26 fev 11:17olke

"Premier Quba" meydana çıxmadı


Turun mərkəzi oyununu “Araz” qazandı
Dünən “Olimpik Star”da futzal üzrə yüksək liqanın 16-cı turunun oyunları keçirilib. Ancaq bəribaşdan qeyd edək ki, 5 oyundan dördü baş tutub. "Yasamal" İSK – "Premier Quba" görüşü ikincilərin təyin olunan vaxtda meydana çıxmaması üzündən keçirilməyib. Oyunla bağlı İntizam Komitəsi qərar verəcək.
Baş tutan görüşlərə gəlincə, ilk oyunda “Baku Fire” “Record club”la üz-üzə gəlib. Oyun nominal meydan sahiblərinin böyükhesablı qələbəsi ilə yekunlaşıb.
Sözsüz, "Araz" - "Neftçi" İK dueli turun mərkəzi oyunu sayılırdı. Ancaq naxçıvanlılar rahat qələbə qazanıb. İlk öncə onu qeyd edək ki, həmişə, hətta böyük fərqlə lider mövqeyində qərarlaşanda da nəticəni düşünən Joze Alesio Da Silva derbiyə ilk dəqiqələrdən "çərçivə" istisna olmaqla, yalnız iranlı futzalçılarla çıxıb. Əzəli rəqiblərin duelində hesab artıq 4-cü dəqiqədə açılıb. İsaq çətin vəziyyətdə olsa da, qarşısıalınmaz zərbə ilə hədəfi dəqiq nişan alıb. 17-ci dəqiqədə isə bəxt “Neftçi” İK-in tərəfində olub. Xətainin zərbəsi qapı çatına dəyərək meydanı tərk edib. Bununla belə, Alesionun komandası fasiləyə qədər fərqi artırmağı bacarıb. Mehrdad Qənbərzadə 18-ci dəqiqədə vurulan qolun müəllifi olub.
İkinci hissəyə “Neftçi” İK qolla başlayıb. Bu dəfə Vahib sol cinahdan uzaq küncə düşməklə fərqi minimuma endirib. Növbəti qol 24-ci dəqiqədə vurulub. Bu dəfə “Araz”dan Hadi Əhmədi qarşısıalınmaz olub. “Neftçi” İK 32-ci dəqiqədə fərqlənməklə intriqanı sona qədər saxlamağa çalışıb. Vahibin ötürməsini Kənan qapıdan keçirib. Ancaq Hacıbala Abdullayevin komandasının bundan artığına gücü çatmayıb. Əksinə, “Neftçi” İK-in qapıçını meydan oyunçusu ilə əvəzləməsi rəqibin xeyrinə işləyib. Əvvəlcə Rizvan, ardınca Xətai boş qapını nişan almaqla fərqi 3 topa yüksəldib. Sona yaxın dubl edən Mehrdaddan sonra Tural İsmayılov avtoqol müəllifi olub - 7:2.
“Bakı” TFK ilə EKOL-un görüşü isə yetərincə intriqalı keçib. Gah bir, gah da digər komanda hesabda önə keçib, hətta 3 top fərqi yarada bilib. Sonda sevinən tərəf isə "şirkət təmsilçisi" olub. Son dəqiqə ərzində 2 qol vuran EKOL 3 xalı rəqibdən qoparıb. Son oyunda isə “Marafon” böyükhesablı qələbə qazanmaqla xal ehtiyatını artırıb.
Baku Fire – Record club 11:1 (5:1)
Baku Fire: 1. Zalış Səmədzadə, 10. Tahir Məcidov (k), 17. Renat Sultanov, 7. Rəvan Abdullayev, 16. Asif Zeynalov; 5. Elşən Zərbəliyev, 8. Röyal Məmmədli, 9. Rauf Rüstəmov, 11. Rasif Səfiyarov, 12. Rəşid Orucov, 18. Hüseyn Qarayev, 22. Amil Əlimirzəyev.
Baş məşqçi: Teymur Eyvazov.
Record club: 12. Məhəmmədəmin Söhrabzadə, 27. Vahid Ansari (k), 21. Çiya Babaxani, 66. Sabir Hacıəliyev, 10. Mətin Qəhrəmani; 2. Həmid Novruzi, 22. Ceyhun Nağıyev, 88. Fərid Yusifov.
