07 may 11:52olke

“Neftçi” azarkeşləri, xəbəriniz var?


Sentyabrda 7000, fevralda 3200...
Yaxın keçmişdə Azərbaycan futbolunda azarkeş dəbini “Neftçi”ylə “Xəzər Lənkəran”ın tərəfdarları müəyyənləşdirirdi. Premyer-liqada ölkənin Tovuz, Gəncə, Zaqatala, İmişli, Yevlax, Qəbələ kimi regionlarını təmsil edən komandalar, paytaxtın adı altında oynayan “Bakı”, “İnter”, “Olimpik” (AZAL) kimi kollektivlər var idi. Hərəsinin də özünə görə fanat ordusu. Lakin bu komandaların azarkeşləri arasındakı ədavət bakılı və lənkəranlı fanatlar arasındakı intriqaya çatmazdı.
Müstəqillik dönəmində Azərbaycan futbolunda bir çox hadisələr yaşanıb, intriqalar olub. Lakin ardıcıllıq baxımından “Neftçi”ylə “Xəzər Lənkəran”ın mübarizə və münaqişəsinə çatan olmayıb. Oyun vaxtı tribunaların dolması, matçdan sonra azarkeşlər arasındakı gərginlik və ən nahəyət, 2013-cü ilin may və avqustundakı yaddaşlardan silinməyəcək o iki hadisə...
Təəssüf ki, indi nə “Xəzər Lənkəran”, nə də əvvəlki qədər əzəmətli görünən “Neftçi” var. Birinin tarixin yaddaşına köçməsi, digərinin artıq 7-ci ildi çempionluqdan uzaq düşməsi həm çempionatdakı rəqabətə təsir edib, həm də tribunalardakı görməyə adət etdiyimiz mənzərəyə.
Amma söhbət tarixən köklü klubun azarkeşlərindən gedirsə, onların həvəsdən düşməsi, geri çəkilməsi inandırıcı deyil. “Neftçi” tərəfdarı rəqabət üçün özünə rəqib tapar. Necə ki, artıq neçə ildi tribunada “Qarabağ” fanatları ilə haqq-hesab çürüdür, varlıqlarını göstərmək istəyirlər. Elə ağdamlı futbolsevərlər üçün də bakılı tərəfdarların olması göydəndüşmədi. Yoxsa çempionluqları sıralayan komandanın azarkeşləri kiminlə rəqabət aparardılar?!
Son dövrlər, yəni “Qarabağ” Avropadakı inkişaf mərhələsinə qədəm qoyub, çempionluq estafetini əsas rəqibinin əlindən alandan sonra bu iki komandanın adı çəkiləndə ağla “Forza Neftçi” ilə “İmarət” gəlir. Hərəsinin özünə görə çılğınlığı, hər tərəfin özünəməxsus şüarları və atmacaları var. Yaxşı ki bu iki azarkeş qrupu var, yoxsa premyer-liqa bundan da betər görünərdi.
Tarixə nəzər salıb, yenidən bu günə qayıdıb “Forza Neftçi” ilə “İmarət”in adını çəkməyim boşuna deyil. Futbolsuz günlərdə adam daha nələr düşünmür ki?! Geridə qalan 20 turun statistik göstəricilərinə nəzər salanda bir sual üzərində düşündüm: görəsən, bu iki komandanın hansının ev oyunlarına daha çox azarkeş gəlir? Düzdü, protokollarda göstərilən rəqəmlər birbaşa “Forza”yla “İmarət”in adına bağlı deyil. Çünki tribunada tək bu iki qrupdan olanlar yer almır, başqa dəstələr də var. İstənilən halda çempionatın əvvəlindən bu yana “ağ-qaralar”la “köhlən atlar”ın ev oyunlarına nə qədər azarkeşin gəldiyi maraq doğurmaya bilməz. Elə isə rəqəmlərə keçək.
