16 apr 23:28olke

“CBC Sport” Naxçıvana “kəşfiyyat”dan qayıdıb

“CBC Sport” Naxçıvana “kəşfiyyat”dan qayıdıb
Şəmsəddin Abbasov: “Bütün texniki qüvvəmizi səfərbər edəcəyik”

Mövsümün sonu yaxınlaşdıqca həyəcan daha da artır. İstər çempionatda, istərsə də ölkə kubokunda “Qarabağ”la “Qəbələ”dən hansının qalib olacağı böyük maraqla gözlənilir. Düzdü, “köhlən atlar” ardıcıl 4-cü dəfə premyer-liqanın qızıl medalçısı olmağa “qırmızı-qaralar”dan daha yaxındı. Ancaq kubokun finalı ilə bağlı eyni sözləri demək olmaz. Orda artıq şanslar 50-nin 50-yədi. Məlum olduğu kimi, “ikinci cəbhə”nin son oyunu Naxçıvanda keçiriləcək. Həm klublar, həm də finalda qarşılaşacaq komandaların azarkeşləri məkan seçimindən narazı qalsalar da, PFL qərarını dəyişmədi. Təşkilatçı qurum kubokun finalının Muxtar Respublikada keçirilməsində problem görmədi. Beləcə, mayın 5-də daha öncə Superkubok oyununa evsahibliyi edən Naxçıvan bu dəfə kubokun final görüşünə “qucaq açacaq”.
Premyer-liqanın və kubokun yayın hüququna yiyələnən “CBC Sport” da artıq final matçı ilə bağlı “qollarını çırmayıb”. Srağagün telekanalın rəhbərliyi və əməkdaşları Muxtar Respublikada olublar. Onlar şəraitlə tanış olmaq üçün stadiona baş çəkib, müəyyən məsələlərlə bağlı müzakirələr aparıblar. Maraqla gözlənilən matça təxminən 20 gün qalsa da, deyəsən, “CBC Sport”un bu oyunla bağlı planları böyükdü. Hər halda, telekanal indidən hazırlıqlara start veribsə, deməli, ortada nəsə var. Odu ki, dünən “CBC Sport”un baş redaktoru Şəmsəddin Abbasovla əlaqə saxlayıb Naxçıvan səfəri haqda düşüncələrini, telekanalın oyunla bağlı planlarını öyrəndik: “Bizim səfərimiz birgünlük, əsas məqsədimiz məkanla tanış olmaq idi. “CBC Sport”un direktoru Volkan Üstün rəhbərliyi ilə texniki və yaradıcı heyətin üzvləri Naxçıvanda final oyununun keçiriləcəyi stadiona baş çəkdik. Arenanın direktoru İbrahim Rzayevlə, Muxtar Respublikanın gənclər və idman naziri Azad Cabbarovla tanış olduq. Qeyd etməliyəm ki, hansısa məsələdə kömək lazım olanda, əllərindən əsirgəmirlər. Ümumiyyətlə, Naxçıvanda bu işə çox həssas yanaşırlar. Sıravi azarkeşlər də final matçına böyük maraq göstərir və Muxtar Respublikada rəhbərlik səviyyəsində bu işə nəzarət edilir. Hər hansı xırda problem olduqda belə, söz verdilər ki, dərhal onu aradan qaldıracaqlar. Biz geniş heyətlə həmin oyuna yollanacağıq. 30-a yaxın heyət üzvümüz olacaq, bütün texniki qüvvəmizi bu matça səfərbər edəcəyik. İnanırıq ki, yekunda azarkeşlər gözəl bir oyunun şahidi olacaqlar. Stadiona gəlincə, meydanın vəziyyəti çox yaxşıdı. Şəxsən mən qazonun durumunu çox bəyəndim. Tribunalar göz oxşayırdı. Həm stadion daxilində, həm də kənarında xırda yenidənqurma işləri aparılırdı. Bizə əminliklə bildirdilər ki, oyuna 1-2 gün qalmış bütün işlər başa çatacaq və arena tam şəkildə oyunu qəbul etməyə hazır olacaq. Bilirik ki, Naxçıvan üçün bu ilk sınaq deyil. Daha öncə Superkubok matçı da Muxtar Respublikada keçirilib. Ancaq bu “CBC Sport” olaraq, bizim üçün bir sınaqdı. Çünki ilk dəfə Naxçıvandan bu cür yayın həyata keçirəcəyik. Vətənimizin ən qədim diyarlarından birində, ümid edirik ki, hər şey yaxşı alınacaq. Oyun günü çox geniş bir yayın nəzərdə tutmuşuq. Həm Naxçıvan, həm də Bakı studiyasının əlaqəli şəkildə hazırladığı materiallar tamaşaçıların ixtiyarında olacaq. Orda bizim kifayət qədər jurnalist həmkarlarımız, futbol veteranlarımız olacaq. Onlarla söhbətləşəcəyik. Bütöv bir gün prosesi davam etdirəcəyik. “Xəbərlər” proqramında canlı olaraq Naxçıvandan telekörpü təşkil olunacaq. Bizim “Start” analitik verilişimiz var və orda yalnız və yalnız kubok oyunu haqda danışacağıq, ən son durumu izləyicilərimizə çatdıracağıq. Tamaşaçılar günboyu “CBC Sport”u izləməklə matçın startına kimi bütün məlumatları əldə edə bilərlər. Həmin qarşılaşma ilə Azərbaycanda futbol mövsümü başa çatacaq. Ancaq biz işimizi davam etdirəcəyik, yayda yeni-yeni layihələr təqdim edəcəyik”.
