09 apr 12:27olke

Karantin Ruslanın “başına oyun açıb”

Karantin Ruslanın “başına oyun açıb”
“Həftədə iki oyun olsun, təki çempionat bərpa olunsun, həmişəki qaydada sona çatsın”
İndi işsizlikdən ən çox əziyyət çəkən fəal həyata öyrəşmiş futbolçulardı. Daim məşqdə, oyunda, dostların əhatəsində olanlar indi dörd divar arasında qalmağa məhkumdu. Onların bu durumda nə ilə məşğul olduqları, vaxtlarını necə keçirdikləri maraq doğurmaya bilməz.
Madam ki, fasilə dönəmidi, yazmağa, müzakirə və təhlil etməyə mövzu yoxdu, futbolçularla danışaq. Görək nə edirlər, özlərini necə hiss edirlər. Daim mətbuata açıq olan Ruslan Qurbanovla danışdıq.
- Futbolsuz günlər necə keçir?
- Pis, çox pis. Dəhşətli dərəcədə darıxıram. Futbol, komanda yoldaşlarım, inzibati heyət, zarafatlar – hamı, hər şey üçün darıxmışam. Hamını görmək, söhbət etmək istəyirəm. İnanın, evdə oturduqca adamın ağlı başından çıxır. İllərdi yaşıl meydanlardayıq, daim orda-burda olmuşuq. İndi birdən-birə evdə oturmağa məcburuq. Nə edək? Əlimizi göyə qaldırıb dua etməkdən başqa çarəmiz yoxdu. Allah virusa yoluxanlara cansağlığı versin, tezliklə bu bəladan qurtulaq.
- Bütün gün nə işlə məşğulsan?
- Kompüter oyunları oynayıram, arada “pleysteyşn”də vaxt keçirirəm. Çox vaxt da evdə qapılar qurub qızımla futbol oynayıram. Hamı necə, biz də elə.
- Məşq etmirsən?
- Məşq heç də. O, gündəlik məşğuliyyətimdi. Hər gün pres edirəm, ayaqlarıma güc yığmaq üçün təmrinlərdən istifadə edirəm. Formamı qorumaq üçün bacardığımı edirəm.
- Artıq çəki var?
- Məndə heç vaxt artıq çəki olmur. Əksinə, mənə əlavə 3-4 kiloqram lazımdı, yığa bilmirəm (gülür). Ona görə də istədiyimi yeyə bilirəm, problem olmur.
- Məşqçilərlə əlaqə saxlayırsan?
- 2-3 gün əvvəl Tərlan Əhmədov zəng edib maraqlandı. Özümü, ailəmi soruşdu, nə etdiyimlə maraqlandı. Diqqət göstərdiyinə görə sağ olsun, həqiqətən xoş oldu. Fiziki hazırlıq üzrə məşqçimiz də “Keşlə”nin “vatsap” qrupuna tapşırıqlar atır. Təxminən 40 dəqiqəlik proqramdı, hər kəs etdiyi məşqləri videoya çəkib qrupa yerləşdirməlidi. Bir sözlə, evdə olsaq da, futbol rejimindəyik.
- Bu dəqiqə hər kəsi düşündürən sual çempionatların gələcək taleyidi. Yarımçıq dayandırılacaq, yoxsa başa çatdırılacaq - əsas müzakirə mövzusu budu. Sən necə düşünürsən, premyer-liqanı bu vəziyyətdə yekunlaşdırıb avrokubok iştirakçılarını müəyyənləşdirmək məqsədəuyğun olar, yoxsa istənilən halda başa çatdırılmalıdı?
