03 apr 20:55olke

Avanürist ideya: yarımfinal bir oyundan ibarət olsun!


Biri razıdı, digəri düşünür, bir başqası üçün futbol arxa plana keçib...
Bu dəqiqə UEFA-nı narahat edən əsas məsələ Belarus istisna olmaqla qitənin qalan ölkələrində daxili yarışların nə vaxt bərpa olunacağıdı. Müzakirələr davam edir, çıxış yolu axtarılır, lakin hələ də yekun nəticə hasil olmayıb.
Avropa futbol qurumunun bir neçə gün öncə təşkil etdiyi növbəti videokonfransda müxtəlif ideyalar müzakirəyə çıxarılsa da, yekun nəticə bəlli deyil. Vəziyyəti belə görən milli fedarasiyalar çıxış yolları axtarırlar. Məsələn, Belçikada “Brügge” çempion elan olunub, avrokuboklara qatılacaq başqa klublar da müəyyənləşib, elitadan gedəcək və bura gələcək klubları və ölkə kubokunun taleyini müəyyənləşdirmək üçün isə işçi qrup yaradılıb. Bizdə hələ ki sakitlikdi. Premyer-liqanın 8 turu oynanılmalıdı, bu da ümumilikdə 32 oyun edir. Üstəlik kubokun yarımfinalında 4 matç və həlledici qarşılaşma. Yekunda 37 oyun alınır. Azərbaycan futbolunun, daha doğrusu, ölkədaxili yarışların taleyinin necə olacağının bilinmədiyi indiki məqamda təqvimi daha da seyrəkləşdirmək üçün ilk baxışdan avantürist görünən, amma əslində məntiqli olan ideyamız var. “Futbol+” olaraq təklif edirik ki, kubokun yarımfinalı 2 yox, 1 oyundan ibarət olsun. Komandalar öz aralarında danışmaqla həmin görüşün kimin meydanında və ya neytral meydanda keçirilməsi ilə bağlı razılığa gələ bilərlər. Təbii ki, bu ideyanı yalnız PFL gerçəkliyə çevirə bilər.
Maraqlıdı, klublar buna razıdılarmı? 2 oyunun “yoxa çıxması” müəyyən mənada çıxış yolu sayıla bilərmi? Xatırladaq ki, yarımfinalda “Qəbələ” “Zirə” ilə, “Sumqayıt” isə “Qarabağ”la qarşılaşmalıdı. Bu üzdən adı çəkilən komandaların baş məşqçiləri ilə danışdıq.
Ayxan Abbasov, “Sumqayıt”: “Bu dəqiqə klub olaraq bizi yalnız bir şey düşündürür – mümkün qədər bəladan uzaq durmaq və özümüzü, yaxınlarımızı, ailə üzvlərimizi qorumaq. Hazırda insan sağlamlığı önəmlidi, futbol arxa plana keçib. Ona görə də futbolla bağlı hansısa təklif irəli sürmək, hansısa təklifi dəyərləndirmək bu gün üçün aktual deyil. İnşallah, qısa zamanda karantin rejimi bitər, həyat əvvəlki axarına qayıdar, ondan sonra nəyisə müzakirə edə bilərik. Bu səbəbdən ideyanıza münasibət bildirməyim mümkün deyil”.
Zaur Həşimov, “Zirə”: “Futbol və çempionat bərpa olunarsa, bu bizim də düşündüyümüz variantlardan biridi. Yaxşı təklifdi. Təki çempionat bərpa olunsun, həyat əvvəlki axarına qayıtsın”.
Elmar Baxşıyev, “Qəbələ”: “Bildiyiniz kimi, hazırkı durumda qarşımızda duran əsas hədəf kubokda bacardıqca irəli getməkdi. Ona görə də yarımfinal görüşünü doğma azarkeşlərimizin qarşısında keçirmək istərdik. Lakin bu dəqiqə ən vacibi sağlamlıq və təhlükəsizlikdi. Bizim nəsə deməyimizlə məsələ həll olunmur. Yəqin ki bu istiqamətdə müzakirələr olacaq və yekun qərar veriləcək. Ona görə də indidən nəsə demək çətindi. Çıxılmaz vəziyyət yaransa, dediyiniz ideya uyğun ola bilər”.
