17 may 11:13olke

Skarlatake “Sumqayıt”la əlavə oyun istəyir


Dünən AFFA, PFL və klub rəsmilərinin keçirdiyi videokonfransdan və orda müzakirə olunan mövzulardan sonra çempionatın bərpa olunacağına dair inam artmağa başladı. Lakin hələ də Nazirlər Kabineti yanında Operativ Qərargahın idman yarışlarının bərpası ilə bağlı qərarının olmaması adamı düşünməyə vadar edir. Avropanın bəzi ölkələrində çempionatların startı və bərpası tarixləri açıqlanıb, bizdə isə durğunluqdu.
Əlbəttə, hər birimiz çempionatın başa çatdırılmasının tərəfdarıyıq. Lakin bu baş verməsə, avrokubok iştirakçıları indiki sıralamaya uyğun müəyyənləşəcək. Yəni “Qarabağ” birinci yerin sahibi kimi avtomatik Çempionlar Liqasında oynamaq imkanı qazanacaq. İkinci pillədə yer alan “Neftçi” ilə üçüncü sıradakı “Keşlə”nın Avroliqada çıxış etməklə bağlı problemi olmamalıdı.
Amma bu məsələnin maraqlı və sual doğuran tərəfi var. Dördüncü iştirakçı kim olacaq? Turnir cədvəlindəki sıralama qalan bir vəsiqənin “Sumqayıt”a çatmalı olduğunu deyir. Sadəcə, işin “əmma”sı var. Məsələ necədi? Bu gün sumqayıtlılarla zirəlilərin top fərqindəki nisbət “kimyaçılar”ın üzünü güldürür. Di gəl ki, Ayxan Abbasovun rəhbərlik etdiyi komanda rəqib qapılarından 24 top keçirdiyi halda, öz qapısından 32-ni buraxıb. Yəni mənfi 8-di. “Qartallar” rəqiblərini 25 dəfə məyus etdiyi halda, rəqiblər qəsəbə təmsilçisinin qapısının torunu 37 dəfə silkələyib. Bu isə mənfi 12 deməkdi. Rəqəmlərdən də göründüyü kimi, top fərqində “Sumqayıt” üstündü.
Belədə zirəlilər hansı əsasla səsinin tonunu qaldıra bilər, eləmi? Onların da iddia qaldırmaq üçün əsası var. Adı çəkilən komandalar cari mövsümdə üç dəfə üz-üzə gəliblər. 4-cü turda Sumqayıtda baş tutan görüşdə qonaqlar 2:1 hesablı qələbəni bayram ediblər. 10-cu turda Zirədə keçirilən qarşılama isə məhsuldar heç-heçə ilə nəticələnib – 2:2. Sonuncu, yəni 16-ci turda “Kapitan Bank Arena”da izlədiyimiz oyunda artıq “kimyaçılar” 2:1 hesabı ilə qalib gəlmişdi.
Gördüyünüz kimi, komandalar arasındakı şəxsi oyunların nəticələrində bərabərlik var. Hərəyə 1 qələbə qazanıblar, daha 1 matç heç-heçə sonuclanıb. Top fərqi də bərabərdi – 6:6. İş burasındadı ki, “Sumqayıt” yeganə qələbəni doğma meydanında əldə etdiyi halda, “Zirə” eyni uğura səfərdə sevinib. Yəni şəxsi görüşlərdəki ev-səfər prinsipindəki üstünlük qəsəbə təmsilçisinin xeyrinədi.
Kifayət qədər qarışıq, söz-söhbətə səbəb ola biləcək mövzudu. Düzdü, hələ sakitlikdi, necə olacağı bilinmir. Amma çempionat indiki vəziyyətdə başa çatdırılacağı halda, mütləq və mütləq narazılıq olacaq. Yəni sonuncu vəsiqə “Sumqayıt”a verilsə, zirəlilərin etirazı qaçılmazdı.
Ötən saylarımızın birində hər iki komandanın baş məşqçisinin fikirlərinə yer vermişdik ki, aldığımız açıqlamalardan “qan qoxusu” gəlmişdi. Ayxan Abbasov “hər çempionatın reqlamenti var. Premyer-liqamızın reqlamentinə görə bu gün top fərqinə görə “Sumqayıt” 4-cü pillədə qərarlaşıb. Bu pillədə kiminsə xoşuyla qərarlaşmamışıq, zəhmətimizlə gəlib çıxmışıq. Koronavirus premyer-liqanın bərpasına imkan verməsə, turnir cədvəlindəki sıralamanı digər klublar normal qarşılamalıdı. “Sumqayıt” 4-cü yeri haqq edib” demişdi. Zaur Həşimov isə “çempionat indiki vəziyyətdə dayandırılsa və “Sumqayıt” 4-cü yerin sahibi kimi Avroliqaya getsə, bu, “Zirə”yə qarşı haqsızlıq olar” ifadəsini çəkinmədən dilə gətirmişdi.
