16 may 10:56olke

Hər şey hazırdı, başlaya bilərik!


Şamil Quliyev: “Respublika stadionu futbol üçün darıxıb”
Martın ikinci yarısı və aprellə müqayisədə həyat yavaş-yavaş əvvəlki axarına qayıtmaqdadı. Bir çox iş yerləri açılıb, ticarət obyektləri fəaliyyət göstərir, şəhərin mərkəzində sıxlıq müşahidə olunur. Gün keçdikcə koronavirusa yoluxanların sayının azalması, eyni zamanda şəfa tapan xəstələrin sayının artması xoş gələcəkdən xəbər verir.
Bizi düşündürən yeganə sual futbolun nə vaxt bərpa olunacağıdı. “Azerifootball” saytı premyer-liqa təmsilçilərinin bu gündən məşqlərə başlayacağını yazır. “Sumqayıt”ın AFFA rəhbərliyinə bir köynək yaxın olan prezidenti Riad Rəfiyevin “report”a verdiyi açıqlamada “komandalara mayın 15-dən hazırlığı bərpa etmək icazəsi verilə bilər” sözləri də tunelin sonundakı işıq təsiri bağışlayır. Qeyri-rəsmi mənbələrdən isə artıq bir neçə gündü elita təmsilçilərinin məşqləri 3-3, 4-4 şəklində bərpa etməsi ilə bağlı məlumat almışıq. Qısası, əlimizdə sevinməyə, ən yaxşısına ümid etməyə kifayət qədər əsas var. Bircə qalır qərarın verilməsi.
Futbol – yay həyəcanı, iqtisadiyyata dəstək
Dünya mətbuatını yaxından izləmək peşə borcumuz olduğundan, 30-a yaxın ölkənin milli çempionatları bərpa etməyə hazırlaşdığını deyə bilərik. Yəni bir neçə həftə əvvəlki təhlükə kifayət qədər səngiyib, futbol başbilənləri mühüm qərarlarla yadda qalmaqdadı.
Bizdəki vəziyyət isə hələ də qeyri-müəyyəndi. Daha doğrusu, bəzi suallar var ki, insanlar arasında fikir ayrılığı yaradır. Məsələn, ölkədaxili voleybol və basketbol yarışlarının ləğvi artıq rəsmən təsdiqlənib. Həndbol yarışlarının ləğvi də an məsələsidi. Mövcud durum adamda premyer-liqanın da vaxtından əvvəl başa çatacağına dair qorxu yaradır. Amma digər kollektiv idman növləri ilə futbolu tərəzinin eyni gözünə qoymaq mümkündümü? Bu nə dərəcədə ədalətli olar? Qarşıdan yay gəlir, yəni avrokubok həyəcanı başlayacaq. Belə deyək, insanların əsas məşğuliyyət növü yolunu stadionlardan salıb, təmsilçilərimizi dəstəkləməkdən ibarətdi. Bununla yanaşı, əcnəbi komandaların və azarkeşlərin ölkəmizə axını da iqtisadi baxımdan kifayət qədər sərfəlidi. Odu ki, aidiyyatı qurumlar futbolun bərpası üçün çalışmalıdı.
AFFA rəhbərliyi dəstək olmalıdı
Premyer-liqanın davam etməsində əsas yük birmənalı şəkildə AFFA rəhbərliyinin üzərinə düşür. Bu cür qarışıq vəziyyət yaranıbsa, “yuxarılar”a PFL-dən bir yox, bir neçə addım yaxın olan AFFA rəhbərliyi lazımi addımları indidən atmalıdı. Daha doğrusu, həmin addımlar atılır. Ölkənin bir nömrəli futbol qurumu çempionatın keçirilməsinə və təşkilinə cavabdehlik daşıyan PFL-ə bacardıqca kömək etməyə çalışır. Çünki futbolun bərpasında bizim qədər futbol başbilənləri də maraqlıdı. Sadəcə, belə xəbərlər, məlumatlar otaqdan bayıra çıxmır, məxfi saxlanılması məsləhət görülür. AFFA rəhbərliyi futbol bərpa olunmayacağı halda hansı itkilərə yol verildiyini və veriləcəyini yaxşı bilir.
