17 apr 20:45olke

“Neftçi” muzeylə fan-şopunu istifadəyə verəcək

“Neftçi” muzeylə fan-şopunu istifadəyə verəcək
Folprext vətəninə qayıtmaq istəmir
“Sumqayıt” və “Kəpəz”ə məğlub olmaqla avrokuboklara vəsiqə qazanmaq yolunda ciddi zərbə alan “Neftçi”də vəziyyət ürəkaçan deyil. İstər klub rəhbərliyi olsun, istər məşqçilər heyəti, istərsə də futbolçular – hər kəs mövsümü 4-cü yerdə başa vurmağın çətinliyini yaxşı dərk edir. Təbii ki, bu siyahıya azarkeşləri də əlavə edə bilərik.
Odu ki, “Neftçi” – AZAL qarşılaşmasında tribunalarda gördüyümüz mənzərə təəccüblü olmadı. Belə durumda bakılı tərəfdarların “Bakcell Arena”nın yolunu tutmaması başadüşülən idi. “Forza Neftçi”nin təxminən 150 nəfərdən ibarət üzvləri olmasaydı, şənbəgünkü vəziyyəti sözlə ifadə etmək çətin olardı. Sıravi azarkeşlərlə “forzalılar”ın sayı üst-üstə 500-ü ötməzdi. Amma oyunun protokoluna baxanda üç yox, dörd rəqəmli sayla rastlaşdıq. Söhbət azarkeş sayının 1000 nəfər göstərilməsindən gedir. Təbii, AFFA nümayəndəsi Ramiz Mustafayev bunu fantaziyasının məhsulu kimi yazmayıb. Nümayəndə sayı dəqiqləşdirmək üçün ya stadion, ya da klub rəsmilərindən birinin köməyinə ehtiyac duyur. Yəni ev sahibinin təqdim etdiyi rəqəm əsas tutulur. “Bakcell Arena”da bilet satışının təmin olunduğunu nəzərə alsaq, deməli, oyunu izləmək üçün 1000 nəfər əlini cibinə salıb. Ya da onlara müxtəlif dəvətnamələr verilib. Elədisə, həmin 1000 nəfər oyunu harda izləyirdi? Bəlkə stadionda gözlə görünməyən hansısa yer var? Yoxsa bilet alıb stadiona gəlməyi vacib saymayanlar var?
Sualları “Neftçi”nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mehman Rəsulova ünvanladıq. Klub rəsmisinin verəcəyi cavab gözlənilən olduğundan, eşitdiklərimizə təəccüblənmədik: “Bütün ev oyunlarında olduğu kimi, AZAL-la görüşdən əvvəl də bilet satışı həyata keçirilmişdi. Azarkeş sayına gəlincə, müşahidələrinizlə razı deyiləm. Jurnalistlərin əyləşdiyi media sektorundan stadionun dörddəüç hissəsi görünür. Azarkeşlərin böyük əksəriyyətinin əyləşdiyi VİP-loja, yəni media-sektorun aşağı hissəsi görünmür (Mehman bəyin söylədiyi həmin sektoru bir neçə dəfə şəxsən müşahidə etdim – H.). Bilet alan azarkeşlər, xüsusi qonaqlar, “skay-boks”larda əyləşənlərin ümumi sayı 1000 nəfər olub. Onu da qeyd edim ki, “skay-boks”ların bəzilərində 25-30 nəfər yer alır. Həmin azarkeşlərin müəyyən qismi görüşü eyvanda yox, otağın içində izləyir. Belədə onları da görməməyiniz mümkündü”.
