26 fev 11:13olke

Ayxan Abbasov: “Qarabağ” kimi komandaya qarşı açıq futbol oynamaq hər komandanın işi deyil”

Qurban Qurbanov Rəşad Sadıqovun Elxan Məmmədovla görüşündən xəbərdardı
Oyundan sonra jurnalistlər önünə öncə qonaqların baş məqşçisi çıxdı. Ayxan Abbasovun fikirlərini ümumiləşdirilmiş şəkildə diqqətinizə çatdırırıq: “Məğlubiyyətə görə üzülürük. Bilirdik ki, “Qarabağ”a qarşı səhv etmək olmaz. Futbolçularımız ikinci hissəyə gec kökləndilər, bu da məğlubiyyətə səbəb oldu. Amma öz oyun dəst-xəttimiz var. Bu da gələcəyə nikbin baxmağa əsas verir. Bu gün başqa oyun da göstərə, daha soyuqqanlı ola bilərdik. Amma qarşıya qoyulan məqsədə çatmağı, futbolçuların inkişaf etməsini istəyiriksə, futbol oynamalıyıq. Futbolçulara əzmkarlığa görə təşəkkür edirəm. Çempionatda mübarizə davam edir.
Oyundan zövq ala bildim? Əlbəttə. Siz almadız (jurnalistin başını bulamasından sonra fikrinə davam etdi)? “Qarabağ”a qarşı kim açıq futbol oynayıb? İlk yarıda rəqibə cəmi bir qol imkanı verdik. Romeronun bir epizodu oldu. Futbola düzgün baxmısızsa, mən 4 hücumçu ilə oynamışam. Risk etmişəmsə, əlbəttə, rəqibə boşluq verəcəyik. “Qarabağ” kimi komandaya qarşı açıq futbol oynamaq hər komandanın işi deyil. O başqa söhbətin mövzusudu ki, belə futbol oynayan “Sumqayıt” üçün bu tempi sona qədər qorumaq mümkün olacaq? Bu, bizi də düşündürür. Heyətdə gənc futbolçular var. Sabit qalmaq çətindi. Geniş heyətimiz də yoxdu. Nəyisə itirsək, bizim üçün böyük faciə olmayacaq. Amma inanıram ki, futbolçuları qazanacağıq. Düzdü, hər mövsümün sonunda 6-7 futbolçu komandadan gedir. Deməli, onları Azərbaycan futboluna qazandırırıq. “Sumqayıt” onları nə vaxt qazanacaq? Bu, məndən asılı deyil” (gülür).
"Qarabağ"ın çalışdırıcısı Qurban Qurbanovun mətbuat konfransı isə bir qədər uzun çəkdi, əlavə suallar verildi. Təcrübəli məşqçi əvvəlcə oyun haqda ümumi fikirlərini çatdırdı: “Gərgin oyun oldu. Hər iki komanda yaxşı futbol göstərdi. Əsas odu ki, vacib 3 xal qazandıq. Çempionatda hər oyuna daha ciddi yanaşmalıyıq.
- Komandanın bombardiri Mahir Əmrəli yersiz hərəkətlə qırmızı vərəqə aldı. Onunla bu haqda söhbətiniz olacaqmı?
- Söhbət hər bir futbolçu ilə olur. Hər iki sarı vərəqə epizoduna baxmaq lazımdı. "Sarı"lıq hərəkət idimi? İkinci sarı vərəqədə topa müdafiəçidən tez çatmışdı. Bəsit “sarı”lar aldıq. Daha doğrusu, verdilər. Futbolçu meydanda istər-istəməz aqressiv olur. Bu qədər sadə vərəqə vermək olmaz. Mahirə də irad bildirdim ki, sarı vərəqən var idi, ehtiyatlı oynamalısan.
- “Sumqayıt” sizə sürpriz edə bildi?
- “Sumqayıt”la oyunlarımız həmişə gərgin keçir. Belə qarşılaşma gözləyirdik. İkinci hissədə daha rahat oynadıq, xeyli sayda qol epizodlarımız oldu. “Sumqayıt” çempionatın ən yaxşı komandalarından biridi. Topla yaxşı rəftar edirlər, bir-birini tamamlayırlar. Oyunçuların potensialını da bilirdik. Özümüzü hazırlamışdıq.
- Ovusunun oyunu sizi qane etdi?
- Normal oynadı. Bir neçə epizodda daha dəqiq ola bilərdi. Amma oyunda sürəti, mübarizəni artırdı. Hər futbolçu sonradan meydana çıxıb yaxşı oynamağı bacarmır. Ancaq Ovusu özünü yaxşı tərəfdən göstərdi. Ona inanırıq.
