25 apr 19:36olke

“Mən dediyim şərtlərlə futbolumuzda iş tapmaq asan məsələ deyil”

“Mən dediyim şərtlərlə futbolumuzda iş tapmaq asan məsələ deyil”
Emin Abbasov “Sabah”dan ayrılandan bəri Rostovdadı
“Sabah”ın premyer-liqada “ayaq açıb yeriməsində” Emin Abbasovun rolu danılmazdı. “Tələbələr” elitaya hazırlaşan gündən klub rəhbərliyində təmsil olunan Abbasov vaxtilə “Qarabağ” (akademiyada baş əlaqələndirici), “Şüvəlan” (icraçı direktor) və “Xəzər”də (icraçı direktor), eləcə də “Xəzər” TV ilə “CBC Sport”da topladığı təcrübədən yararlanmaqla iş yerinə fayda verməyə çalışdı. Hər halda, “Xəzər” məhz Emin Abbasovla yaxın ətrafının gəlişindən sonra birinci divizionda 8-ci pillədən yuxarı qalxmış, nəticədə çempion olmuşdu.
Lakin fevralın son günlərində nə baş verdisə, Emin bəy “Sabah”ın idman direktoru postundan istefa verdi. Həmin vaxt istefası ilə bağlı heç nə danışmadı. Kənara çəkildi, susmağı üstün tutdu. Hələ də susur, gözə dəymir.
Yəqin ki gələcəklə bağlı planları var. Düzdü, bir anın içində premyer-liqa təmsilçilərində peyda olmaq heç də asan görünmür. Maşallah, bütün iş yerləri məşğuldu, boşalan kimi də AFFA-dan kimisə tapıb calaq edirlər.
Belə vəziyyətdə Abbasov nə etməyi düşünür? Gələcək fəaliyyətini yenidən klub funksioneri kimi görür, yoxsa özünə doğma olan peşəyə - jurnalistikaya qayıtmaqda maraqlıdı? Bakıda axtardığımız həmkarımızı Rostovda tapdıq: "Sabah"dan ayrılandan sonra Rusiyaya - qardaşımın yanına gəldim. Bu səfəri çoxdan planlaşdırırdım, amma işlərin çoxluğundan alınmırdı. O vaxtdan elə Rusiyadayam, hamı kimi karantin rejiminə riayət edirəm. "Sabah"dan çıxanda xeyli adam əlaqə saxladı mənimlə, bir növ dəstək nümayiş etdirdilər. Ki, bu hal özü mənə çox xoş oldu. Təkliflərə gəlincə, bəli, bəzi variantlar vardı. Amma heç müzakirə etmədik, çünki Rusiyaya gedəcəyimi dəqiqləşdirmişdim.
Təbii ki, qayıdandan sonra bir işin qulpundan yapışmaq fikrindəyəm. Son 3 ildə klub funksioneri kimi fəaliyyət göstərmişəm, müəyyən təcrübə toplamışam. Ona görə də klub funksioneri kimi çalışmaq daha maraqlı gəlir mənə indiki məqamda. Ancaq elə yerdə işləmək istərdim ki, fikirlərimə, futbol baxışlarıma önəm verilsin, ortaya iş qoymaq üçün uyğun şərait olsun. Yəni iş xatirinə işləmək mənlik deyil. Digər tərəfdən, reallığa baxsaq, mən dediyim şərtlərlə futbolumuzda iş tapmaq asan məsələ deyil. Bunu özüm də yaxşı başa düşürəm. Amma mən də belə insanam, istəyirəm ki, olduğum yerdə ortaya bir iş qoyum. Səlahiyyət yetəri qədər olmayanda isə mümkün deyil bu. Məni tanıyanlar bilirlər ki, mədəni adamam, işgüzarlığım da var. Ancaq görəndə ki, işlər istədiyim kimi getmir, narahat olmağa başlayıram. Görsəm ki, futbolda real təklif yoxdu, o zaman bir qərara gələcəm. Ya televiziyaya qayıdaram, ya da müstəqil jurnalist kimi fəaliyyətimi davam etdirərəm. Artıq 15 ildi jurnalist və funksioner kimi futbol sahəsindəyəm. Özümü elə bu sferada görürəm”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 14:32 “Qarabağ” iyulun 14-də Qəbələyə yollanır Bu gün, 14:29 “Keşlə” Şamaxıya 11 günlük gedir Bu gün, 14:26 Kənarda qalanlar da məşqlərə başlamaq istəyir Bu gün, 14:24 Rövşən Binnətli “Yeni klinika”da müalicə alır Bu gün, 14:09 Firuz Abdulla “Tofiq Bəhramov”da Lövü itiribmiş... Bu gün, 14:05 “Sabah” Aleksey İsayevi