11 may 10:47olke

Samir Zərgərov vaxtını güləşçi dostları ilə keçirir


“Tərslikdən araya koronavirus girdi”
Azərbaycan futbolunda elə bir tendensiya yaranıb ki, özünə klub tapa bilməyən, ya da futboldan küsüb arxa çevirənlər bir anın içində yoxa çıxır. Bir də baxırsan ki, vaxtlə avrokuboklarda çıxış edən, medallar qazanan, uzun illər premyer-liqada top dalınca qaçan hansısa oyunçu qeyb olub.
Belələrinin siyahısı genişdi: Kamran Ağayev, Vaqif Cavadov, Elnur Allahverdiyev, Elnur Abdullayev, Samir Zərgərov. Adı çəkilənlərdən ara-sıra da olsa, xəbər olur. Biri təklif gözləyir, digəri kənarda durmağı üstün tutur. Samir isə 2018-də “Kəpəz”dən ayrılan gündən yoxdu. Nə üzünü görürük, nə də səsi məşqçilikdən gəlir. Açığı, onun da bir çox keçmiş futbolçular kimi dolanmaq üçün başqa sahəyə üz tutduğunu, 31-32 yaşında özünə iş yeri tapa bilmədiyi üçün futboldan diksindiyini düşünürdüm. Elə ona görə də əlaqə saxladım ki, vəziyyəti ilə maraqlanım, keçmişdən söhbət edək. Sən demə, “Qəbələ” ilə “İnter”in heyətində bürünc medal qazanmış, bu iki komandanın sıralarında Avroliqada 15 oyuna çıxmış, “Şəmkir”lə kubokun sahibi olmuş, vaxtilə 6 oyunda U-21-in şərəfini qorumuş, milli çempionatlar tarixində 300-ə yaxın oyunda forma geymiş sabiq “6 nömrə” məşqçiliyə başlamaq niyyətindədi.
“Hə, bir az ovdan uzaq adamam, gedən deyiləm”
- Necəsən? Neynirsən?
- Allaha şükür, yaxşılıqdı. Karantin günləridi, uşaqları Göygölə (keçmiş Xanlar rayonu – H.) gətirmişəm. Futbolla vidalaşandan sonra ya Bakıda oluram, ya da burda. İnşallah, ölkədə vəziyyət yaxşıya doğru dəyişsin, Bakıya qayıdacam.
- “Vidoş”u (Vidadi Rzayev – H.) görürsən?
- Həmişə gələndə görüşürdük. Bu dəfə nəsə görməmişəm.
- Nə əcəb?
- Çox yaxın deyilik, bir az yol var. Həm də karantindi, küçədə-bayırda gəzmək olmur.
- Yəqin ovla aran yoxdu, ona görə.
- (gülür) Hə, bir az ovdan uzaq adamam, gedən deyiləm. Düz deyirsiz, bəlkə də ona görədi.
- Elə ona görə evdəsən. Yoxsa Vidadi səni evdə oturmağa qoymazdı.
- Özü də bilir ki, aram yoxdu.
- Nə işlə məşğulsan?
- Heç bir məşğuliyyət yoxdu, qardaş. Boşluq, bekarçılıqdı. Futbolu atandan əsasən evdə otururam, uşaqlarla məşğul oluram. Futbollara baxıram, arada dost-tanışla görüşüb, söhbətləşirik. Belə deyim, heç yerdə işləmirəm.
- Bəs ailəni necə dolandırırsan?
- Şükürlər olsun, hələ ki o vaxt futboldan qazandıqlarımızdan yeyib-içirik. O da bir yerə kimidi.
- Özünə iş, biznes qurmusan?
- Yox, qardaş. Elə bir biznesim yoxdu. Vaxtında 3-5 manat var idi, indi onu yeyirik.
- Nə vaxta kimi?
- Görək də, Allah böyükdü, inşallah, bir iş tapılar.
“Tərslikdən araya koronavirus girdi”
- Gələcəklə bağlı nə düşünürsən?
