18 may 14:27olke

Şahin Diniyev yığmanın baş məşqçisiz qalmasını məqsədəuyğun sayır


“Komandaların məşqlərə başlayacağı gün çox da uzaqda deyil”
Milli komandamızın sabiq baş məşqçisi Şahin Diniyev hazırda Məşqçilər Komitəsinin üzvü kimi fəaliyyət göstərir. Onunla premyer-liqanın mümkün bərpası, avrokuboklarda iştirak edəcək komandalar və yığmanın baş məşqçisi mövzuları ilə bağlı danışdıq.
- İki gün öncə AFFA-nın təşəbbüsü ilə PFL və premyer-liqa klubları arasında keçirilən iclasda çempionatın mümkün bərpası və bəzi yeniliklər müzakirə olundu. İclasda müzakirə olunan məsələlərlə bağlı fikirləriniz necədi?
- Müzakirələrin və qərarların detallarının tam fərqində deyiləm. Klublara koronavirusla bağlı testlərin keçirilməsi tövsiyə olundu. Bununla bağlı yardımın ediləcəyi bildirildi. Klubların məşqə başlaması, çempionatın taleyi ilə bağlı dəqiq məlumat yoxdu. Digər məsələ isə 5 futbolçunun əvəzlənməsi ilə bağlıdı.
- Premyer-liqanın mümkün bərpası ilə bağlı nə düşünürsüz? Nəzərə alaq ki, karantin dövrü mayın 31-dək nəzərdə tutulub və komandalara məşq üçün azı üç həftə vaxt lazımdı.
- Düşünürəm ki, çempionatı başa çatdırmaq mümkündü. 8 tur qalıb, kubokda da bir neçə oyun var. Mənə elə gəlir ki, qısa zamanda oyunları keçirərək, çempionatı yekunlaşdırmaq olar. Əvəzetmələrin sayının artırılması da bununla bağlıdı. Futbolçuların fiziki durumu həftədə bir yox, iki dəfə oynamağa imkan versin. Bununla da futbolçuların üzərinə düşən təzyiq azalmış olar. Əsas fikir çempiontın bərpası, oyunların tez bir zamanda keçirilməsi və liqanın yekunlaşdırılmasıdı. Düşünürəm ki, elə ən ideal variant da budu. Düzdü, elə məsələlər var ki, nə klublardan, nə də futbolçulardan asılıdı. Operativ Qərargah bu gün yenidən karantin qaydalarını yumşaltdı. Məncə, komandaların məşqlərə başlayacağı gün çox da uzaqda deyil.
- İstəməsək də, başqa ehtimal çempionatın bərpa olunmaması, vaxtından tez yekunlaşmasıdı. Bu hal baş versə, klubların avrokuboklarda iştirakı ilə bağlı sual yaranır. Sizcə, klubların avrokuboklara qatılması necə həyata keçirilməlidi?
- Sona 8 tur qalmış 1, 2 və 3-cü yerlər hardasa aydındı. Geriyə sadəcə, bir klub qalır, hansı ki, turnir cədvəlində 4-cü yeri tutaraq və ya kuboku götürərək gedə bilər. Bizdə yalnız bu problemdi. Bir var vəziyyət lap qarışıq ola, hamısının ilk “3-lüy”ə düşmək şansı ola, bu daha qəliz variantdı. Aydındı ki, “Qarabağ”, “Qəbələ” və “Keşlə” bir ayaqla artıq ordadı. 4-cü yer uğrunda isə bu üç komanda istisna olmaqla, qalanları mübarizə apara bilər. Çempionatın bərpa olunması 4-cü yer uğrunda daha ədalətli mübarizənin getməsi və vəsiqənin qazanılması üçün vacibdi. Düşünürəm və inanıram ki, çempionat bərpa olunacaq və avrokuboklara qatılacaq komandalar bu şəkildə müəyyənləşəcək.