Bu dəfə hər iki komandanın “ağsaqqal”ına, başqa cür desək, kollektivin ən yaşlı futbolçularına tribuna verdik ki, görək onlar nə düşünür, mövqeləri necədi?
Adrian Skarlatake: “Düzü, elə bir qəribə vəziyyət yaranıb ki, nə deyəcəyimi bilmirəm. Bəli, hamı kimi mən də Avroliqaya “Zirə”nin vəsiqə qazanmasını istəyirəm. Amma bu iş mənim istəyimlə həll olunmayacaq. “Sumqayıt”ın baş məşqçisi dediyində haqlıdı, bu gün onlar 4-cü pillədə yer alıblar. Top fərqində onlar üstündü, şəxsi oyunlardakı göstəricidə isə səfərdə bizim qələbəmiz var. Baş çıxarmaq çətindi. Mövsüm bu cür başa çatsa, yaxşı olardı ki, “Sumqayıt”la “Zirə” öz arasında bir və ya iki oyun keçirsin və qalib bu nəticələrə görə müəyyənləşsin. Amma məncə, çempionat bərpa olunacaq və avrokubok iştirakçıları qarşıdakı 8 turun nəticələrinə əsasən müəyyənləşəcək. Belə olarsa, bizim yaxşı şansımız olacaq. AFFA, PFL nə məsləhət bilsə, elə də olacaq. Gözləyək”.
Rail Məlikov: “Mənim tək istəyim çempionatın bərpa olması və həmişəki qaydada başa çatmasıdı. Belədə haqq-ədalət yerini tapar, kiminsə ürəyində xal qalmaz. İnşallah, belə də olar. Yox, dediyiniz kimi olsa, yəni indiki vəziyyətdə tamamlansa, avrokubok iştirakçıları dünya standartlarına, çempionatın reqlamentinə uyğun müəyyənləşəcək. Yəni ilk “4-lük”dəki komandalar avrokuboklarda iştirak edəcək. Bu bizim istəyimiz deyil, FİFA-dan, UEFA-dan deyirlər, məsləhət bilirlər. Turnir cədvəlindəki sıralamaya uyğun addım atılır. “Zirə”nin bizi Sumqayıtda udması ciddi önəm daşımayacaq. Çünki faktiki 4-cü yerdə “Sumqayıt”dı. Elə ola bilərdi ki, “Zirə” bizim yerimizdə olardı, biz də onların. Belədə onlara uğurlar arzulayardıq. Ona görə də artıq söz-söhbətə, müzakirəyə ehtiyac yoxdu. Yenə deyirəm, çempionatın davam etməsinin tərəfdarıyam. İnşallah, avrokuboklara gedən komandalar meydandakı mübarizənin sonunda müəyyənləşər”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 15:16 “Şahdağ”ın prezidentinin futboldan anlayışı yoxdu Dünən, 15:12 Kamran Ağayev Elxan Məmmədovla telefonda danışıb Dünən, 15:10 Vaqif Sadıqov: “Namizədlər arasında yerli məşqçilərin adının olmasını məqsədəuyğun sayıram” Dünən, 14:51 Böhranın BOS-a aidiyyatı yoxdu Dünən, 14:49 Ruslanla “Keşlə” arasında qırğın davam edir Dünən, 14:48 Üçü hazırdı, “Keşlə” fikrə dalıb Dünən, 14:46 PFL dünən 90 medal təqdim etdi Dünən, 14:44 “Avropaya yollanmaq variantı olsa, dəyərləndirəcəm” Dünən, 14:41 Kamal Quliyev onu futbola qaytaranlara təşəkkür etdi Dünən, 14:37 “Universitatya” Sezarın yolunu gözləmir 9-07-2020, 11:45 Rəhbərlik “Şahdağ”ın futbolçularının maaşını vermir 9-07-2020, 11:41 “Keşlə”nin Ruslan Qurbanova borcu yoxdu 9-07-2020, 11:40 Klublar Bakını tərk edəcəklər 9-07-2020, 11:38 Avrokuboka qatılanlar avqustda hazır