1-ci tur. Neftçi – Sabah. Bakcell Arena. 1500 tamaşaçı
2-ci tur. Qarabağ – Qəbələ. Azərsun Arena. 1300 tamaşaçı
3-cü tur. Neftçi – Sumqayıt. Bakcell Arena. 1000 tamaşaçı
4-cü tur. Qarabağ – Neftçi. Respublika stadionu. 7000 tamaşaçı
5-ci tur. Neftçi – Keşlə. Bakcell Arena. 1000 tamaşaçı.
6-cı tur. Qarabağ – Sumqayıt. Respublika stadionu. 700 tamaşaçı
7-ci tur. Neftçi – Səbail. Bakcell Arena. 1200 tamaşaçı
Qarabağ – Sabah. Respublika stadionu. 1400 tamaşaçı
8-ci tur. Neftçi – Zirə. Bakcell Arena. 1000 tamaşaçı
9-cu tur. Qarabağ – Səbail. Respublika stadionu. 1000 tamaşaçı
10-cu tur. Neftçi – Qarabağ. Bakcell Arena. 3000 tamaşaçı
11-ci tur. Qarabağ – Zirə. Respublika stadionu. 600 tamaşaçı
12-ci tur. Neftçi – Qəbələ. Bakcell Arena. 450 tamaşaçı
14-cü tur. Qarabağ – Keşlə. Respublika stadionu. 500 tamaşaçı
15-ci tur. Neftçi – Sumqayıt. Bakcell Arena. 850 tamaşaçı
16-cı tur. Qarabağ – Neftçi. Respublika stadionu. 3200 tamaşaçı
17-ci tur. Neftçi – Keşlə. Bakcell Arena. 1800 tamaşaçı
18-ci tur. Qarabağ – Sumqayıt. Respublika stadionu. 600 tamaşaçı
19-cu tur. Neftçi – Səbail. Bakcell Arena. 1100 tamaşaçı
Qarabağ – Sabah. Respublika stadionu. 300 tamaşaçı
20-ci tur. Neftçi – Sabah. Bakcell Arena. 1100 tamaşaçı
Bu da rəqəmlər. Fikrimcə, hər şey göz qabağındadı. Amma yenə də toxunulması vacib məqamlar var.
Deməli, bakılılar cari mövsümdə ev oyunları üçün yalnız “Bakcell Arena”nın xidmətindən yararlandığı halda, ağdamlılar debütü “Azərsun Arena”da edib, davamını Tofiq Bəhramov adına Respublika stadionunda gətiriblər.
Gördüyünüz kimi, komandaların oyunlarındakı rekord azarkeş sayı elə öz aralarındakı qarşılaşmalara təsadüf edib. Bu çempionatda üç dəfə üz-üzə gələn “Neftçi”ylə “Qarabağ”ın görüşlərini ən çox 7 min nəfər izləyib, 4-cü turda. Digər iki matçdakı göstərici 3000 və 3200-dü.
Havanın xoş olmasındandı, komandaların real gücünü görmək, bilmək istəyindəndi, yoxsa başqa nədən, mövsümün əvvəlindəki fəallıq çempionatın davamında müşahidə olunmayıb. İki komanda arasındakı derbiyə ilk dəfə 7 min adam gəlirsə və cəmi 2 ay sonrakı görüşdə stadiona həmin sayın yarısı qədər adam toplaşmırsa, burda mütləq adamı düşündürən məqam var. Elə digər oyunlarda da o cür. 11-15-ci turlar aralığına nəzər salaq: 600, 450, 500, 850...
Hə, keçək yazının “canı”na, yəni əsas sualın cavabına. Cari mövsümdə hansı komandanın ev oyununa daha çox azarkeş toplaşıb? Bəribaşdan qeyd edim ki, “Qarabağ” 10 rəqibini evdə qəbul etdiyi halda, “Neftçi” 11 dəfə “xoş gəlmisiz” deyib. Yəni bu mənada “ağ-qaralar”ın nisbi üstünlüyü var. Amma rəqəmlə bağlı mövzuda son 6 ilin çempionu ölkənin ən köklü komandasını qabaqlayır. Bakılıların “Bakcell Arena”dakı görüşlərinə 14 min azarkeş toplaşdığı halda, ağdamlıları 16600 nəfər dəstəkləyib.
