16 apr 23:47olke

“Beşiktaş” azarkeşlərinin Liondakı davranışına fərqli yanaşma

“Beşiktaş” azarkeşlərinin Liondakı davranışına fərqli yanaşma
Avroliqanın 1/4 finalı çərçivəsində keçirilən “Lion” – “Beşiktaş” matçı (2:1) qalmaqalsız ötüşmədi. Belə ki, türk azarkeşlər Fransada özünü meydan sahibi kimi apardı. Əslində beynəlxalq oyunlarda qonaq azarkeşlər üçün stadionun 5 faizi nəzərdə tutulur. Ancaq Fransada yaşayan türklər də kütləvi şəkildə həmin oyuna bilet almışdı ki, bu da “Beşiktaş”ın 20 min tərəfdar önündə oynamasına gətirib çıxardı. “Qartallar” sanki öz meydanında mübarizə aparırdı. Bu öz yerində. Oyundan öncə Türkiyədən gedənlərlə polis, tribunada isə qonaq fanatlarla yerli azarkeşlər arasında qarşıdurma yaşandı. Yuxarı sektorda əyləşən “Beşiktaş” azarkeşləri aşağı tribunadakı fransız fanatlarını fişəng, partlaytıcı maddələr və yad əşyalarla “atəşə tutdular”. Belədə vəziyyətin ciddiliyinin fərqinə varan fransalı futbolsevərlər tribunanı tərk etmək məcburiyyətində qalıb meydana axışdılar. Yaşananlar matçın 45 dəqiqə gec başlanmasına da səbəb oldu. Təbii, türk fanatların çılğınlığı hamımıza bəllidi. Görəsən, bizim azarkeş qrupları Frnasada yaşananlara necə münasibət göstərir? Onlar da oxşar addımı atardımı?
Elnur Quliyev (İmarət): “Burda fanatlıq məsələsi var. Məncə, bizimlə müqayisə etmək düz olmaz. Çünki bizim azarkeş qruplarında ultra fanatlıq formalaşmayıb. Bu üzdən bizə yad bir şeydi. Hansısa oyunda bir az çılğınlıq edən kimi polis və digər problemlə qarşılaşırıq. Bundan başqa, həmin say yoxdu. Təkcə “Beşiktaş” azarkeşləri yox, türk fanatlar Avropaya çox sayda gedəndə çalışırlar ki, yaddaqaln səs-küylü nəsə etsinlər. Qeyd etdiyiniz oyundan öncə də dava-dalaş olub. Ancaq bu qarşılıqlı baş verib. Həm fransızlar türklərə, həm də türklər onlara qarşı kobudluq edib. Bəzi mənbələrdə hətta belə deyilir ki, fransız azarkeşlər özləri meydana axışıb. Bunun mənası isə rəqib azarkeşə meydan oxumaqdı. Ancaq çox güman, partlayışa görə meydana axışdılar. Bütün hallarda komandanı dəstəkləməyin bir həddi, çərçivəsi olmalıdı. Düzdü, meydan oxumaq, rəqibə psixoloji təzyiq göstərmək, öz komandana dəstək olmaq lazımdı. Lakin hər şeyin bir həddi var. Bu üzdən onları bizimlə müqayisə etmək, həmçinin bizim onların etdiklərinə münasibət bildirməyimiz tam doğru olmaz”.
Elvin Qurbanov (Red Black Army): “Arzu edərdim ki, Azərbaycanda da klubların belə azarkeşləri olsun. Yəni rəqib meydanında yerli azarkeşləri üstələsinlər. Düzdü, adi tamaşaçı kimi yanaşsaq, bu düzgün sayılmır. Ancaq bir futbol azarkeşi olaraq, mənim belə vəziyyətlər, komandası üçün bu cür çılğınlıq göstərən fanatlar xoşuma gəlir. Sırf həmin oyuna gəlincə, bu təşkilatçıların etdiyi bir səhvdi. Çünki “Beşiktaş” azarkeşləri üçün limit qoyulmalı idi. Konkret yerli və qonaq izləyicilər üçün say müəyyənləşdirilir. Limit qoymayıblar və “Beşiktaş” azarkeşləri bu qədər bilet alıblar. Hər halda, stadiona özbaşına yox, biletlə giriblər. Bu məsələdə türk azarkeşlərdə günah görmürəm. Biletini alıb, oyuna gəlir. Ancaq yaşananlar üzündən oyun gec başladı ki, buna haqq qazandırmaq olmaz. Rəqib azarkeşlərə fiziki təzyiq göstərməyə, onlara xəsarət yetirməyə pis baxıram. Ümumilikdə düzgün hərəkət deyil”.
