20 may 11:12olke

“Futbolla vidalaşandan sonra yəqin ki fermada yaşayacam”

[thumb=left]http://www.football-plus.az/uploads/posts/2020-05/1589962379_95780303_2703859516503804_2209774134219505664_o.jpg[/thumb
Mahir Əmrəli haqda bilmədikləriniz…
Futbolsuzluq dönəmi hər nə qədər çətin olsa da, müsbət tərəfi də yox deyil. Bu dövrdə futbolla yaxından maraqlananların top dalınca qaçanları daha yaxından tanımaq imkanı oldu. Evə qapanan oyunçular və məşqçilər sosial şəbəkələr vasitəsi ilə azarkeşlərlə təmasda olur, onların suallarını cavablayır.
Bu dəfə Mahir Əmrəli kamera qarşısına keçib. “Qarabağ”ın və yığmanın hücumçusu “report”un “instaqram” səhifəsinin canlı yayınında sualları cavablayıb.
* Millidə olduğum zaman əksər futbolçularımızın, məsələn, Emin Mahmudov, Qara Qarayev, Bəhlul Mustafazadə və Təmkin Xəlilzadənin kitab oxuduqlarını görmüşəm. Özüm də mütaliəni xoşlayıram. İnsan bioqrafiyaları ilə daha çox maraqlanıram. Ən çox sevdiyim əsər Zlatan İbrahimoviçin kitabıdı. Hazırda Məhəmməd Salahın avtobioqrafiyasını oxuyuram. Luis Suaresi də oxumuşam. Bu yaxınlarda iki yeni kitab götürmüşəm. Biri “Qalatasaray”ın tarixi, digəri isə Ser Aleks Ferqyusonun həyatı haqdadı.
* Təzəlikcə evdə pomidor-yumurta bişirməyi öyrənmişəm (gülür). Evdəkilərə sahurda bu yeməyi hazırlayıram. Maksimum edə biləcəyim budu. Amma pomidor-yumurta bişirəndən sonra bu işə marağım daha çox artdı. Anam evdə yemək hazırlayanda oturub baxır, nəsə öyrənməyə çalışıram. Çünki həyatın işini bilmək olmaz, gələcəkdə ölkə xaricində çıxış edə bilərəm. Belədə tək yaşamalı olacam. Düşünürəm ki, nə vaxtsa bunlara ehtiyacım olacaq.
* Xaricə “legioner həyatı yaşadım” demək xatirinə getmək də düzgün deyil. “Sevilya” məsələsinə gəlincə, B komandasında oynamaq təklif olunmuşdu. Klubun idman direktoru Ramon Monçi ilə danışıq aparılarkən demişdi ki, əvəzedicilərdə 6 ay oynayacaqsan, sonra səni əsas komandaya götürəcəyik. Həmin vaxt Avroliqanın qrupuna vəsiqə qazandıq. Təkcə Azərbaycan premyer-liqasında mübarizə aparsaydıq, hardasa düşünmək olardı. Amma avrokubokların qrupunda oynayanda bazarın içində olursan. Ona görə fikirləşdim ki, 6 ay da “Qarabağ”da qalım... Sadəcə, planda olmayan zədələr bir az narahatlıq verdi. Ümid edirəm ki, legioner həyatı mənə bir gün doğrudan da qismət olacaq. Bunu həqiqətən istəyirəm. Hər müsahibəmdə deyirəm, bir daha təkrar edirəm ki, məsləhət alacağım insanlar var. İlk növbədə baş məşqçimiz Qurban Qurbanov və kapitanımız Rəşad Sadıqovla danışacam. Əslində indi də tez-tez bu barədə söhbətlərimiz olur, müəyyən şeyləri müzakirə edirik. Verəcəyim hər bir qərar onlarla məsləhətdən sonra olacaq.