Bu yerdə haşiyə çıxmasaq, olmaz. “Neftçi”lilərdə müşahidə olunan say azlığının iki başlıca səbəbi var. Birinci səbəb “Forza Neftçi”nin yayda Avroliqadakı uğursuzluqdan sonra komandadan küsməsi, belə deyək, tribunaya arxa çevirməsidi. Hətta mövsümün başqa oyunlarında da meydan sahiblərinə məxsus tribunanın boş qaldığını, yaxud seyrək olduğunu görmüşük. İkinci səbəb bilet satışıdı. “Neftçi” yeganə klubdu ki, stadiona girişi pullu edib. Dəyəri 1 manat da olsa, faktiki satış mövcuddu. Bunun özü də arenaya pulsuz daxil olmaq istəyənlərin qarşısını alır.
“Qarabağ”ın fanatları isə bir məsələdən narahatdı. Komandaları ev oyunlarını niyə daha kompakt, yaxın ətrafda qaçqınların daha çox yaşadığı Suraxanıda keçirmir? Ağdamlıların “Sabah”la Respublika stadionundakı görüşünü canlı izləmək həvəsinə düşən cəmi 300 nəfər olmuşdu. Halbuki “Azərsun Arena”da bu göstərici ən yaxşı halda yoldaşlıq görüşlərində ola bilər.
20 turdan sonrakı rəqəmlər “Qarabağ” fanatlarının “Neftçi”li futbolsevərlərdən öndə olduğunu göstərir. Ümid edək ki, çempionat bərpa olunar və bu prinsipiallıq isti yay aylarında yenidən tribunalarda davam edər. Bu dəfə ən az azarkeş 3 yox, 4 rəqəmli olar. Düzdü, komandalar arasındakı 4-cü dövrənin oyununda “Bakcell Arena”ya azarkeşlərin girişinə icazə verilərsə...
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 17:50 U-19 liqasının formatında dəyişiklik olmayacaq Dünən, 17:49 İcraiyyə Komitəsi növbəti həftə yığışacaq Dünən, 17:48 Foqts yığmamızın sayəsində liderlər sırasındadı Dünən, 17:36 Futbolumuzun əcnəbiləri bir çatışmazlığı qeyd etdilər Dünən, 17:34 “Təəssüf ki, “Bakı”nın bazası ilə bağlı belə məsələlər oldu” Dünən, 17:26 Aftandil Hacıyev mövsümün bərpasını istəmir Dünən, 13:43 Yaşar Bəşirov lisenziya müəmmasına aydınlıq gətirdi Dünən, 13:31 “Azərbaycan millisini seçdiyimə görə valideynlərimə Bakının mərkəzində mənzil verilməyib” Dünən, 13:29 Aydan ulduZa Türkiyə futbolu Dünən, 13:20 “Nə göz-qaş edirsən, baş məşqçi artıq yatıb, istirahət etmək istəyirəm” 24-05-2020, 11:13 Yayın ilk keçidi Amin Seydiyev oldu 24-05-2020, 10:56 Agentlər Aminin ölkə xaricinə yollanacağını düşünürlər 24-05-2020, 10:47 EFA, “Fireland Football Club”, “Dortmund Bakı”, yox bir qaşqaldaq… 24-05-2020, 10:28 Koronavirus olmasaydı... 24-05-2020, 10:25 “Futbolu qaldırsa, veteranlar qaldıracaq” 23-05-2020, 11:14 Əməkdar məşqçi ölüm-qalım mübarizəsi aparır 23-05-2020, 11:02 “Qəbələ”nin elitada ilk qolunun müəllifi dükan işlədirmiş 23-05-2020, 10:58 AFFA-da qanvermə aksiyası 23-05-2020, 10:57 Bakı UEFA-ya təminat verib 23-05-2020, 10:54 “Ximki”: elita əvəzinə 2-ci dəstəyə 22-05-2020, 16:41 “Stəkan bir yana, əl altında olan hər şey paltardəyişmə otağında uçurdu!” 