- Düşündüyüm odu ki, bəlkə nə vaxtsa Azərbaycan futbolunda əziyyəti olmuş insanlar yada düşər, bizə də bir gün ağlayan tapılar. Başqa nə düşünə, nə gözləyə bilərəm ki? Yəqin ki bir iş tapılar.
- Məşqçi olmaq istəmirsən?
- Niyə istəmirəm? Guya futbolçu karyerasını başa vuran adamların əlindən başqa nə iş gəlir? Ya məşqçi olurlar, ya da menecer. Gələcəkdə özümü məşqçilik sənətində görürəm.
- Bunun üçün kateqoriyaya sahib olmalısan. İlk mərhələ üçün C lisenziyasına.
- Bilirəm, xəbərim var. Özüm də bu işin içindəyəm. Açığı, kateqoriya ilə bağlı müraciət etmişdim, hər şeyi də həll etmişdim. Bircə qalırdı dərslərdə iştirak edib, imtahan vermək. Tərslikdən araya koronavirus girdi. Ona görə işim dolaşığa düşdü. Allahın köməyi ilə ara sakitləşsin, oxuyacam. Məşqçi olmaq istəyirsənsə, təhsil vacibdi. Futbol oynamışıq, bu o demək deyil ki, hər şeyi bilirik. Məşqçiliyin də öz sirləri var.
- Bu dəqiqə ölkə futboluna hara daş atırsan, məşqçiyə dəyir. Maşallah, məşqçidən çox məşqçi var. Hətta PRO kateqoriyası olanlar da işsiz qalıb. Bu qədər əziyyət çəkib kateqoriya alasan, sonra da iş tapa bilməyəsən…
- İş olacaq, ya olmayacaq – bu sonranın işidi. Məşqçi olmaq istəyən şəxs kateqoriya təhsili almalıdı, imtahan verməlidi. Yolun başında olanda gələcəkdə nə olacağını heç kim bilmir. Amma addım atırsan, düzdü? İndi kateqoriyası olub işsiz gəzənlər çoxdu deyə oxumayım? Bu da düzgün yanaşma deyil axı. Əlimdə sənəd olmalıdı ki, sabah hansısa qapını döyüb iş istəyə bilim. Ya da kimsə dəvət etsə, bilsin ki, əlimdə lisenziyam var.
“Sadəcə, yaş və təcrübə söhbəti var”
- Karyeranı 2018-də, yəni 32 yaşında başa vurdun. Sənin yaşıdların, hətta səndən yaşca böyüklər hələ də premyer-liqada top dalınca qaçırlar. Tələsdin, yoxsa bezdin?
- Sözün düzü, heç biri. Kimlər ki hələ də oynayır, Allah ayaqlarına qüvvət versin, uğurları bol olsun. Bu gün top dalınca qaçan təcrübəlilərin, demək olar hamısı özümə qardaş bildiyim uşaqlardı. O ki qaldı 32 yaşda bitirməyə, bezməmişdim, əksinə, oynamaq istəyirdim. Tələskənlik də deməzdim. Çünki yenə oynayacağımı düşünürdüm deyə, bir müddət gözlədim. Sadəcə, təklif olmadı. Təklif olmayandan sonra oturub illərlə gözləmək olmur. Ona görə də futbolla 32 yaşım tamam olmamış sağollaşdım.
- Birinci diviziondan da təklif yox idi?
- Qardaş, öz aramızdı... Necə deyim, necə başa salım...
- Hə, karyeran boyunca elitada oynamısan deyə, aşağı dəstədə top dalınca qaçmağın yeri yox idi.
- Yeri yox idi deməyək. Orda top dalınca qaçan dəyərli qardaşlar var, Allah hər birinin ruzisini yetirsin. Mən özüm də 17-18 yaşım olanda birinci divizionda “Ədliyyə”də oynamışam və bunu özümə ayıb bilməmişəm. Sadəcə, yaş və təcrübə söhbəti var.
- Vaxtilə çiyin-çiyinə oynadığın futbolçularla əlaqən var?
- Əlbəttə, var. Çoxuyla tez-tez danışıram. Elnur Abdullayevdi, Ruslan Əmircanovdu, İlkin Qırtımovdu. Ən yaxın dostlarım güləşçilərdi. Düzü, çox vaxt onlarla oluram.