Belə vəziyyətdə həmkarlarımızın Nazirlər Kabineti yanında Operativ Qərargahın rəsmiləri ilə brifinqdə futbolla bağlı sual verməməsi xoş hal sayıla bilməz. Düzdü, bəzi hallarda idmanla bağlı soruşublar. Amma söhbət konkret futboldan gedirsə, mənzərə ürəkaçan deyil. Yaxşı olardı ki, Operativ Qərargahın mətbuat katibi İbrahim Məmmədova, yaxud üzvlərə futbolla bağlı birbaşa sual ünvanlansın.
Stadionlar da hazırdı
Elitada məşqçilik edən və top dalınca qaçan, eləcə də texniki və inzibati heyətin əməkdaşları veriləcək müsbət qərarı səbirsizliklə gözləyir. Hamının gözü yolda, qulağı səsdədi. Futbolçuların ikiaylıq fasilədən sonra fiziki durumlarını yaxşılaşdırmaq üçün 2-3 həftəlik təlim-məşq toplanışı ideal vaxt sayılmasa da, az da deyil. Yəni 15-20 günlük hazırlıqdan sonra oyunlara start verib, davamını gətirmək olar. Maşallah, hamısı da birağızdan çempionatın bu şəkildə başa çatmasını yox, davam etməsini istəyir.
Stadionların durumu da idealdı. Otun özünü tutan vaxtı, yəni yazda oyunlar keçirilmədi. Bununla da qazonlar yüklənmədən qorundu, normal qulluq qəbul etmiş oldular. Bəzi klubların mətbuat katibləri ilə söhbətdən sonra meydanların oyunları qəbul etməyə tam hazır olduğuna əmin olmaq mümkündü. Oturacaqların tozunu silməyə də gərək yoxdu. Çünki premyer-liqada mübarizə davam etsə belə, oyunlar azarkeşsiz keçiriləcək. Əsas qazonun durumu göz oxşasın.
Əlaqə saxladığımız Tofiq Bəhramov adına Respublika stadionun direktoru Şamil Quliyev də fikirlərimizi təsdiqlədi: “Qazonun durumu ideal vəziyyətdədi. Lazım olsa, şəklini çəkib sizə göndərə bilərəm. Karantin dövründə personal tam gücü ilə çalışırdı, ota lazımi şəkildə qulluq olunurdu. Respublika stadionu futbol üçün darıxıb”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
25-05-2020, 17:50 U-19 liqasının formatında dəyişiklik olmayacaq 25-05-2020, 17:49 İcraiyyə Komitəsi növbəti həftə yığışacaq 25-05-2020, 17:48 Foqts yığmamızın sayəsində liderlər sırasındadı 25-05-2020, 17:36 Futbolumuzun əcnəbiləri bir çatışmazlığı qeyd etdilər 25-05-2020, 17:34 “Təəssüf ki, “Bakı”nın bazası ilə bağlı belə məsələlər oldu” 25-05-2020, 17:26 Aftandil Hacıyev mövsümün bərpasını istəmir 25-05-2020, 13:43 Yaşar Bəşirov lisenziya müəmmasına aydınlıq gətirdi 25-05-2020, 13:31 “Azərbaycan millisini seçdiyimə görə valideynlərimə Bakının mərkəzində mənzil verilməyib” 25-05-2020, 13:29 Aydan ulduZa Türkiyə futbolu 25-05-2020, 13:20 “Nə göz-qaş edirsən, baş məşqçi artıq yatıb, istirahət etmək istəyirəm” 24-05-2020, 11:13 Yayın ilk keçidi Amin Seydiyev oldu 24-05-2020, 10:56 Agentlər Aminin ölkə xaricinə yollanacağını düşünürlər 24-05-2020, 10:47 EFA, “Fireland Football Club”, “Dortmund Bakı”, yox bir qaşqaldaq… 24-05-2020, 10:28 Koronavirus olmasaydı... 