağında uçurdu!” 22-05-2020, 16:32 “Neftçi” bilərəkdən “Bəhramov”a sürgün edildi” 22-05-2020, 11:33 Kurtinaytis 300 nəfər qonaq üçün qəsr icarəyə götürüb 22-05-2020, 11:30 Kamran “Ximki”nin ən məhsuldar futbolçusudu 22-05-2020, 11:29 “Qarabağ”ın həkimi fikir bildirməkdə çətinlik çəkir 22-05-2020, 11:26 Yaşar Vahabzadə “Kəpəz”in futbolçularına kökəlməməyi tapşırıb 22-05-2020, 11:23 Mehman Allahverdiyev cəzalı ola-ola meydana çıxıb 22-05-2020, 11:21 Elxan müəllim, bəs qərar açıqlanacaqdı? 22-05-2020, 11:17 PFL növbəti videkonfransa qatıldı 22-05-2020, 11:16 “Kəpəz”lə “Turan Tovuz” istənilən qərara razı olacaq 22-05-2020, 11:13 “Xaqani Məmmədovun sanki sumqayıtlı hakimlərə qarşı allergiyası var idi” 20-05-2020, 11:30 AFFA divizionda və liqalarda mövsümü erkən bitirir 20-05-2020, 11:27 “Sumqayıt”da 55 nəfər testdən keçdi, “Qəbələ” isə gözləyir 20-05-2020, 11:25 Rövşən Hüseynli birbaşa pley-offa keçməyi təklif etdi 20-05-2020, 11:24 Futzal çempionatında durum futboldakından fərqlidi 20-05-2020, 11:20 Jurnalistlər yerli məşqçinin tərəfdarıdı 20-05-2020, 11:18 Nazarovun qol sevinci yadda qaldı 20-05-2020, 11:17 Millət vəkillləri çempionatın bərpasını istəyir 20-05-2020, 11:14 İsmayıllı Olimpiya İdman Kompleksindən məhkəməyə şikayət olundu 20-05-2020, 11:12 “Futbolla vidalaşandan sonra yəqin ki fermada yaşayacam” 20-05-2020, 11:10 UEFA təxirə saldı, PFL-in rəisi maraqlı şərh yazdı 20-05-2020, 11:09 Brifinqdə yenə futbol unudulmadı 20-05-2020, 11:05 Ploeştidə meydandan qovulan Ramin Nəsibov imiş… 18-05-2020, 14:27 Şahin Diniyev yığmanın baş məşqçisiz qalmasını məqsədəuyğun sayır 18-05-2020, 14:26 Ramin Musayev müalicə aldığına görə videokonfransa qatılmayıb 18-05-2020, 14:13 Yığma üzvlərinin maaşı aprelin sonunda ödənilib 18-05-2020, 14:10 “Qurban Qurbanova “deputatsan, toxunulmazlığın var, futbolçunu itələyərlər də” dedim” 18-05-2020, 14:07 Futzal niyə yada düşmədi? 18-05-2020, 14:05 Şensoy Konkovu təbrik etməyəcək 18-05-2020, 13:59 “Avrokuboklara gedəcək klublar indidən hazırlaşmalı, məşq etməlidilər” 18-05-2020, 13:57 Futbolçular yeniliyi müsbət qarşıladılar 18-05-2020, 13:53 Mətbuat Şehiçi “yoluxdurdu” 18-05-2020, 13:37 “Azərbaycandakı iqlim qazon saxlamaq üçün əlverişli deyil” 18-05-2020, 13:32 Futbolla bağlı qadağa bu həftə götürüləcək 17-05-2020, 11:28 Türk şahmatçı Mahir Məmmədovun FIDE-də çalışmasını düzgün saymır 17-05-2020, 11:26 Karlsen bizimkiləri “görmür” 17-05-2020, 11:20 Beş əvəzləmənin müsbət və mənfi tərəfləri Bütün xəbərlər
Ən çox oxunanlar