Qurban Qurbanov, “Qarabağ”: “İndiki məqamda hansısa təklif üzərində dayanmağımız, nəyisə müzakirə etməyimiz doğru olmaz. Çünki heç nə bəlli deyil. İndiki anda sağlamlığımızı düşünməliyik. Futbolla və oyun sayı ilə bağlı hansı qərar qəbul olunacaqsa, hörmətlə yanaşacağıq. Bu işdə məsuliyyət AFFA ilə PFL-in üzərində olacaq. Nə desələr, əməl edəcəyik”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 18:42 “Haralar” rəhbərliyi ad məsələsinə aydınlıq gətirdi Dünən, 18:41 Hakan Sünal 11 azyaşlını müsəlman etdi Dünən, 18:40 Firdovsi Umudov haqqında yazılanlara münasibət bildirdi Dünən, 18:38 Rasim Kara Likioyuya sualla cavab verdi Dünən, 18:37 “Şahdağ”ın 165 min manatı havaya uçdu Dünən, 18:27 “Mövsüm davam edəcəksə, Allah futbolçuların köməyi olsun” Dünən, 18:26 Aminin “Sabah”dakı sabahı necə olacaq? Dünən, 18:23 Çempion məşqçilərin mesajı: “heç kim ağız büzə bilməz” Dünən, 18:20 Nazarovu cəza gözləyir Dünən, 18:18 “Olimpik”i almaq istəyən Piriyevlər kimdi? Dünən, 18:15 Maşalla Əhmədov DTX-ya ərizə yazdı 25-05-2020, 17:50 U-19 liqasının formatında dəyişiklik olmayacaq 25-05-2020, 17:49 İcraiyyə Komitəsi növbəti həftə yığışacaq 25-05-2020, 17:48 Foqts yığmamızın sayəsində liderlər sırasındadı 25-05-2020, 17:36 Futbolumuzun əcnəbiləri bir çatışmazlığı qeyd etdilər 25-05-2020, 17:34 “Təəssüf ki, “Bakı”nın bazası ilə bağlı belə məsələlər oldu” 25-05-2020, 17:26 Aftandil Hacıyev mövsümün bərpasını istəmir 25-05-2020, 13:43 Yaşar Bəşirov lisenziya müəmmasına aydınlıq gətirdi 25-05-2020, 13:31 “Azərbaycan millisini seçdiyimə görə valideynlərimə Bakının mərkəzində mənzil verilməyib” 25-05-2020, 13:29 Aydan ulduZa Türkiyə futbolu 25-05-2020, 13:20 “Nə göz-qaş edirsən, baş məşqçi artıq yatıb, istirahət etmək istəyirəm” 24-05-2020, 11:13 Yayın ilk keçidi Amin Seydiyev oldu 24-05-2020, 10:56 Agentlər Aminin ölkə xaricinə yollanacağını düşünürlər 24-05-2020, 10:47 EFA, “Fireland Football Club”, “Dortmund Bakı”, yox bir qaşqaldaq… 24-05-2020, 10:28 Koronavirus olmasaydı... 24-05-2020, 10:25 “Futbolu qaldırsa, veteranlar qaldıracaq” 23-05-2020, 11:14 Əməkdar məşqçi ölüm-qalım mübarizəsi aparır 23-05-2020, 11:02 “Qəbələ”nin elitada ilk qolunun müəllifi dükan işlədirmiş 23-05-2020, 10:58 AFFA-da qanvermə aksiyası 23-05-2020, 10:57 Bakı UEFA-ya təminat verib 23-05-2020, 10:54 “Ximki”: elita əvəzinə 2-ci dəstəyə 22-05-2020, 16:41 “Stəkan bir yana, əl altında olan hər şey paltardəyişmə otağında uçurdu!” 22-05-2020, 16:32 “Neftçi” bilərəkdən “Bəhramov”a sürgün edildi” 22-05-2020, 11:33 Kurtinaytis 300 nəfər qonaq üçün qəsr icarəyə götürüb 22-05-2020, 11:30 Kamran “Ximki”nin ən məhsuldar futbolçusudu 22-05-2020, 11:29 “Qarabağ”ın həkimi fikir bildirməkdə çətinlik çəkir 22-05-2020, 11:26 Yaşar Vahabzadə “Kəpəz”in futbolçularına kökəlməməyi tapşırıb 22-05-2020, 11:23 Mehman Allahverdiyev cəzalı ola-ola meydana çıxıb 22-05-2020, 11:21 Elxan müəllim, bəs qərar açıqlanacaqdı? 22-05-2020, 11:17 PFL növbəti videkonfransa qatıldı 22-05-2020, 11:16 “Kəpəz”lə “Turan Tovuz” istənilən qərara razı olacaq 22-05-2020, 11:13 “Xaqani Məmmədovun sanki sumqayıtlı hakimlərə qarşı allergiyası var idi” 20-05-2020, 11:30 AFFA divizionda və liqalarda mövsümü erkən bitirir 20-05-2020, 11:27 “Sumqayıt”da 55 nəfər testdən keçdi, “Qəbələ” isə gözləyir 20-05-2020, 11:25 Rövşən Hüseynli birbaşa pley-offa keçməyi təklif etdi 20-05-2020, 11:24 Futzal çempionatında durum futboldakından fərqlidi 20-05-2020, 11:20 Jurnalistlər yerli məşqçinin tərəfdarıdı 20-05-2020, 11:18 Nazarovun qol sevinci yadda qaldı 20-05-2020, 11:17 Millət vəkillləri çempionatın bərpasını istəyir 20-05-2020, 11:14 İsmayıllı Olimpiya İdman Kompleksindən məhkəməyə şikayət olundu 20-05-2020, 11:12 “Futbolla vidalaşandan sonra yəqin ki fermada yaşayacam” 20-05-2020, 11:10 UEFA təxirə saldı, PFL-in rəisi maraqlı şərh yazdı 20-05-2020, 11:09 Brifinqdə yenə futbol unudulmadı 20-05-2020, 11:05 Ploeştidə meydandan qovulan Ramin Nəsibov imiş… 18-05-2020, 14:27 Şahin Diniyev yığmanın baş məşqçisiz qalmasını məqsədəuyğun sayır 18-05-2020, 14:26 Ramin Musayev müalicə aldığına görə videokonfransa qatılmayıb 18-05-2020, 14:13 Yığma üzvlərinin maaşı aprelin sonunda ödənilib Bütün xəbərlər
Ən çox oxunanlar