* Çempionatın dayandırılmasını və ya ləğv olunmasını heç vaxt istəməmişəm. Mövsümün bərpasının tərəfdarıyam. Həm oyun təcrübəsi, həm də forma yığmaq məsələsi var. Nə qədər məşq etsən də, futbol matçları tam fərqli olur. Məşq zamanı elə hərəkətlər edirsən ki, bəlkə də həmin şans oyun zamanı heç vaxt ələ düşmür. Fikrimcə, hamı mənim kimi çempionatın bərpasını istəyir. Çünki futbol üçün çox darıxmışıq. Ümid edirəm ki, yaxın zamanda oyunlar yenidən başlayacaq.
* Bu yaxınlarda Ağdama səfərimiz həqiqətən maraqlı alındı. Ordakı insanları görəndə qəribə hisslər keçirdim. Üzlərində həm sevinc, həm də kədər var idi. Onların yaşadıqları durumu görmək insanı düşündürür. O insanların tək bizə, ora gedən futbolçulara yox, bütün xalqımıza, onun dəstəyinə ehtiyacı var. Hər birimiz bacardığımız qədər onlara dayaq olmalıyıq. Mənə ən çox toxunan məqam Quzanlıdakı Olimpiya Kompleksinin stadionuna ayaq basmağım oldu. İlk dəfə idi orda olurdum. Bir anlıq təsəvvür etdim ki, o stadionda oynayıram. İstərdim ki, Quzanlıda ən azı bir oyun keçirə bilim. Quzanlıda meydanın ot örtüyü yaxşı vəziyyətdə deyildi, keyfiyyəti pis idi. Bilirsiz, ev oyunlarını orda keçirmək məsələsi rəhbərliyin işidi. Desələr ki, orda təlim-məşq toplanışı olacaq, hər birimiz gedərik. Yəni biz futbolçuların verə biləcəyi qərar deyil.
* Ailəmdəki problemin oyunuma təsiri? Mən açıq danışmağı sevirəm. Düzdü, həmin ərəfədə aşağı səviyyədə keçirdiyim oyunlar oldu. Amma hər matçda yaxşı çıxış etmək kimi bir anlayış yoxdu. Dünya ulduzlarının da oyunu alınmaya bilər. Öz oyunlarıma baxırdım. Yeganə problemim qol vəziyyətlərini dəyərləndirə bilməməyim idi. Bu hadisənin də hardasa təsiri olurdu. "Bakı"nın aşağı yaş qrupları üzrə komandalarında çıxış etdiyim vaxt Mustafa Adnan Yazıcıoğlu adlı baş məşqçimiz var idi. Həmin dönəmlərdə azarkeşlərin davranışları mənə çox pis təsir edirdi. Adnan hoca da hücumçu olub. Futbol oynayanda təkbətək epizodları qaçırarmış. Bir dəfə 38-40 dərəcə qızdırma ilə oyuna çıxıb. Deyir, qızdırmalı olduğunu, oyunda hansı hisslər keçirdiyini yalnız sən bilirsən. Azarkeş isə bilmir. Onlar, sadəcə, görürlər ki, sən qaçmırsan, mübarizə aparmırsan. Adnan hoca deyirdi ki, durub hamısına izah etməli deyilsən ki, oyuna qızdırmalı çıxmışam. Adama deyərlər ki, qızdırmalısansa, meydana çıxma (gülür). Hər problemi demək də olmur, insan bunu öz içində yaşayır. Özünüz də gördüz ki, sonradan hər şey bilindi. İnsanlar da vəziyyəti anlayışla qarşıladılar. “Oldu-keçdi” deyib rahatlaşıram. Bu da mənim üçün bir həyat təcrübəsi idi. Düşünürəm ki, həyatda hər cür çətinlik olur. Ən önəmlisi bunların öhdəsindən gəlməyim, komanda yoldaşlarım, rəhbərlik və məşqçilərimin yanımda olmaları idi. Onlar mənə çox böyük dəstək verdilər.
* Haqlı tənqidlərlə, əlbəttə, razılaşıram. Heç kim deyə bilməz ki, razılaşmıram. Amma bəzən epizoda aid olmadığım anda tənqid olunuramsa, sadəcə, zarafat edib diqqət mərkəzinə düşmək üçün ortaya söz atılırsa, fikir vermirəm.