Baş məşqçi: Mustafa Mahdavikiya.
Qollar: A.Zeynalov, 4 (1:0). A.Zeynalov, 5 (2:0). A.Əlimirzəyev, 7 (3:0). R.Abdullayev, 7 (4:0). E.Zərbəliyev, 15 (5:0). M. Qəhrəmani, 16 (5:1). R.Abdullayev, 22 (6:1). R.Sultanov, 23 (7:1). H.Qarayev, 32 (8:1). H.Qarayev, 33 (9:1). R.Abdullayev, 38 (10:1). R. Rüstəmov, 40 (11:1).
Vərəqə: M.Söhrabzadə, 40 - sarı.
Hakimlər: Ramiz Məhərrəmov, Etibar Həsənov, Mahir Məmmədov.
24 fevral. Bakı. Olimpik Star.
Araz – Neftçi İK 7:2 (2:0)
Araz: 12. Rövşən Hüseynli, 20. İsaq Surqalı, 9. Hadi Əhmədi, 13. Əmir Şocayi, 10. Mehdi Qənbərzadə; 1. Kamran Hacıyev, 8. Rizvan Fərzəliyev (k), 11. Xətai Bağırov, 14. Murilyo Borges, 15. Sunay Həsənov, 17. İsa Atayev.
Baş məşqçi: Joze Alesio Da Silva.
Neftçi İK: 12. Cavad Məmmədov, 4. Oruc Baxşəlizadə, 5. Elçin Zeynalov, 8. Vahib Xocayev, 10. Rüfət Balakişiyev (k); 1. Samir Mehdiyev, 3. Tofiq Hüseynov, 9. İbad Məmmədov, 11. Kənan Manafov, 13. Əjdər Əjdərov, 14. Tural İsmayılov, 77. Akif Babayev.
Baş məşqçi: Hacıbala Abdullayev.
Qollar: İ.Surqalı, 4 (1:0). M.Qənbərzadə, 18 (2:0). V.Xocayev, 21 (2:1). H.Əhmədi, 25 (3:1). K.Manafov, 32 (3:2). R.Fərzəliyev, 34 (4:2). X.Bağırov, 35 (5:2). M.Qənbərzadə, 36 (6:2). T.İsmayılov, 38-öz qapısına (7:2).
Vərəqə: yoxdu.
Hakimlər: Ceyhun Hüseynov, Nail Nağıyev, Kənan Məlikov.
24 fevral. Bakı. Olimpik Star.
Bakı TFK – EKOL 6:7 (3:4)
Bakı TFK: 16. Ağaseyid Qasımov, 7. Vüsal Buludov, 21. Məhəməd Bədəlbəyli, 11. Tofiq Əliyev, 13. Taleh Ağayev; 12. Vladislav Reznov, 5. Emin Abbasov, 8. Fərid Səmədzadə, 10. Elvin Adışirinov, 14. İlham Allahverdiyev, 22. Tural Lətifov, 77. Məhəmməd Xəlilov.
Baş məşqçi: Əli Hüseynov.
EKOL: 99. Emin Kürdov, 17. Fərid Ələkbərov, 2. Radik Əhmədov, 11. Namiq Məmmədkərimov (k), 10. Samir Həmzəyev; 1. İntiqam Babayev, 4. Fərid Atakişiyev, 5. Mehdi Rəsulov, 7. Faiq Əliyev, 9. Əsgər Abasov, 12. Oqtay Rüstəmli, 16. Babək Abbasov, 20. İbrahim Zeynalov, 33. Ələsgər Ələsgərli.
Məşqçi: Alik Qədirov.
Qollar: M.Bədəlbəyli, 3 (1:0). F.Səmədzadə, 9 (2:0). V.Buludov, 9 (3:0). F.Əliyev, 15 (3:1). N.Məmmədkərimov, 18 (3:2). S.Həmzəyev, 19 (3:3). S.Həmzəyev, 19 (3:4). T.Əliyev, 22 (4:4). N.Məmmədkərimov, 30 (4:5). V.Buludov, 31 (5:5). T.Əliyev, 34 (6:5). F.Atakişiyev, 39 (6:6) N.Məmmədkərimov, 40 (6:7).
