08 may 14:55olke

“Şablon çıxışlarla futbolu inkişaf etdirmək qeyri-mümkündü”


Rasim Əhmədov problemlərdən və çıxış yollarından danışdı
Azərbaycan futbolunun problemlərindən danışan istənilən mütəxəssis sonda mütləq uşaq futboluna toxunur, ilk növbədə bu sahədəki çatışmazlığa aradan qaldırmağın vacibliyini qeyd edir. Bu fikirlər artıq neçə illərdi səslənir. Ancaq aylar-illər ötsə də, nədənsə durum dəyişmir ki dəyişmir. Mövzu ilə bağlı bu dəfə qonağımız 20 ildən artıqdı uşaqlarla çalışan Rasim Əhmədovdu. Sumqayıtdakı 1 saylı İdman Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbində işləyən 43 yaşlı məşqçi ilə söhbətdə indiki uşaqlarla əvvəlki nəsilləri müqayisə etdik, liqalardakı təşkilatçılığa toxunduq, klublarla idman məktəblərinin şəraiti, infrastrukturu arasında paralellər apardıq.
- Uşaqlarla işləmək çətindi, yoxsa peşəkarlarla?
- Ümumi götürsək, məşqçi işləmək çox çətindi. Peşəkar komandada peşəkarlarla çalışmağın öz çətinliyi var, uşaqlarla işləməyin öz. Ancaq mənə elə gəlir, uşaqlarla işləmək daha çox məsuliyyət tələb edir. Çünki hər şey təməldən asılıdı. Təməl düzgün qoyulursa, həmin uşaq gələcəkdə böyük futbola keçə bilir, yox əksi baş verirsə, uşaq nə qədər istedadlı olarsa belə, onun peşəkar futbolçu olmaq ehtimalı sıfrın altındadı. Heç bir peşəkar komandada futbolçuya topu saxlamağı, düzgün ötürmə verməyi başa salmırlar. Peşəkarlığın öz tələbləri var. Onlardan nəticə tələb olunduğu üçün məşqçi hansısa futbolçunun texniki fəndləri düzgün yerinə yetirməsinə vaxt ayırmaq istəmir. Onun daha vacib işləri var. Peşəkar komandada məşqçi korpusu kollektivi daha çox taktiki-texniki yöndə hazırlayır. Uşaq futbolu isə tam fərqli sahədi. Burda işləyən məşqçilərdən daha çox səbr tələb olunur. Baxırsan uşaqda sürət var, fiziki göstəriciləri gələcəkdə normal futbolçu olmasına imkan verir, ancaq topla davranışı, qapıya zərbə texnikası, ötürmə və top saxlaması çox zəifdi. Məcbursan ki, günlərlə, aylarla hər birinin üstündə işləyəsən, hər xırdalığı uşağa başa salasan. Bunu etməsən, Allahın ona verdiyi istedad məhv olub gedəcək.
- Niyə bizdə əksər futbolçular karyerasını başa vuran kimi əsas və ya əvəzedici komandada çalışmaq istəyir? Onları uşaq futbolundan uzaqlaşdıran nədi?
- Belələrinin sayı çoxdu. Ancaz bizdən fərqli Avropada tanınmış futbolçular məşqçi karyerasına başlayanda ilk növbədə uşaq futboluna üz tuturlar. Azərbaycanda isə aşağı yaş qruplarına daha çox məşqçilikdə ilk addımlarını atmağa başlayanlar gəlir. Ancaq əksinə olmalıdı. Çünki yenə deyirəm, uşaq futbolu təməl deməkdi. Böyük futboldan gələn və məşqçilikdə ilk addımını atan veteran texniki cəhətdən uşaqlara daha çox şey başa sala bilər, nəinki futbol oynamayıb ali təhsil alanlar. İkincilər nəzəriyyəni bilir, ancaq futbolun incəliklərindən xəbərsizdilər. Peşəkar futbol oynayanlar isə praktik cəhətdən məşqçi kimi uşağa daha çox şey öyrədə bilər. Təəssüf ki, bizdə nədənsə adlı-sanlı futbolçular məşqçiliyə başlayanda uşaq futboluna yuxarıdan aşağı baxırlar. Ancaq son vaxtlar bu yöndə də vəziyyət yaxşılığa doğru dəyişməyə başlayıb. Görürsən ki, akademiyaların aşağı yaş qruplarında tanınmış futbolçular çalışır.
- Bir məşqçi üçün idman məktəbində çalışmaq asandı, yoxsa klubda?