* Bəli, evimizdən oğurluq etmişdilər. Biri 13 ev deyir, digəri bildirir ki, girilən 100-cü ev bizimki olub. Bəziləri deyir ki, həmin uşaqlar bir ildə milyon manat pul oğurlayıblar. Məbləğ geri ödənilməyib, çünki hələ də istintaq davam edir. Pandemiya səbəbindən prosesə bir qədər ara verildi.
* Hələ ki ailə həyatı qurmağı düşünmürəm. Bu, legioner həyatı yaşamaq istəyimlə də bağlı ola bilər. Ailə quranda daha çox yük götürmüş olursan. Legioner həyatı yaşadıqda xaricə getməli olacam. Orda alınacaqmı, alınmayacaqmı? Ailən olduğu zaman bu daha ağır olur. Məncə, hər şey növbə ilə olmalıdı.
* Dini əqidələrlə bağlı müzakirələri o qədər də sevmirəm. Hamımız müsəlmanıq. Namazımızı qılır, ibadətimizi edirik. Bu, hər bir müsəlmanın borcudu.
* “10”u da bəyənirəm, “11”i də. Sadəcə, millidə "11" Ramil Şeydayevdə olduğundan, “10 nömrə”ni geyinirəm. Mənim üçün nömrənin o qədər də önəmi olmur. İkisi də sevdiyim rəqəmlərdi.
* “Qarabağ”da oynamasaydım və hələ də fəaliyyət göstərsəydi, “Bakı”da oynamaq istəyərdim. Amma düzü, yaxın gələcəkdə Azərbaycanda özümü “Qarabağ”dan başqa heç bir klubda təsəvvür etməmişəm və heç vaxt bu sualın cavabı barədə düşünməmişəm.
* Yığmanın baş məşqçi məsələsi ilə bağlı sualları çox eşitmişəm. Hər müsahibəmdə demişəm ki, yerli baş məşqçinin olması daha yaxşıdı. Kimin olduğunu deyə bilmərəm, amma azərbaycanlı olmasını çox istəyərəm. Çünki bizim mentallıq tam fərqlidi. Əcnəbi mütəxəssislər gələr, o qədər də söhbət etməzlər. Bizdə mentallıq elədi ki, daha çox söhbət etmək, yaxınlıq qurmaq lazımdı. Bu, bizə daha rahat olmağımız üçün lazımdı. Öz mütəxəssislərimiz hər bir oyunçunun xarakterini daha yaxşı bilirlər. Yerli baş məşqçi bizim üçün psixoloji üstünlükdü. Həm də millidə taktiki düzülüş çox da önəmli deyil. Yığmada daha çox psixoloji durum vacibdi. Millidə oyunlara hazırlaşmaq üçün müddət az olur. Bu, klub deyil ki, təlim-məşq toplanışı keçəsən, hazırlaşasan. Milli tam fərqli ab-hava deməkdi.
* Hazırda “Qarabağ”da ən güclü futbolçu kimdi? Bu dəqiqə Abdulla Zubirdi, mən onu bəyənirəm. Ümumilikdə isə birlikdə oynamasam da, ən çox bəyəndiyim futbolçu Leroy Corc olub. Zubir və Corcun arasındakı dövrdən isə Dani Kintananın adını çəkərdim.
* Ən çox sevdiyim kitab “Mən Zlatan İbrahimoviçəm”di. Mahnıya gəlincə, fransalı repçi Boobanın ifasını bəyənirəm.
* Ən sevimli komandam “Qarabağ”dı (gülür). Amma uşaqlıqdan “Qalatasaray”a azarkeşlik edirəm. Bu komandanı mənə ilk növbədə oyunçuları sevdirib. İstər George Haci olsun, istər Hakan Şükür, istərsə də Arda Turan. Harri Kyuell də var idi. Bu klubu bir çox oyunçularına görə sevmişəm. Həm də dayılarım daha çox futbolla maraqlandıqları üçün uşaqlıqdan görürdüm ki, hamısı “Qalatasaray” azarkeşidi.