Hakimlər: Hikmət Qafarlı, Nahid Xasıyev, Elvin Ağayev.
24 fevral. Bakı. Olimpik Star.
Xızı Futzal – Marafon 1:10 (1:7)
Xızı Futzal: 22. Əyyub Əliyev, 3. Xəyal Quliyev (k), 5. Qərib İbrahimov, 7. Aydın Qasımov, 14. Elnur Soltanlı; 8. Kamran Abdullazdə, 9. Şahin Əliyev, 13. Heydər İsgəndərli, 15. Firudin Ağalarov.
Rəhbər: Orxan Allahverdiyev.
Marafon: 12. Ramin Həsənzadə (k), 7. İlkin Hacıyev, 8. Nihad İsmayılov, 14. Vitali Borisov, 21. Tofiq Mikayılov; 1. Anar Məmmədov, 9. Fərid Məzahiri, 11. Rəşid Qolipur, 13. Şahab Şahnazian, 17. Sərxan Məstiyev, 19. Məcid Xazayi, 20. Elşən İbrahimxəlilov, 77. Möhsün Məhəmmədzadə, 99. Tofiq Məlikov.
Baş məşqçi: Elşad Quliyev.
Qollar: M.Xazayi, 2 (0:1). M.Məhəmmədzadə, 4 (0:2). M.Xazayi, 5 (0:3). İ.Hacıyev, 5 (0:4). Q.İbrahimov, 12 (1:4). T.Mikayılov, 14 (1:5). S.Məstiyev, 15 (1:6). S.Məstiyev, 16 (1:7). S.Məmmədov, 22 (1:8). S.Məstiyev, 34 (1:9). M.Xazayi, 40 (1:10).
Vərəqələr: S.Məmmədov, 25. Q.İbrahimov, 25 - sarı.
Hakimlər: Rahin Heybətov, Knyaz Əmiraslanov, Fuad Həsənov.
24 fevral. Bakı. Olimpik Star.
1. Araz 15 15 0 0 113-29 45
2. EKOL 16 13 0 3 97-46 39
3. Marafon 15 12 0 3 93-35 36
4. Neftçi İK 16 11 0 5 71-57 33
5. Baku Fire 16 8 1 7 62-65 25
6. Premier Quba 15 4 2 9 58-76 14
7. Bakı TFK 16 4 2 10 54-86 14
8. Record club 16 4 1 11 58-93 13
9. Xızı Futzal 16 4 0 12 58-110 12
10. Yasamal İSK 15 0 0 15 47-114 0
Bombardirlər: Firudin Ağalarov (Premier Quba) - 29, Xətai Bağırov (Araz) – 27.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 11:13 Yayın ilk keçidi Amin Seydiyev oldu Bu gün, 10:56 Agentlər Aminin ölkə xaricinə yollanacağını düşünürlər Bu gün, 10:47 EFA, “Fireland Football Club”, “Dortmund Bakı”, yox bir qaşqaldaq… Bu gün, 10:28 Koronavirus olmasaydı... Bu gün, 10:25 “Futbolu qaldırsa, veteranlar qaldıracaq” Dünən, 11:14 Əməkdar məşqçi ölüm-qalım mübarizəsi aparır Dünən, 11:02 “Qəbələ”nin elitada ilk qolunun müəllifi dükan işlədirmiş Dünən, 10:58 AFFA-da qanvermə aksiyası Dünən, 10:57 Bakı UEFA-ya təminat verib Dünən, 10:54 “Ximki”: elita əvəzinə 2-ci dəstəyə 22-05-2020, 16:41 “Stəkan bir yana, əl altında olan hər şey paltardəyişmə otağında uçurdu!” 22-05-2020, 16:32 “Neftçi” bilərəkdən “Bəhramov”a sürgün edildi” 22-05-2020, 11:33 Kurtinaytis 300 nəfər qonaq üçün qəsr icarəyə götürüb 22-05-2020, 11:30 Kamran “Ximki”nin ən məhsuldar futbolçusudu 22-05-2020, 11:29 “Qarabağ”ın həkimi fikir bildirməkdə çətinlik çəkir 22-05-2020, 11:26 Yaşar Vahabzadə “Kəpəz”in futbolçularına kökəlməməyi tapşırıb 22-05-2020, 11:23 Mehman Allahverdiyev cəzalı ola-ola meydana çıxıb 22-05-2020, 11:21 Elxan müəllim, bəs qərar açıqlanacaqdı? 