Yadınızdasısa, ötən mövsüm kubokun finalından öncə “CBC Sport” şərhçiləri müəyyənləşdirmək üçün sorğu keçirmişdi. Sonda isə daha çox səs toplayanların xeyrinə seçim edildi. Görəsən, bu dəfə də eyni addım atılacaq? Abbasovu dinləyək: “Bu dəfə bizdə bir qədər fərqli olacaq. İstərdik ki, bütün şərhçilərimiz studiyadan oyunun müzakirələrində iştirak etsin. Hazırda bu haqda düşünürük. Ancaq dəqiq necə olacağını indi deyə bilməyəcəm”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 22:14 Stuxlik qovulanları başına topladı Dünən, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Dünən, 22:12 Əliyar Ağayev “Latsio” – “Apollon” oyununda Dünən, 22:10 “Sportinq” kubok mübarizəsinə qələbə ilə başladı Dünən, 22:08 UEFA “Sportinq”i cəzalandırdı Dünən, 22:07 Leteksiye “Qarabağ”ın oyununda qrupda debüt edəcək Dünən, 22:07 “Qarabağ” bu gün yola düşür: 7 saatlıq uçuş Dünən, 22:05 “Traktorsazi” dayandı, “Maşınsazi” davam edir Dünən, 21:48 Samir Abasovun əziyyəti hədər getdi Dünən, 21:45 Rüfət Dadaşov Almaniyada növbəti qolunu vurdu Dünən, 21:44 Qriqorçuk “Astana”ya qayıdacaq Dünən, 21:43 Volkan Üst infarkt keçirib Dünən, 21:42 “Keşlə” Bosançiçi göndərdi Dünən, 21:40 Rahid formada olmadığını etiraf etdi Dünən, 21:37 Bayılda qarşılıqlı qollar Dünən, 21:16 Deviç vurur, “Sabah” udur Dünən, 21:13 “Zirə”yə texniki məğlubiyyət veriləcək Dünən, 21:12 “Neftçi” “yuva”ya qayıdışını qələbəylə qeyd etdi Dünən, 21:10 Startda “sülh” olmadı Dünən, 21:08 Təyinatlar açıqlandı 14-09-2018, 23:16 “Uşaq vaxtı Kasorlayla bir yerdə oynamışam” 14-09-2018, 23:04 Dünya çempionatı üçün rekord mükafat fondu 14-09-2018, 23:03 Tofiq Məmmədov Avropanın ən güclüsüdü! 14-09-2018, 22:58 AFFA Hakimlər Komitəsi ilə Hakim-İnspektorlar Komitəsini birləşdirir 14-09-2018, 22:57 Şahin Diniyevlə Əsgər Abdullayev Mircavadovun səsinə səs vermədi 14-09-2018, 22:56 Venera Kahriç Xaqani Məmmədovdan ölkə başçısına şikayət etdi 14-09-2018, 22:54 “Keşlə”dən növbəti transfer 14-09-2018, 22:52 PFL-i premyer-liqanın imici maraqlandırmır 14-09-2018, 22:50 “Sportinq”in 4 illik avrokubok macərasına səyahət 14-09-2018, 22:47 Adams Mxitaryanın Bakıya gəlməsini istəyir 14-09-2018, 22:46 Slavçev futbolumuzdan və “Qarabağ”dakı durumundan razıdı 14-09-2018, 22:43 “Qəbələ” Biləcəriyə qayıtdı 14-09-2018, 22:34 Yığmalardan ikisi liqalarda oynayacaq 14-09-2018, 22:33 Utancaq, küskün Zeynal Zeynalov 14-09-2018, 22:32 “Hərbçilər” zirvədə! 14-09-2018, 22:30 Futbolçular Bakının işğaldan azad olunduğu günü bilmir 14-09-2018, 22:26 Yüksək liqanın təqvimi açıqlandı 14-09-2018, 22:24 Yığma “Sumqayıt”ı darmadağın etdi 14-09-2018, 22:23 Eddi oynadı, komandası mərhələ adladı 14-09-2018, 22:21 Tahir Süleymanov Qurban Qurbanova haqq qazandırdı 14-09-2018, 22:20 “Neftçi”nin yeni formaları satışa çıxır 14-09-2018, 22:18 AFFA lisenziyaları yeniləyir 13-09-2018, 23:25 Baş məşqçi samboçumuzun ölümündən danışdı 13-09-2018, 23:24 AFFA 11000 bileti pulsuz paylayıb 13-09-2018, 23:23 “Uğur”un futbolçuları 10 min manatın həsrətindədi 13-09-2018, 23:22 PFL bölgələrə səfər üçün “Topaz”dan cavab gözləyir 13-09-2018, 23:21 “Keşlə” müdafiəçi və menecer ilə anlaşdı 13-09-2018, 23:19 Kim deyir ki, hücumçu yoxdu? 13-09-2018, 23:16 Slavçevin arzusu ürəyində qaldı 13-09-2018, 23:14 “Onu deyim ki, Qurban Qurbanov çox sərt danışdı, çox sərt” 13-09-2018, 23:12 Nurlan Novruzov Türkiyə kubokunda fərqləndi 13-09-2018, 23:05 Jurnalistlər Malta təəssüratını bölüşdü 13-09-2018, 23:04 Şans qazanmayanlar ümidini itirmir 13-09-2018, 23:02 Fasilə bitdi: “birincilər” başlayır 13-09-2018, 23:00 “Araz” mövsümə xal itkisi ilə başladı 13-09-2018, 22:59 UEFA 40 nəfəri Bakıya göndərdi 13-09-2018, 22:57 Kamran İbrahimovun məşqçiləri təcrübəsizliyi qabartdı Bütün xəbərlər
Ən çox oxunanlar