- Bu məsələdə mənim nəsə deməyim önəm daşımır. Çünki heç nəyi dəyişməyəcək. Bu suala UEFA-nın və yerli qurumların rəhbərləri aydınlıq gətirəcək. Yox, maraq üçün mənim də fikrimi bilmək istəyirsizsə, qalan oyunların da keçirilməsini istəyirəm. Sonradan hansısa söz-söhbət ortaya çıxmasın deyə, medalı haqq edənlərin mükafata qovuşmasının tərəfdarıyam. Həftədə iki oyun olsun, təki çempionat bərpa olunsun, həmişəki qaydada sona çatsın. Lakin son söz, dediyim kimi, aidiyyatı qurumlarındı. Bizə nə desələr, əməl edəcəyik.
- Başında tük saxlamamısan. Buna görə karantin rejiminə təşəkkür düşür, yoxsa hazırlanmış plan idi?
- Gizlətməyin adı yoxdu, düzünü deyəcəm. Amma bilmirəm necə deyim (gülür). Əslində başımı keçəl etmək niyyətində deyildim. Saçım çoxalmışdı, bərbərlər də işləmirdi deyə, başımda eksperiment aparmaq qərarına gəldim. Özüm saçımı formaya salmaq istəyirdim, əvəzində gülməli vəziyyətə düşdü (gülür). Gördüm ki, düzəldə bilmirəm, xanımımı köməyə çağırdım. Ancaq o da əlac tapa bilmədi, qayçı-darağı atıb qaçdı. Məcbur qalıb hamısını qırxdım. Yaxşı ki karantindi, heç yerə çıxmıram. Yoxsa havalanardım. Çempionat bərpa olunana qədər yəqin ki tük gələr.
- Evi gündə 2 saat tərk etmək imkanın var. Bu şansdan necə yararlanırsan?
- Açığı, hələ ki heç yerə getməmişəm. Yeni tikilinin 4-cü mərtəbəsində yaşayıram, binamızın 2-ci mərtəbəsində də supermarket var. Ona görə də binanı tərk etməyə ehtiyac qalmır. Karantin rejimidisə, evdə qalmağımız məsləhətdi. 1-2 aylıq çətinlikdi, dözməliyik.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 18:42 “Haralar” rəhbərliyi ad məsələsinə aydınlıq gətirdi Dünən, 18:41 Hakan Sünal 11 azyaşlını müsəlman etdi Dünən, 18:40 Firdovsi Umudov haqqında yazılanlara münasibət bildirdi Dünən, 18:38 Rasim Kara Likioyuya sualla cavab verdi Dünən, 18:37 “Şahdağ”ın 165 min manatı havaya uçdu Dünən, 18:27 “Mövsüm davam edəcəksə, Allah futbolçuların köməyi olsun” Dünən, 18:26 Aminin “Sabah”dakı sabahı necə olacaq? Dünən, 18:23 Çempion məşqçilərin mesajı: “heç kim ağız büzə bilməz” Dünən, 18:20 Nazarovu cəza gözləyir Dünən, 18:18 “Olimpik”i almaq istəyən Piriyevlər kimdi? Dünən, 18:15 Maşalla Əhmədov DTX-ya ərizə yazdı 25-05-2020, 17:50 U-19 liqasının formatında dəyişiklik olmayacaq 25-05-2020, 17:49 İcraiyyə Komitəsi növbəti həftə yığışacaq 25-05-2020, 17:48 Foqts yığmamızın sayəsində liderlər sırasındadı 25-05-2020, 17:36 Futbolumuzun əcnəbiləri bir çatışmazlığı qeyd etdilər 25-05-2020, 17:34 “Təəssüf ki, “Bakı”nın bazası ilə bağlı belə məsələlər oldu” 25-05-2020, 17:26 Aftandil Hacıyev mövsümün bərpasını istəmir 25-05-2020, 13:43 Yaşar Bəşirov lisenziya müəmmasına aydınlıq gətirdi 25-05-2020, 13:31 “Azərbaycan millisini seçdiyimə görə valideynlərimə Bakının mərkəzində mənzil verilməyib” 25-05-2020, 13:29 Aydan ulduZa Türkiyə futbolu 25-05-2020, 13:20 “Nə göz-qaş edirsən, baş məşqçi artıq yatıb, istirahət etmək istəyirəm” 24-05-2020, 11:13 Yayın ilk keçidi Amin Seydiyev oldu 24-05-2020, 10:56 Agentlər Aminin ölkə xaricinə yollanacağını düşünürlər 24-05-2020, 10:47 EFA, “Fireland Football Club”, “Dortmund Bakı”, yox bir qaşqaldaq… 24-05-2020, 10:28 Koronavirus olmasaydı... 24-05-2020, 10:25 “Futbolu qaldırsa, veteranlar qaldıracaq” 23-05-2020, 11:14 Əməkdar məşqçi ölüm-qalım mübarizəsi aparır 23-05-2020, 11:02 “Qəbələ”nin elitada ilk qolunun müəllifi dükan işlədirmiş 23-05-2020, 10:58 AFFA-da qanvermə aksiyası 23-05-2020, 10:57 Bakı UEFA-ya təminat verib 23-05-2020, 10:54 “Ximki”: elita əvəzinə 2-ci dəstəyə 22-05-2020, 16:41 “Stəkan bir yana, əl altında olan hər şey paltardəyişmə otağında uçurdu!” 22-05-2020, 16:32 “Neftçi” bilərəkdən “Bəhramov”a sürgün edildi” 22-05-2020, 11:33 Kurtinaytis 300 nəfər qonaq üçün qəsr icarəyə götürüb 22-05-2020, 11:30 Kamran “Ximki”nin ən məhsuldar futbolçusudu 22-05-2020, 11:29 “Qarabağ”ın həkimi fikir bildirməkdə çətinlik çəkir 22-05-2020, 11:26 Yaşar Vahabzadə “Kəpəz”in futbolçularına kökəlməməyi tapşırıb 22-05-2020, 11:23 Mehman Allahverdiyev cəzalı ola-ola meydana çıxıb 22-05-2020, 11:21 Elxan müəllim, bəs qərar açıqlanacaqdı? 22-05-2020, 11:17 PFL növbəti videkonfransa qatıldı 22-05-2020, 11:16 “Kəpəz”lə “Turan Tovuz” istənilən qərara razı olacaq 22-05-2020, 11:13 “Xaqani Məmmədovun sanki sumqayıtlı hakimlərə qarşı allergiyası var idi” 20-05-2020, 11:30 AFFA divizionda və liqalarda mövsümü erkən bitirir 20-05-2020, 11:27 “Sumqayıt”da 55 nəfər testdən keçdi, “Qəbələ” isə gözləyir 20-05-2020, 11:25 Rövşən Hüseynli birbaşa pley-offa keçməyi təklif etdi 20-05-2020, 11:24 Futzal çempionatında durum futboldakından fərqlidi 20-05-2020, 11:20 Jurnalistlər yerli məşqçinin tərəfdarıdı 20-05-2020, 11:18 Nazarovun qol sevinci yadda qaldı 20-05-2020, 11:17 Millət vəkillləri çempionatın bərpasını istəyir 20-05-2020, 11:14 İsmayıllı Olimpiya İdman Kompleksindən məhkəməyə şikayət olundu 20-05-2020, 11:12 “Futbolla vidalaşandan sonra yəqin ki fermada yaşayacam” 20-05-2020, 11:10 UEFA təxirə saldı, PFL-in rəisi maraqlı şərh yazdı 20-05-2020, 11:09 Brifinqdə yenə futbol unudulmadı 20-05-2020, 11:05 Ploeştidə meydandan qovulan Ramin Nəsibov imiş… 18-05-2020, 14:27 Şahin Diniyev yığmanın baş məşqçisiz qalmasını məqsədəuyğun sayır 18-05-2020, 14:26 Ramin Musayev müalicə aldığına görə videokonfransa qatılmayıb 18-05-2020, 14:13 Yığma üzvlərinin maaşı aprelin sonunda ödənilib Bütün xəbərlər
Ən çox oxunanlar