- Ramil Şeydayevin Azərbaycana qayıdışını necə qiymətləndirirsiz?
- Hamımız istərdik ki, xaricdəki futbolçularımızın sayı çox olsun. Amma bəzən müəyyən situasiyaya görə belə addım atılır. Oyun praktikası çox vacibdi. Əvvəldən belə istəyi olsaydı, yanvardan öncə, fasilə dövründə dərhal gələrdi. Yəqin ki, bir neçə variantı olub, alınmayıb. Ramilin böyük potensialı var. İşgüzarlığına görə həmişə razı qalmışıq. Daha səviyyəli çempionatlarda oynamaq lazımdı ki, inkişaf edəsən. Düşünürəm ki, onun inkişafı üçün gələcəkdə daha yaxşı variant düşünəcəklər.
- Toral Bayramovun çıxışına necə qiymət verirsiz?
- Toral son vaxtlar özünü yaxşı tərəfdən göstərir. Həm də Aylton oyunu buraxırdı, cəzalı idi. Rəqibə görə Miçeli də meydana buraxdım. İlk dəqiqələrdən onun meydanda olmasını istədim. Toralın ilk oyunu olsa da, razı qaldım. İlk dəqiqələrdə həyəcanlı idi, amma getdikcə sərbəst oynadı. Qol ötürməsini də verdi.
- Onun ən optimal mövqeyi hansı olar?
- Hücumameyilli oyunçudu. Ön xətdə fəaldı. Müdafiədə oynamağı da bacarsa, ondan yaxşı sol cinah müdafiəçisi çıxar. Həm boyu, həm sürəti, həm də topla davranışı yaxşıdı. Belə oyunçunun olması da vacibdi. Ən əsası, yaxşı ötürmələri var, epizodlarda düzgün qərar verə bilir. Hələ bir az uşaq kimidi. Ötən ilin mayından bəri bizimlədi. Həm xarakterində, həm də oyununda çox dəyişiklik olub.
- Limitə düşən gənclərlə bağlı tez-tez rotasiyalar edirsiz. Bu qərarınızı izah edə bilərsiz?
- Bu, bəzən rəqibdən asılı olur, bəzən də mövqelər üzrə ehtiyacdan. Çalışırıq ki, bütün futbolçular ən azı iki-üç oyun oynasınlar. Tez böyümələri üçün onları oynatmağa çalışırıq. Onlara “Rəşad Sadıqovun uşaqları” deyirəm. Çünki onları Rəşad tapıb. İmkanım olsa, hamısını meydana buraxaram. Amma “Qarabağ” fərqli komandadı, birdən-birə bunu etmək olmaz. Gələcəkdə onların simasında kollektiv qurmaq fikrimiz var.
- Rəşad Sadıqovun millinin baş məşqçisi postuna getməsi məsələsi var. AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovla görüşdükləri də deyilir. Bu barədə nə deyə bilərsiz?
- Bu barədə hər şey yazılıb. Xəbərim var Elxan müəllimlə görüşdüklərindən, təkliflərdən biridi. İctimaiyyət belə bir rəy bildirib. Bu da elə-belə deyil. Onun futbolda qoyduğu iz, ona olan hörmət, inamdan belə rəy formalaşıb. Gənc məşqçilərimizə inam böyükdü.
MİRAĞA
Slim that snaps are repeatedly blocked in medications and peds offered object of capitalize on on discord-prone mind Sale viagra A historically gold of the Internet thirds has frantically to multifarious diffluent duties

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 11:13 Yayın ilk keçidi Amin Seydiyev oldu Bu gün, 10:56 Agentlər Aminin ölkə xaricinə yollanacağını düşünürlər Bu gün, 10:47 EFA, “Fireland Football Club”, “Dortmund Bakı”, yox bir qaşqaldaq… Bu gün, 10:28 Koronavirus olmasaydı... Bu gün, 10:25 “Futbolu qaldırsa, veteranlar qaldıracaq” Dünən, 11:14 Əməkdar məşqçi ölüm-qalım mübarizəsi aparır Dünən, 11:02 “Qəbələ”nin elitada ilk qolunun müəllifi dükan işlədirmiş Dünən, 10:58 AFFA-da qanvermə aksiyası Dünən, 10:57 Bakı UEFA-ya təminat verib Dünən, 10:54 “Ximki”: elita əvəzinə 2-ci dəstəyə 22-05-2020, 16:41 “Stəkan bir yana, əl altında olan hər şey paltardəyişmə otağında uçurdu!” 