18 mar 16:29olke

AFFA liqalarda fasiləni aprelin 14-nə kimi uzadıb


Hakan Sünal: “Ehtiyatlı tərpənib, bəşəri problemin acı fəsadlarını yaşamamış bu addım atmaq vacib idi”
COVID-19, başqa sözlə desək, koronavirus təhlükəsi bütün dünyanı silkələyib. Mənbəyini Çindən götürən və digər qitələrə “idxal olunan” bu virus bütün sahələrə, o cümlədən idmana da təsirini göstərib. Son günlərdə dünyada xeyli sayda sanballı turnirlər, Olimpiadaya vəsiqə verən yarışlar təxirə salınıb. Yüzmilyonlarla insanın sevimli idman növü olan futbolda da koronavirusun təsirini görmək mümkündü. Avropanın, Asiyanın aparıcı çempionatları “dondurulub”. “Köhnə qitə”də olduğu kimi, Azərbaycan premyer-liqasında, birinci dəstəsində də məcburi fasilə elan olunub. Ondan əvvəl isə AFFA-nın bayrağı altında keçirilən müxtəlif yaş qrupları üzrə çempionatlarda turlar təxirə salınmışdı. Və belə görünür ki, tətil bir qədər də uzanacaq. Belə ki, AFFA-ya yaxın mənbələrdən əldə etdiyimiz bilgiyə görə, aşağı yaş qrupları arasında keçirilən yarışlarda fasilə aprelin 14-nə kimi davam edəcək. Bu müddətdə pandemiya təhlükəsi aradan qalxarsa, assosiasiya rəhbərliyi aşağı yaş qruplarının çempionatını davam etdirəcək, əks halda məcburi tətil bir qədər uzadılacaq.
“Koronavirus tətili”nin futbol akademiyalarının gündəlik fəaliyyətinə nə dərəcədə təsir etdiyini bilmək üçün “Sumqayıt” Futbol Akademiyasının rəhbəri Hakan Sünalla danışdıq: “İlk növbədə Azərbaycanın hakim dairələrinə “çox sağ ol” demək istəyirəm ki, bəzi Avropa ölkələrinin belə ciddiyə almadığı ağır duruma belə operativ reaksiya verib. İki həftə öncə mən Almaniyadaydım. Ordan qayıdanda hava limanında gələn insanları yoxlamadan çölə buraxmırdılar. Halbuki həmin vaxt Almaniya hökuməti koronavirusa o qədər də ciddi yanaşmırdı. Bura qayıtdıqdan bir neçə gün sonra artıq Almaniyada da durumu anlayıb ciddi tədbirlər görməyə başladılar. Bu yöndə deyərdim ki, Azərbaycan bir çox inkişaf etmiş Avropa ölkələrinə nümunə oldu. Müxtəlif yaş qrupları arasında keçirilən ölkə çempionatının təxirə salınmasına gəlincə, bunu anlayışla qarşılamaq lazımdı. İlk növbədə insan həyatını nəzərə almaq lazımdı. Ehtiyatlı tərpənib, bəşəri problemin acı fəsadlarını yaşamamış bu addımı atmaq vacib idi. Bəli, məşqlərin və çempionat oyunlarının təxirə salınması bizim üçün heç də xoşagələn hal deyil. 10, 11, 12 yaşlı uşaqların bir müddət futboldan kənarda qalması heç də qorxulu deyil. Onların yaşını nəzərə alanda fiziki durumla bağlı çətinlik yaranacağını demək olmaz. Əksinə, fasilədə onlar top üçün darıxacaqlar, məşqlər bərpa olunanda meydana daha həvəslə çıxacaqlar. Ancaq 15, 16, 17 və 19 yaşlı oyunçular üçün fasilə heç də yerinə düşmədi. Mövsümün qızğın çağında onlar futboldan soyuyurlar. Düzdü, qeyd etdiyim yaş qruplarında çıxış edən oyunçuların hamısına fərdi hazırlıq planı verilib. Məşqçilər bu planı hazırlayıb onlara göndəriblər. Ancaq biz onları nəzarətdə saxlaya bilmədiyimizdən kimin plana əsasən çalışıb-çalışmadığını bilmirik. Belədə hər şey həmin gəncin öz vicdanından və işinə nə dərəcədə peşəkar yanaşacağından asılıdı. Bəlkə də belə vaxtda hansı yetirməmizin necə xarakterə malik olduğunu da görə biləcəyik”.
