17 apr 20:47olke, manset

Qənirə Paşayevadan təbrik və müraciət

Qənirə Paşayevadan təbrik və müraciət
“Tovuzlu olmayanlar da yardım etmək istəsə, qapılar üzünə açıqdı”
Sona iki tur qalmış birinci divizionda çempionluğu rəsmiləşdirərək, premyer-liqaya vəsiqəni təmin edən “Turan Tovuz”un maliyyə problemləriylə üzləşdiyini ötən sayımızda xəbər vermişdik. Bu haqda qəzetimizə müsahibə verən qərblilərin Müşahidə Şurasının sədri Oqtay Abdullayev məsələ həll olunmayacağı təqdirdə həm özünün, həm də komandanın baş məşqçisi Əsgər Abdullayevin postundan ayrılacağını qeyd etmişdi. Bundan başqa, Oqtay bəy fürsətdən istifadə edib qəzetimiz vasitəsilə Tovuzun imkanlı şəxslərinə və bu rayonu Milli Məclisdə təmsil edən deputatlara müraciət edərək, komandaya yardımçı olmalarını istəmişdi. Oqtay bəyin müraciətindən 24 saat keçməmiş sabiq həmkarımız, Tovuzdan olan millət vəkili Qənirə Paşayeva şəxsi “feysbuk” səhifəsi vasitəsilə komandanı aşağı dəstədə çempion olmaq münasibəti ilə təbrik etməklə yanaşı, tovuzli iş adamlarına müraciət edib. Həmin müraciəti sizə təqdim edirik: “Turan” (“Turan Tovuz”u nəzərdə tutur – R.) köklü klublardan biridi. Hamı Tovuzda futbola marağın nə dərəcədə olduğunu bilir. Bu rayonun köklü futbol ənənələri var. Düşünürdülər ki, komandanın uğurlu günləri bitdi. Amma əksini sübut etdilər. Komandanın premyer-liqaya qayıdışı əlamətdar hadisədi. Ümid edirəm ki, aidiyyatı qurumlar klubun əsas çempionatda (premyer-liqada) çıxışına kömək edəcəklər. Mən də bunun üçün əlimdən gələn nə varsa, onu yerinə yetirəcəm. Hazırki vəziyyətdə “Turan”ın Azərbaycan çempionatında oynaması üçün heç bir maneə yoxdu. Tək problem maddi məsələdi. Buna görə də mən və klub rəhbərliyi istər ölkə daxilində, istər sərhədlərimizdən kənarda yaşayan imkanlı şəxslərə səslənmişik. Mümkünsə, kömək olsunlar və komanda premyer-liqada da çıxışını davam etdirsin. Mən klub rəhbəri Oqtay Abdullayevlə də görüşdüm. Danışığımız oldu ki, biz komandaya kömək edəcək tovuzlu şəxslərə müraciət edək. Əvvəlcə Tovuzdan olan imkanlı adamlara müraciət edirəm. Tovuzlu olmayanlar da yardım etmək istəsə, qapılar üzünə açıqdı”.
Millət vəkili tovuzlu məşhur iş adamı İlham Rəhimovun klubu himayəsinə götürəcəyi ilə bağlı yazılan xəbərlərə şərh verərkən “qafqazinfo”ya bunları söyləyib: “Onunla heç bir danışığımız olmaylb. Amma klub rəhbərliyinin İlham Rəhimova müraciət edib-etmədiyindən xəbərsizəm. Bu barədə heç bir məlumatım yoxdu. Mən ümumi olaraq imkanlı şəxslərə səslənmişəm. Klubun uğuru üçün hamımız kömək etməliyik”.