22-05-2020, 16:32 “Neftçi” bilərəkdən “Bəhramov”a sürgün edildi” 22-05-2020, 11:33 Kurtinaytis 300 nəfər qonaq üçün qəsr icarəyə götürüb 22-05-2020, 11:30 Kamran “Ximki”nin ən məhsuldar futbolçusudu 22-05-2020, 11:29 “Qarabağ”ın həkimi fikir bildirməkdə çətinlik çəkir 22-05-2020, 11:26 Yaşar Vahabzadə “Kəpəz”in futbolçularına kökəlməməyi tapşırıb 22-05-2020, 11:23 Mehman Allahverdiyev cəzalı ola-ola meydana çıxıb 22-05-2020, 11:21 Elxan müəllim, bəs qərar açıqlanacaqdı? 22-05-2020, 11:17 PFL növbəti videkonfransa qatıldı 22-05-2020, 11:16 “Kəpəz”lə “Turan Tovuz” istənilən qərara razı olacaq 22-05-2020, 11:13 “Xaqani Məmmədovun sanki sumqayıtlı hakimlərə qarşı allergiyası var idi” 20-05-2020, 11:30 AFFA divizionda və liqalarda mövsümü erkən bitirir 20-05-2020, 11:27 “Sumqayıt”da 55 nəfər testdən keçdi, “Qəbələ” isə gözləyir 20-05-2020, 11:25 Rövşən Hüseynli birbaşa pley-offa keçməyi təklif etdi 20-05-2020, 11:24 Futzal çempionatında durum futboldakından fərqlidi 20-05-2020, 11:20 Jurnalistlər yerli məşqçinin tərəfdarıdı 20-05-2020, 11:18 Nazarovun qol sevinci yadda qaldı 20-05-2020, 11:17 Millət vəkillləri çempionatın bərpasını istəyir 20-05-2020, 11:14 İsmayıllı Olimpiya İdman Kompleksindən məhkəməyə şikayət olundu 20-05-2020, 11:12 “Futbolla vidalaşandan sonra yəqin ki fermada yaşayacam” 20-05-2020, 11:10 UEFA təxirə saldı, PFL-in rəisi maraqlı şərh yazdı 20-05-2020, 11:09 Brifinqdə yenə futbol unudulmadı 20-05-2020, 11:05 Ploeştidə meydandan qovulan Ramin Nəsibov imiş… 18-05-2020, 14:27 Şahin Diniyev yığmanın baş məşqçisiz qalmasını məqsədəuyğun sayır 18-05-2020, 14:26 Ramin Musayev müalicə aldığına görə videokonfransa qatılmayıb 18-05-2020, 14:13 Yığma üzvlərinin maaşı aprelin sonunda ödənilib 18-05-2020, 14:10 “Qurban Qurbanova “deputatsan, toxunulmazlığın var, futbolçunu itələyərlər də” dedim” 18-05-2020, 14:07 Futzal niyə yada düşmədi? 18-05-2020, 14:05 Şensoy Konkovu təbrik etməyəcək 18-05-2020, 13:59 “Avrokuboklara gedəcək klublar indidən hazırlaşmalı, məşq etməlidilər” 18-05-2020, 13:57 Futbolçular yeniliyi müsbət qarşıladılar 18-05-2020, 13:53 Mətbuat Şehiçi “yoluxdurdu” 18-05-2020, 13:37 “Azərbaycandakı iqlim qazon saxlamaq üçün əlverişli deyil” 18-05-2020, 13:32 Futbolla bağlı qadağa bu həftə götürüləcək 17-05-2020, 11:28 Türk şahmatçı Mahir Məmmədovun FIDE-də çalışmasını düzgün saymır 17-05-2020, 11:26 Karlsen bizimkiləri “görmür” 17-05-2020, 11:20 Beş əvəzləmənin müsbət və mənfi tərəfləri Bütün xəbərlər
Ən çox oxunanlar