Hakan bəy koronavirusun acı fəsadlarına da toxundu: “Bu günə kimi heç vaxt dünya futbolunda belə halın yaşandığını görməmişdim. Son 30 ildə planetdə çoxlu dəhşətli təbii hadisələr olub, müxtəlif ölkələrdə müharibələr baş verib. Son 5-6 ildə Suriyada və başqa yaxın şərq ölkələrində silahlı toqquşmalar, müharibələr görmüşük. Buna baxmayaraq, nəinki Avropada, hətta həmin ölkələrdə futbol çempionatı davam edib, yığmalar səviyyəsində görüşlər keçirilib. İndi təsəvvür edin: konovirus nə dərəcədə təhlükəlidi ki, başı çox şeylər çəkmiş, dağıntılar, müharibələr görmüş Avropada çempionatlar təxirə salınır. Qitə çempionatının keçirilib-keçrilməyəcəyi sual altındadı. Odu ki, AFFA-nın liqaların oyunlarını təxirə salmasını, fasilənin uzadılmasını başa düşmək lazımdı. Yenə təkrarlayıram, əsas olan insan taleyidi. Hər bir uşağın sağlam olması, dəhşətli xəstəlikdən uzaq qalması ümdə məsələdi”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 15:54 Cenk Tosun Aleksi Hacidən üstün sayır Bu gün, 15:46 “Ayntraxt”ın izi ilə Gəncədən ABŞ-a Bu gün, 15:16 “Rəcəbovun qaytarılması məntiqəuyğun olmazdı” Bu gün, 15:13 Teymur şahmatı stolüstü tennisə dəyişib Bu gün, 15:11 Messi Anrinin gözünün içinə baxa bilmirmiş Bu gün, 10:42 "Keşlə" yardım payladı Dünən, 20:43 “CBC Sport” Olimpiada ilə bağlı film təqdim edəcək Dünən, 20:34 “Qəbələ”dən daha bir statistika Dünən, 20:23 Barselona qəhrəmanı kövrəldi... Dünən, 20:20 Saxtakar dünya çempionu... Dünən, 20:18 Yığma üzvü karantindən evə buraxıldı Dünən, 20:14 Robbenin xanımı koronavirusdan qurtuldu Dünən, 20:08 AÇ-nin ev sahibləri dəyişəcəkmi? Dünən, 20:04 Klopp Maneni ilk görüşdə kimə bənzədib? Dünən, 12:27 Karantin Ruslanın “başına oyun açıb” Dünən, 12:11 AİJF Baş nazirə müraciət etdi Dünən, 12:06 “9 aydan sonra doğuş sayında inanılmaz artım yaşansa, təəccüblənmərəm” 8-04-2020, 21:12 Teymur Rəcəbov 100 min dollar ziyana düşüb 8-04-2020, 21:09 Fərid Qayıbov payızı nişan verdi 8-04-2020, 20:59 Yaşar Vahabzadəni bu gün hamıdan tez nəvəsi təbrik edib 8-04-2020, 16:03 Mourinyo və oyunçular parkda məşq etdi 8-04-2020, 15:59 Terim koronavirusdan qurtuldu! 7-04-2020, 22:15 Belarus çempionatında futbolçular nə qədər qazanır? 7-04-2020, 21:54 Koronavirus Qvardiolanın anasını öldürdü 7-04-2020, 21:50 Rusiya və Qətər mundialı pulla alıb? 7-04-2020, 21:40 “Düzdü, stadiondakı effekti vermir, ancaq özümü yora bilirəm” 7-04-2020, 21:28 “Qarabağ” boş dayanmır 7-04-2020, 21:19 “Doğulduğum Təbrizdə də vəziyyət ürəkaçan deyil” 7-04-2020, 21:07 Kimdi günahkar? 7-04-2020, 20:51 Evdə qal, yemək bişir! 7-04-2020, 15:17 Arif Rəhimov dəqiqliyin tərəfdarıdı 7-04-2020, 15:11 Klublarda qeyri-müəyyənlik davam edir 7-04-2020, 15:07 Azarkeş qrupları imkansızları sevindirməkdə davam edir 7-04-2020, 15:02 “Zaqatala”dan örnək addım 6-04-2020, 17:24 AGİN yığmalar üçün toplanış təşkil etməyi düşünür 6-04-2020, 17:14 Obradoviçlə Velebit gedib, Lippert Bakıdadı 6-04-2020, 16:53 FİFA yaş limitini artırmağı zəruri sayır 6-04-2020, 16:43 UEFA: milli çempionatlar sona çatdırılmalıdı! 6-04-2020, 16:40 “Barselona”ya qayıdıb yeni səhifə açmaq istəyirəm” 6-04-2020, 16:30 Karius FIFA-ya şikayət etdi 6-04-2020, 16:25 “Heç kim hadisələrin necə inkişaf edəcəyini bilmir” 6-04-2020, 16:20 Tramp da videokonfrans keçirdi 6-04-2020, 16:13 Xabib – Toni dueli 5-ci cəhddə də baş tutmadı 6-04-2020, 16:09 Türkiyəyə futbol nə vaxt “qayıdacaq”? 6-04-2020, 14:49 "Qəbələ" tarixindəki 78 penaltidən 61-ni qola çevirib 6-04-2020, 14:46 "Qəbələ": 546 oyun, 41 kapitan 5-04-2020, 11:22 Fonda daha hansı klub pul köçürəcək? 5-04-2020, 11:01 Koronavirusun öyrətdiyi ...onlayn məşqlər 3-04-2020, 21:40 “Ağsu Siti” də kampaniyaya qoşuldu 3-04-2020, 21:36 Bir daha Çingiz İsmayılova ayrılan yardım haqda 3-04-2020, 21:30 Riad Rəfiyev “asan yol” arzulamır 3-04-2020, 21:21 “Sumqayıt” 40 həmvətənimizi himayəyə götürdü 3-04-2020, 20:55 Avanürist ideya: yarımfinal bir oyundan ibarət olsun! 3-04-2020, 20:35 “Old Wolf”u üç futbolçu təbrik edib 3-04-2020, 20:32 Elvin Bakıdadı, Fərid Çexiyada məşq edir 1-04-2020, 19:25 Altay Əliyev və övladları Prezidentin çağırışına qoşuldu 1-04-2020, 19:09 "Sabah"dan sabahımız üçün jest Bütün xəbərlər
Ən çox oxunanlar