transfer etdi Bu gün, 13:56 Lənkəranlı futbolsevərlər üçün acı və xoş gün Bu gün, 13:52 “Neftçi” “Qafqaz Sport”u seçdi Bu gün, 13:47 Xaricdəki legionerlərimiz: hərə bir şeyin dalınca qaçıb 10-07-2020, 15:16 “Şahdağ”ın prezidentinin futboldan anlayışı yoxdu 10-07-2020, 15:12 Kamran Ağayev Elxan Məmmədovla telefonda danışıb 10-07-2020, 15:10 Vaqif Sadıqov: “Namizədlər arasında yerli məşqçilərin adının olmasını məqsədəuyğun sayıram” 10-07-2020, 14:51 Böhranın BOS-a aidiyyatı yoxdu 10-07-2020, 14:49 Ruslanla “Keşlə” arasında qırğın davam edir 10-07-2020, 14:48 Üçü hazırdı, “Keşlə” fikrə dalıb 10-07-2020, 14:46 PFL dünən 90 medal təqdim etdi 10-07-2020, 14:44 “Avropaya yollanmaq variantı olsa, dəyərləndirəcəm” 10-07-2020, 14:41 Kamal Quliyev onu futbola qaytaranlara təşəkkür etdi 10-07-2020, 14:37 “Universitatya” Sezarın yolunu gözləmir 9-07-2020, 11:45 Rəhbərlik “Şahdağ”ın futbolçularının maaşını vermir 9-07-2020, 11:41 “Keşlə”nin Ruslan Qurbanova borcu yoxdu 9-07-2020, 11:40 Klublar Bakını tərk edəcəklər 9-07-2020, 11:38 Avrokuboka qatılanlar avqustda hazır olmalıdı 9-07-2020, 11:36 Avrokubok iştirakçıları önündə “yaşıl işıq yandırıldı” 9-07-2020, 11:34 Tural Bayramlı “Keşlə”dən pula görə ayrılıb 9-07-2020, 11:28 Prosineçkinin uğur formulu 9-07-2020, 11:27 Mahir uçacaq? Ay uçdu a... 9-07-2020, 11:24 Qəbələ avrokubok təmsilçilərini qarşılamağa hazırdı 9-07-2020, 11:21 “Sumqayıt”ın ispan məşqçisi vətəninə getmək istəməyib 9-07-2020, 11:19 “Zirə” gözləmə mövqeyindədi 9-07-2020, 11:17 Messi, “Real”, Nicat və ...acgöz bizimkilər 7-07-2020, 21:20 “Zirə” Turalla Şəhriyarı istəyir 7-07-2020, 21:18 “Qarabağ” rəhbərliyi ispanlara yardım əlini uzadıb 7-07-2020, 21:17 Bu gedişlə yığmanı yerli mütəxəssis çalışdıracaq 7-07-2020, 21:16 KİVDF-nin qərarı narazılıq doğurdu 7-07-2020, 20:53 “Təslim olsaq, bizim üçün faciə yaşanacaq” 7-07-2020, 20:50 “Sabah” Sopiçi yola saldı 7-07-2020, 20:49 İsayevə ən çox pul təklif edən “Sabah”dı 7-07-2020, 20:48 Zaur Həşimovun gedişi Məqsədi pis vəziyyətdə qoyub 7-07-2020, 20:46 “Keşlə” Ruslan Qurbanova çatacaq pulu vermir 7-07-2020, 20:44 Elmar Baxşıyev büdcənin təsdiqlənməsini gözləyir 7-07-2020, 20:41 Nicat ikinci qolunu vurdu 7-07-2020, 20:40 Şəmkirdə “Kəpəz”in futbolçularına yuxu dərmanı veriblər 7-07-2020, 20:37 AFFA və PFL əməkdaşları işə çıxa bilmirlər 4-07-2020, 12:32 Ramiz Mirzəzadə "İdman TV"ni "CBC Sport"a dəyişdi 4-07-2020, 12:24 “Azərbaycanda futbol öldü, qızım” 4-07-2020, 12:18 Məşqçilər Komitəsi Kinin namizədliyindən xəbərsizdi 4-07-2020, 12:14 “Keşlə”nin adı gələndə tüklərim biz-biz olur” 4-07-2020, 12:07 “Çempionatdakı nəticələr və Avroliqaya vəsiqə qazana bilməməyimiz qərarda rol oynamadı” 4-07-2020, 12:03 Miçel və Romero qardaşları İspaniyaya uçdu 4-07-2020, 09:23 “Sumqayıt” gərək “çox sağ ol, koronavirus” desin” 4-07-2020, 09:18 PFL təqvimin bir neçə variantı üzərində işləyir 4-07-2020, 08:55 “Futbol+”in “rəmzi yığma”sına 105 futbolçu düşüb 4-07-2020, 08:48 “Sumqayıt” Türkiyədən maska sifariş edəcək 4-07-2020, 08:45 “Forza Neftçi” Geryeyə ismarıc göndərdi 4-07-2020, 08:40 “Qarabağ”la anlaşan Gerye azarkeşlərə səsləndi 4-07-2020, 08:37 “Vəziyyət belə davam etsə, avrokuboklarda bizi son 10 ildə görmədiymiz uğursuzluq gözləyir” Bütün xəbərlər
Ən çox oxunanlar