24-05-2020, 10:25 “Futbolu qaldırsa, veteranlar qaldıracaq” 23-05-2020, 11:14 Əməkdar məşqçi ölüm-qalım mübarizəsi aparır 23-05-2020, 11:02 “Qəbələ”nin elitada ilk qolunun müəllifi dükan işlədirmiş 23-05-2020, 10:58 AFFA-da qanvermə aksiyası 23-05-2020, 10:57 Bakı UEFA-ya təminat verib 23-05-2020, 10:54 “Ximki”: elita əvəzinə 2-ci dəstəyə 22-05-2020, 16:41 “Stəkan bir yana, əl altında olan hər şey paltardəyişmə otağında uçurdu!” 22-05-2020, 16:32 “Neftçi” bilərəkdən “Bəhramov”a sürgün edildi” 22-05-2020, 11:33 Kurtinaytis 300 nəfər qonaq üçün qəsr icarəyə götürüb 22-05-2020, 11:30 Kamran “Ximki”nin ən məhsuldar futbolçusudu 22-05-2020, 11:29 “Qarabağ”ın həkimi fikir bildirməkdə çətinlik çəkir 22-05-2020, 11:26 Yaşar Vahabzadə “Kəpəz”in futbolçularına kökəlməməyi tapşırıb 22-05-2020, 11:23 Mehman Allahverdiyev cəzalı ola-ola meydana çıxıb 22-05-2020, 11:21 Elxan müəllim, bəs qərar açıqlanacaqdı? 22-05-2020, 11:17 PFL növbəti videkonfransa qatıldı 22-05-2020, 11:16 “Kəpəz”lə “Turan Tovuz” istənilən qərara razı olacaq 22-05-2020, 11:13 “Xaqani Məmmədovun sanki sumqayıtlı hakimlərə qarşı allergiyası var idi” 20-05-2020, 11:30 AFFA divizionda və liqalarda mövsümü erkən bitirir 20-05-2020, 11:27 “Sumqayıt”da 55 nəfər testdən keçdi, “Qəbələ” isə gözləyir 20-05-2020, 11:25 Rövşən Hüseynli birbaşa pley-offa keçməyi təklif etdi 20-05-2020, 11:24 Futzal çempionatında durum futboldakından fərqlidi 20-05-2020, 11:20 Jurnalistlər yerli məşqçinin tərəfdarıdı 20-05-2020, 11:18 Nazarovun qol sevinci yadda qaldı 20-05-2020, 11:17 Millət vəkillləri çempionatın bərpasını istəyir 20-05-2020, 11:14 İsmayıllı Olimpiya İdman Kompleksindən məhkəməyə şikayət olundu 20-05-2020, 11:12 “Futbolla vidalaşandan sonra yəqin ki fermada yaşayacam” 20-05-2020, 11:10 UEFA təxirə saldı, PFL-in rəisi maraqlı şərh yazdı 20-05-2020, 11:09 Brifinqdə yenə futbol unudulmadı 20-05-2020, 11:05 Ploeştidə meydandan qovulan Ramin Nəsibov imiş… 18-05-2020, 14:27 Şahin Diniyev yığmanın baş məşqçisiz qalmasını məqsədəuyğun sayır 18-05-2020, 14:26 Ramin Musayev müalicə aldığına görə videokonfransa qatılmayıb 18-05-2020, 14:13 Yığma üzvlərinin maaşı aprelin sonunda ödənilib 18-05-2020, 14:10 “Qurban Qurbanova “deputatsan, toxunulmazlığın var, futbolçunu itələyərlər də” dedim” 18-05-2020, 14:07 Futzal niyə yada düşmədi? 18-05-2020, 14:05 Şensoy Konkovu təbrik etməyəcək 18-05-2020, 13:59 “Avrokuboklara gedəcək klublar indidən hazırlaşmalı, məşq etməlidilər” 18-05-2020, 13:57 Futbolçular yeniliyi müsbət qarşıladılar 18-05-2020, 13:53 Mətbuat Şehiçi “yoluxdurdu” 18-05-2020, 13:37 “Azərbaycandakı iqlim qazon saxlamaq üçün əlverişli deyil” 18-05-2020, 13:32 Futbolla bağlı qadağa bu həftə götürüləcək 17-05-2020, 11:28 Türk şahmatçı Mahir Məmmədovun FIDE-də çalışmasını düzgün saymır 17-05-2020, 11:26 Karlsen bizimkiləri “görmür” 17-05-2020, 11:20 Beş əvəzləmənin müsbət və mənfi tərəfləri Bütün xəbərlər
Ən çox oxunanlar