- Prinsipcə məşqçi orda da eyni işi görür, burda da. Yəni heç kim “mən klubda işləyirəm deyə idman məktəbində çalışan məşqçidən daha çox şey bilirəm” deyə bilməz. Təməl hər yerdə eynidi. Klublarda keçirilən məşqlər idman məktəblərində də keçirilir. Hər şey çalışdırıcının işindən, məşqlərə yanaşmasından asılıdı. Top, meydan, qaydalar hər yerdə eynidi.
- Bəs şərait baxımından necə?
- Şəxsən mənim çalışdığım idman məktəbində futbol məşqçiləri üçün hər şərait yaradılıb. Məktəbin rəhbəri, olimpiya mükafatçısı Fuad Aslanov bizim bütün tələblərimizi yerinə yetirir. Uşaqlar təbii örtüklü meydanda məşq edirlər. Klubun yeganə üstünlüyü ondadı ki, yaş qrupları daha çoxdu. Məsələn, bizdə uşaqlar13-14 yaşa kimi çıxış edə bilirlər. Ondan sonra artıq mıəcburdular başqa klublara üz tutsunlar. Yəni sona qədər ilk gündən gəldiyi komandada qalmır. Klublarda isə A komandaya yüksəlmək perspektivi var. Onu da deyim ki, idman məktəbləri klublar üçün baza rolunu oynayır. Bizim məktəbin neçə-neçə yerirməsi bu gün “Sumqayıt”la yanaşı, “Qəbələ”də, “Neftçi”də və adını çəkmədiyim klublarda çıxış edir. Aralarında öz yaşına uyğun yığmalarda çıxış edənlər də var. Futbol ictimaiyyəti də onları həmin klubların yetirmələri kimi tanıyır. Daha deyən yoxdu ki, U-17-də oynayan uşaq 14 yaşa kimi hansısa idman məktəbində yetişib. Çox istərdim idman məktəblərinə şərait yaradılsın və onlar da yuxarı yaş qrupları arasında keçirilən liqalara komanda çıxara bilsinlər.
- Bu gün uşaq futbolunda pul var?
- İşimizə görə maaş alırıq.
- Mən başqa mənada soruşdum. Söylənilənlərə inansaq, bəzi komandalarda məşqçilər uşağa valideynin cibinə görə münasibət göstərirlər. Yəni istedadı olan, ancaq kasıb ailədən çıxanın yerinə “taxta”, atası imkanlı olan uşağı oynadırlar...
- Mən rəhmətlik Tofiq Rzayevlə bu gün “Sumqayıt” Futbol Akademiyasında çalışan Ağamusa Bağırovun yanında futbolun sirlərini öyrənmişəm. Rəhmətlik həmişə deyəri ki, sən öz işinə ciddi yanaş, heç kimin haqqına girmə. Pul əvvəl-axır özü gəlib səni tapacaq. Biz belə tərbiyə alımışıq deyə, bu cür xoşagəlməz münasibət bizə yaddı. Ancaq ola bilsin, hansısa klublarda, idman məktəblərində belə hallar yaşanır. Elin gözü tərəzidi. Necə deyərlər, od olmayan yerdən tüstü çıxmaz. Yəqin kimlərsə belə haqsızlıqlarla üzləşiblər və buna görə ictimaiyyət arasında bu gün belə fikirlər dolaşır. Fikrimcə, 5-10 manata görə istedadlı uşağın yolunu kəsməyi heç Allah da götürməz.
- Bəzən aşağı yaş qruplarında çalışan məşqçilərin etik normaları aşıb uşaqları təhqir etdiklərinin şahidi olmuşuq. Bu nədən qaynaqlanır?
- İstər ali məktəbdə keçirilən pedaqoqika dərslərində, istərsə də AFFA-nın təşkil etdiyi məşqçi kurslarında “uşaqla davranış qaydaları” keçirilir. Uşağı söyməklə və ya döyməklə heç bir məşqçi heç nə əldə edə bilməz. Onsuz da sən nə desən də, uşaq meydanda öz bildiyini edəcək. Yaxşı olardı ki, məşqçilər məşq zamanı onlara necə oynamaq lazım olduğunu səbrlə başa salsınlar.
- 20 ildən artıqdı uşaqlarla çalışırsız. İndiki nəsillə əvvəlkilər arasında nə fərq var?
- Açığı, ildən-ilə uşaqlarda hər mənada geriləmə hiss olunur. Əvvəllər uşaqlar küçə futbolunda “bişib”, məşqə gəlirdilər. Ayağı top tuturdu, başı pis-yaxşı işləyirdi. İndikilər sanki məşqdə də hər şeyi vizual, yəni kompüterdəki kimi etmək istəyirlər. Fikirləşirlər ki, məşqçinin əlində düymə var, onu basacaq və o Ronaldo olacaq. Onlara “hər şey alın təriylə qazanılır” deməkdən yorulmuşam. Top çiləməyi belə zorla öyrədirik. Müasir texnika indiki nəsli çox tənbəl yetişdirir. Əvvəllər şərait yox idi, ancaq uşaqlar ağllı və bacarıqlı idilər. İndi şərait yüksək olsa da, səviyyə aşağı düşüb. Yaradıcılıq baxımından da çox zəifdilər.