- Biri elə gəncəli Toğrul Əsgərov...
- Toğruldu, yaxın dostum Cəbrayıl Həsənovdu, başqa uşaqlar da var.
- Özün də nə vaxtsa güləşlə məşğul olmusan?
- Yox, mənimki əvvəldən elə futbol olub.
- Bəs niyə məhz güləşçilər?
- İnternatdan yaranan münasibət və dostluqdu. Mən indiki Bakıxanov qəsəbəsindəki ROİL-də (Respublika Olimpiya İdman Liseyi – H.) oxumuşam. Güləşçi uşaqların çoxu ilə sinif yoldaşı olmuşuq.
“Futbolda futbolu bilən insanlar işləməlidi”
- Çempionatı izləyirsən?
- Əlbəttə. Demək olar ki, bütün oyunlara baxıram. Mövsümün əvvəlindən bəri 4-5 oyunu buraxmışam bəlkə. Futbolsuz qala bilmirəm, həftəsonunu gözləyirəm ki, stadiona gedib oyuna baxım. Ömrümün 25 ilini futbola vermişəm, zarafat deyil.
- Səmimi de, premyer-liqa kənardan necə görünür?
- Qardaş, mən həmişə səmimiyəm. Nə var, nə görürəm, onu da deyirəm. Mən haqq-ədalətin yanında olan adamam. Bu gün çempionat keçirilir, belə baxırsan, pis deyil. Sonuncu pillədəki komanda da Avroliqaya vəsiqə qazanmağa can atır. Bircə “Qarabağ”ın aşkar üstünlüyü var, o da aydın məsələdi. Amma 10-15 il əvvəlki çempionat deyil.
- Niyə?
- Çünki komanda sayı azdı, bölgə təmsilçiləri yoxdu. İstənilən ölkənin çempionatına rəng qatan bölgələrdən olan komandalar və azarkeşlərdi. Sizi inandırım, 10-12 komanda olsun, onlardan heç olmasa, 3-4-ü bölgələri təmsil etsin, görün mübarizə necə qızışacaq. Özüm neçə il “İnter”də oynadım, sizi inandırım, rayonlara gedəndə əziyyət çəkirdik. İstər Lənkəranı olsun, istər Qəbələsi, Zaqatalası və ya Gəncəsi – həqiqətən çətin idi. Bölgələrdə futbolun olması gələcək nəslə də xeyirdi. Özünüz də görürsüz ki, son illər gənc nəsil əvvəlki kimi yetişmir. Halbuki regionlarda böyük futbol olsa, 3-5 ildən sonra faydasını görərik. Böyük futbol olmayanda həm uşaqlarda maraq olmur, həm də futbola ciddi yanaşılmır.
- Futbolçuların əksəriyyəti azarkeşlərin stadiona gəlməməsindən gileylənir. İndi özün çempionatı kənardan izləyirsən. Azarkeşlərin biganəliyini başa düşürsən?
- Açığı, yox. Mən belə deməzdim. Razıyam, bizdəki futbol Avropanın aparıcı ölkələrindəki kimi deyil. Amma bərbad durumda olduğunu da düşünmürəm. Bu gün yaxşı futbol sərgiləyən komandalar və keyfiyyətli futbolçular var. Bir çox oyunlar həddən artıq maraqlı keçir. Ona görə də azarkeşlər gəlib baxmalıdı. Həm də futbolu nə qədər baxımlı oynayırsan-oyna, stadionda heç olmasa, 5-10 min tərəfdar olmayandan sonra o futbolun ləzzəti olmur. Çünki futbola rəng qatan tribunalardı, tribunalardakı ab-havadı.
- Əslin Göygöldəndi, yəni Gəncənin eyvan qonşusundan. Gəncə futbolu ilə bağlı sualım var.
- Buyurun.