- Bu vəziyyətin yaranması, çempionatın bərpa olunacağı halda daha sıx qrafikin qaçılmaz olması avrokuboklara gedəcək klublarımızın çıxışına necə təsir göstərə bilər?
- UEFA bu məsələni nəzərə alacaq. Avrokubok oyunları iyulda başlayırdısa, indi həmin tarixi 5-10 gün irəli çəkəndə, heç bir problem olmaz. Digər tərəfdən, düşünək ki, futbolçular böyük təzyiq altında da olmayacaqlar. İki ay ərzində onlar yetərincə istirahət ediblər. Mənə elə gəlir ki, bununla bağlı böyük problem olmayacaq. Əksinə, normal halda futbolçular iyunda istirahət edirdilərsə, indi 3 aya yaxın istirahət ediblər. Çempionatın bərpasından sonra 8 oyun və ardınca avrokubok qarşılaşmalarını təşkil etmək mümkündü.
- Digər qaranlıq məsələ milli komanda ilə bağlıdı. Yığmanın boş qalmış baş məşqçi postu üçün namizədlərlə danışıqlar pandemiya səbəbiylə dayandırılıb...
- Qərar verən, işə götürən, işdən azad edən federasiyadı. Amma mənim düşüncəmə görə, indiki halda milli komandaların oyunları keçirilmirsə, AÇ-2020 təşkil olunmayacaqsa, seçmə mərhələ oyunları da baş tutmayacaqsa, milliyə yeni baş məşqçi təyin etməyə ehtiyac yoxdu. Yığma oynamırsa, baş məşqçi də lazım deyil. Ola bilər ki, noyabr-dekabr aylarında hansısa yoldaşlıq oyunları keçirilsin, amma onun üçün indidən baş məşqçi təyin etməyə ehtiyac yoxdu. Düzdü, bu məsələlər mənim fikrimlə ölçülmür, sadəcə, düşünürəm ki, indidən baş məşqçi seçilməsi mənasızdı. Bir komanda oynamırsa, ona baş məşqçi təyin etmək lazımdı?
AYGÜL
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 15:16 “Şahdağ”ın prezidentinin futboldan anlayışı yoxdu Dünən, 15:12 Kamran Ağayev Elxan Məmmədovla telefonda danışıb Dünən, 15:10 Vaqif Sadıqov: “Namizədlər arasında yerli məşqçilərin adının olmasını məqsədəuyğun sayıram” Dünən, 14:51 Böhranın BOS-a aidiyyatı yoxdu Dünən, 14:49 Ruslanla “Keşlə” arasında qırğın davam edir Dünən, 14:48 Üçü hazırdı, “Keşlə” fikrə dalıb Dünən, 14:46 PFL dünən 90 medal təqdim etdi Dünən, 14:44 “Avropaya yollanmaq variantı olsa, dəyərləndirəcəm” Dünən, 14:41 Kamal Quliyev onu futbola qaytaranlara təşəkkür etdi Dünən, 14:37 “Universitatya” Sezarın yolunu gözləmir 9-07-2020, 11:45 Rəhbərlik “Şahdağ”ın futbolçularının maaşını vermir 9-07-2020, 11:41 “Keşlə”nin Ruslan Qurbanova borcu yoxdu 9-07-2020, 11:40 Klublar Bakını tərk edəcəklər 9-07-2020, 11:38 Avrokuboka qatılanlar avqustda hazır olmalıdı 9-07-2020, 11:36 Avrokubok iştirakçıları önündə “yaşıl işıq yandırıldı” 9-07-2020, 11:34 Tural Bayramlı “Keşlə”dən pula görə ayrılıb 9-07-2020, 11:28 Prosineçkinin uğur formulu 