* Bir çox önəmli qollarımı sadalaya bilərəm. Amma əlbəttə, ən yaddaqalan qolum 2017-ci ildə Bakıda Çempionlar Liqasının ilk pley-off matçında "Kopenhagen"ə vurduğumdu. Çünki o qolun önəmi böyük oldu, Çempionlar Liqasının qrup mərhələsinə yolumuz açıldı.
* Bombardirlik mənim üçün həmişə ikinci planda olub. Komandama fayda verməyin daha çox tərəfdarı olmuşam. Amma fürsət olanda yararlanmağa, bacardığım qədər çoxlu qol epizodlarına girməyə çalışıram. Düşünürəm ki, bombardirlik ikinci planda olmalıdı, Önəmlisi komanda üçün oynamaqdı.
* Zlatan İbrahimoviçin hər paylaşımını “layk” edirəm. Balıq tutmağa da həvəsim var. Zaqatalada balıq tuturam. Dayımın orda süni gölü var. Hər yay gedəndə gündə bir-iki saat yanında otururam. Tilovu gölə sallayır, dayımla söhbət edirik. Balığın isə özü gəlib qarmağa düşür (gülür).
* Hobbi deməzdim, amma bəzi məşğuliyyətlərim var. “Pleysteyşn” oynamağı xoşlayıram. Amma daha çox səviyyənin keçildiyi oyunları sevirəm.
* Futbolla vidalaşandan sonra yəqin ki fermada yaşayacam (gülür). Rayona gedəndə də ordakı işlərlə maraqlanıram. Boksçu Roy Consun həyatına baxıram, o da özünə fermada qəşəng şərait qurub, orda yaşayır.
* Əlbəttə, biznesimi böyütmək istəyirəm. Cənab Prezidentimiz, dövlətimiz kənd təsərrüfatına dəstək verir. Bunun sərfəli biznes olduğunu düşünürəm. Bacardığım qədər kömək etməyə çalışıram. Amma o işlərlə hazırda dayım və anam məşğul olur. Hələ çox yaxın getmir, sadəcə, boş vaxtımda maraqlanmağa çalışıram. Futbol elə işdi ki, başqa peşə ilə məşğul ola bilməzsiz. Yorğunluq çox olduğundan, fərqli sahəyə də diqqət ayırmaq çətindi.
HƏBİB hazırladı
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 15:16 “Şahdağ”ın prezidentinin futboldan anlayışı yoxdu Dünən, 15:12 Kamran Ağayev Elxan Məmmədovla telefonda danışıb Dünən, 15:10 Vaqif Sadıqov: “Namizədlər arasında yerli məşqçilərin adının olmasını məqsədəuyğun sayıram” Dünən, 14:51 Böhranın BOS-a aidiyyatı yoxdu Dünən, 14:49 Ruslanla “Keşlə” arasında qırğın davam edir Dünən, 14:48 Üçü hazırdı, “Keşlə” fikrə dalıb Dünən, 14:46 PFL dünən 90 medal təqdim etdi Dünən, 14:44 “Avropaya yollanmaq variantı olsa, dəyərləndirəcəm” Dünən, 14:41 Kamal Quliyev onu futbola qaytaranlara təşəkkür etdi Dünən, 14:37 “Universitatya” Sezarın yolunu gözləmir 9-07-2020, 11:45 Rəhbərlik “Şahdağ”ın futbolçularının maaşını vermir 9-07-2020, 11:41 “Keşlə”nin Ruslan Qurbanova borcu yoxdu 9-07-2020, 11:40 Klublar Bakını tərk edəcəklər 9-07-2020, 11:38 Avrokuboka qatılanlar avqustda hazır olmalıdı 9-07-2020, 11:36 Avrokubok iştirakçıları önündə “yaşıl işıq yandırıldı” 9-07-2020, 11:34 Tural Bayramlı “Keşlə”dən