20 may 11:05olke

Ploeştidə meydandan qovulan Ramin Nəsibov imiş…


Qəzetimizin ötən həftə işıq üzü görən saylarında “Fənərbaxça”nın kapitanı Əmrə Belözoğlunun Arda ilə “instaqram” yayınında səsləndirdiyi bir fikrə toxunmuş, daha doğrusu, onun Türkiyənin U-15 yığmasındakı debüt oyununda Azərbaycanın qapısından 5 top keçirdiyinə dair iddiasının yanlış olduğunu üzə çıxarmışdıq. “Əmrənin debüt oyununda Azərbaycan Türkiyəni məğlub edib” sərlövhəli yazıda futbolçunun U-15 formasında həm yığmamızı, həm də fransızları üç dəfə məyus etdiyini də yazmışdıq. Artıq Əmrənin 7-ci qolu kimin qapısından keçirdiyi də bəllidi. 1995-ci il fevralın 22-də Berqamoda keçirilən oyunda türkiyəli yeniyetmələr alman həmyaşıdlarına 1:3 uduzub ki, komandasının yeganə qolu məhz Əmrənin adına yazılıb.
Mövzunun davamı kimi Ələkbər Cəfərovun çalışdırdığı yığmamızın həmin yaş qrupunun Avstriyada keçirilən U-17-lər arasında Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmağa çox yaxın olmasından da bəhs etmişdik. Rumıniyada keçirilən qrup oyunları ilə bağlı əlimizdə müəyyən maraqlı bilgilər var ki, sizlərlə bölüşməyə dəyər. Qrup oyununda Estoniyanı 3:1 məğlub edən yığmamızdan qolları “Bico” ləqəbi ilə tanınan Ramin Nəsibov (2) və hazırda “Neftçi”nin idman direktoru kimi çalışan Ceyhun Sultanov vurub.
Rumıniya ilə həlledici oyunda meydandan qovulan da Ramin Nəsibov olub. Meydandakı dava-dalaş zamanı rəqib oyunçunun tüpürcəyi Raminin formasındakı Azərbaycan gerbinin üzərinə düşüb. Dava böyüyüncə yalnız futbolçumuza “qırmızı” göstərilib. Hakimin qərəzli idarəçiliyi bununla bitməyib. Oyunun gedişində Ceyhuna arxadan açıq ayaqla zərbə endirsələr də, hakimin fiti susub. Halbuki həmin hərəkətin cəzası meydandan qovulmaq olmalıymış. Sona 3 dəqiqə qalmış qapımıza heç nədən təyin olunan penaltini qola çevirən rumınlar final mərhələsinə adlayıb. Ədalət naminə onu da deyək ki, oyunun gedişində meydan sahibləri də penalti ilə cəzalandırılıb. Sadəcə, Ələkbər müəllimin sevimli yetirmələrindən Namiq Həsənov hesabı açmaq baxımından əlverişli imkanı boşa verib...
HUŞƏNG
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 15:16 “Şahdağ”ın prezidentinin futboldan anlayışı yoxdu Dünən, 15:12 Kamran Ağayev Elxan Məmmədovla telefonda danışıb Dünən, 15:10 Vaqif Sadıqov: “Namizədlər arasında yerli məşqçilərin adının olmasını məqsədəuyğun sayıram” Dünən, 14:51 Böhranın BOS-a aidiyyatı yoxdu Dünən, 14:49 Ruslanla “Keşlə” arasında qırğın davam edir Dünən, 14:48 Üçü hazırdı, “Keşlə” fikrə dalıb Dünən, 14:46 PFL dünən 90 medal təqdim etdi Dünən, 14:44 “Avropaya yollanmaq variantı olsa, dəyərləndirəcəm” Dünən, 14:41 Kamal Quliyev onu futbola qaytaranlara təşəkkür etdi Dünən, 14:37 “Universitatya” Sezarın yolunu gözləmir 9-07-2020, 11:45 Rəhbərlik “Şahdağ”ın futbolçularının maaşını vermir 9-07-2020, 11:41 “Keşlə”nin Ruslan Qurbanova borcu