- Niyə futboldan söz düşəndə hamı birağızdan uşaq futbolundakı problemlərdən danışıb, inkişaf üçün bu sahədəki çatışmazlıqları vurğulayırlar? Bəzən deyirlər ki, uşaq məşqçiləri öz işlərini düzgün qurmurlar...
- Əslində düz deyirlər. İnkişaf ibtidaidən aliyə doğru getməlidi. Yəni bu gün uşaq futbolunda təməl düz qoyularsa, sabah bunun faydasını görərik. Ancaq mənə maraqlı gələn başqa məqamdı. Bütün gün telekanallarda, mediada futbolumuzun axsamasının səbəbinin uşaq futbolunda olduğunu bildirən mütəxəssisləri, özünü futbol bilicisi kimi tanıdan şəxsləri nədənsə heç vaxt liqaların oyunlarında görmürəm. Heç biri özünə əziyyət verib, istirahətindən bir neçə saat ayırıb liqaların oyunlarını izləmək istəmir. Bəlkə də aralarında belələri var. Təəssüf ki, mənim qarşıma çıxmayıblar. Kənarda dayanıb pafoslu çıxış etmək çox asandı. Gəlsinlər və problemləri yerində görsünlər. Onda biləcəklər ki, nədən başlayıb, nədə qutarmaq lazımdı. Şablon çıxışlarla futbolu inkişaf etdirmək qeyri-mümkündü. Hərdən mənə elə gəlir, kimin sözü qurtarırsa, başlayır uşaq futbolu haqda nağıllar danışmağa və hamısı da eyni sözləri təkrarlayır.
- AFFA-nın bayrağı altında təşkil olunan müxtəlif yaş qrupları üzrə liqaların təşkilindən razısız, yoxsa narazı?
- 10 ilə yaxındı ki, mənim rəhbərliyim altında müxtəlif yaş qrupları Şimal zonasında çıxış edirlər. İldən-ilə səviyyənin qalxdığını qeyd etməliyəm. Düzdü, müəyyən çatışmazlıqlar var, ancaq iş olan yerdə belə də olmalıdı. Məni ən çox narahat edən liqalarda hakimliyin səviyyəsidi. Əvvəllər aşağı yaş qruplarına da hakimlərin işini qiymətləndirmək üçün komissarlar təyin olunurdu. Meydana çıxan referi də qiymətinin aşağı olacağından ehtiyatlanıb işinə daha məsuliyyətlə yanaşırdı. İndi nümayəndə gəlmədiyindən bəzən ədalət təmsilçiləri məsuliyyətsilik edirlər. Bundan başqa, formatda da müəyyən dəyişikliklər etməyin zamanı çatıb. Məsələn, şimal zonasından Bakıda keçirilən final mərhələsinə vəsiqə qazanmaq üçün komanda minimum 27-28 oyun keçirməlidi. Bəzən elə olur ki, başqa zonalarda bundan daha az matça çıxan komanda final mərhələsində çıxış etmək hüququ qazanır. Demək istəyirəm ki, şərtlər hamı üçün eyni olmalıdı. Ümumilikdə liqaların təşkilatçılığında problem yoxdu.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 14:17 “Ağsu Siti”nin prezidenti AFFA-ya üsyan etdi Bu gün, 14:15 “Xəzər Lənkəran”ın futbolçuları 250 min iddiasına cavab verdi Bu gün, 14:13 Əsgər Abdullayev Naxçıvanda qalıb Bu gün, 14:09 Stamenkoviçdən insanlıq nümunəsi Bu gün, 10:29 “Heç-heçəyə görə bizi axşam saat 9-a qədər hərbi hissədə saxladılar” Bu gün, 09:53 Klublar siqnal gözləyir Bu gün, 09:50 Barış “Austriya”ya lazım olmadı, Riçard da göndərilir Bu gün, 09:46 Nikolay Adam Mahiri “Ayntraxt”a təklif edib Bu gün, 09:39 Zaqatalada “Viktoriya”ya çevrilən “Qələbə”… Bu gün, 09:36 Eldar Əzimzadəyə həsr olunan film çəkilib 27-05-2020, 18:42 “Haralar” rəhbərliyi ad məsələsinə aydınlıq gətirdi 27-05-2020, 18:41 Hakan Sünal 11 azyaşlını müsəlman etdi 27-05-2020, 18:40 Firdovsi Umudov haqqında yazılanlara münasibət bildirdi 27-05-2020, 18:38 Rasim Kara Likioyuya sualla cavab verdi 27-05-2020, 18:37 “Şahdağ”ın 165 min manatı havaya uçdu 27-05-2020, 18:27 “Mövsüm davam edəcəksə, Allah futbolçuların köməyi olsun” 27-05-2020, 18:26 Aminin “Sabah”dakı sabahı necə olacaq? 