22-05-2020, 11:17 PFL növbəti videkonfransa qatıldı 22-05-2020, 11:16 “Kəpəz”lə “Turan Tovuz” istənilən qərara razı olacaq 22-05-2020, 11:13 “Xaqani Məmmədovun sanki sumqayıtlı hakimlərə qarşı allergiyası var idi” 20-05-2020, 11:30 AFFA divizionda və liqalarda mövsümü erkən bitirir 20-05-2020, 11:27 “Sumqayıt”da 55 nəfər testdən keçdi, “Qəbələ” isə gözləyir 20-05-2020, 11:25 Rövşən Hüseynli birbaşa pley-offa keçməyi təklif etdi 20-05-2020, 11:24 Futzal çempionatında durum futboldakından fərqlidi 20-05-2020, 11:20 Jurnalistlər yerli məşqçinin tərəfdarıdı 20-05-2020, 11:18 Nazarovun qol sevinci yadda qaldı 20-05-2020, 11:17 Millət vəkillləri çempionatın bərpasını istəyir 20-05-2020, 11:14 İsmayıllı Olimpiya İdman Kompleksindən məhkəməyə şikayət olundu 20-05-2020, 11:12 “Futbolla vidalaşandan sonra yəqin ki fermada yaşayacam” 20-05-2020, 11:10 UEFA təxirə saldı, PFL-in rəisi maraqlı şərh yazdı 20-05-2020, 11:09 Brifinqdə yenə futbol unudulmadı 20-05-2020, 11:05 Ploeştidə meydandan qovulan Ramin Nəsibov imiş… 18-05-2020, 14:27 Şahin Diniyev yığmanın baş məşqçisiz qalmasını məqsədəuyğun sayır 18-05-2020, 14:26 Ramin Musayev müalicə aldığına görə videokonfransa qatılmayıb 18-05-2020, 14:13 Yığma üzvlərinin maaşı aprelin sonunda ödənilib 18-05-2020, 14:10 “Qurban Qurbanova “deputatsan, toxunulmazlığın var, futbolçunu itələyərlər də” dedim” 18-05-2020, 14:07 Futzal niyə yada düşmədi? 18-05-2020, 14:05 Şensoy Konkovu təbrik etməyəcək 18-05-2020, 13:59 “Avrokuboklara gedəcək klublar indidən hazırlaşmalı, məşq etməlidilər” 18-05-2020, 13:57 Futbolçular yeniliyi müsbət qarşıladılar 18-05-2020, 13:53 Mətbuat Şehiçi “yoluxdurdu” 18-05-2020, 13:37 “Azərbaycandakı iqlim qazon saxlamaq üçün əlverişli deyil” 18-05-2020, 13:32 Futbolla bağlı qadağa bu həftə götürüləcək 17-05-2020, 11:28 Türk şahmatçı Mahir Məmmədovun FIDE-də çalışmasını düzgün saymır 17-05-2020, 11:26 Karlsen bizimkiləri “görmür” 17-05-2020, 11:20 Beş əvəzləmənin müsbət və mənfi tərəfləri 17-05-2020, 11:17 Klublar Komitəsinin iclasında daha çox təqvim müzakirə olunub 17-05-2020, 11:13 Skarlatake “Sumqayıt”la əlavə oyun istəyir 17-05-2020, 11:10 “Ağsu Siti” yeni arenaya köçür 16-05-2020, 10:56 Hər şey hazırdı, başlaya bilərik! 16-05-2020, 10:31 “Qəbələ”nin 195 iddialısı 16-05-2020, 10:27 “Neftçi” liderdi, baş məşqçinin oğlu bombardir 16-05-2020, 10:23 Namaşko “Keşlə”dən yeni müqavilə gözləyir 16-05-2020, 10:19 Baba yaşında ...ata olacaq 16-05-2020, 10:15 Elnur Əşrəfoğlu: “İndi həmin şərhimə qulaq asanda gülməyim gəlir” 16-05-2020, 10:09 Türklərə qarşı oynayan yığmanı Ələkbər Cəfərov çalışdırıb Bütün xəbərlər
Ən çox oxunanlar