17 apr 20:38olke

Gəncədə “tələbələr” birinci oldu

Gəncədə “tələbələr” birinci oldu
“Liverpul” da Bakıya gələcək

Ölkəmizdə ikinci dəfə keçirilən “Neymar Jr’s Five” turnirinin seçim mərhələsinin start götürdüyünü xəbər vermişdik. Lənkəran mərhələsində “Lenko” ən güclü ünvanını qazanmışdı. Şənbə günü Gəncə mərhələsi baş tutdu. “Red Bull”un sponsorluq etdiyi yarışın Nizami yurdundakı seçim turunu izləmək üçün ölkənin 2-ci ən böyük şəhərinə yollandıq. Əvvəlcə yarışın qaydaları haqda qısa məlumat verək. Hər komanda 5 oyunçudan ibarətdi. Yaş həddi 18-25 olsa da, bu il iki oyunçunun yaşının 25-dən yuxarı olmasına icazə verilib. Kiçik ölçülü qapıların önünə qövsvari xətt çəkilir və həmin qövs daxilindən topa zərbə endirmək qadağandı. Qapıçıların olmadığı mübarizədə hər buraxılan qola görə 1 oyunçu meydançanı tərk edir. Bu isə ilk qolu vuranın qələbəyə daha yaxın olmasından xəbər verir. Axı qol vuran meydanda həm də say üstünlüyü əldə edir. Görüş maksimum 10 dəqiqə davam edir. Bu müddət başa çatanda meydanda hər iki komandada eyni sayda oyunçu qalarsa, o zaman hər komandadan 1 futbolçu təkbətək mübarizə aparır.
Gəncədə 32 komanda İcra Hakimiyyətinin önündə quraşdırılan meydançada qüvvəsini sınadı. Son qarşılaşma əsl finala layiq mübarizə şəraitində keçdi. Həlledici matçda Gəncə Dövlət Universitetinin (GDU) komandasıyla “Liverpul” qarşılaşdı. Bu oyunda daha texnikalı futbolçulara sahib “Liverpul” favorit göstərilirdi. Hesabı açan da bu komanda oldu. Ancaq onlar say üstünlüyündən yararlana bilmədi. “Tələbələr” bərabərlik qoluna imza atmaq fonunda oyunçu sayını bərabərləşdirdi. Beləliklə, 10 dəqiqəlik müddət başa çatdı və təkbətək mübarizəyə keçildi. GDU-nun üzvü daha çevik və texnikalı olduğundan qələbə topuna imza ataraq, komandasını qalib etdi. Ancaq “Liverpul” çox da üzülmədi. Belə ki, təşkilatçılar Gəncənin böyük şəhər kimi nüfuzunu və marağı nəzərə alaraq finalçını da mayın 6-da Bakıda keçiriləcək həlledici mərhələyə yollamaq qərarını verdi. Növbəti seçim turları Şəki, Quba və Bakıda keçiriləcək. Paytaxtdakı final mərhələsinin qalibi ölkəmizi "Neymar Jr’s Five" turnirinin Dünya Finalına vəsiqə qazanacaq. Sonda hər iki komandanın kapitanlarının fikirlərini nəzərinizə çatdırırıq.
Fuad Həsənov (GDU): “Qalib gələcəyimizi gözləyirdik. Bura gələndə hədəfimiz minimum finala yüksəlmək idi. Oynadıq və qalib olduq. Çempion kimi Bakıdakı final mərhələsinə yollanacağıq. Orda da uğurlu çıxış edib, yer tutacağımıza inanıram. Bizim üçün yarış çətin keçmədi. Hətta finalda azlıqda qalanda belə rahat oynayırdıq. Çünki meydançada genişlik yaranmışdı. Texnikalı futbolçu üçün belə oynamaq daha rahatdı. İlk dəfə qapıçısız futbol oynayırıq. Mən peşəkar futbolla da məşğul olmuşam. Ancaq ayağım qırıldığı üçün futboldan uzaqlaşmışam. Belə dar çərçivədə oynamaq çətin olsa da, çox maraqlı idi”.
Ayaz Şahbazlı (Liverpul): “Finalda uduzmaq pis təsir etdi. Yorğunluq sözünü dedi. Cəmi bir gün ərzində komanda yığıldı. Oyunçularımız birgə cəmi 1-2 oyun keçirib. Ümumi tanışlıq var idi. Təşkilatçılara minnətdarlığımı bildirirəm. Yarımfinalda “Kəpəz”lə qarşılaşdıq. Çox çətin rəqib idi. Gücümüzün böyük hissəsini həmin komandayla oyunda itirdik. Ona görə də finalda üzərimizdə yorğunluq var idi. Biz həm də yarımfinal oyununu rəqibdən sonra keçirdik. Finalla interval qısa idi. Özümüzə tam gələ bilmədik. Əsas vaxt bitəndən sonra kapitan olaraq taktiki səhvə yol verdim. Texniki cəhətdən daha güclü Şəhriyar Əhmədlini yox, Şahmar Həsənovu oynatdım. Buna görə komanda yoldaşlarımdan üzr istəyirəm”.