9-07-2020, 11:27 Mahir uçacaq? Ay uçdu a... 9-07-2020, 11:24 Qəbələ avrokubok təmsilçilərini qarşılamağa hazırdı 9-07-2020, 11:21 “Sumqayıt”ın ispan məşqçisi vətəninə getmək istəməyib 9-07-2020, 11:19 “Zirə” gözləmə mövqeyindədi 9-07-2020, 11:17 Messi, “Real”, Nicat və ...acgöz bizimkilər 7-07-2020, 21:20 “Zirə” Turalla Şəhriyarı istəyir 7-07-2020, 21:18 “Qarabağ” rəhbərliyi ispanlara yardım əlini uzadıb 7-07-2020, 21:17 Bu gedişlə yığmanı yerli mütəxəssis çalışdıracaq 7-07-2020, 21:16 KİVDF-nin qərarı narazılıq doğurdu 7-07-2020, 20:53 “Təslim olsaq, bizim üçün faciə yaşanacaq” 7-07-2020, 20:50 “Sabah” Sopiçi yola saldı 7-07-2020, 20:49 İsayevə ən çox pul təklif edən “Sabah”dı 7-07-2020, 20:48 Zaur Həşimovun gedişi Məqsədi pis vəziyyətdə qoyub 7-07-2020, 20:46 “Keşlə” Ruslan Qurbanova çatacaq pulu vermir 7-07-2020, 20:44 Elmar Baxşıyev büdcənin təsdiqlənməsini gözləyir 7-07-2020, 20:41 Nicat ikinci qolunu vurdu 7-07-2020, 20:40 Şəmkirdə “Kəpəz”in futbolçularına yuxu dərmanı veriblər 7-07-2020, 20:37 AFFA və PFL əməkdaşları işə çıxa bilmirlər 4-07-2020, 12:32 Ramiz Mirzəzadə "İdman TV"ni "CBC Sport"a dəyişdi 4-07-2020, 12:24 “Azərbaycanda futbol öldü, qızım” 4-07-2020, 12:18 Məşqçilər Komitəsi Kinin namizədliyindən xəbərsizdi 4-07-2020, 12:14 “Keşlə”nin adı gələndə tüklərim biz-biz olur” 4-07-2020, 12:07 “Çempionatdakı nəticələr və Avroliqaya vəsiqə qazana bilməməyimiz qərarda rol oynamadı” 4-07-2020, 12:03 Miçel və Romero qardaşları İspaniyaya uçdu 4-07-2020, 09:23 “Sumqayıt” gərək “çox sağ ol, koronavirus” desin” 4-07-2020, 09:18 PFL təqvimin bir neçə variantı üzərində işləyir 4-07-2020, 08:55 “Futbol+”in “rəmzi yığma”sına 105 futbolçu düşüb 4-07-2020, 08:48 “Sumqayıt” Türkiyədən maska sifariş edəcək 4-07-2020, 08:45 “Forza Neftçi” Geryeyə ismarıc göndərdi 4-07-2020, 08:40 “Qarabağ”la anlaşan Gerye azarkeşlərə səsləndi 4-07-2020, 08:37 “Vəziyyət belə davam etsə, avrokuboklarda bizi son 10 ildə görmədiymiz uğursuzluq gözləyir” 4-07-2020, 08:28 1 manata nə düşür ki?! 3-07-2020, 12:31 FIDE sentyabra kimi onlayn turnirlərlə kifayətlənəcək 3-07-2020, 12:30 “Azərikimya” rəhbərliyi Riad Rəfiyevi məyus yola salıb 3-07-2020, 12:27 FİFA “Sumqayıt” Futbol Akademiyasını nəzarətə götürüb 3-07-2020, 12:25 Avrokubok iştirakçıları ölkəni tərk etməyəcək 3-07-2020, 12:11 “Zirə” Zaur Həşimovla yolları ayırdı 3-07-2020, 12:09 AFFA “Lernayin Artsax” mövzusunda gözləmə mövqeyi tutur 3-07-2020, 12:07 Dabo Azərbaycana təşəkkür etdi 3-07-2020, 12:05 Cavid “Keşlə”yə havayı başa gəlib? Bütün xəbərlər
Ən çox oxunanlar