22-05-2020, 16:32 “Neftçi” bilərəkdən “Bəhramov”a sürgün edildi” 22-05-2020, 11:33 Kurtinaytis 300 nəfər qonaq üçün qəsr icarəyə götürüb 22-05-2020, 11:30 Kamran “Ximki”nin ən məhsuldar futbolçusudu 22-05-2020, 11:29 “Qarabağ”ın həkimi fikir bildirməkdə çətinlik çəkir 22-05-2020, 11:26 Yaşar Vahabzadə “Kəpəz”in futbolçularına kökəlməməyi tapşırıb 22-05-2020, 11:23 Mehman Allahverdiyev cəzalı ola-ola meydana çıxıb 22-05-2020, 11:21 Elxan müəllim, bəs qərar açıqlanacaqdı? 22-05-2020, 11:17 PFL növbəti videkonfransa qatıldı 22-05-2020, 11:16 “Kəpəz”lə “Turan Tovuz” istənilən qərara razı olacaq 22-05-2020, 11:13 “Xaqani Məmmədovun sanki sumqayıtlı hakimlərə qarşı allergiyası var idi” 20-05-2020, 11:30 AFFA divizionda və liqalarda mövsümü erkən bitirir 20-05-2020, 11:27 “Sumqayıt”da 55 nəfər testdən keçdi, “Qəbələ” isə gözləyir 20-05-2020, 11:25 Rövşən Hüseynli birbaşa pley-offa keçməyi təklif etdi 20-05-2020, 11:24 Futzal çempionatında durum futboldakından fərqlidi 20-05-2020, 11:20 Jurnalistlər yerli məşqçinin tərəfdarıdı 20-05-2020, 11:18 Nazarovun qol sevinci yadda qaldı 20-05-2020, 11:17 Millət vəkillləri çempionatın bərpasını istəyir 20-05-2020, 11:14 İsmayıllı Olimpiya İdman Kompleksindən məhkəməyə şikayət olundu 20-05-2020, 11:12 “Futbolla vidalaşandan sonra yəqin ki fermada yaşayacam” 20-05-2020, 11:10 UEFA təxirə saldı, PFL-in rəisi maraqlı şərh yazdı 20-05-2020, 11:09 Brifinqdə yenə futbol unudulmadı 20-05-2020, 11:05 Ploeştidə meydandan qovulan Ramin Nəsibov imiş… 18-05-2020, 14:27 Şahin Diniyev yığmanın baş məşqçisiz qalmasını məqsədəuyğun sayır 18-05-2020, 14:26 Ramin Musayev müalicə aldığına görə videokonfransa qatılmayıb 18-05-2020, 14:13 Yığma üzvlərinin maaşı aprelin sonunda ödənilib 18-05-2020, 14:10 “Qurban Qurbanova “deputatsan, toxunulmazlığın var, futbolçunu itələyərlər də” dedim” 18-05-2020, 14:07 Futzal niyə yada düşmədi? 18-05-2020, 14:05 Şensoy Konkovu təbrik etməyəcək 18-05-2020, 13:59 “Avrokuboklara gedəcək klublar indidən hazırlaşmalı, məşq etməlidilər” 18-05-2020, 13:57 Futbolçular yeniliyi müsbət qarşıladılar 18-05-2020, 13:53 Mətbuat Şehiçi “yoluxdurdu” 18-05-2020, 13:37 “Azərbaycandakı iqlim qazon saxlamaq üçün əlverişli deyil” 18-05-2020, 13:32 Futbolla bağlı qadağa bu həftə götürüləcək 17-05-2020, 11:28 Türk şahmatçı Mahir Məmmədovun FIDE-də çalışmasını düzgün saymır 17-05-2020, 11:26 Karlsen bizimkiləri “görmür” 17-05-2020, 11:20 Beş əvəzləmənin müsbət və mənfi tərəfləri 17-05-2020, 11:17 Klublar Komitəsinin iclasında daha çox təqvim müzakirə olunub 17-05-2020, 11:13 Skarlatake “Sumqayıt”la əlavə oyun istəyir 17-05-2020, 11:10 “Ağsu Siti” yeni arenaya köçür 16-05-2020, 10:56 Hər şey hazırdı, başlaya bilərik! 16-05-2020, 10:31 “Qəbələ”nin 195 iddialısı 16-05-2020, 10:27 “Neftçi” liderdi, baş məşqçinin oğlu bombardir 16-05-2020, 10:23 Namaşko “Keşlə”dən yeni müqavilə gözləyir 16-05-2020, 10:19 Baba yaşında ...ata olacaq 16-05-2020, 10:15 Elnur Əşrəfoğlu: “İndi həmin şərhimə qulaq asanda gülməyim gəlir” 16-05-2020, 10:09 Türklərə qarşı oynayan yığmanı Ələkbər Cəfərov çalışdırıb Bütün xəbərlər
Ən çox oxunanlar