pula görə ayrılıb 9-07-2020, 11:28 Prosineçkinin uğur formulu 9-07-2020, 11:27 Mahir uçacaq? Ay uçdu a... 9-07-2020, 11:24 Qəbələ avrokubok təmsilçilərini qarşılamağa hazırdı 9-07-2020, 11:21 “Sumqayıt”ın ispan məşqçisi vətəninə getmək istəməyib 9-07-2020, 11:19 “Zirə” gözləmə mövqeyindədi 9-07-2020, 11:17 Messi, “Real”, Nicat və ...acgöz bizimkilər 7-07-2020, 21:20 “Zirə” Turalla Şəhriyarı istəyir 7-07-2020, 21:18 “Qarabağ” rəhbərliyi ispanlara yardım əlini uzadıb 7-07-2020, 21:17 Bu gedişlə yığmanı yerli mütəxəssis çalışdıracaq 7-07-2020, 21:16 KİVDF-nin qərarı narazılıq doğurdu 7-07-2020, 20:53 “Təslim olsaq, bizim üçün faciə yaşanacaq” 7-07-2020, 20:50 “Sabah” Sopiçi yola saldı 7-07-2020, 20:49 İsayevə ən çox pul təklif edən “Sabah”dı 7-07-2020, 20:48 Zaur Həşimovun gedişi Məqsədi pis vəziyyətdə qoyub 7-07-2020, 20:46 “Keşlə” Ruslan Qurbanova çatacaq pulu vermir 7-07-2020, 20:44 Elmar Baxşıyev büdcənin təsdiqlənməsini gözləyir 7-07-2020, 20:41 Nicat ikinci qolunu vurdu 7-07-2020, 20:40 Şəmkirdə “Kəpəz”in futbolçularına yuxu dərmanı veriblər 7-07-2020, 20:37 AFFA və PFL əməkdaşları işə çıxa bilmirlər 4-07-2020, 12:32 Ramiz Mirzəzadə "İdman TV"ni "CBC Sport"a dəyişdi 4-07-2020, 12:24 “Azərbaycanda futbol öldü, qızım” 4-07-2020, 12:18 Məşqçilər Komitəsi Kinin namizədliyindən xəbərsizdi 4-07-2020, 12:14 “Keşlə”nin adı gələndə tüklərim biz-biz olur” 4-07-2020, 12:07 “Çempionatdakı nəticələr və Avroliqaya vəsiqə qazana bilməməyimiz qərarda rol oynamadı” 4-07-2020, 12:03 Miçel və Romero qardaşları İspaniyaya uçdu 4-07-2020, 09:23 “Sumqayıt” gərək “çox sağ ol, koronavirus” desin” 4-07-2020, 09:18 PFL təqvimin bir neçə variantı üzərində işləyir 4-07-2020, 08:55 “Futbol+”in “rəmzi yığma”sına 105 futbolçu düşüb 4-07-2020, 08:48 “Sumqayıt” Türkiyədən maska sifariş edəcək 4-07-2020, 08:45 “Forza Neftçi” Geryeyə ismarıc göndərdi 4-07-2020, 08:40 “Qarabağ”la anlaşan Gerye azarkeşlərə səsləndi 4-07-2020, 08:37 “Vəziyyət belə davam etsə, avrokuboklarda bizi son 10 ildə görmədiymiz uğursuzluq gözləyir” 4-07-2020, 08:28 1 manata nə düşür ki?! 3-07-2020, 12:31 FIDE sentyabra kimi onlayn turnirlərlə kifayətlənəcək 3-07-2020, 12:30 “Azərikimya” rəhbərliyi Riad Rəfiyevi məyus yola salıb 3-07-2020, 12:27 FİFA “Sumqayıt” Futbol Akademiyasını nəzarətə götürüb 3-07-2020, 12:25 Avrokubok iştirakçıları ölkəni tərk etməyəcək 3-07-2020, 12:11 “Zirə” Zaur Həşimovla yolları ayırdı 3-07-2020, 12:09 AFFA “Lernayin Artsax” mövzusunda gözləmə mövqeyi tutur 3-07-2020, 12:07 Dabo Azərbaycana təşəkkür etdi 3-07-2020, 12:05 Cavid “Keşlə”yə havayı başa gəlib? Bütün xəbərlər
Ən çox oxunanlar