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 01:16 Ayxan Abbasov ehtiyatlı danışdı Dünən, 14:11 Şəhriyar Parisdə beşinci oldu Dünən, 14:09 Kamran “gümüş”lə kifayətləndi Dünən, 14:08 Məğlubiyyət və “sülh” Dünən, 14:06 Voleybol millimiz qələbəyə həsrət qaldı Dünən, 14:05 Nəfəskəsən mübarizədən Rikkyardo qalib ayrıldı Dünən, 14:02 Yığmada ikinci Alesio dönəmi başlayır Dünən, 14:01 Fanklublar “Zirə” ilə “İnter”i dəstəkləməyəcək Dünən, 13:59 Vaqif Sadıqov Məşqçilər Komitəsinin planlarını açıqladı Dünən, 13:58 “Neftçi” bu gün başlayır Dünən, 13:57 “İnter”də nə müqavilələr yenilənib, nə də maaşlar verilib Dünən, 13:54 “Milli Dəstə” iş başında olmayacaq Dünən, 13:52 “Qarabağ” ÇSKA-dan 5 qol “yedi” Dünən, 13:49 Şeydayev darmadağına sevindi Dünən, 13:22 David Manqa “Zirə”ni və Bakını təriflədi Dünən, 13:19 “Zirə” rumın müdafiəçi ilə münasibətləri rəsmiləşdirdi Dünən, 13:18 “Ayntraxt”ın məşqçisi Renatın üstün cəhətlərindən danışdı Dünən, 13:16 AFFA-dan maliyyələşən klublara mayın maaşı verilməyib Dünən, 13:14 “Ölüm sükutu var idi, heç kim ürək edib nəsə demək istəmirdi” Dünən, 13:11 “Qəbələ”dən növbəti transfer Dünən, 13:09 “İstəyirik ki, cəlb edəcəyimiz hücumçu nəinki “Qəbələ”nin, həm də çempionatımızın siması olsun” 25-06-2017, 23:16 AÇ üçün heyət açıqlandı 25-06-2017, 23:15 Ölkə çempionatı başa çatdı 25-06-2017, 23:14 Ukrayna ilə bacarmadıq 25-06-2017, 23:13 Nağı Səfərova yenə etimad göstərildi 25-06-2017, 23:12 Bakıda “Red Bull”dan əzələ nümayişi 25-06-2017, 23:10 Kamran Şahsuvarlı finalda 25-06-2017, 23:08 Əliyar Ağayev “Rusenborq”un oyununa təyinat aldı 25-06-2017, 23:07 UEFA-nın MDB üzrə əlaqələndiricisi “Futbol+”ə danışdı 25-06-2017, 23:05 “Zirə”nin oyununda təcrübəsiz qazax 25-06-2017, 22:56 “Qarabağ” oyuna çıxır, “Samtredia” hücumçuyla gücləndi 25-06-2017, 22:55 “Neftçi” rəsmisi gördüyü işdən danışmaq istəmədi 25-06-2017, 22:44 “Zirə”də yayın məsələsində qeyri-müəyyənlikdi 25-06-2017, 22:43 “Dalğa Arena” avrokubok oyunlarına hazırdı 25-06-2017, 22:42 Patrik Klyuvert “Vətən”ə təşəkkür edib 25-06-2017, 22:37 Sloveniyada AÇ-yə gerisayım başlayır 25-06-2017, 22:36 Fransa millisinin sabiq yarımmüdafiəçisi “Qəbələ”də 25-06-2017, 22:34 Futzal millimiz yenə braziliyalıya tapşırılacaq 25-06-2017, 22:33 Yığmamız qrupda qaldı 25-06-2017, 22:31 BOK prezidenti MOK-a məktub göndərdi 25-06-2017, 22:30 Ayxan Abbasov “Zirə”ni Avroliqaya hazır sayır 25-06-2017, 22:27 "Zirə" rumın müdafiəçi transfer etdi 25-06-2017, 22:09 TRANSFER DOSYESİ 25-06-2017, 22:07 Zirə azarkeşləri oyunun Mərdəkanda keçirilməsindən razıdı 25-06-2017, 22:06 “Sumqayıt” jurnalistlər üçün iftar süfrəsi açdı 25-06-2017, 22:03 “Zirə”nin legionerləri Türkiyədə ləngidi 23-06-2017, 20:23 Avropa Yay Olimpiya Festivalına lisenziya qazandılar 23-06-2017, 20:22 Otellərin sayı artsa, Bakıya daha çox “Formula-1” azarkeşi gələcək 23-06-2017, 20:20 Ronaldoya millinin forması hədiyyə olundu 23-06-2017, 20:17 Emil Balayev “Səbail”ə keçərkən Qurban Qurbanovla danışmayıb 23-06-2017, 20:14 “Zirə” biletlərin qiymətini açıqladı 23-06-2017, 20:12 Əliyar FİFA karyerasına sıfırdan başlayır... 23-06-2017, 20:09 “Samtredia” ilə ilk oyunun başlama vaxtı dəqiqləşdi 23-06-2017, 20:08 “İnter”in rəqibi son çempionu məğlub etdi 23-06-2017, 20:06 Avroliqanın debütantı mübarizəyə hazırdı 23-06-2017, 20:00 Sumqayıtda mükafatlandırma 23-06-2017, 19:56 Yığmanın baş məşqçisi Ermənistanla oyundan danışdı Bütün xəbərlər
Ən çox oxunanlar