17 apr 21:11olke

Qurban Qurbanov “İnter”i “ilin komandası” adlandırdı

Qurban Qurbanov “İnter”i “ilin komandası” adlandırdı
“Bu, kubokun final matçına əlavə motivasiya verəcək”
Əvvəlcə meydan sahiblərinin baş məşqçisi jurnalistlərin suallarını cavabladı. Zaur Svanadze məğlubiyyəti itkilərlə və yorğunluqla əlaqələndirdi: “Qarabağ”ı çempionluq münasibətilə təbrik edirəm. Bəzi çətinliklərimiz var idi. Müdafiədəki problemləri nəzərdə tuturam. Xüsusilə müdafiənin cinahlarında İlkin Qırtımovla Slavik Alxasovun yoxluğu öz təsirini göstərdi. Yaxşı ki, vaxtından əvvəl 3-cü pilləni təmin etdik. Yoxsa bizim üçün çətin olardı. Növbəti iki oyunda, ola bilsin, gənc futbolçulara üstünlük verək. Uşaqlar çox yorulublar. Bizdə həm də transfer qadağası var. Gənc oyunçulara şans verilməsi həm də bu cəhətdən əhəmiyyət kəsb edir. Rauf əvəzlənməyinə sərt etiraz etdi? Elə də ciddi etiraz etmədi. Hamı oynamaq istəyir. Sadəcə, o, yorulmuşdu, buna görə əvəzlədim”.
Qurban Qurbanovla sorğu-sual bir qədər uzun çəkdi:
- Futbolçularımı təbrik edirəm. Azarkeşlərimizi də həmçinin. Titulu qorumaq çətin olsa da, vəzifəmizdi. Buna nail olmaq xoşdu. “İnter”i “ilin komandası” adlandırardım. Çətinliklərə baxmayaraq, layiqli oyun göstərdilər. Hamısı öz oyunçularımızdı. Onlara uğurlar arzulayıram. İstərdim ki, şəraitləri düzəlsin, imkanları genişləsin.
- Komanda 5-ci dəfə çempion oldu. Mövsümü sizin üçün ideal saymaq olar?
- Mən əla qiymət verə bilərəm. Ancaq hər şey ideal deyil. Ardıcıl 4-cü dəfədi çempionluq bizə nəsib olur. Bəzən futbolçular titul qazanandan sonra həvəsdən düşürlər. İstəməzdik ki, bizdə də belə olsun.
- Növbəti iki turda əsas heyətə istirahət verəcəksiz?
- 4-cü dəfə çempion olmaq çox xoşdu. Bu bizim işimizdi. İdmançı daim maksimum nəticə üçün meydana çıxmalı, özünü yaxşı formada saxlamalıdı. Çətin olsa da, bunu bacardıq. Bu, kubokun final matçına əlavə motivasiya verəcək. Amma kubok tam fərqli turnirdi. Qalan iki matçda oyunçulara istirahət verməyəcəyik. Bu il cəmi 14 oyun keçirmişik, bu da çox azdı. Oyun təcrübəsini artırmalıyıq. Zədə alan oyunçularımız oldu. Məsələn, Almeyda bir neçə matçı buraxdı. Əksinə, qalan görüşlərdə də kim hazır olsa, ona şans verəcəyik. Çünki istirahət etməyə vaxtları olacaq. Zədəli futbolçularımız da yavaş-yavaş geri qayıdırlar. Onların təcrübə toplamağa ehtiyacları var.
- Düşünmək olarmı ki, sabahdan Çempionlar Liqası ilə bağlı planlar qurmağa başlayacaqsız?
- Çempionatın sonuna qədər buna vaxt ayıracam. Yəqin ki, transferlə bağlı əlavə sual olacaq. Bəli, komandada dəyişiklik olacaq. Heyəti genişləndirmək istəyirik. Çünki mövsümün gedişində 4-5 futbolçumuz zədəli oldu. Geniş heyətə ehtiyacımız var. Bəzi futbolçularla danışıqlar davam edir.
- Hansı mövqeləri gücləndirməyə daha çox ehtiyac duyursuz?