Məsələ ilə bağlı vaxtilə Tovuz təmsilçisinin rəhbərliyində təmsil olunan şəxslərlə danışmaq istədik. Ancaq onlardan yalnız Vidadi Əhmədovla əlaqə saxlaya bildik. Vidadi bəy yalnız bu gün danışa biləcəyini dedi. Növbəti sayımızda mövzunu davam etdirəcəyik.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:16 AÇ üçün heyət açıqlandı Dünən, 23:15 Ölkə çempionatı başa çatdı Dünən, 23:14 Ukrayna ilə bacarmadıq Dünən, 23:13 Nağı Səfərova yenə etimad göstərildi Dünən, 23:12 Bakıda “Red Bull”dan əzələ nümayişi Dünən, 23:10 Kamran Şahsuvarlı finalda Dünən, 23:08 Əliyar Ağayev “Rusenborq”un oyununa təyinat aldı Dünən, 23:07 UEFA-nın MDB üzrə əlaqələndiricisi “Futbol+”ə danışdı Dünən, 23:05 “Zirə”nin oyununda təcrübəsiz qazax Dünən, 22:56 “Qarabağ” oyuna çıxır, “Samtredia” hücumçuyla gücləndi Dünən, 22:55 “Neftçi” rəsmisi gördüyü işdən danışmaq istəmədi Dünən, 22:44 “Zirə”də yayın məsələsində qeyri-müəyyənlikdi Dünən, 22:43 “Dalğa Arena” avrokubok oyunlarına hazırdı Dünən, 22:42 Patrik Klyuvert “Vətən”ə təşəkkür edib Dünən, 22:37 Sloveniyada AÇ-yə gerisayım başlayır Dünən, 22:36 Fransa millisinin sabiq yarımmüdafiəçisi “Qəbələ”də Dünən, 22:34 Futzal millimiz yenə braziliyalıya tapşırılacaq Dünən, 22:33 Yığmamız qrupda qaldı Dünən, 22:31 BOK prezidenti MOK-a məktub göndərdi Dünən, 22:30 Ayxan Abbasov “Zirə”ni Avroliqaya hazır sayır Dünən, 22:27 "Zirə" rumın müdafiəçi transfer etdi Dünən, 22:09 TRANSFER DOSYESİ Dünən, 22:07 Zirə azarkeşləri oyunun Mərdəkanda keçirilməsindən razıdı Dünən, 22:06 “Sumqayıt” jurnalistlər üçün iftar süfrəsi açdı Dünən, 22:03 “Zirə”nin legionerləri Türkiyədə ləngidi 23-06-2017, 20:23 Avropa Yay Olimpiya Festivalına lisenziya qazandılar 23-06-2017, 20:22 Otellərin sayı artsa, Bakıya daha çox “Formula-1” azarkeşi gələcək 23-06-2017, 20:20 Ronaldoya millinin forması hədiyyə olundu 23-06-2017, 20:17 Emil Balayev “Səbail”ə keçərkən Qurban Qurbanovla danışmayıb 23-06-2017, 20:14 “Zirə” biletlərin qiymətini açıqladı 23-06-2017, 20:12 Əliyar FİFA karyerasına sıfırdan başlayır... 23-06-2017, 20:09 “Samtredia” ilə ilk oyunun başlama vaxtı dəqiqləşdi 23-06-2017, 20:08 “İnter”in rəqibi son çempionu məğlub etdi 23-06-2017, 20:06 Avroliqanın debütantı mübarizəyə hazırdı 23-06-2017, 20:00 Sumqayıtda mükafatlandırma 23-06-2017, 19:56 Yığmanın baş məşqçisi Ermənistanla oyundan danışdı 23-06-2017, 19:55 Avroliqada ikinci dövrə başlayır 23-06-2017, 19:52 Divizionda çıxış edəcək “Binə”nin büdcəsi 150 min manatdı 23-06-2017, 19:47 Stamenkoviç “Mladost”un bəxtinin gətirmədiyini düşünür 23-06-2017, 19:44 Fanklub rəhbərləri “Milan” azarkeşlərinə haqq qazandırdı 23-06-2017, 19:42 “Fənərbaxça”nın baş məşqçisi Antalya kampından danışdı 23-06-2017, 19:40 Millinin heyəti açıqlandı 22-06-2017, 19:21 Subaşiç “Mladost” haqda gizli heç nə qoymadı 22-06-2017, 19:18 “İnter” “Mladost”u “Dalğa Arena”da sınağa çəkəcək 22-06-2017, 19:17 Zaur Axundov Azərbaycana söz verdi 22-06-2017, 19:15 “Axmat” “Qarabağ”ı da bir qolla üstələdi 22-06-2017, 19:13 “Zirə” vətənə məğlub döndü 22-06-2017, 19:11 “İnter” və “Zirə” siyahını açıqladı 22-06-2017, 19:10 Vyana “Qarabağ”ının Bakıda fanklubu olacaq 22-06-2017, 19:08 “Mladost”la oyunu böyük ümidlərlə gözləyirik” 22-06-2017, 19:06 “Bursa BB”də qaldı 22-06-2017, 19:05 Erməni baş məşqçidən etiraf 22-06-2017, 19:03 Əsgərlərə açıq məktub yazdılar 22-06-2017, 19:00 Çimərlik futbolu yığması Belarusa gedir 22-06-2017, 18:58 Hakimlərimizdən videotəkrara fərqli yanaşma 22-06-2017, 18:57 “Səbail” Emil Balayevi saxladı 22-06-2017, 18:55 Elnur Cəfərov da “Neftçi”ylə müqavilə bağladı Bütün xəbərlər
Ən çox oxunanlar