Klubun 80 illik yubileyini qeyd edən rəhbərlik silsilə tədbirlərə start verib ki, onlardan ikisi baş tutub. Martın 18-də, “İnter”lə ev oyunundan əvvəl “Bakcell Arena”da maraqlı səhnələrə tamaşa etmişdik. Martın 30-da isə Bakı Əyləncə Mərkəzində vaxtilə ağ-qara formanı geymiş, lakin uzun illərdi xaricdə yaşayan bəzi veteran futbolçuların da iştirak etdiyi ziyafət baş tutmuşdu. Həmin vaxt Mehman Rəsulov qəzetimizə verdiyi müsahibədə tədbirlərin silsilə xarakter daşıyacağını diqqətə çatdırmaqla yanaşı, yaxın vaxt kimi apreli nişan vermişdi. Yəni bu ay azarkeşlər sevindici xəbər eşitməlidi. “Neftçi”nin muzeyi ilə yanaşı, fan-şopu da istifadəyə verilməlidi. Çempionatın başa çatmasına cəmi iki tur qalsa da, məsələ ilə bağlı hansısa yenilik yoxdu. Olmaya həvəsdən düşən rəhbərlik fan-şop layihəsinin üstündən növbəti dəfə xətt çəkib? Ya da muzeyin yaradılması ilə bağlı ortaya hansısa əngəl çıxıb. Rəsulovu dinləyək: “Fan-şop və muzey layihəsi, demək olar, tam hazırdı. Açılış mərasiminin vaxtı da böyük ölçüdə müəyyənlədirilib. Lakin indi bu haqda məlumat vermək istəmirəm. Dəqiq bilgi bu həftə ərzində veriləcək. Ən yaxın vaxtda açılış mərasimi baş tutacaq”.
AZAL üzərində inamlı qələbədən sonra jurnalistlərin əhatəsinə düşən Zdenek Folprext çoxsaylı sualları cavablayıb. Onlardan biri də icarə müqaviləsi aprelin sonunda bitəcək futbolçunun karyerasını “Slovan”da, yoxsa “Neftçi”də davam etdirmək istəyi ilə bağlı olub. Folprextin cavabı belə olub: “Müqavilə ilə "Slovan"a məxsusam. Artıq “Neftçi” ilə “Slovan” arasında danışıqlar başlayıb və bu proses davam edir. Bu iki klub arasında seçim etməli olsam, “Neftçi”ni seçəcəm. Çünki burda yaradılan şərait ürəyimcədi”. Klubun sözçüsü ilə əlaqə saxlamışkən, Zdenekin məsələsinin nə yerdə olduğuna aydınlıq gətirmək istədik. Yəni “ağ-qaralar” Avroliqaya vəsiqə qazanmayacağı təqdirdə çex futbolçuya ehtiyac duyulacaq? Yoxsa məqsəd Folprextin xidmətindən avrokuboklarda istifadə etməkdi? “Folprextin “Slovan”da çıxış etməsi nəyə qadir olduğundan xəbər verir. Üstəlik, qısa vaxtdı oynamasına baxmayaraq, “Neftçi”də özünü yaxşı tərəfdən göstərir. Bununla bağlı klub rəsmiləri arasında danışıqlar davam edir. Lakin müqavilə müddətinin başa çatmasına vaxt var. Ona görə də indidən nəsə demək düzgün olmaz. Hadisələri qabaqlamadan mövsümün sonunu gözləyək. Hər hansı yenilik olan kimi ictimaiyyətə məlumat veriləcək”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 21:17 Təcrübəlilərdən Yaşar Vahabzadənin yekun siyahısına kimlər düşəcək? Dünən, 21:16 Klublar bonus nəzərdə tutmayıb Dünən, 21:15 AFFA-nın UEFA-dan qonaqları var Dünən, 21:14 Abdulbari Gözəlin açıqlaması azarkeşləri məyus edib Dünən, 21:12 “Trabzonspor”un baş məşqçisi “Qəbələ”nin futbolçusunu bəyənib Dünən, 21:00 Fərhad Məmmədov cüdoçulara qadağa qoyub Dünən, 20:59 Şəhriyar dünya çempionunu