Sübhan Əliyev (Forza Neftçi): “Bu məsələdə klubun səhvi var. Məlum məsələdi ki, “Beşiktaş” azarkeşləri oyuna daha çox sayda gəlmək istəyəcək. Odu ki, kassalarda bilet satılarkən, türk vətəndaşlara o qədər bilet vermişdi. Nəticədə arzuolunmaz vəziyyət yarandı. Ancaq bizdə də buna oxşar hal olub. O vaxt “Zestafoni” ilə səfər matçına daha çox tərəfdarla yollanmışdıq. Adama çox olduğundan bizim üçün nəzərdə tutulan yerdən sağ tərəfdəki sektorda da oturmuşduq. Lakin düşündülər ki, xoşagəlməz bir şey olacaq, bizi sol tərəfə çəkib, polislər tərəfindən əhatəyə aldılar. Klub orda müdaxilə etməsəydi, böyük problem olacaqdı. Azarkeşlərin bir-biri ilə “atışma”sına gəlincə, fransızlarla türklərin arası yoxdu. Bu futboldu, pis baxmırıq. Azarkeşlər arasında bu cür olaylar yaşanır. Orda polis də az idi, bu isə klubun səhvidi. Ölüm hadisəsi də yaşana bilərdi. Biz məsələyə azarkeş gözü ilə baxırıq. Biz də məşəl yandırmışıq, partlayıcı atmışıq. Fanat nə edirsə, komandasına sevgisindən edir”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 21:17 Təcrübəlilərdən Yaşar Vahabzadənin yekun siyahısına kimlər düşəcək? Dünən, 21:16 Klublar bonus nəzərdə tutmayıb Dünən, 21:15 AFFA-nın UEFA-dan qonaqları var Dünən, 21:14 Abdulbari Gözəlin açıqlaması azarkeşləri məyus edib Dünən, 21:12 “Trabzonspor”un baş məşqçisi “Qəbələ”nin futbolçusunu bəyənib Dünən, 21:00 Fərhad Məmmədov cüdoçulara qadağa qoyub Dünən, 20:59 Şəhriyar dünya çempionunu da diz çökdürdü Dünən, 20:58 Çempion kim olacaq: “Qarabağ”, yoxsa “Qəbələ”? Dünən, 20:56 PFL əvəzediciləri “Bakcell Arena”da mükafatlandıracaq Dünən, 20:55 “Neftçi” “Qəbələ”nin müdafiəçisinə göz dikib Dünən, 20:54 Namiq Məstanov Azərbaycan futbolunun xilas yolunu göstərdi Dünən, 20:50 “Gümüş” “Səbail”in, “bürünc” “Ağsu”nun oldu Dünən, 20:47 Kubokda sensasiya: “Araz”la “Ekol” mübarizəni dayandırdı Dünən, 20:46 U-17 Podqoritsada xala və qola həsrətdi Dünən, 20:37 Xaqani Məmmədovun finalı Ömər Paşayevə tapşırmaq istəyi narazılıq doğurub Dünən, 20:36 “Qəbələ” fanklublarını Naxçıvana aparacaq Dünən, 20:35 “Sumqayıt”da köklü dəyişikliklər olacaq Dünən, 20:33 “CBC Sport” 25 dəqiqəlik icmalla kifayətlənib Dünən, 19:59 Babək Quliyev Qazaxıstanda hakimlik edir Dünən, 19:57 Adı siyahıda olmayan sabiq prezident medal alıb Dünən, 19:56 AFFA Zaur Axundovu “İnter”in Müşahidə Şurasının sədri təyin etdi Dünən, 19:54 AMADA-nın binası istifadəyə verildi Dünən, 19:53 İslamiada xəbərləri Dünən, 19:51 Uesli Sonun anası da ölkəmizə gəlib Dünən, 19:46 Şəmkirlilər evdə qələbə qazandı Dünən, 19:45 “Mauqli” sükuta Türkiyədə son qoyacaq Dünən, 19:44 Millimiz Sloveniyaya yollandı Dünən, 19:42 AÇ üçün heyətlər açıqlandı 27-04-2017, 17:52 İslamiada xəbərləri 27-04-2017, 17:51 Şəhriyar liderliyini davam etdirir 27-04-2017, 17:49 Yaşar Vahabzadə yekun qərarını 29-dan sonraya saxladı 27-04-2017, 17:48 Misir Əbilovun komandası Mingəçevirdə qoçuluq edib 27-04-2017, 17:47 Şimali İrlandiya ilə “Tofiq Bəhramov”da qarşılaşacağıq 27-04-2017, 17:38 PFL “İnter”ə “Qarabağ” və “Qəbələ”dən az medal verdi 27-04-2017, 17:35 Premyer-liqanın bombardiri kim olacaq? 27-04-2017, 15:59 İlk oyunda məğlubiyyət 27-04-2017, 15:58 Mövsümün ən az qol vurulan turu 27-04-2017, 15:49 İlk altı çempionatla bağlı əcaib mənzərə 27-04-2017, 15:47 “Qəbələ” Tiflisdə 6-cı oldu 27-04-2017, 15:45 FİFA referiləri İslamiadada! 27-04-2017, 15:39 “Gümüş”lə “bürünc”ün taleyi qərbdə həll olunur 27-04-2017, 15:38 İntizam Komitəsi “Neftçi”nin məğlubiyyətini rəsmiləşdirdi 27-04-2017, 15:36 TURUN MƏŞQÇİSİ 27-04-2017, 15:35 TURUN SİTATI 27-04-2017, 15:33 TURUN OYUNÇUSU 27-04-2017, 15:32 HAKİMLƏRİN MÜHAKİMƏSİ 27-04-2017, 15:31 Xaqani Məmmədovun köməkçisi qovuldu 27-04-2017, 15:29 Maşallah Əhmədovla bağlı DGK-ya sorğu göndərilib 27-04-2017, 15:28 “İnter”lilər mayın 10-na qədər gözləyəcək 27-04-2017, 15:27 “Neftçi”yə yeni rəis gəlir 27-04-2017, 15:25 “Neftçi” rəhbərliyi məşqçilər korpusunu cərimələdi 27-04-2017, 15:23 “Forza Neftçi” qərarını verdi 27-04-2017, 15:20 Teymur Rəcəbov Olimpiadadakı uğursuzluqdan danışdı 27-04-2017, 15:18 Şəhriyar Məmmədyarov Rusiya klubuna keçib 27-04-2017, 15:16 Yunanıstana geniş heyətlə 27-04-2017, 15:12 Pevtsov iki pillə irəlilədi 27-04-2017, 15:11 Ən güclü boksçular müəyyənləşdi Bütün xəbərlər
Ən çox oxunanlar