yoxdu 9-07-2020, 11:40 Klublar Bakını tərk edəcəklər 9-07-2020, 11:38 Avrokuboka qatılanlar avqustda hazır olmalıdı 9-07-2020, 11:36 Avrokubok iştirakçıları önündə “yaşıl işıq yandırıldı” 9-07-2020, 11:34 Tural Bayramlı “Keşlə”dən pula görə ayrılıb 9-07-2020, 11:28 Prosineçkinin uğur formulu 9-07-2020, 11:27 Mahir uçacaq? Ay uçdu a... 9-07-2020, 11:24 Qəbələ avrokubok təmsilçilərini qarşılamağa hazırdı 9-07-2020, 11:21 “Sumqayıt”ın ispan məşqçisi vətəninə getmək istəməyib 9-07-2020, 11:19 “Zirə” gözləmə mövqeyindədi 9-07-2020, 11:17 Messi, “Real”, Nicat və ...acgöz bizimkilər 7-07-2020, 21:20 “Zirə” Turalla Şəhriyarı istəyir 7-07-2020, 21:18 “Qarabağ” rəhbərliyi ispanlara yardım əlini uzadıb 7-07-2020, 21:17 Bu gedişlə yığmanı yerli mütəxəssis çalışdıracaq 7-07-2020, 21:16 KİVDF-nin qərarı narazılıq doğurdu 7-07-2020, 20:53 “Təslim olsaq, bizim üçün faciə yaşanacaq” 7-07-2020, 20:50 “Sabah” Sopiçi yola saldı 7-07-2020, 20:49 İsayevə ən çox pul təklif edən “Sabah”dı 7-07-2020, 20:48 Zaur Həşimovun gedişi Məqsədi pis vəziyyətdə qoyub 7-07-2020, 20:46 “Keşlə” Ruslan Qurbanova çatacaq pulu vermir 7-07-2020, 20:44 Elmar Baxşıyev büdcənin təsdiqlənməsini gözləyir 7-07-2020, 20:41 Nicat ikinci qolunu vurdu 7-07-2020, 20:40 Şəmkirdə “Kəpəz”in futbolçularına yuxu dərmanı veriblər 7-07-2020, 20:37 AFFA və PFL əməkdaşları işə çıxa bilmirlər 4-07-2020, 12:32 Ramiz Mirzəzadə "İdman TV"ni "CBC Sport"a dəyişdi 4-07-2020, 12:24 “Azərbaycanda futbol öldü, qızım” 4-07-2020, 12:18 Məşqçilər Komitəsi Kinin namizədliyindən xəbərsizdi 4-07-2020, 12:14 “Keşlə”nin adı gələndə tüklərim biz-biz olur” 4-07-2020, 12:07 “Çempionatdakı nəticələr və Avroliqaya vəsiqə qazana bilməməyimiz qərarda rol oynamadı” 4-07-2020, 12:03 Miçel və Romero qardaşları İspaniyaya uçdu 4-07-2020, 09:23 “Sumqayıt” gərək “çox sağ ol, koronavirus” desin” 4-07-2020, 09:18 PFL təqvimin bir neçə variantı üzərində işləyir 4-07-2020, 08:55 “Futbol+”in “rəmzi yığma”sına 105 futbolçu düşüb 4-07-2020, 08:48 “Sumqayıt” Türkiyədən maska sifariş edəcək 4-07-2020, 08:45 “Forza Neftçi” Geryeyə ismarıc göndərdi 4-07-2020, 08:40 “Qarabağ”la anlaşan Gerye azarkeşlərə səsləndi 4-07-2020, 08:37 “Vəziyyət belə davam etsə, avrokuboklarda bizi son 10 ildə görmədiymiz uğursuzluq gözləyir” 4-07-2020, 08:28 1 manata nə düşür ki?! 3-07-2020, 12:31 FIDE sentyabra kimi onlayn turnirlərlə kifayətlənəcək 3-07-2020, 12:30 “Azərikimya” rəhbərliyi Riad Rəfiyevi məyus yola salıb 3-07-2020, 12:27 FİFA “Sumqayıt” Futbol Akademiyasını nəzarətə götürüb 3-07-2020, 12:25 Avrokubok iştirakçıları ölkəni tərk etməyəcək 3-07-2020, 12:11 “Zirə” Zaur Həşimovla yolları ayırdı 3-07-2020, 12:09 AFFA “Lernayin Artsax” mövzusunda gözləmə mövqeyi tutur 3-07-2020, 12:07 Dabo Azərbaycana təşəkkür etdi 3-07-2020, 12:05 Cavid “Keşlə”yə havayı başa gəlib? Bütün xəbərlər
Ən çox oxunanlar