- Hər xətdə dəyişikliyə ehtiyacımız var. Bu o demək deyil ki, o xətlərdə problemimiz var.
- Danışıq apardığınız oyunçular arasında yerlilər varmı?
- Hazırda yoxdu.
- Bədavi Hüseynovla Dani Kintananın durumu necədi?
- Kintana ancaq yay toplanışında komandaya qoşulacaq. Bədavi isə məşqlərə başlayıb. Ağrısı yoxdu. Qarşıdakı oyuna bir həftə vaxt var. Ola bilər ki, ona qədər hazır olsun.
- Çempionatın tez başa çatması yay toplanışı ilə bağlı planlarınızda dəyişikliyə səbəb olacaq?
- Tolanışa tez başlayacağıq. Futbolçuların daha çox dincəlməyə ehtiyacları var. İlboyu oynayırlar, istirahət etmirlər. Zədələr də bu yüklənmələrdən əmələ gəlir. Bu bizim üçün şans olacaq. Oyunçular daha çox dincələ biləcəklər. Millimizin toplanışı olacaq. Bildiyim qədər ayın 15-dən toplaşırlar. Qarşıdakı günlərdə proqramımızı müəyyənləşdirəcəyik.
- “Neftçi” ilə son turdakı matçın prinsipiallığı nə dərəcədə qalıb?
- “Neftçi” və “Qarabağ” ölkənin ən köklü iki klubudu. Bu komandaların oyunlarında azarkeş həmişə maraqlı oyun gözləyib. Çalışacağıq baxımlı oyun göstərək ki, azarkeşlər zövq alsınlar. Oyunumuzla, davranışımızla onları stadiona cəlb etməyə çalışmalıyıq. “Neftçi” və “Qarabağ” bu baxımdan bir nömrədi.
- Riçard Almeydanı sırf bu oyun üçün saxlamışdız?
- Ötən oyunda əsas heyətdə meydana çıxmağa tam hazır deyildi. Bu gün də tam hazır deyildi. Bilirdik ki, 90 dəqiqə meydanda ola bilməz. Ona görə də ikinci hissədə əvəzlədim. Yorğun halda meydanda saxlamağın bir faydası yoxdu. 60 dəqiqə bütün gücünü göstərdi. Düşünürəm ki, qarşıdakı oyuna daha hazırlıqlı olacaq.
- Rəşad Sadıqovun komandası U-19 liqasında çempionluğa çox yaxındı. Sizcə, onun üçün hansı çempionluq daha əzizdi?
- Bunu mən deyə bilmərəm. Çox istəyirəm ki, Rəşad ilk məşqçilik ilində çempion olsun. Komandası hazırda 1-ci pillədə gedir. Məşqçiliyə başlayanda çempionluq əldə etmək asan deyil. Rəşadın yaxşı məşqçi olmaq üçün böyük potensialı var. Birdən-birə belə uğur onun gələcək işinə də müsbət təsir edəcək.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 01:16 Ayxan Abbasov ehtiyatlı danışdı Dünən, 14:11 Şəhriyar Parisdə beşinci oldu Dünən, 14:09 Kamran “gümüş”lə kifayətləndi Dünən, 14:08 Məğlubiyyət və “sülh” Dünən, 14:06 Voleybol millimiz qələbəyə həsrət qaldı Dünən, 14:05 Nəfəskəsən mübarizədən Rikkyardo qalib ayrıldı Dünən, 14:02 Yığmada ikinci Alesio dönəmi başlayır Dünən, 14:01 Fanklublar “Zirə” ilə “İnter”i dəstəkləməyəcək Dünən, 13:59 Vaqif Sadıqov Məşqçilər Komitəsinin planlarını açıqladı Dünən, 13:58 “Neftçi” bu gün başlayır Dünən, 13:57 “İnter”də nə müqavilələr yenilənib, nə də maaşlar verilib Dünən, 13:54 “Milli Dəstə” iş başında olmayacaq Dünən, 13:52 “Qarabağ” ÇSKA-dan 5 qol “yedi” Dünən, 13:49 