07 may 16:08olke

“Ağsu Siti”nin baş məşqçisi istefa verdi və ...qərarını dəyişdi

“Ağsu Siti”nin baş məşqçisi istefa verdi və ...qərarını dəyişdi
“Bütün bunları nəzərə alıb, fikrimdən daşındım”
“Ağsu Siti” yaranan gündən komandanın “sükanı arxasında” olan Samir İsayev srağagün “feysbuk”da paylaşdığı statusla diqqət mərkəzinə düşdü. Region Liqasında çıxış edən və Mərkəz zonasında lider olan ağsuluların baş məşqçisi postundan ayrılmaq qərarına gəldiyini bildirmişdi.
Komandası çıxış etdiyi zonada lider olan və pley-offa vəsiqəni təmin edən “qırmızı-qaralar”ın çalışdırıcısının qərarının səbəbini bilmək üçün özü ilə danışdıq: “İstefa qərarımın bir səbəbi var: mənəvi cəhətdən çox yorulmuşam. Özünüz də bilirsiz ki, koronovirus yayılan ilk vaxtlarda klub olaraq ehtiyacı olan ailələrə yardımlar etdik, maskanın, əlcəyin qıt vaxtı çətinliklə onları əldə edib, Ağsu camaatına payladıq. Gücümüz çatan qədər, Allah rizası üçün klub prezidenti ilə birgə bu işləri gördük. İnşallah, xüsusi karantin rejimi mayın 31-dən sonra bütün respublika ərazisində götürülər və Region Liqası qaldığı yerdən davam edər. Bütün bu işləri görməyimizə baxmayaraq, yenə ortada tək qalmışıq. Maddi yöndə sıxıntılar, çətinliklər adama pis təsir edir, psixoloji cəhətdən “sınırsan”. Sözün həqiqi mənasında bütün bu problemlərdən bezdim və istefa vermək qərarına gəldim. Və bunu birinci sosial şəbəkədə bölüşdüm. Ancaq rəhbərlik istefamı qəbul etmədi. Ondan başqa futbolçular zəng vurdular, rayonun sayılıb-seçilən ağsaqqalları əlaqə saxladı, bəziləri ilə üzbəüz görüşdük. Mənə dedilər ki, fikrindən daşın. Bütün bunları nəzərə alıb, fikrimdən daşındım. Qarşıda bizi nə gözləyir, komandanın aqibəti necə olacaq, bunu deyə bilmərəm. İki gündən sonra klub prezidenti Rəmzi Eminli rayona gələcək. Onunla söhbətdə bütün bunları bir daha müzakirə edəcəyik. Sonda komandaya xeyir verəcək addımı atacam”.
Baş məşqçi növbəti dəfə Ağsunun rəhbər şəxslərinin, iş adamlarının komandaya biganə münasibətindən giley-güzar etdi: “Özünüz də bilirsiz ki, Ağsudakı mərkəzi stadionu bizə vermirlər. Bu üzdən internat məktəbinin stadionunu öz hesabımıza təmir etdiririk. Tutaq ki, ayın sonunda karantin aradan qalxdı və liqa qaldığı yerdən davam etdi. Biz stadionun təmirini həmin vaxta kimi yekunlaşdıra bilməyəcəyik. Onda necə olacaq? Nə vaxta kimi qonşu rayona üz tutmalıyıq? Komandaya dəstək üçün rayonda çoxlarına müraciət etmişik. Səsimizə səs verənlərin sayı 3-4 nəfərdi ki, onların da yardımı ilə çox uzağa getmək olmaz. Gücü, imkanı çox olanlar da nədənsə komandaya dəstək olmaq istəmir və ya onlara imkan vermirlər. Bütün bunları görəndən sonra çəkdiyin zəhmətə heyfsilənirsən. Belə çıxır ki, “Ağsu Siti” rayonda məndən, bir qrup futbolçudan, müəyyən sayda azarkeşdən və klub prezidenti Rəmzi Eminlidən başqa heç kimə maraqlı deyil. Hamı bilir ki, yaxın dostum olan Rəmzi müəllim klubun yaşaması üçün son qəpiyini xərcləyir və ölkənin idman ailəsində Ağsunun da olması üçün əlindən gələni edir. Məgər Ağsuda idmanın, o cümlədən futbolun olması ancaq Eminlinin boynunun yüküdü? Rayonun Gənclər və İdman İdarəsi, dövlət tərəfindən maliyyələşən təşkilatlar niyə komandaya yaxın durmurlar? Klub haqqında telekanallarda, mətbuatda yaxşı reportajlar və yazılar gedəndə hamı sinəsini qabağa verib öz adına çıxır, ancaq söhbət maliyyəyə gələndə hərə bir tərəfə çəkilir. Bütün bunlar məni bezdirib, ona görə də getmək istəyirdim. Lakin bəzi xətrini istədiyim adamların, ağsaqalların sözlərindən sonra fikrimdən daşındım və ən azı mövsümün sonuna kimi baş məşqçi vəzifəsində qalacam”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 14:17 “Ağsu Siti”nin prezidenti AFFA-ya üsyan etdi Bu gün, 14:15 “Xəzər