- “Kəpəz”in şərəfini qoruyan futbolçular var idi ki, adları dillərdə gəzirdi. Lakin bu gün Rövşən Əhmədov, Fazil Pərvərov, Faiq Cabbarov, İmamyar və Yadigar Süleymanov qardaşları, Ceyhun Tanrıverdiyev, Tofiq Məmmədov, Firuz Qulami, Hüseyn Məhəmmədov, Xaliq Mərdanov kimilər kənarda qalıb. Niyə belədi? Özləri səhlənkardı, yoxsa soyuq münasibətin “qurbanlarıdı”?
- Adını çəkdiyiniz futbolçuların əlinin altında böyümüşük, futbolu sevmişik. Əlbəttə, ürəkağrıdan mənzərədi, düz deyirsiz. Amma mən burda kiminsə səhlənkar olduğunu deyə bilmərəm. Çünki futbolu sevən, illərini topa, meydana qurban verən adam səhlənkar ola bilməz, işdən qaçmaz. Bu gün Gəncə futbolunun bəlası, bilirsiz, nədi? Gəncədə böyük futbol yoxdu. “Kəpəz” olsa, sizi inandırım, adlarını çəkdiklərinizin əksəriyyəti işləyər. Biri əsas komandada, o biri əvəzedicilərdə, bir başqası U-17-də, U-15-də, U-13-də... Premyer-liqada bir komandanın olması azı 10-15 nəfərin işlə təmin olunması deməkdi. Bəlkə də daha çoxunun. Həm də təkcə məşqçilik işi deyil axı. Kimsə klub funksioneri kimi işləyər, kimsə başqa vəzifədə. Premyer-liqada “Kəpəz” yoxdu deyə, vəziyyət belədi. İndiki büdcəylə o qədər məşqçi saxlamaq mümkün deyil. Gərək yaxşı büdcə olsun.
- Səni başa düşürəm. Amma dünənə kimi “Kəpəz” elitada çıxış edirdi, normal da büdcə var idi. Axı, Rövşən, Fazil, Firuz, Ceyhun, Faiq, Tofiq onda da futbolsuz qalmışdı.
- (fikirləşir) Vallah, buna bir söz deyə bilmərəm. Ağır sualdı, cavab verə bilməyəcəm. Bir şeyi bilirəm ki, futbolda futbolu bilən insanlar işləməlidi. Hərə bir cür yanaşır, gedib kiminsə yaxasından yapşıb demək olmur ki, bunu belə elə.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 11:13 Yayın ilk keçidi Amin Seydiyev oldu Dünən, 10:56 Agentlər Aminin ölkə xaricinə yollanacağını düşünürlər Dünən, 10:47 EFA, “Fireland Football Club”, “Dortmund Bakı”, yox bir qaşqaldaq… Dünən, 10:28 Koronavirus olmasaydı... Dünən, 10:25 “Futbolu qaldırsa, veteranlar qaldıracaq” 23-05-2020, 11:14 Əməkdar məşqçi ölüm-qalım mübarizəsi aparır 23-05-2020, 11:02 “Qəbələ”nin elitada ilk qolunun müəllifi dükan işlədirmiş 23-05-2020, 10:58 AFFA-da qanvermə aksiyası 23-05-2020, 10:57 Bakı UEFA-ya təminat verib 23-05-2020, 10:54 “Ximki”: elita əvəzinə 2-ci dəstəyə 22-05-2020, 16:41 “Stəkan bir yana, əl altında olan hər şey paltardəyişmə otağında uçurdu!” 22-05-2020, 16:32 “Neftçi” bilərəkdən “Bəhramov”a sürgün edildi” 22-05-2020, 11:33 Kurtinaytis 300 nəfər qonaq üçün qəsr icarəyə götürüb 22-05-2020, 11:30 Kamran “Ximki”nin ən məhsuldar futbolçusudu 22-05-2020, 11:29 “Qarabağ”ın həkimi fikir bildirməkdə çətinlik çəkir 22-05-2020, 11:26 Yaşar Vahabzadə “Kəpəz”in futbolçularına kökəlməməyi tapşırıb 22-05-2020, 11:23 Mehman Allahverdiyev cəzalı ola-ola meydana çıxıb 22-05-2020, 11:21 Elxan müəllim, bəs qərar açıqlanacaqdı? 