Şeydayev darmadağına sevindi Dünən, 13:22 David Manqa “Zirə”ni və Bakını təriflədi Dünən, 13:19 “Zirə” rumın müdafiəçi ilə münasibətləri rəsmiləşdirdi Dünən, 13:18 “Ayntraxt”ın məşqçisi Renatın üstün cəhətlərindən danışdı Dünən, 13:16 AFFA-dan maliyyələşən klublara mayın maaşı verilməyib Dünən, 13:14 “Ölüm sükutu var idi, heç kim ürək edib nəsə demək istəmirdi” Dünən, 13:11 “Qəbələ”dən növbəti transfer Dünən, 13:09 “İstəyirik ki, cəlb edəcəyimiz hücumçu nəinki “Qəbələ”nin, həm də çempionatımızın siması olsun” 25-06-2017, 23:16 AÇ üçün heyət açıqlandı 25-06-2017, 23:15 Ölkə çempionatı başa çatdı 25-06-2017, 23:14 Ukrayna ilə bacarmadıq 25-06-2017, 23:13 Nağı Səfərova yenə etimad göstərildi 25-06-2017, 23:12 Bakıda “Red Bull”dan əzələ nümayişi 25-06-2017, 23:10 Kamran Şahsuvarlı finalda 25-06-2017, 23:08 Əliyar Ağayev “Rusenborq”un oyununa təyinat aldı 25-06-2017, 23:07 UEFA-nın MDB üzrə əlaqələndiricisi “Futbol+”ə danışdı 25-06-2017, 23:05 “Zirə”nin oyununda təcrübəsiz qazax 25-06-2017, 22:56 “Qarabağ” oyuna çıxır, “Samtredia” hücumçuyla gücləndi 25-06-2017, 22:55 “Neftçi” rəsmisi gördüyü işdən danışmaq istəmədi 25-06-2017, 22:44 “Zirə”də yayın məsələsində qeyri-müəyyənlikdi 25-06-2017, 22:43 “Dalğa Arena” avrokubok oyunlarına hazırdı 25-06-2017, 22:42 Patrik Klyuvert “Vətən”ə təşəkkür edib 25-06-2017, 22:37 Sloveniyada AÇ-yə gerisayım başlayır 25-06-2017, 22:36 Fransa millisinin sabiq yarımmüdafiəçisi “Qəbələ”də 25-06-2017, 22:34 Futzal millimiz yenə braziliyalıya tapşırılacaq 25-06-2017, 22:33 Yığmamız qrupda qaldı 25-06-2017, 22:31 BOK prezidenti MOK-a məktub göndərdi 25-06-2017, 22:30 Ayxan Abbasov “Zirə”ni Avroliqaya hazır sayır 25-06-2017, 22:27 "Zirə" rumın müdafiəçi transfer etdi 25-06-2017, 22:09 TRANSFER DOSYESİ 25-06-2017, 22:07 Zirə azarkeşləri oyunun Mərdəkanda keçirilməsindən razıdı 25-06-2017, 22:06 “Sumqayıt” jurnalistlər üçün iftar süfrəsi açdı 25-06-2017, 22:03 “Zirə”nin legionerləri Türkiyədə ləngidi 23-06-2017, 20:23 Avropa Yay Olimpiya Festivalına lisenziya qazandılar 23-06-2017, 20:22 Otellərin sayı artsa, Bakıya daha çox “Formula-1” azarkeşi gələcək 23-06-2017, 20:20 Ronaldoya millinin forması hədiyyə olundu 23-06-2017, 20:17 Emil Balayev “Səbail”ə keçərkən Qurban Qurbanovla danışmayıb 23-06-2017, 20:14 “Zirə” biletlərin qiymətini açıqladı 23-06-2017, 20:12 Əliyar FİFA karyerasına sıfırdan başlayır... 23-06-2017, 20:09 “Samtredia” ilə ilk oyunun başlama vaxtı dəqiqləşdi 23-06-2017, 20:08 “İnter”in rəqibi son çempionu məğlub etdi 23-06-2017, 20:06 Avroliqanın debütantı mübarizəyə hazırdı 23-06-2017, 20:00 Sumqayıtda mükafatlandırma 23-06-2017, 19:56 Yığmanın baş məşqçisi Ermənistanla oyundan danışdı Bütün xəbərlər
Ən çox oxunanlar