da diz çökdürdü Dünən, 20:58 Çempion kim olacaq: “Qarabağ”, yoxsa “Qəbələ”? Dünən, 20:56 PFL əvəzediciləri “Bakcell Arena”da mükafatlandıracaq Dünən, 20:55 “Neftçi” “Qəbələ”nin müdafiəçisinə göz dikib Dünən, 20:54 Namiq Məstanov Azərbaycan futbolunun xilas yolunu göstərdi Dünən, 20:50 “Gümüş” “Səbail”in, “bürünc” “Ağsu”nun oldu Dünən, 20:47 Kubokda sensasiya: “Araz”la “Ekol” mübarizəni dayandırdı Dünən, 20:46 U-17 Podqoritsada xala və qola həsrətdi Dünən, 20:37 Xaqani Məmmədovun finalı Ömər Paşayevə tapşırmaq istəyi narazılıq doğurub Dünən, 20:36 “Qəbələ” fanklublarını Naxçıvana aparacaq Dünən, 20:35 “Sumqayıt”da köklü dəyişikliklər olacaq Dünən, 20:33 “CBC Sport” 25 dəqiqəlik icmalla kifayətlənib Dünən, 19:59 Babək Quliyev Qazaxıstanda hakimlik edir Dünən, 19:57 Adı siyahıda olmayan sabiq prezident medal alıb Dünən, 19:56 AFFA Zaur Axundovu “İnter”in Müşahidə Şurasının sədri təyin etdi Dünən, 19:54 AMADA-nın binası istifadəyə verildi Dünən, 19:53 İslamiada xəbərləri Dünən, 19:51 Uesli Sonun anası da ölkəmizə gəlib Dünən, 19:46 Şəmkirlilər evdə qələbə qazandı Dünən, 19:45 “Mauqli” sükuta Türkiyədə son qoyacaq Dünən, 19:44 Millimiz Sloveniyaya yollandı Dünən, 19:42 AÇ üçün heyətlər açıqlandı 27-04-2017, 17:52 İslamiada xəbərləri 27-04-2017, 17:51 Şəhriyar liderliyini davam etdirir 27-04-2017, 17:49 Yaşar Vahabzadə yekun qərarını 29-dan sonraya saxladı 27-04-2017, 17:48 Misir Əbilovun komandası Mingəçevirdə qoçuluq edib 27-04-2017, 17:47 Şimali İrlandiya ilə “Tofiq Bəhramov”da qarşılaşacağıq 27-04-2017, 17:38 PFL “İnter”ə “Qarabağ” və “Qəbələ”dən az medal verdi 27-04-2017, 17:35 Premyer-liqanın bombardiri kim olacaq? 27-04-2017, 15:59 İlk oyunda məğlubiyyət 27-04-2017, 15:58 Mövsümün ən az qol vurulan turu 27-04-2017, 15:49 İlk altı çempionatla bağlı əcaib mənzərə 27-04-2017, 15:47 “Qəbələ” Tiflisdə 6-cı oldu 27-04-2017, 15:45 FİFA referiləri İslamiadada! 27-04-2017, 15:39 “Gümüş”lə “bürünc”ün taleyi qərbdə həll olunur 27-04-2017, 15:38 İntizam Komitəsi “Neftçi”nin məğlubiyyətini rəsmiləşdirdi 27-04-2017, 15:36 TURUN MƏŞQÇİSİ 27-04-2017, 15:35 TURUN SİTATI 27-04-2017, 15:33 TURUN OYUNÇUSU 27-04-2017, 15:32 HAKİMLƏRİN MÜHAKİMƏSİ 27-04-2017, 15:31 Xaqani Məmmədovun köməkçisi qovuldu 27-04-2017, 15:29 Maşallah Əhmədovla bağlı DGK-ya sorğu göndərilib 27-04-2017, 15:28 “İnter”lilər mayın 10-na qədər gözləyəcək 27-04-2017, 15:27 “Neftçi”yə yeni rəis gəlir 27-04-2017, 15:25 “Neftçi” rəhbərliyi məşqçilər korpusunu cərimələdi 27-04-2017, 15:23 “Forza Neftçi” qərarını verdi 27-04-2017, 15:20 Teymur Rəcəbov Olimpiadadakı uğursuzluqdan danışdı 27-04-2017, 15:18 Şəhriyar Məmmədyarov Rusiya klubuna keçib 27-04-2017, 15:16 Yunanıstana geniş heyətlə 27-04-2017, 15:12 Pevtsov iki pillə irəlilədi 27-04-2017, 15:11 Ən güclü boksçular müəyyənləşdi Bütün xəbərlər
Ən çox oxunanlar