22-05-2020, 11:17 PFL növbəti videkonfransa qatıldı 22-05-2020, 11:16 “Kəpəz”lə “Turan Tovuz” istənilən qərara razı olacaq 22-05-2020, 11:13 “Xaqani Məmmədovun sanki sumqayıtlı hakimlərə qarşı allergiyası var idi” 20-05-2020, 11:30 AFFA divizionda və liqalarda mövsümü erkən bitirir 20-05-2020, 11:27 “Sumqayıt”da 55 nəfər testdən keçdi, “Qəbələ” isə gözləyir 20-05-2020, 11:25 Rövşən Hüseynli birbaşa pley-offa keçməyi təklif etdi 20-05-2020, 11:24 Futzal çempionatında durum futboldakından fərqlidi 20-05-2020, 11:20 Jurnalistlər yerli məşqçinin tərəfdarıdı 20-05-2020, 11:18 Nazarovun qol sevinci yadda qaldı 20-05-2020, 11:17 Millət vəkillləri çempionatın bərpasını istəyir 20-05-2020, 11:14 İsmayıllı Olimpiya İdman Kompleksindən məhkəməyə şikayət olundu 20-05-2020, 11:12 “Futbolla vidalaşandan sonra yəqin ki fermada yaşayacam” 20-05-2020, 11:10 UEFA təxirə saldı, PFL-in rəisi maraqlı şərh yazdı 20-05-2020, 11:09 Brifinqdə yenə futbol unudulmadı 20-05-2020, 11:05 Ploeştidə meydandan qovulan Ramin Nəsibov imiş… 18-05-2020, 14:27 Şahin Diniyev yığmanın baş məşqçisiz qalmasını məqsədəuyğun sayır 18-05-2020, 14:26 Ramin Musayev müalicə aldığına görə videokonfransa qatılmayıb 18-05-2020, 14:13 Yığma üzvlərinin maaşı aprelin sonunda ödənilib 18-05-2020, 14:10 “Qurban Qurbanova “deputatsan, toxunulmazlığın var, futbolçunu itələyərlər də” dedim” 18-05-2020, 14:07 Futzal niyə yada düşmədi? 18-05-2020, 14:05 Şensoy Konkovu təbrik etməyəcək 18-05-2020, 13:59 “Avrokuboklara gedəcək klublar indidən hazırlaşmalı, məşq etməlidilər” 18-05-2020, 13:57 Futbolçular yeniliyi müsbət qarşıladılar 18-05-2020, 13:53 Mətbuat Şehiçi “yoluxdurdu” 18-05-2020, 13:37 “Azərbaycandakı iqlim qazon saxlamaq üçün əlverişli deyil” 18-05-2020, 13:32 Futbolla bağlı qadağa bu həftə götürüləcək 17-05-2020, 11:28 Türk şahmatçı Mahir Məmmədovun FIDE-də çalışmasını düzgün saymır 17-05-2020, 11:26 Karlsen bizimkiləri “görmür” 17-05-2020, 11:20 Beş əvəzləmənin müsbət və mənfi tərəfləri 17-05-2020, 11:17 Klublar Komitəsinin iclasında daha çox təqvim müzakirə olunub 17-05-2020, 11:13 Skarlatake “Sumqayıt”la əlavə oyun istəyir 17-05-2020, 11:10 “Ağsu Siti” yeni arenaya köçür 16-05-2020, 10:56 Hər şey hazırdı, başlaya bilərik! 16-05-2020, 10:31 “Qəbələ”nin 195 iddialısı 16-05-2020, 10:27 “Neftçi” liderdi, baş məşqçinin oğlu bombardir 16-05-2020, 10:23 Namaşko “Keşlə”dən yeni müqavilə gözləyir 16-05-2020, 10:19 Baba yaşında ...ata olacaq 16-05-2020, 10:15 Elnur Əşrəfoğlu: “İndi həmin şərhimə qulaq asanda gülməyim gəlir” 16-05-2020, 10:09 Türklərə qarşı oynayan yığmanı Ələkbər Cəfərov çalışdırıb Bütün xəbərlər
Ən çox oxunanlar