Lənkəran”ın futbolçuları 250 min iddiasına cavab verdi Bu gün, 14:13 Əsgər Abdullayev Naxçıvanda qalıb Bu gün, 14:09 Stamenkoviçdən insanlıq nümunəsi Bu gün, 10:29 “Heç-heçəyə görə bizi axşam saat 9-a qədər hərbi hissədə saxladılar” Bu gün, 09:53 Klublar siqnal gözləyir Bu gün, 09:50 Barış “Austriya”ya lazım olmadı, Riçard da göndərilir Bu gün, 09:46 Nikolay Adam Mahiri “Ayntraxt”a təklif edib Bu gün, 09:39 Zaqatalada “Viktoriya”ya çevrilən “Qələbə”… Bu gün, 09:36 Eldar Əzimzadəyə həsr olunan film çəkilib 27-05-2020, 18:42 “Haralar” rəhbərliyi ad məsələsinə aydınlıq gətirdi 27-05-2020, 18:41 Hakan Sünal 11 azyaşlını müsəlman etdi 27-05-2020, 18:40 Firdovsi Umudov haqqında yazılanlara münasibət bildirdi 27-05-2020, 18:38 Rasim Kara Likioyuya sualla cavab verdi 27-05-2020, 18:37 “Şahdağ”ın 165 min manatı havaya uçdu 27-05-2020, 18:27 “Mövsüm davam edəcəksə, Allah futbolçuların köməyi olsun” 27-05-2020, 18:26 Aminin “Sabah”dakı sabahı necə olacaq? 27-05-2020, 18:23 Çempion məşqçilərin mesajı: “heç kim ağız büzə bilməz” 27-05-2020, 18:20 Nazarovu cəza gözləyir 27-05-2020, 18:18 “Olimpik”i almaq istəyən Piriyevlər kimdi? 27-05-2020, 18:15 Maşalla Əhmədov DTX-ya ərizə yazdı 25-05-2020, 17:50 U-19 liqasının formatında dəyişiklik olmayacaq 25-05-2020, 17:49 İcraiyyə Komitəsi növbəti həftə yığışacaq 25-05-2020, 17:48 Foqts yığmamızın sayəsində liderlər sırasındadı 25-05-2020, 17:36 Futbolumuzun əcnəbiləri bir çatışmazlığı qeyd etdilər 25-05-2020, 17:34 “Təəssüf ki, “Bakı”nın bazası ilə bağlı belə məsələlər oldu” 25-05-2020, 17:26 Aftandil Hacıyev mövsümün bərpasını istəmir 25-05-2020, 13:43 Yaşar Bəşirov lisenziya müəmmasına aydınlıq gətirdi 25-05-2020, 13:31 “Azərbaycan millisini seçdiyimə görə valideynlərimə Bakının mərkəzində mənzil verilməyib” 25-05-2020, 13:29 Aydan ulduZa Türkiyə futbolu 25-05-2020, 13:20 “Nə göz-qaş edirsən, baş məşqçi artıq yatıb, istirahət etmək istəyirəm” 24-05-2020, 11:13 Yayın ilk keçidi Amin Seydiyev oldu 24-05-2020, 10:56 Agentlər Aminin ölkə xaricinə yollanacağını düşünürlər 24-05-2020, 10:47 EFA, “Fireland Football Club”, “Dortmund Bakı”, yox bir qaşqaldaq… 24-05-2020, 10:28 Koronavirus olmasaydı... 24-05-2020, 10:25 “Futbolu qaldırsa, veteranlar qaldıracaq” 23-05-2020, 11:14 Əməkdar məşqçi ölüm-qalım mübarizəsi aparır 23-05-2020, 11:02 “Qəbələ”nin elitada ilk qolunun müəllifi dükan işlədirmiş 23-05-2020, 10:58 AFFA-da qanvermə aksiyası 23-05-2020, 10:57 Bakı UEFA-ya təminat verib 23-05-2020, 10:54 “Ximki”: elita əvəzinə 2-ci dəstəyə 22-05-2020, 16:41 “Stəkan bir yana, əl altında olan hər şey paltardəyişmə otağında uçurdu!” 22-05-2020, 16:32 “Neftçi” bilərəkdən “Bəhramov”a sürgün edildi” 22-05-2020, 11:33 Kurtinaytis 300 nəfər qonaq üçün qəsr icarəyə götürüb 22-05-2020, 11:30 Kamran “Ximki”nin ən məhsuldar futbolçusudu 22-05-2020, 11:29 “Qarabağ”ın həkimi fikir bildirməkdə çətinlik çəkir 22-05-2020, 11:26 Yaşar Vahabzadə “Kəpəz”in futbolçularına kökəlməməyi tapşırıb 22-05-2020, 11:23 Mehman Allahverdiyev cəzalı ola-ola meydana çıxıb 22-05-2020, 11:21 Elxan müəllim, bəs qərar açıqlanacaqdı? 22-05-2020, 11:17 PFL növbəti videkonfransa qatıldı 22-05-2020, 11:16 “Kəpəz”lə “Turan Tovuz” istənilən qərara razı olacaq 22-05-2020, 11:13 “Xaqani Məmmədovun sanki sumqayıtlı hakimlərə qarşı allergiyası var idi” 20-05-2020, 11:30 AFFA divizionda və liqalarda mövsümü erkən bitirir 20-05-2020, 11:27 “Sumqayıt”da 55 nəfər testdən keçdi, “Qəbələ” isə gözləyir 20-05-2020, 11:25 Rövşən Hüseynli birbaşa pley-offa keçməyi təklif etdi 20-05-2020, 11:24 Futzal çempionatında durum futboldakından fərqlidi 20-05-2020, 11:20 Jurnalistlər yerli məşqçinin tərəfdarıdı Bütün xəbərlər
Ən çox oxunanlar