27-05-2020, 18:23 Çempion məşqçilərin mesajı: “heç kim ağız büzə bilməz” 27-05-2020, 18:20 Nazarovu cəza gözləyir 27-05-2020, 18:18 “Olimpik”i almaq istəyən Piriyevlər kimdi? 27-05-2020, 18:15 Maşalla Əhmədov DTX-ya ərizə yazdı 25-05-2020, 17:50 U-19 liqasının formatında dəyişiklik olmayacaq 25-05-2020, 17:49 İcraiyyə Komitəsi növbəti həftə yığışacaq 25-05-2020, 17:48 Foqts yığmamızın sayəsində liderlər sırasındadı 25-05-2020, 17:36 Futbolumuzun əcnəbiləri bir çatışmazlığı qeyd etdilər 25-05-2020, 17:34 “Təəssüf ki, “Bakı”nın bazası ilə bağlı belə məsələlər oldu” 25-05-2020, 17:26 Aftandil Hacıyev mövsümün bərpasını istəmir 25-05-2020, 13:43 Yaşar Bəşirov lisenziya müəmmasına aydınlıq gətirdi 25-05-2020, 13:31 “Azərbaycan millisini seçdiyimə görə valideynlərimə Bakının mərkəzində mənzil verilməyib” 25-05-2020, 13:29 Aydan ulduZa Türkiyə futbolu 25-05-2020, 13:20 “Nə göz-qaş edirsən, baş məşqçi artıq yatıb, istirahət etmək istəyirəm” 24-05-2020, 11:13 Yayın ilk keçidi Amin Seydiyev oldu 24-05-2020, 10:56 Agentlər Aminin ölkə xaricinə yollanacağını düşünürlər 24-05-2020, 10:47 EFA, “Fireland Football Club”, “Dortmund Bakı”, yox bir qaşqaldaq… 24-05-2020, 10:28 Koronavirus olmasaydı... 24-05-2020, 10:25 “Futbolu qaldırsa, veteranlar qaldıracaq” 23-05-2020, 11:14 Əməkdar məşqçi ölüm-qalım mübarizəsi aparır 23-05-2020, 11:02 “Qəbələ”nin elitada ilk qolunun müəllifi dükan işlədirmiş 23-05-2020, 10:58 AFFA-da qanvermə aksiyası 23-05-2020, 10:57 Bakı UEFA-ya təminat verib 23-05-2020, 10:54 “Ximki”: elita əvəzinə 2-ci dəstəyə 22-05-2020, 16:41 “Stəkan bir yana, əl altında olan hər şey paltardəyişmə otağında uçurdu!” 22-05-2020, 16:32 “Neftçi” bilərəkdən “Bəhramov”a sürgün edildi” 22-05-2020, 11:33 Kurtinaytis 300 nəfər qonaq üçün qəsr icarəyə götürüb 22-05-2020, 11:30 Kamran “Ximki”nin ən məhsuldar futbolçusudu 22-05-2020, 11:29 “Qarabağ”ın həkimi fikir bildirməkdə çətinlik çəkir 22-05-2020, 11:26 Yaşar Vahabzadə “Kəpəz”in futbolçularına kökəlməməyi tapşırıb 22-05-2020, 11:23 Mehman Allahverdiyev cəzalı ola-ola meydana çıxıb 22-05-2020, 11:21 Elxan müəllim, bəs qərar açıqlanacaqdı? 22-05-2020, 11:17 PFL növbəti videkonfransa qatıldı 22-05-2020, 11:16 “Kəpəz”lə “Turan Tovuz” istənilən qərara razı olacaq 22-05-2020, 11:13 “Xaqani Məmmədovun sanki sumqayıtlı hakimlərə qarşı allergiyası var idi” 20-05-2020, 11:30 AFFA divizionda və liqalarda mövsümü erkən bitirir 20-05-2020, 11:27 “Sumqayıt”da 55 nəfər testdən keçdi, “Qəbələ” isə gözləyir 20-05-2020, 11:25 Rövşən Hüseynli birbaşa pley-offa keçməyi təklif etdi 20-05-2020, 11:24 Futzal çempionatında durum futboldakından fərqlidi 20-05-2020, 11:20 Jurnalistlər yerli məşqçinin tərəfdarıdı Bütün xəbərlər
Ən çox oxunanlar