olmalıdı 9-07-2020, 11:36 Avrokubok iştirakçıları önündə “yaşıl işıq yandırıldı” 9-07-2020, 11:34 Tural Bayramlı “Keşlə”dən pula görə ayrılıb 9-07-2020, 11:28 Prosineçkinin uğur formulu 9-07-2020, 11:27 Mahir uçacaq? Ay uçdu a... 9-07-2020, 11:24 Qəbələ avrokubok təmsilçilərini qarşılamağa hazırdı 9-07-2020, 11:21 “Sumqayıt”ın ispan məşqçisi vətəninə getmək istəməyib 9-07-2020, 11:19 “Zirə” gözləmə mövqeyindədi 9-07-2020, 11:17 Messi, “Real”, Nicat və ...acgöz bizimkilər 7-07-2020, 21:20 “Zirə” Turalla Şəhriyarı istəyir 7-07-2020, 21:18 “Qarabağ” rəhbərliyi ispanlara yardım əlini uzadıb 7-07-2020, 21:17 Bu gedişlə yığmanı yerli mütəxəssis çalışdıracaq 7-07-2020, 21:16 KİVDF-nin qərarı narazılıq doğurdu 7-07-2020, 20:53 “Təslim olsaq, bizim üçün faciə yaşanacaq” 7-07-2020, 20:50 “Sabah” Sopiçi yola saldı 7-07-2020, 20:49 İsayevə ən çox pul təklif edən “Sabah”dı 7-07-2020, 20:48 Zaur Həşimovun gedişi Məqsədi pis vəziyyətdə qoyub 7-07-2020, 20:46 “Keşlə” Ruslan Qurbanova çatacaq pulu vermir 7-07-2020, 20:44 Elmar Baxşıyev büdcənin təsdiqlənməsini gözləyir 7-07-2020, 20:41 Nicat ikinci qolunu vurdu 7-07-2020, 20:40 Şəmkirdə “Kəpəz”in futbolçularına yuxu dərmanı veriblər 7-07-2020, 20:37 AFFA və PFL əməkdaşları işə çıxa bilmirlər 4-07-2020, 12:32 Ramiz Mirzəzadə "İdman TV"ni "CBC Sport"a dəyişdi 4-07-2020, 12:24 “Azərbaycanda futbol öldü, qızım” 4-07-2020, 12:18 Məşqçilər Komitəsi Kinin namizədliyindən xəbərsizdi 4-07-2020, 12:14 “Keşlə”nin adı gələndə tüklərim biz-biz olur” 4-07-2020, 12:07 “Çempionatdakı nəticələr və Avroliqaya vəsiqə qazana bilməməyimiz qərarda rol oynamadı” 4-07-2020, 12:03 Miçel və Romero qardaşları İspaniyaya uçdu 4-07-2020, 09:23 “Sumqayıt” gərək “çox sağ ol, koronavirus” desin” 4-07-2020, 09:18 PFL təqvimin bir neçə variantı üzərində işləyir 4-07-2020, 08:55 “Futbol+”in “rəmzi yığma”sına 105 futbolçu düşüb 4-07-2020, 08:48 “Sumqayıt” Türkiyədən maska sifariş edəcək 4-07-2020, 08:45 “Forza Neftçi” Geryeyə ismarıc göndərdi 4-07-2020, 08:40 “Qarabağ”la anlaşan Gerye azarkeşlərə səsləndi 4-07-2020, 08:37 “Vəziyyət belə davam etsə, avrokuboklarda bizi son 10 ildə görmədiymiz uğursuzluq gözləyir” 4-07-2020, 08:28 1 manata nə düşür ki?! 3-07-2020, 12:31 FIDE sentyabra kimi onlayn turnirlərlə kifayətlənəcək 3-07-2020, 12:30 “Azərikimya” rəhbərliyi Riad Rəfiyevi məyus yola salıb 3-07-2020, 12:27 FİFA “Sumqayıt” Futbol Akademiyasını nəzarətə götürüb 3-07-2020, 12:25 Avrokubok iştirakçıları ölkəni tərk etməyəcək 3-07-2020, 12:11 “Zirə” Zaur Həşimovla yolları ayırdı 3-07-2020, 12:09 AFFA “Lernayin Artsax” mövzusunda gözləmə mövqeyi tutur 3-07-2020, 12:07 Dabo Azərbaycana təşəkkür etdi 3-07-2020, 12:05 Cavid “Keşlə”yə havayı başa gəlib? Bütün xəbərlər
Ən çox oxunanlar